Məhkəmə qərarları › İş №2(007)-86/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-86/2023

06.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-86/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi Nümayəndə1, Cavabdeh4 nümayəndəsi Nümayəndə3, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı "Karayev City” Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kirayə haqqı ödənilməklə yeni tikiləcək binada əlavə 20% yaşayış sahəsi verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh1, qarşı “kirayə haqqı ödənilməklə yeni tikiləcək binada əlavə 20% yaşayış sahəsi verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK tərəfindən Cavabdeh1 Zaur oğluna əlavə 20% mənzil sahəsi verilməklə və yeni mənzil verilənədək hər ay 350 manat kirayə haqqı ödənilməklə, onun, eləcə də mənzildə yaşayan ailə üzvləri X9, X6 və Bağırova Hэdisə Zahid qızının Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsindəki 30 saylı evin 3 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı MTK-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilmişdir. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən yuxarıda qeyd olunan ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu "Karayev City” MTK-nın adına rəsmiləşdirilmişdir. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 30 saylı evin 3 saylı mənzili Cavabdeh1 Zaur oğlunun mülkiyyətindədir. Yuxarıda qeyd olunan Sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 30 saylı binaya 10 fevral 2016-cı il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Departamenti, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsinin Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə texniki baxış keçirilmiş və akt tərtib olunaraq müəyyən edilmişdir ki, yuxarıda göstərilən binanın istismar müddəti bitib, texniki vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir. Bununla əlaqədar cavabdehə məxsus olan 3 saylı mənzilin əvəzinə ərazidə tikiləcək yüksək mərtəbəli yaşayış binasında 20% əlavə mənzil sahəsi verilməklə ona məxsus olan mənzildən çıxması və MTK-nə təhvil verilməsi təklif olunmuşdur. Bu barədə cavabdehə 11 may 2022-ci il tarixli məktub ünvanlanmışdır, lakin Cavabdeh1 Zaur oğlu mənzili təhvil verməkdən imtina edir. Cavabdeh1 qızı etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hesab edir ki, "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddiası əsassızdır. İlk əvvəl orada mənzildə yaşayan şəxslərin adları səhv göstərilmişdir. Belə ki, həmin mənzildə yaşayan 03 iyun 2012-ci il təvəllüdlü X10 və 03 iyun 2012-ci il təvəllüdlü X7r. Onların qanuni nümayəndəsi valideyni (atası) X16r. İş materialllarında Kapital Bank tərəfindən verilmiş bank qəbzindən görünür ki, ödənişi iddiaçı MTK tərəfindən deyil, Vəkil1 Əliabala oğlu tərəfindən məhkəməyə təyinatı bəlli olmayan ödəniş edilmişdir. Hesab edir MTK tərəfindən hər hansı dövlət rüsumu ödənilməsi göstərən sənəd işə əlavə edilməyib, bu iddia ərizəsinin qaytarılması üçün əsasdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ- hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ: müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanm şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Hazırda iddiaçı MTK-nın ona qarşı qaldırdığı iddia vindikasiya tələbidir, yəni MTK əmlakı başqasının sahibliyindən alınıb ona verilməsini tələb edir. Lakin nə MTK belə hüququnun olduğunu göstərən nə Mülki Məcəllənin bir hüquq norması var (heç MTK-da iddiasında belə normaya istinad etməyib), nə də belə bir hüququ ona ötürmüş mülkiyyətçi ilə arasında müqavilə var. Təbii ki, əmlakın mülkiyyətçisi o, olduğu üçün MTK ilə öz mülkiyyətçi hüquqlarını ona transfer etməyi ilə bağlı hər hansı müqavilə bağlamamışdır. Belə olan halda MTK ona qarşı iddia qaldırarkən bu hüququnun hardan yarandığını iddia edir? Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 154 saylı, 10 aprel 2014-cü il və 104 saylı, 05 mart 2018-ci il tarixli Sərəncamlarına. Həmin Sərəncamların məzmuna baxdıqda isə həmin Sərəncamda MTK-ya mənzillərin mülkiyyətçiləri ilə qarşılıqlı razılaşma əsasında sakinlərin köçürülməsi hüququ vermişdir. Belə olan halda, MTK-nın məcburi qaydada mülkiyyətçini ona məxsus mənzildən çıxarılması hüququ yaranmamışdır. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqedə qeyd olunduğu kimi MTK-nın belə iddia qaldırması üçün zəruri olan subyektiv hüququn 1-ci elementi mövcud deyil. Sərəncamların MTK-ya hüquqa görə o, sakinlərlə qarşılıqlı razılıq əsasında onları köçürməlidir. MTK isə ümumiyyətlə onlarla danışıq belə aparmamışdır. İddia ərizəsində MTK bildirir ki, ona 11 may 2022-ci ildə məktub göndərərək (bu məktub 12 may 2022-ci il tarixdə poçta təqdim olunub) onlarla razılıq əldə etməyə çalışmağa cəhd göstərmişdir. 13 may 2022-ci il tarixdə isə MTK artıq onu məhkəməyə vermək üçün banka dövlət rüsumunu artıq ödəmişdir. Mən MTK- nın məktubuna cavab yazıb göndərəndən bir-iki gün sonra, 18 may 2022-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi ona məhkəmə bildirişi göndərir. Sual yaranır, MTKnın 11 may 2022-ci il tarixdə (əslində 12 may 2022-ci ildə) göndərdiyi təklifləri ilə bağlı məktubu onlar nə vaxt almışlar, MTK ilə razılığa gəlmək üçün hansı danışıqları aparmışlar, nə vaxt MTK iddia ərizəsi hazırlamış, məhkəməyə göndərmiş və məhkəmə həmin iddia ərizəsini icraatına nə vaxt qəbul etmiş, onlara 18 may 2022-ci il tarixdə bildiriş göndərmişdir. Bütün bunlar 1 həftə ərzində necə baş verə bilərdi? Bu yalnız bir halda ola bilər ki, MTK ona qarşı məhkəmədən şantaj məqsədi ilə istifadə edir. MTK Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə ona verilən qarşılıqlı razılaşma hüququndan kənara çıxaraq məcburi şəkildə məhkəmə qərarı ilə belə razılaşmanı rəsmiləşdirmək istəyir. Məhkəmə qaydasında daşınmaz əmlakın alqı-salqısı rəsmiləşdirə bilməz. Məhkəmə qaydasında əqdlərin bağlanması Konstitusiya məhkəməsinin hüquqi övqeyində də əks olunmuşdur. Mülki MTK-nın qaldırdığı iddianın təmin edilməsi mənim müqavilə azadlığının pozulmasıdır. Digər tərəfdən, o, hələ də mənzilin mülkiyyətçisidir və bu hüququndan məhrum edilmədən iddia ərizəsi ilə əmlakından məhrum edilməyi tələb olunur, özü də buna subyektiv hüququ olmayan bir şəxs tərəfindən. Əgər o, mənzilin mülkiyyətçisidirsə qanunvericiliyə əsaəsn onun bu əmlaka öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ var və bu hüquq dövlət tərəfindən tanınmır və qorunur. Yox əgər o, mülkiyyətçi kimi qalırsa, lakin mənzildən öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum edilərsə, onda onun hüququ xəyali hüquqa çevrilir. Odur ki, o nə qədər mülkiyyətçidir, kimsə onu öz mülkiyyətində olan mənzildən çıxara bilməz. Onun mənzilinin də yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 30 saylı evin, 12 özəlləşdirilmiş mənzil yerləşir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü hissəsinə əsasən çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Belə olan halda, onların ümumi mülkiyyətində olan daşınmaz əmlak (yəni torpaq sahəsi) MTK-nın icarə əsasında istifadəsinə verilə bilməz. Hətta həmin torpaq sahəsinin MTK-nın icarə əsasında istifadəsinə verilibsə belə bu akt etibarsızdır. Əgər məhkəmə, onun və qonşularının xüsusi mülkiyyətində olan mənzillərin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 30 saylı binanın altında olan torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahəsi olduğunu qəbul etməsə, həmin torpaq sahəsinin mülkiyyətçisinin dövlət və ya bələdiyyə olduğunu əsas alarsa (bu halda belə torpaq sahəsi onların qanuni istifadəsində sayılır, onda nəzərə alınmalıdır ki, yenə Bakı Şəhər İcra Hakimiyyətinin bu torpaq sahəsini icarəyə vermək səlahiyyəti yox idi. Əvvəla, bələdiyyə torpaqlarının icarəyə verilməsi Torpaq Məcəlləsinin 56-cı maddəsinə və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanuna əsasən yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilir. Bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi orqanı təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 116 nömrəli, 24 iyun 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin" 8.15-ci bəndinə əsasən dövlət əmlakını (o cümlədən torpaq sahələrini icarəyə vermək Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətinə aid edilmişdir. Digər tərəfdən, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı 104 saylı, 05 mart 2018-ci il tarixli Sərəncamı da qanunsuzdur. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsinə görə icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. Bu Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulmuş müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır. Müddətin uzadılması ilə bağlı hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ortalıqda nə müəyyən edilmiş hallar var, nə də müddətin uzadılması vardır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 392-İVQ nömrəli, 29 iyun 2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 695 saylı, 04 sentyabr 2012-ci il tarixli Fərmanına əsasən həmin Məcəllənin 77.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı halları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 154 saylı, 10 aprel 2014-cü il tarixli Sərəncamın qəbulundan 3 il keçməsinə baxmayaraq heç bir tikinti işi aparılmamış və həmin sərəncam qüvvədən düşmüşdür. Buna baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı qüvvədən düşmüş sərəncamda dəyişiklik edilməsi barədə 104 saylı, 05 mart 2018-ci il tarixli Sərəncam qəbul etmişdir. Göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısı heç bir halda onun səlahiyyətinə aid edilməmiş, dövlət ehtiyyacları mövcud olmadığı halda, heç bir müsabiqə keçirmədən onların torpaq sahələrinə "xxxx" Mənzil-Tikinti Kooperativinə, daha sonra "xxxx" Mənzil- Tikinti Kooperativinə icarəyə vermişdir. Təbii ki, o, mülkiyyət hüququnun mütləq hüquq olduğunu iddia etmir. Hesab edir ki, dövlət müəyyən şərtlər altında ayrı-ayrı şəxslərin mülkiyyət hüququnu məhdudlaşdıra və hətta onları bu hüquqdan məhrum edə bilər. Lakin belə müdaxiləni yalnız Dövlət edə bilər, hansısa MTK yox. Göründüyü kimi, onun torpaq sahəsinin (bura evin sökülməsini əlavə etmək olar) dövlət tərəfindən ondan alınması mümkün edən dövlət ehtiyacları mövcud deyildir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı 154 saylı, 10 aprel 2014-cü il və 104 saylı, 05 mart 2018-ci il tarixli Sərəncamlarında da belə ehtiyaclar söz getmir. Yalnız yüksəkmərəbəli yaşayış evlərinin layiləşdirilməsindən söz gedir. Bu da kommersiya niyyətini ifadə edir. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 382 saylı 15 fevral 2011-ci il tarixli fərmanına əsasən həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin isə onların torpaq sahəsini alınması barədə hər hansı qərarı və ya sərəncamı yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətini və MTK-nı da alan orqan (təşkilat) kimi müəyyən etməmişdir. Burda nəzərə alınmalıdır ki, MTK-nın ərazidə inşa etdiyi dövlət siyasəti səviyyəsində həyata keçirilən pilot layihə deyil. Göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyəti və MTK xüsusi mülkiyyətdə olan torpaq sahəsini məcburi almaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərini mənimsəmişdir. Bundan əlavə MTK iddiasının əsası kimi 10 fevral 2016-cı il tarixdə bir sıra dövlət orqanlarının əməkdaşlarının tərtib etdiyi Akta istinad edir. Həmin akta əsasən aktı tərtib edənlər guya onlara aid binaya baxış keçirib (belə müayinəni qonşularıdan heç kim görməyib), müəyyən etmişdir ki, binanın istismarı müddəti bitib, texniki vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir. İlk əvvəl bu aktın MTK-nın iddia tələbini necə əsaslandırdığı, onun mənzili boşaltmağını məhkəmə qaydasında tələb etməsi üçün ona necə subyektiv hüquq verdiyi bəlli deyil. Hesab edir ki, bu sənədin MTK iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. MTK-ya verilmiş sərəncamda da bu binaların qəzalı olması səbəbindən MTK-ya hər hansı hüquqlar verilməsi göstərilməmişdir. Bu akt 2016-cı ildə tərtib edilsə də, həmin ərazi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yüksəkmərtəbəli yaşayış binasının tikintisi üçün 2014-cü ildə ayrılmışdır. Bu faktlar göstərir ki, MTK iddianın əsası kimi məhkəməyə təqdim 2 sübut sənədin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən isə binanın qəzalı olması qanunvericilikdə müəyyən edilmiş prosedurların həyata keçirilməsi üçün əsas olur. Bu prosedurlara görə hər hansı MTK-ya deyil, müvafiq icra hakimiyyəti orqanına iddia qaldırmaq hüququ verilir. Akta gəldikdə isə orada binanın 1953-cü ildə inşa edildiyi dəmirbeton, listvari fundamenli olduğu qeyd olunub, lakin qeyd edirlər ki, binanın divarları daşdandır. Aktda binanın şəhərsalma və tikinti normalarına cavab vermədiyi yazılsa da, lakin konkret hansı normalara cavab vermədiyi istinad edilməməmişdir. Standartlara görə binaların istismar müddəti onların 3 ayrı təyinatı üzrə (yaşayış, ictimai və sənaye) müəyyən edilir. Binanın istismar müddəti müəyyən edilərkən onun əsas konstruktiv elementlərinin (fundamenti, divarları və örtükləri) materialları əsas götürülür. Konstruktiv elementlərinin materiallarına görə yaşayış binaları 6 qrupa bölünür. Dəmir beton fundamentli, daş divarları olan yaşayış binalar 1-ci qrupa aiddir, onların istimar müddəti 150 ildir. Sonrakı iki qrupa aid olan sadə daş və yüngülləşdirilmiş daş binaların ismar müddəti müvafiq olaraq 120 və 100 ildir. Aktda həmçinin qeyd olunur ki, evin texniki vəziyyəti qeyri-qənaətbəxşdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 68 nömrəli, 26 avqust 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş "Bina və qurğuların yükdaşıyan konstruksiyalarının müayinəsi Qaydası"nda (AzDTN 1.7-1)2 binaların diaqnostikası, müayinəsi, texniki vəziyyəti kateqoriyaları, texniki vəziyyətin qiymətləndirilməsi, texniki vəziyyətin normativ dərəcələri müəyyən edilmişdir. Həmin Qaydada binaların texniki vəziyyətinin "qənaətbəxş" və ya "qeyri-qənaətbəxş" kimi qiymətləndirilmə kateqoriyaları mövcud deyildir. Qaydalara görə binaların texniki vəziyyətinin aşağıdakı kateqoriyalar üzrə saz, işlək, məhdud işlək, yolverilməz və qəzalı vəziyyət kimi qiymətləndirilməsini müəyyən edilir. Qaydalara görə tikinti konstruksiyasının layihə yükgötürmə qabiliyyəti faizlə ifadə edilir və bu zədələnmə dərəcəsi adlanılır. Bunun müəyyən edilməsi üçün ilkin (vizual) müayinə keçirərək zahiri qüsurlar müəyyən edilməli idi. Qaydaların 7.5-ci bəndinə əsasən əgər vizual müayinə zamanı yükdaşıyan konstruksiyaların möhkəmliyinə, davamlılığına və sərtliyinə mənfi Kəsir göstərən qüsur və zədələmələr aşkar olunduqda isə detal müayinə aparıb, hər bir konstruksiyada olan qüsurların ölçməsini aparmalı idilər. Həmçinin Qaydaların 7.6-cı bəndinə əsasən vizual müayinə zamanı qəzalı vəziyyət aşkar etdikdə təcili təhlükəsizlik tədbirləri görməli, 7.7-ci bəndinə əsasən isə çatlar və aşınmalar aşkar etdikdə isə mühəndis-geoloji tədqiqatlar aparılmalı idi. Lakin guya binanı müayinə edənlər divarlarda çatların olmasını, piləkən qəfəsində aşınma olmasını eyvan və karniz elementlərinin qəzalı vəziyyətdə olmasını, dam örtüyünün isə qeyri-qənaət bəxş vəziyyətdə olmasını qeyd ediblər. Amma aktdan müəyyən etmək olmur ki, divarlarda olan çatların ölçüsü və sxemi necədir, eyvan və karniz elementlərində olan və onların qəzalı vəziyyət kimi qiymətləndirilməsi səbəb olan qüsurlar nədən ibarətdir, piləkən qəfəsində aşınmanın faizi nə qədərdir? Eyni dam örtüyünü texniki vəziyyətini qiymətləndirərkən texniki baxımdan konkret heç nə ifadə etməyən "Qeyriqənaətbəxş" ifadəsindən istifadə edilir. Yəni vizual müayinə zamanı qüsurlar aşkar etmiş, texniki vəziyyətin nə detallı müayinəsini keçirmiş, nə təhlükəsizlik tədbirləri təşkil etmiş və mühəndis-geoloji tədqiqatlar təyin etmişlər. Qaydaların 11-ci bəndinə görə aparılan müayinələrin nəticələri barədə akt, nəticə və ya hesabat tərtib edilir. Müayinə nəticələrinin yekun sənədində planlar, kəsiklər, qüsur və zədələr cədvəlləri və sxemi (fotoşəkillər əlavə edilməklə), dəmir-beton və daş konstruksiyalarda çatların yerləşməsi sxemləri və onların açılmasına dair məlumatlar, müəyyən edilməsi texniki tapşırıq və ya müayinə proqramı ilə nəzərdə tutulan bütün yoxlanılan əlamətlərin göstəriciləri, yoxlama hesablamalarının nəticələri, konstruksiyaların gücləndirilməsi, qüsur və zədələnmələrin, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi şərti ilə konstruksiyaların vəziyyətinin qiymətləndirilməsi öz əksini tapır. Bu sənəd müayinə aparan şəxslər tərəfindən imzalanır və möhürlənir. Məhkəməyə təqdim edilən AKT-a gəldikdə isə, bu kağız parçasıdır, ümumiyyətlə imzalanmayıb, möhürlənməyib və orada aşkar edilmiş qüsuralara dair cədvəl və sxemlər, fotoşəkillər yoxdur. Hesab edir ki, yuxarıda ətraflı təsvir etdikləri, belə formal və məzmun çatışmazlıqları olan sənəd sübut kim yolverilməzdir və mümkün sayıla bilməz. Bundan əlavə MTK ona qarşı iddia tələbi ilə faktiki olaraq ondan MTK-ya üzv olmağı tələb edir. Göründüyü kimi nə mülki Məcəllədə, nə də MTK-nın nizamnaməsində MTK-ya məhkəmə qətnaməsinə əsasən məcburi üzv olunması nəzərdə tutulmamışdır. Belə olan təqdirdə, MTK iddiasının mahiyyəti özü Konstitusiyanın 58-ci və Mülki Məcəllənin 109.1-ci maddələrinə ziddir. Qeyd edilənlərə əsasən iddiaçı "xxxx" MTK-nın ona qarşı iddia qaldıraraq ona əlavə 20% mənzil sahəsi verilməklə və yeni mənzil verilənədək hər ay 350 (üç yüz əlli) manat kirayə haqqı ödənilməklə, onun eləcədə "ailə üzvləri" X9, X6 və X8 Bakı şəhəri, Kamil Balakişiyev küçəsi, 30 saylı evin, 3 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq İddiaçınə təhvil verilməsi barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunduğu kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi istifadəyə verilib, daha sonra Bakı şəjəri İHB-nin xx.xx.2018-ci il tarixli 104 saylı sərəncamına əsasən yuxarıda qeyd olunan ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Nizami rayonu, K.Balakişiyev küçəsindəki 30 saylı evin 4 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh2, həmin binanın 7 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh3, 11 saylı mənzilin mülkiyyətçisi Cavabdeh4 və 10 saylı mənzilin mülkiyyətçisi Cavabdeh5 Bahadur oğlu ilə söhbətlər aparılmış, onlara yeni tikiləcək binada 20% əlavə yaşayış sahəsi verilməklə tam təmirli mənzillər verilməsi təklif olunmuşdur, eyni zamanda pretenziya qaydasında ünvanlarına rəsmi bildirişlər göndərilmişdir. Çox təəssüf ki, həmin sakinlər MTK-nın şərtləri ilə razılaşmamışlar. Bu səbəbdən həmin sakinlərində cavabdeh qismində işə cəlb olunması barədə vəsatət qaldırmışlar. Odur ki, adları qeyd olunan şəxslər də əlavə cavabdeh qismində işə cəlb olunmalıdırlar. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən, məhkəmədən ünvan 1 saylı evin 4 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb olunması, ona kirayədə qaldığı müddət ərzində hər ay 350 manat kirayə haqqı ödənilməklə yeni tikiləcək binada tam təmirli 20% əlavə yaşayış sahəsi verilməklə mənzilin boşaldəlaraq "xxxx" MTK-ya təhvil verilməsi, həmin binanın 7 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 əlavə cavabdeh qismində işə cəlb olunması, ona kirayədə qaldığı müddət ərzində hər ay 350 manat kirayə haqqı ödənilməklə yeni tikiləcək binada tam təmirli 20% əlavə yaşayış sahəsi verilməklə mənzilin boşaldılaraq "xxxx" MTKya təhvil verilməsi, həmin binanın 11 saylı mənzilin mülkiyyətçisi Cavabdeh4 əlavə cavabdeh qismində işə cəlb olunması, ona kirayədə qaldığı müddət ərzində hər ay 350 manat kirayə haqqı ödənilməklə yeni tikiləcək binada tam təmirli 20% əlavə yaşayış sahəsi verilməklə mənzilin boşaldəlaraq "xxxx" MTK-ya təhvil verilməsi, 10 saylı mənzilin mülkiyyətçisi Cavabdeh5 Bahadur oğlunun əlavə cavabdeh qismində işə cəlb olunması ona kirayədə qaldığı müddət ərzində hər ay 350 manat kirayə haqqı ödənilməklə yeni tikiləcək binada tam təmirli 20% əlavə yaşayış sahəsi verilməklə mənzilin boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bahadur oğlu cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ata adının Zakir kimi oxunmasını, eyni zamanda mənzildə qeydiyyatda olan şəxslərin adlarının X10 və X28 kimi oxunmasını xahiş etmişdir. Cavabdeh2 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyati İdarəsi tərəfindən ona verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən o, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 30, 4 saylı məzilinin mülkiyyətçisidir. xx.xx.2018-ci il tarixli, 104 saylı sərəncamında qeyd olunmuşdur ki, Gündüz-AS MTK-nın Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı MTKnın adına rəsmiləşdirilsin. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 104 saylı sərəncamında qeyd olunmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı MTK-nm adına rəsmiləşdirilsin. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014cü il tarixli, 154 saylı sərəncamının birinci bəndində göstərilmişdir. Torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilsin”. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamının 1.1. yarımbəndində qeyd olunmuşdur ki, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi müvafiq qanunvericiliyə görə İddiaçı tərəfindən qarşılıqlı razılıq əsasında həll edilməlidir. AR “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Yaşadığı binanın bir neçə sakini yeni mənzilllərə köçürülməkdən imtina edərək, öz köhnə mənzillərində qalmaq istəyirlər. İddiaçı MTK-nın əməkdaşlarına yaxşı məlumdur ki, onlar yeni binanın tikintisinə yalnız evin bütün sakinlərinin razılığı olduğu halda başlaya bilərlər. Buna baxmayaraq, İddiaçı MTK yaşayış evinin həyətinin ətrafında çəpər çəkmiş, sakinlərin əkdiyi ağacları doğramış, həyətdə olan oyuku və oyun meydançasını sökmüş və tikinti materiallarını həyətə yığmışdır. Beləliklə, onlar evin yaşlı sakinlərinə və uşaqlara ciddi narahatlıqlar yaratdılar. Faktiki olaraq, təcili yardım, yanğınsöndürən maşınlarının həyətə girişinə əngəl qoymuşlar və uşaqları həyətdə oynamaq imkanından məhrum etmişlər. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Nəzarət Təhlükəsizliyə Dövlət Agentliyinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı MTK-nin rəhbərliyinə sakinlərin qarşılıqlı razılaşma əsasında tam köçürülməsi təmin edildikdən sonra söküntü işlərinin aparılması, ətrafdakı mövcüd tikililərin və sakinlərin təhlükəsizliyinin təmin edilməsi tapşırılır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Yalnız binanın sakinlərinin mənzillərinin hamısının satın alınmasından sonra iddiaçı həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşasına başlaya bilər. iddiaçıya həmin normativ-hüquqi tələblər yaxşı məlumdur, lakin buna zidd olaraq, iddiaçı qəsdən onların öz mənzillərində yaşamaqlarına maneçilik törədir. Qeyd edilənlərə əsasən məhkəmədən İddiaçı MTK-nın iddiasının təmin edilməsinin rədd olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Cavabdeh1 ilə aralarında razılıq əldə olunduğundan iddia tələbinin həcmini azaldaraq, Cavabdeh1 cavabdehlər sırasından çıxarılmaqla iddia tələblərinə dəqiqləşdirmə vermişlər. Məhkəmə tərəfindən Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müvafiq qurumların rəyinə əsasən mübahisəli mənzil yaşayış üçün qeyri-qənaətbəxşdir və istismar müddətini bitirmişdir. Bununla bağlı iş materiallarına müvafiq akt əlavə olunmuşdur. Tərəflərə 20% əlavə yaşayış sahəsi verilməklə istifadə hüququna xitam verilməsi barədə pretenziya qaydasında məlumat verilmiş və sakinlərin əksəriyyəti ilə razılıq əldə olunmuşdur. Hazırda Cavabdeh1 ilə də razılıq əldə olunmuşdur. Cəmi 4 nəfər ilə razılıq əldə olunmamışdır. Hər bir mənzilin ümumi kv.m sahəsinə əlavə 20% yaşayış sahəsi verilir. Mənzillər təmirli olaraq verilir, eyni zamanda əlavə olaraq aylıq 350 manat kirayə haqqı da verilir. Hazırda binanın 9 və 10-cu mərtəbələri tikilir. Digər sakinlər ilə razılıq əldə olunmamasının səbəbi həmin sakinlərin böyük həcmli mənzillər tələb etməsidir. Cavabdehlərin hüquqları pozulmamaqla, sakinlərə mənzillər hazırda tikilən 2 saylı binadan veriləcəkdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, MTK nəyin əsasında və hansı qanuna əsasən onların öz evlərini tərk etməklərini istəyirlər. Onların evi 2 otaqlıdır və MTK-nın təklifi olan 20% əlavə ilə hesabladıqda təklif olunan mənzil 1 otaqlıdır. O, bu cür təklif ilə razılaşa bilməz. Ümumiyyətlə, o, MTK-dan mənzil istəmir və hazırda yaşadığı evdə yaşamaq istəyir. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin ərazidə artıq 3 ildir ki, tikinti aparılır. İddiaçının vəkilinin həmin binada 26 mənzilin olduğunu deməsinə baxmayaraq hazırda binada 11 mənzil var. O, hazırda 2 otaqlı evində yaşayır və MTK-dan heç bir istəyi yoxdur. Ümumiyyətlə evindən çıxmaq istəmir və mülkiyyətində olan əmlakından imtina etmir. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, "Karayev City” MTK-nın bu iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Sözügedən MTK binanın qəzalı vəziyyətdə olması ilə bağlı hər hansı dövlət qurumunun aktı olmasını və sökülməli olduğunu bildirir. Məlum məsələdir ki, binanın sökülməsi ilə bağlı hər hansı dövlət qurumu rəy vermək iqtidarında deyil. Eyni zamanda, bununla bağlı iş materiallarında dövlət qurumlarının sözügedən rəyin verilməməsinə dair məktubları vardır. Nəzərinizə çatdırmaq istəyir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 85 saylı, 25 fevral 2016-ci il tarixli qərarında qəzalı vəziyyətdə olan binalar göstərilmişdir. Bununla bağlı Nazirlər Kabinetinə sorğu verilmiş və cavab olaraq sözügedən binanın qəzalı vəziyyətdə olmamasını qeyd etmişlər. İlk öncə qeyd etdiyi "Karayev City” MTK-nın subyektiv hüququ olmaması məsələsi üzrə bildirir ki, 2014-cu ildə sözügedən əraziyə sərəncam verilməklə, həmin sərəncam Gündüz-AS MTK-ya təqdim edilmişdir. 2018-ci ildə "Karayev City” MTK yaradılmış və həmin sərəncamda olan hüquqlar ona köçürülmüşdür. Qeyd edir ki, bir sərəncam 3 il müddətində icra olunmaqdıqda, avtomatik olaraq ləğv olunur. Bu səbəbdən 2014-cu ildə verilmiş sərəncam 2018-ci ildə "Karayev City” MTK-ya verilə bilməzdi. Bundan başqa, ikinci bir məsələ olaraq, iddiaçı tərəf sakinlərə nə üçün 20% təklif etdiyini əsaslandıra bilmir və heç bir dövlət qurumunun 20% verilməsi ilə bağlı rəyi yoxdur. Hazırda tikilən binanın tikintiyə icazə sənədi xx.xx.2022-ci il tarixdə alınmışdır. Lakin iddia ərizəsi iyunda qaldırılmışdır. Ona görə, iddia qaldırılarkən binanın tikintiyə icazə sənədi olmamış və həmin binaya subyektiv hüquqları olmamışdır. Bu səbəbdən onların da inzibati qaydada mübahisələri bu məsələdən ibarətdir. Onların əvvəlki tələbləri 3 otaqlı, sahəsi 115 kv.m, tam təmirli mənzilin və nəqliyyat vasitəsi saxlamaq üçün dayanacağın verilməsi idi. Hazırda isə ümumiyyətlə iddiaçıdan mənzillə bağlı heç bir tələblər yoxdur. Ümumiyyətlə evdən çıxmaq istəmirlər. Hazırda iddiaçı özü binanın qəzalı vəziyyətə salır. Qeyd edir ki, hazırkı iddiada heç bir normaya istinad olunmamışdır. Məhkəmə iclasında Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda iddia tələbinin əsasını təşkil edən sərəncam qüvvədən düşmüşdür. 3 il ərzində tikinti başlanmamışdır. Həmçinin, şəxsin müqavilə bağlamaq azadlığı vardır. Hazırda isə cavabdehin iddiaçı ilə aralarında heç bir müqavilə bağlanmamışdır. İddiaçının təqdim etdiyi akt yanlışdır. Aktı tərtib edənlərin səlahiyyətləri müəyyən edilməmişdir. MTK onları heç vaxt ofisə dəvət etməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamının surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin 08 aprel 2014-cü il tarixli, 01 saylı müraciətini nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" Mənzil Tikinti Kooperativinə tapşırılmışdır; - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin 21 fevral 2018-ci il tarixli, 01 saylı müraciətini və "xxxx" Mənzil Tikinti Kooperativinin 21 fevral 2018-ci il tarixli, 173 saylı razılıq məktubunu nəzərə alaraq, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı Mənzil Tikinti Kooperativinin adına rəsmiləşdirilmişdir; - ünvan 1 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında 10 fevral 2016-cı il tarixli Aktın surətindən görünür ki, Bakı Şəhər İcra hakimiyyətinin Əsaslı Təmir və Tikinti şöbəsinin müdiri F.Əliyev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini, Baş mühəndis R.Abdullayev, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin mühəndisləri Şahid2, Şahid1, “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun direktoru C.Quliyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun texniki şöbəsinin aparıcı mühəndisi M.İsgəndərov, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin mühəndisi C.Axundov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq X1 müdiri Y.Eminov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Mənzil-Kommunal Siyasəti şöbəsinin müdir müavini B.Rzayev, Nizami rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Q.Məmmədov, Nizami rayon MKTD-nin 1 №-li Xüsusi Təyinatlı MKTB-nin rəisi E.Talıbov Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, xx/xx/5185-12 saylı dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 542 №-li sərəncamının icrası ilə əlaqədar qeyd edilən ünvana baxış keçirmiş və aşağıdakıları müəyyən etmişlər. Bina 1953-cü ildə inşa olunmuş, 2 mərtəbəlidir, mənzillərin sayı 12, bina bünövrəsi təmir beton, lentvaridir, divarların texniki vəziyyəti-bəzi hissələrdə çatlar var, pilləkan qəfəsi yükdaşıyıcı konstruksiyalarda aşınmalar var. Eyvanı qəzalı vəziyyətdədir. Dam örtüyünün texniki vəziyyəti qeyri-qənaətbəxşdir. Göstərilənlərə əsasən yaşayış evinin istismar müddəti bitmiş, texniki vəziyyəti qeyri-qənətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir. - İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 30 ünvanında yerləşən yaşayış binasının sökülməsi ilə əlaqədar Cavabdeh1 mülkiyyətində olan mənzilə qarşılıq əlavə 20% yaşayış mənzili İddiaçı MTK tərəfindən ona təklif olunur. Münasibət bildirilməsi xahiş edilmişdir. - 120 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 210 saylı arayışından görünür ki, Cavabdeh1 K.Balakişiyev küçəsi, ev 30, mənzil 3 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşayır. Bina Bakı şəhər MKTD-nə məxsusdur. Mənzilin icarədarı Cavabdeh1dur. Mənzildə ondna başqa ailə üzvləri: həyat yoldaşı X20, uşaqları X17 və X18 qeydiyyatdadırlar. - ASAN 3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı arayışdan görünür ki, Cavabdeh1, X11, X21, X20, X14, X12 ünvan 3 ünvanında qeydiyyatdadırlar. - İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 30 ünvanında yerləşən yaşayış binasının sökülməsi ilə əlaqədar Cavabdeh2 mülkiyyətində olan mənzilə qarşılıq əlavə 20% yaşayış mənzili İddiaçı MTK tərəfindən ona təklif olunur. Münasibət bildirilməsi xahiş edilmişdir. - 120 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 208 saylı arayışından görünür ki, Cavabdeh2 K.Balakişiyev küçəsi, ev 30, mənzil 4 ünvanında yerləşən mənzildə yaşayır. Bina Bakı şəhər MKTD-nə məxsusdur. Mənzilin icarədarı Cavabdeh2dır. - İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 30 ünvanında yerləşən yaşayış binasının sökülməsi ilə əlaqədar Cavabdeh3 mülkiyyətində olan mənzilə qarşılıq əlavə 20% yaşayış mənzili İddiaçı MTK tərəfindən ona təklif olunur. Münasibət bildirilməsi xahiş edilmişdir. - 120 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 207 saylı arayışından görünür ki, Cavabdeh3 K.Balakişiyev küçəsi, ev 30, mənzil 7 ünvanında yerləşən mənzildə yaşayır. Bina Bakı şəhər MKTD-inə məxsusdur. Mənzilin icarədarı Cavabdeh3dur. Mənzildə X13, X25, X26, X19, X22 və X27 qeydiyyatdadır. - İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh4 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 30 ünvanında yerləşən yaşayış binasının sökülməsi ilə əlaqədar Cavabdeh4 mülkiyyətində olan mənzilə qarşılıq əlavə 20% yaşayış mənzili İddiaçı MTK tərəfindən ona təklif olunur. Münasibət bildirilməsi xahiş edilmişdir. - 120 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 211 saylı arayışından görünür ki, Cavabdeh4 K.Balakişiyev küçəsi, ev 30, mənzil 11 ünvanında yerləşən mənzildə yaşayır. Bina Bakı şəhər MKTD-nə məxsusdur. Mənzilin icarədarı Cavabdeh4dır. - İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh5 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 30 ünvanında yerləşən yaşayış binasının sökülməsi ilə əlaqədar Cavabdeh5 mülkiyyətində olan mənzilə qarşılıq əlavə 20% yaşayış mənzili İddiaçı MTK tərəfindən ona təklif olunur. Münasibət bildirilməsi xahiş edilmişdir. - 120 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 209 saylı arayışından görünür ki, Cavabdeh5 K.Balakişiyev küçəsi, ev 30, mənzil 10 ünvanında yerləşən mənzildə yaşayır. Bina Bakı şəhər MKTD-nə məxsusdur. Mənzilin icarədarı Cavabdeh5dur. Mənzildə Nümayəndə2 və X15 qeydiyyatdadır. - Azərbaycan Rspublikası Dövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli xx/xx-04525 saylı məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 30 saylı binanın qəzalı vəziyyətdə olub-olmaması vı mövcud şəhərsalma normalarına cavab verib-verməməsi ilə bağlı Agentlik tərəfindən rəy tərtib edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2022-3232 saylı məlumatından görünür ki, Bakı şəhəri, Kamil Balakişiyev küçəsi, Şirin Mirzəyev və Nəsimi küçələrinin kəsişməsində İddiaçı tərəfindən tikintisi həyata keçirilən çoxmərtəbəli yaşayış binalarının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin razılaşdırılması ilə bağlı Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətindən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət daxil olmamışdır. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2022-3236 saylı məlumatından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Piralllahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarında təsdiqini tapmış vəzifələrin icrası ilə bağlı Bakı şəhəri Suraxanı Rayon icra Hakimiyyətinə, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Xətai Rayon icra Hakimiyyətinə, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Piraiiahı Rayon icra Hakimiyyətinə və Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə tapşırıqlar vermişdir. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Piraiiahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı Nazirlər Kabinetinin 17 dekabr 2019cu il tarixli 482 nömrəli Qərarı ilə ləğv edilmişdir. - Azərbaycan Rspublikası Dövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 37/kol-00443 saylı məktubunun surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 05 mart 2018-ci il tarixli 104 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli 154 saylı sərəncamı ilə tərtib edilmiş 12899 saylı İnşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. Ərazidə olan və hasara alınmış torpaq sahəsində tikintisi nəzərdə tutulmuş 3 saylı binanın tərtib edilmiş layihəsi aidiyyəti qurumlarla razılaşdırılmış və X4 Ekspertiza Baş idarəsindən rəy və tikinti işlərinin aparılması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə icazə sənədi alınmışdır. İddiaçı MTK-nın rəhbərliyinə sakinlərin qarşılıqlı razılaşma əsasında tam köçürülməsi təmin edildikdən sonra söküntü işlərinin aparılması, ətrafdakı mövcud tikililərin və sakinlərin təhlükəsizliyinin təmin edilməsi tapşırılır. - Azərbaycan Rspublikası Dövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 37/kol-00845 saylı məktubunun surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 05 mart 2018-ci il tarixli 104 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli 154 saylı sərəncamı ilə tərtib edilmiş 12899 saylı İnşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. Ərazidə olan və hasara alınmış torpaq sahəsində tikintisi nəzərdə tutulmuş 3 saylı binanın tikinti işlərinin aparılması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə Tİ-53/21 nömrəli 10 iyun 2021-ci il tarixli "İcazə” sənədi alınmışdır. İddiaçı MTK-nın rəhbərliyinə sakinlərin qarşılıqlı razılaşma əsasında tam köçürülməsi təmin edildikdən sonra söküntü işlərinin aparılması, ətrafdakı mövcud tikililərin və sakinlərin təhlükəsizliyinin təmin edilməsi tapşırılır. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-35/2-526/2023 saylı məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 30 saylı evin Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 154 nömrəli Sərəncamına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinə ayrılmış, sonradan isə Bakı Şəhər icra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci il tarixli 104 nömrəli Sərəncamına əsasən “Karayev City" Mənzil Tikinti Kooperativinə keçmiş torpaq sahəsinin ərazisinə düşüb-düşməməsinə dair məlumatların (müvafiq sənədlər əlavə edilməklə) təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli 2(007)- 3216/2022 nömrəli müraciətə (sorğuya) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildirilir ki, sözügedən ünvanda yerləşən 30 saylı ev Bakı Şəhər icra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli 104 nömrəli Sərəncamına əsasən İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilmiş, daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən adıçəkilən ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. Mübahisə predmeti olan cavabdehlərin istifadəsindəki Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 30 saylı evdə yerləşən 4, 7, 11 və 10 saylı mənzillərinin yerləşdiyi, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi İddiaçı Mənzil Tikinti Kooperativinə tapşırılmışdır. İddiaçı MTK Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün binanın əksər mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bahadur oğlu iddiaçı ilə razılığa gələ bilməmişdir. Hazırda iddiaçı, cavabdehlərə kirayədə qaldığı müddət ərzində hər ay 350 manat kirayə haqqı ödənilməklə yeni tikiləcək binada tam təmirli 20% əlavə yaşayış sahəsi verilməklə mənzillərin boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarın 1 və 1.1-ci hissələrində göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Həmin Qərarın 5-ci hissəsinə görə, bu qərar imzalandığı gündən qüvvəyə minir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 482 nömrəli Qərarın 3 və 4-cü hissələrindən aydın olur ki, 86 nömrəli Qərar ləğv edilmiş və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi, ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsini və s. tapşırılmışdır. Belə ki, 86 nömrəli Qərar 25 fevral 2016-cı il tarixdə qüvvəyə minmiş, həmin qərarla Bakı şəhərinin aidiyyəti yerli icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 154 saylı sərəncamı isə 10 aprel 2014cü il tarixində, yəni 86 nömrəli Qərardan əvvəl verilmiş və sonuncu imzalandığı andan qüvvəyə minməklə özündən əvvəlki münasibətlərə şamil edilməmişdir. Həmçinin, 482 nömrəli Qərarla məhz 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə müvafiq tapşırıqlar irəli sürülmüşdür. Belə ki, məhkəmə iddiaçının cavabdehlərin mülkiyyət hüququnu pozmaması ilə bağlı mövqeyi ilə də razı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin 2-ci bəndinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddəsinin 3-cü bəndinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Mülki Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 152.1 -ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o. mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 2011 -ci il 16 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12- ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 13-cü maddəsi ilə mükiyyət toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Bununla belə, bu toxunulmazlıq mütləq deyildir və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququ məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsində qeyd olunan məqsədlərin həyata keçirilməsi ilə bağlı tənzimləmələr ifadə olunmuş, lakin hazırkı mübahisənin hüquqi əsasını təşkil edə biləcək dəqiq qanuni tənzimləmə həmin Məcəllədə nəzərdə tutulmamışdır. Hazırda, iddiaçı iddia tələbini əsaslandırarkən iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli akta istinad etmişdir. Lakin iddia üzrə iddiaçının həmin əsasla iddia tələbi irəli sürməsi yolverilən deyildir. Çünki həmin əsasla tələb irəli sürmək hüququ müvafiq icra hakimiyyəti orqanına və sakinlərə aiddir. Müvafiq icra hakimiyyəti ilə bağlanmış icarə müqaviləsi tələb hüququnun hazırkı iddiaçıya keçməsi əsası kimi qəbul oluna bilməz. Mənzil Məcəlləsi isə qəzalı vəziyyətdə olan yaşayış sahələri ilə bağlı müvafiq hüquqi tənzimləməni müəyyən etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. 28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. 28.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərraca çıxarılan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) qiymətləndirilməsi məqsədi ilə müstəqil qiymətləndirici cəlb olunur. Mənzilin (yaşayış binasının) qiyməti son üç ay ərzində alınan mənzilə uyğun mənzilin (yaşayış binasının) notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Mənzilin (yaşayış binasının) qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan mənzili (yaşayış binasını) 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq mənzilə (yaşayış binasına) uyğun mənzilin (yaşayış binasının) bazar qiyməti əsas götürülür. Qeyd edilməlidir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsindəki 30 saylı binanın texniki vəziyyətinin, binanın qəzalı vəziyyətdə olub-olmamasının müəyyən olunması məqsədi ilə məhkəmə tikintitexniki ekspertiza təyin edilsə də, ekspertiza baş tutmamış, bundan sonra isə iş üzrə məhkəmə araşdırması davam etdirilmişdir. Göründüyü kimi, qəzalı vəziyyətdə olan yaşayış sahələri ilə bağlı hüquqi tənzimlənmə müəyyən edilmişdir. Hazırkı iddia tələbi isə qeyd edilən hüquq normasının dispozitiv şərtlərinə uyğun olmamaqla, onunla ziddiyyət təşkil edir və iddiaçı binanın qəzalı vəziyyətdə olması əsası ilə məhkəmədə iddia qaldıracaq subyeklər dairəsinə daxil deyil. Bundan başqa, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamının 1 və 1.1 bəndinə əsasən əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikiliblərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-ya həvalə edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflər arasında heç bir razılıq əldə olunmamış, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 səlahiyyətli nümayəndələri onların iddiaçının təklifləri ilə razı olmadıqlarını, mənzildə yaşamaq istədiklərini ifadə etmişlər. Həmçinin qeyd etmişlər ki, mənzilin qəzalı vəziyyətdə olmasına dair akt 2016-cı ildə tərtib edilmiş, artıq 7 ildən artıq müddət keçmiş və onlar mənzillərinə yaşamağa davam edirlər. Məhkəmə tərəfindən araşdırma aparılan zaman tərəflərlə razılıq üçün vaxt verilmiş, cavabdehlərdən Cavabdeh1 ilə razılıq əldə olunsa da, digər cavabdehlər ilə belə bir razılıq əldə edilməsi üçün iddiaçı tərəfindən kompensasiya məbləği barədə danışıqlar aparıldığı müəyyən edilməmişdir. Həmçinin, cavabdehlər qəti şəkildə mənzillərdən çıxarılmalarına etiraz etmişlər. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinin cavabdehlərin hüquqlarına uyğunluğu müəyyən olunmur. İddia tələbinin əsaslandığı dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, həmçinin cavabdehlərin istifadəsində olan yaşayış sahələrinin istismar müddətinin bitməsi, binanın vəziyyətinə dair mötəbər hesab ediləcək sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf həmçinin adıçəkilər Sərəncamların qüvvədən düşdüyünü və hazırda iddiaçın hazırkı iddia ilə məhkəmədə iddia qaldırmaq hüququnun olmadığını bildirmişlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. 77.2-ci maddəsinə əsasən bu Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulmuş müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır. Müddətin uzadılması ilə bağlı hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iş üzrə cavabdeh olmuş Cavabdeh1 Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Bakı Şəhər İcra Hakimiyyətinin 154 və 104 saylı Sərəncamlarını mübahisələndirmiş və iddiasını həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-77.2-ci maddələrinə uyğun əsaslandırmışdır. Lakin qeyd edilən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı təqdim edilməmişdir. Nəticədə, həmin Sərəncamların qüvvədən düşməsi ilə bağlı istinad edilən hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "Karayev City” Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kirayə haqqı ödənilməklə yeni tikiləcək binada əlavə 20% yaşayış sahəsi verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "Karayev City” Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kirayə haqqı ödənilməklə yeni tikiləcək binada əlavə 20% yaşayış sahəsi verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar