Məhkəmə qərarları › İş №2(007)-855/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-855/2022

18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-855/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu Ərizəçi Maraqlı şəxs Azərbaycan Respublikası DİN-nə qarşı ezamiyyətdə olma faktının müəyyən olunması tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DİN-nə qarşı ezamiyyətdə olma faktının müəyyən olunması tələbinə dair ərizə ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək 1991-ci ilin oktyabr ayında polis nəfəri kimi Goranboy rayonunun Todan kəndinə ezam olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Ərizəçi Azərbaycan Respublikası DİN-nə bu məzmunlu müraciət etsə də,ərizəsi təmin olunmamışdır.Belə olan halda inzibati orqanın verdiyi cavab ərizəçini qane etmədiyi üçün həmin inzibati orqanın qanunsuz hərəkətlərindən (və ya hərəkətsizliyindən) inzibati məhkəməyə müraciət etməli olduğu halda Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edirəm ki,ərizəçi məhkəmə aidiyyati qaydalarına əməl etməmişdir. Belə ki,qüvvədə olan qanunvericiliyə əsasən bu cür mübahisələrə inzibati icraat qaydasında baxılır. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hakim işi icraata qəbul edərkən aidiyyət qaydalarına iddiaçı tərəfindən riayət olunmasını yoxlamalı, aidiyyət qaydalarına riayət edilmədiyini müəyyən etdiyi halda ərizəni geri qaytarmalıdır. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DİN-nə qarşı ezamiyyətdə olma faktının müəyyən olunması tələbinə dair ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki,hazırkı mübahisə üzrə onun hazırkı mübahisə ilə əlaqədar inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmaq hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar