Məhkəmə qərarları › İş №2(007)-857/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-857/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-857/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ələsgərova Aytac Hikmət qızının katibliyi, İddiaçı Kərimov Veysəl T-Verdi oğlunun iştirakı ilə, İddiaçı Kərimov Veysəl T-Verdi oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Kərimov Veysəl T-Verdi oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, bacısı X5 cavabdehlər X4, X9, X10 və X11 qarşı mənzilə yaşayış hüququnun itirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri 29 saylı DNK-da 03.05.2000-ci il tarixli 087171 saylı təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında keçmiş mülkiyyətçi X1 Bakı şəhəri, İ.Məmmədov küçəsi, 15 saylı evin, 64 saylı mənzilini almışdır. 07.07.2000-ci il tarixdə BTİ və MHQİ-si onun adına 033392 saylı qeydiyyat vəsiqəsi vermişdir. Cavabdehlər mənzili satdıqdan sonra özlərinin əmlaklarını yığıb getməklərinə baxmayaraq, mənzildə pasport qeydiyyatında qalmışdılar. Bu da onun mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. Nizami rayon Məhkəməsinin 05 oktyabr 2004-cü il tarixli, İş № 2-1525/2004 saylı qətnaməsi ilə bacısı X2 iddiası təmin edilərək, X3, X6, X7 və X8 ünvan 1-də yaşamaq hüququnun itirilməsi qət edilmişdir. Göstərilən qətnamə 13 iyun 2016-cı il tarixdə icra edilmiş, həmin şəxslər ünvan 1 ünvanından pasport qeydiyyatdından çıxarılmışdılar. 12.04.2014-cü il tarixdə bacısı X5 Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15 ünvanında yerləşən, yaşayış sahəsi 38,6 kv.m olan, 3 (üç) otaqlı 64 nömrəli mənzili ona 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusunda bağışlama müqaviləsi (reyestr № 4Ə-1102) əsasında hədiyyə etmişdir. Daha sonra həmin müqavilə əsasında onun adına AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.04.2014-cü il tarixli, ******* nömrəli Çıxarış verilmişdir. 2020-ci ilin noyabr ayında Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alman zaman məlum olmuşdur ki, mülkiyyətində olan ünvan 1-də keçmiş mülkiyyətçilərin ailə üzvləri olan Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadırlar. Cavabdehlərin həmin mənzildə qeydiyyatda olması bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Belə ki, cavabdehlərə görə hər ay o kommunal xidmətlərə görə pul ödəyir. Dəfələrlə cavabdehlərə qeydiyyatdan çıxması barədə xəbər göndərməyə çalışmış, lakin onlarla əlaqə yarada bilməmişdir. Onlar heç bir vaxt bu mənzildə yaşamamışlar. Qeyd olunanlara əsasən Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15 ünvanında yerləşən 64 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 12.04.2014-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, X5 Bakı şəhəri, Nizami rayonu, 15 saylı binanın 64 saylı mənzili Kərimov Veysəl T-Verdi oğluna bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, 15 saylı binanın 64 saylı mənzili Kərimov Veysəl T-Verdi oğlunun xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 28.04.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, 15 saylı binanın 64 saylı mənzilində Cavabdeh2n və Cavabdeh1 qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhər Nizami rayon məhkəməsinin 05.10.2004-cü il tarixli 2-1525/2004 saylı qətnaməsi ilə X3, X6, X7 və X8 ünvan 1-də yaşamaq hüququnun itirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, 15 saylı binanın 64 saylı mənzili Kərimov Veysəl T-Verdi oğlunun xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 28.04.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdehlər həmin mənzildən köçüb getsələr də qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, iddiaçı Kərimov Veysəl T-Verdi oğlunun mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının mülkiyyətində olan mənzildən yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsində yerləşən 15 saylı evin, 64 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar