Məhkəmə qərarları › İş №2(007)-860/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-860/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-860/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 15 saylı Notoriat ofisi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1931-ci il təvəllüdlü “X1”nun xx.xx.1971-ci il təvəllüdlü Ərizəçi əmisi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarından görünür ki, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 15 saylı Notoriat ofisi cəlb etmişdir. Lakin ərizədə qeyd olunan tələbə əsasən yəni qohumluq faktının müəyyən ediliməsinə dair işlər üzrə maraqlı şəxs qismində Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi cəlb edilməlidir. Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsini cəlb etməli olduğu halda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 15 saylı Notoriat ofisinı cəlb etməklə müvafiq pozuntulara yol vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 15 saylı Notoriat ofisi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş 13433 nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, büdcə səviyyə kodu: 142213, terminal nömrəsi: K0114013, Əməliyyat İD:140563994, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 15:36) görünür ki, Ərizəçi hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 15 saylı Notoriat ofisi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə büdcədən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,150,152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 15 saylı Notoriat ofisi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunsun. İddia ərizəsinin verilməsinə görə Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat ("xxxx" ASC, VÖEN: **********, büdcə səviyyə kodu: 142213, terminal nömrəsi: K0114013, Əməliyyat İD:140563994, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 15:36) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar