Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-870/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil1, Maraqlı şəxsin vəkili və nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikasının İxracın və X1- “AZPROMO” X7 Azərbaycanda İxracın və X3 maraqlı şəxs qismində cəlb olunmaqla “Azərbaycanda İxracın və X2 ləğvi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İxracın və X1- “AZPROMO” X8 Azərbaycanda İxracın və X3 maraqlı şəxs qismində cəlb olunmaqla “Azərbaycanda İxracın və X2 ləğvi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycanda İxracın və X2 ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycanda İxracın və X3 (bundan sonra “Fond" adlandırılacaq) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kollegiyasının 24 aprel 2003-cü il tarixli qərarı ilə 1103-Q1-1430 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli, 451 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının İxracın və X1 - AZPROMO" (bundan sonra “Agentlik” adlandırılacaq) yaradılmışdır. Həmin Fərmanın 5.2ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə Fondun ləğv edilməsi və onun maddi-texniki bazasının Agentliyin balansına verilməsi ilə bağlı tədbirlərin görülməsi tapşırılmışdır. Həmin bəndin icrası istiqamətində Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin 07 fevral 2019-cu il tarixli F-29 nömrəli əmri ilə Fondun ləğvinə dair işlərin həyata keçirilməsi məqsədilə ləğvetmə komissiyası yaradılmış, 30 avqust 2022-ci il tarixli F-135 nömrəli əmr ilə F-29 nömrəli əmrinə dəyişiklik edilərək ləğvetmə komissiyasının tərkibi yenidən təsdiq olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil1 ərizəni müdafiə edərək bildirmişdir ki, fond xx.xx.2003-cü ildə qeydiyyata alınaraq yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli fərmanında Azərbaycan Respublikasının İxracın və X1- “AZPROMO”-nun yaradılması barədə göstəriş verilmişdir. Fondun həyata keçirdiyi bütün funksiyaları Agentlik tam şəkildə yerinə yetirir. Fondun ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunmuşdur. Lakin Ədliyyə Nazirliyi imtina verərək Fondun yalnız məhkəmə qətnaməsi ilə ləğv olunmasını bildirmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin vəkili və nümayəndəsi X5 bildirmişdir ki, iddianı qəbul edirlər. Qanunvericiliyə əsasən fondun ləğvi məhkəmə qərarı ilə olmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 07 fevral 2019-cu il tarixli, F-29 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının İxracın və X1 dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycanda İxracın və X3 ləğv edilir. - 30 avqust 2022-ci il tarixli F-135 nömrəli əmrdən görünür ki, Agentliyin dövlət qeydiyyatına alınmasından sonra Fondun ləğvi ilə bağlı işlərin həyata keçirilməsi məqsədilə ləğvetmə komissiyası yaradılmışdır. - 24 noyabr 2022-ci il tarixli AİİTF-03/02-3/12 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış Ədliyyə Nazirliyi Kollegiyasının 24 aprel 2003-cü il tarixli qərarı ilə 1103-Q1-1430 nömrəsi ilə dövlət qeydiyyatına alınmış Azərbaycanda İxracın və X2 30 avqust 2022-ci il tarixində yaradılmış ləğvetmə komissiyasının ərizəsi ilə Azərbaycanda İxracın və X2 ləğv proseseində olması ilə bağlı məlumatların dövlət reyestrinə daxil edilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 05/6543/3-14 nömrəli, 06 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycanda İxracın və X2 ləğv prosesində olması barədə məlumatların dövlət reyestrinə daxil edilməsi ilə bağlı müraciətə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 116.2-ci maddəsinə əsasən fondun ləğvi haqqında qərarı maraqlı şəxslərin ərizəsinə əsasən yalnız məhkəmə qəbul edə bilər. Həmin tələb həmçinin qurumun nizamnaməsinin 7.2-ci bəndində də əks olunmuşdur. - Azərbaycanda İxracın və X2 nizamnaməsindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 12 avqust 2005-ci ildə təsdiq olunub. Fond Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Fond hüquqi şəxsdir. Fondun müstəqil balansı, blanklarda hesabları, möhürü, ştampı, emblemi və sair rekvizitləri vardır. Fondun təsisçisi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeyri-kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışdan görünür ki, Azərbaycanda İxracın və X3 24 aprel 2003-cü il tarixdə 1103-Q1-1430 nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İxracın və X1- “AZPROMO” X7 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüququ Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təsdiq olunmuş ********** qeydiyyat nömrəli 13 oktyabr 2021-ci il Nizamnamədən görünür ki, 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İxracın və X1 - AZPROMO-nun (bundan sonra - Agentlik) ixracın və investisiyaların təşviq edilməsi istiqamətində fəaliyyət göstərən, ixracatçılara və investorlara bir sıra xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərir. 1.5-ci bəndinə əsasən Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları (yerli və xarici valyutada), öz adı həkk olunmuş möhürü, müvafiq ştampları, blankları və loqotipi (emblemi) vardır. 1.7-ci bəndinə əsasən Agentliyin rəsmi adı Azərbaycan Respublikasının İxracın və X1 – AZPROMO-dur. - X8n dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikasının İxracın və X1- “AZPROMO” X8 13 oktyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Azərbaycan Respublikasının İxracın və X1- “AZPROMO” X7 nümayəndəsi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycanda İxracın və X3 24 aprel 2003cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 07 fevral 2019-cu il tarixli, F-29 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının İxracın və X1 dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycanda İxracın və X3 ləğv edilir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli, 451 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının İxracın və X1-AZPROMO" yaradılmışdır. Azərbaycan Respublikasının İxracın və X1- “AZPROMO” X8 13 oktyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Ərizəçinin müraciəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyində araşdırılmış, izah edilmişdir ki, fondun ləğvi haqqında qərarı maraqlı şəxslərin ərizəsinə əsasən yalnız məhkəmə qəbul edə bilər. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Göründüyü kimi “Azərbaycan Respublikasının İxracın və X1 - AZPROMO" X8n hüquqi ünvanı ünvan 1sının Mülki Prosessual Məcəlləsinin: 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Prezidentinin “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 28 dekabr 2018-ci il tarixli, 451 nömrəli fərmanının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının İxracın və X1 – AZPROMO” yaradılsın. 2.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının İxracın və X1 – AZPROMO” (bundan sonra - Agentlik) ölkədə ixracın və investisiyaların təşviq edilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. 5.2-ci bəndinə əsasən Agentliyin dövlət qeydiyyatına alınmasından sonra bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş funksiyaları yerinə yetirən, təsisçisi olduğu qurumun ləğv edilməsi və onun maddi-texniki bazasının Agentliyin balansına verilməsi ilə bağlı tədbirlər görsün. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanda İxracın və X2 ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının İxracın və X1 – AZPROMO” yaradılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 115.1-ci maddəsinə əsasən fond üzvlüyü olmayan, fiziki və (və ya) hüquqi şəxslərin əmlak haqları əsasında təsis etdikləri, sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai faydalı məqsədlər güdən təşkilatdır. 116.2-ci maddəsinə əsasən fondun ləğvi haqqında qərarı maraqlı şəxslərin ərizəsinə əsasən yalnız məhkəmə qəbul edə bilər. Fond aşağıdakı hallarda ləğv edilə bilər. “Qeyri-hökumət təşkilatları haqqında” AR Qanununun 20-ci maddəsinə əsasən qeyrihökumət təşkilatı MM-də və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər. Qeyrihökumət təşkilatı ləğv edildikdə həmin qurum tərəfindən əmlak məsələlərinin MM-də nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar və bu məlumatları təsdiq edən sənədlər hüquqi şəxslərin dövlət reyestrinə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanına (Ədliyyə Nazirliyinə) təqdim edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycanda İxracın və X3 ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Azərbaycanda İxracın və X3 ləğv edilsin. Qətnamə Azərbaycanda İxracın və X2 ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-870/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-870/2023
05.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver