Məhkəmə qərarları › İş №2(007)-89/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-89/2023

11.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-89/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1, İddiaçının vəkili Vəkil2, Cavabdeh1,onun nümayəndəsi və vəkili Hüseynov X4, Cavabdeh6 Muhiddin oğlunun nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 Xıdıir oğluna,Cavabdeh5 və Cavabdeh6 qarşı kompensasiya(əlavə yaşayış sahəsi) verilməklə mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MTK Cavabdeh1 qarşı kompensasiya(əlavə yaşayış sahəsi) verilməklə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən hazırlıq mərhələsinin iclasında iddaçı iddia tələbinin həcmini artırmaqla Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 Xıdıir oğlunu,Cavabdeh5 və Cavabdeh6 da cavabdehlər qismində cəlb edərək onlara da qarşı eyni tələb irəli sürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilən, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 75 saylı, 26 fevral 2016-cı il tarixli və 461 saylı, 06 oktyabr 2017-ci il tarixli sərəncamlarına əsasən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, A.Manafov. T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi iddiaçı "xxxx" MTK-ya tapşırılıb.ünvan 1 ünvandakı 12 mənzilli ikimərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə iddiaçı “Orbita’’ MTK-ya ayrılan torpaq sahəsində yerləşir.Həmin yaşayış binası 20-ci əsrin 50-ci illərində tikilib, istismar müddəti bitib, köhnə və istifadəyə yararsız vəziyyətdədir.İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, A.Manafov. T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə mövcud yaşayış və qeyriyaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir.12 saylı 12 mənzilli köhnə yararsız binanın başqa sakinləri ilə razılıq əldə olunsa da cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 Muhiddin oğlu, Cavabdeh5 ilə razılıq əldə etmək mümkün olmayıb.İddiaçı cavabdehlərə onların ünvan 1 ünvanda yerləşən binadakı mənzillərinin əvəzinə həmin ünvanda yeni tikilən binada mövcud mənzillərin sahəsindən 20 faiz artıq sahəsi olan yeni mənzillər tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib.Lakin cavabdehlər əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilin sökülməsi üçün təhvil verməkdən, yararsız binadan köçməkdən imtina edərək daha artıq sahəsi olan mənzillər tələb ediblər.Bu səbəbdən də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 461 saylı, 06 oktyabr 2017-ci il tarixli sərəncamının icrası, söküntü və likinti-quraşdırma işlərinə başlamaq mümkün olmayıb.Tikinti işlərinin yubanması mənzil tikintisi üçün İddiaçı MTK ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olub.Onların tərəfindən dəfələrlə razılıq əldə olunması üçün müxtəlif təkliflər verilsə də, bunun müsbət bir nəticəsi olmayıb.Buna görə də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşlar. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, cavabdehlər Cavabdeh1 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 55,0 kv.m sahəsi olan iki otaqlı 1 saylı mənzilin, Cavabdeh2 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 56,56 kv.m sahəsi olan iki otaqlı 4 saylı mənzilin, Cavabdeh3 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 54,0 kv.m sahəsi olan iki otaqlı 7 saylı mənzilin, Cavabdeh4 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 56,1 kv.m sahəsi olan iki otaqlı 8 saylı mənzilin, Cavabdeh6 Muhiddin oğlunun mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 53,6 kv.m sahəsi olan iki otaqlı 10 saylı mənzilin, Cavabdeh5 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 58,0 kv.m sahəsi olan iki otaqlı 12 saylı mənzilin əvəzinə iddiaçının həmin ünvünda yeni inşa etdiyi binada qeyd olunan mənzillərin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzillər tikilib təhvil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərə hər ay 400 manat kirayə haqqı ödənilməklə cavabdehlərin söküləcək həmin mənzillərdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili Vəkil2 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehlər sadəcə əsassız varlanmaq niyyətindədirlər. Buna görə də, onların təfkliflərini qəbul etmirlər.Dəfələrlə qarşı cavabdehləri razılığa dəvət etmişlər, lakin bunun müsbət bir nəticəsi olmayıb.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki,iddia təmin edilsin. Cavabdeh4 Xıdıir oğlu iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçı tərəf onun 56 kv.metr olan yaşayış sahəsinin əvəzində çöldən çölə hesablanmaqla 80 kv. metr sahəsi olan mənzil təklif edir. Onun iki oğlu var,o, 56 kv.metrlik rahat mənzilində yaşamaq istəyir, ona İddiaçı MTK evi lazım deyil. İddiaçı mənzil təklif edib, lakin onların təlkif etdiyi mənzilin ölçüsü onun mənzilimin ölçüsü kimi hesablanmır.Onun mənzili çox yaxşıdır və öz mənzilimdə yaşamaq istəyir.Ona görə də iddianın rədd olunmasını xahiş edir. Cavabdeh1 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,onun yaşadığı bina qəzalı deyil. O, birincə mərtəbədə yaşayır və hər il 25 manat kommunal xidmətlərinin ödənişini edir. Yeni mənzillə təmin olunduqdan sonra qarşı tərəf hər kvadrata görə 50 qəpik kommunal haqqı tələb edəcək və onun həmin məbləği ödəməyə imkanı olmayacaq və onlar yenidən məhkəmələrdə qalacaqlar.Bundan əlavə Onların geniş həyəti vardır, avtomobillərinirahat saxlayırlar, lakin qarşı tərəf qaraj üçün əlavə olaraq hər ay 70 manat pul tələb edəcək. Buna görə də,hesab edir ki, iddia rədd olunmalıdır. Onun rahat mənzili var və həmin mənzildən başqasını istəmir. Qeyd olunanları nəzərə alıb xahiş edir ki, iddia təmin edilməsin. Cavabdeh6 Muhiddin oğlunun nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, qarşı tərəfin təklif etdiyi yaşayış sahəsi onların mənzillərinin yaşayış sahəsinin ölçüsü ilə eyni qaydada hesablanmır və yeni mənzillərə çıxarış verilən zaman yaşayış sahəsi az göstərilir. Bundan əlavə onların təklif etdiyi 400 manat kirayə haqqı ilə bu ərazidə kirayə mənzili tapmaq mümkün deyil,o,bunlara görə gedib Hövsanda yaşayası deyil ki. Qarşı tərəf onları ittiham edir ki, cavabdehlər varlanmaq istəyirlər, onların özləri varlanırlar,vətəndaşların evlərinin hesabına qazanc əldə edirlər,onların halal mənzillərini isə söküb sakinləri çölə atırlar. Qeyd olunanlara əsasən xahiş edir ki, iddia təmin olunmasın. Cavabdeh1 nümayəndəsi və vəkili Hüseynov X7 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, hazırki iş üzrə iddiaçının iddiası tamamilə əsassızdır və iddiaçı qanunvericiliyin müddəalarını isə öz xeyrinə təhrif etməklə iddia qaldırmışdır.Cavabdehlər öz mənzillərində rahat yaşayırlar,onların mənzillərinin yaxşılarşdırılmasına zərurət yoxdur.İnsanların şəxsi və mənzil hüququna müdaxiləsi yolverilməzdir.Mənzillər qəzalı deyil və cavabdehləri qane edir.Qarşı tərəf Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını əsas gətirir, lakin o, sərəncamda deyilmir ki, “get vətəndaşı evindən çıxart” , orada yazılıb ki, “lahiyələndir”. Qarşı tərəf həmin sərəncamdan sui-istifadə edərək vətəndaşların mənzillərdən çıxarılmasını tələb edir, bu isə mülkiyyət hüquqlarına ziddir. Bundan əlavə qarşı tərəfdə binanın qəzalı olması ilə bağlı hər hansı bir sübutu yoxdur, lakin o, binanın qəzalı olmamamsı ilə bağlı məhkəməyə rəy təqim edir.Həmin rəyin surətini məlumat üçün götürün.Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş edir. Digər cavabdehlər Cavabdeh2,Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 75 saylı, 26 fevral 2016-cı il tarixli və 461 saylı,06 oktyabr 2017-ci il tarixli sərancamlsrıns əsasən: Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, A.Manafov. T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi iddiaçı "xxxx" MTK-ya tapşırılmış, məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Koopera istifadəsinə verilmiş,ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK-nə həvalə edilmiş,sifarişçiyə tapşırılmışdır ki,ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin, həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin,sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin,layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin.ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsiı Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin.Layihə təşkilati, layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə Baş plan işlənməzdən əwəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın,layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üç əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin.Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır,Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin 66, 67 və 68-ci maddələrinə uyğun olan Bakı Şəhər İcra Hakimiyyəti nəzdində «İnterservis» müdiriyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində icarə hüququnun qeydiyyata alınmasım təmin etsin,layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir,yuxanda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır,torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 73-cü maddəsi ilə tənzimlənir,həmin Sərəncam üzrə tərtib olunmuş istifadəyə verilən torpaq sahəsinin Ayrıc aktından görünür ki,mübahisələndirilən bina iddiaçının istifadəsinə verilən torpaq sahəsinin hüdudları daxilindədir. Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı MTK-nə ünvanladığı 20 dekabr 2021-ci il tarixli məktubunun məzmunundan görünür ki,Bakı şəhəri,Nizami rayonu,Q.Qarayev prospekti,Azər Manafov,Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsi,2452-ci məhəllədə inşası nəzərdə tutulan çoxmərtəbəli yaşayış(Baş plan üzrə blok 10 və 11) binaların tikintisinə icazə verilmişdir və xx.xx.2021-ci il tarixli,Tİ-117/21 nömrəli tikintiyə icazə sənədi məktuba əlavə olunmuşdur. Fövqəladə Hallar Nazirliyi X1 Baş İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli rəyində qeyd olunur ki,Bakı şəhəri Q.Qarayev prospekti, İ.Əliyev,Azər Manafov,Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsi,2451 və 2452-ci məhəllədə inşası nəzərdə tutulan çoxmərtəbəli yaşayış binalarının layihəsi razılaşdırılmışdır. Cavabdehlərə ünvanlanmış məktublardan görünür ki, İddiaçı MTK onlara məxsus olan mənzillərin əvəzinə həmin ərazidə tikilən yüksəkmərtəbəli yaşayış binasında 20% əlavə yaşayış sahəsi olan tam təminli mənzillər,həmin mənzillər təhvil verilənədək hər ay 400 manat kirayə haqqı təklif edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X3 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. İşin hallarından görünür ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Q.Qarayev prospekti, İ.Əliyev,Azər Manafov,Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsi,2451 və 2452-ci məhəllədə ötən əsrin 40-50-ci illərində inşa edilən, istismar müddətini başa vuran, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 75 saylı sərəncamı ilə Bakı şəhəri Q.Qarayev prospekti, Azər Manafov,Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllədə torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilib.Cavabdehlər həmin məhəllədə, Özbəkistan 12 saylı evin 1,4,7,8,10,12 saylı mənzillərin mülkiyyətçiləridir.İddiaçı hal-hazırda qəzalı vəziyyətdə olan binadakı cavabdehlərə məxsus hər bir mənzilin əvəzinə həmin ərazidə inşa ediləcək yüksək mərtəbəli binada onlara 20% artıq yaşayış sahəsi olan təmirli mənzillər təklif edir.Bütün bunlar onu deməyə əsas verir ki,iddia tələbinin təmin olunması cavabdehləri mülkiyyət hüququndan məhrum etmir və ya məhdudlaşdırmır.Əksinə,onlara daha geniş,abad,təmirli mənzillərdə yaşamaq və həmin mənzillərə mülkiyyət hüququ əldə etmək imkanı yaradır. Bundan əlavə,yeni mənzillər tikilib təmirli vəziyyətdə onlara təhvil verilənədək cavabdehlərə kirayə haqqına görə hər ay 400 manat ödəməyə təminat verir.Buna baxmayaraq cavabdehlər həmin təklifi qəbul etmirlər. Yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-nə həvalə edilmişdir.Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlər özlərinə məxsus olan mənzilə iddiaçının təklif etdiyi 20% əlavə yaşayış sahəsindən daha çöx sahə tələb edirlər. Bu hal cavabdehlərin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Cavabdehlərin yaşayış üçün yararsız,insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir.MTK sökülən binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə onlara məxsus olan mənzilin sahəsinə 20% əlavə olmaqla yeni mənzillər vermək,habelə yeni mənzillər verilənədək sakinlərin müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirilmələri üçün hər birinə 400 manat kirayə haqqı ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür.Göründüyü kimi,tikinti işlərini aparan iddiaçı tərəfdən cavabdehlərə edilən həmin təkliflər Sərəncamda MTK-nin üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəni yerinə yetirməkdən imtina etmir,əksinə,iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və iddianın verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş,cavabdehlərə əlverişli təkliflərlə müraciətlər etmişdir.Bundan başqa,məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün müvafiq şərait yaradılmış,tərəflərin razılaşması üçün məhkəmə iclasları uzun müddətə təxirə salınmışdır.MTK-nin irəli sürdüyü təkliflərdən də görünür ki,təkliflər kifayət qədər ədalətli və ağlabatandır. Bundan başqa,cavabdehlərin qeyd olunan təkliflərlə razılaşmaması,təkliflərlə razılaşaraq öz mənzillərini təhvil verən digər sakinlərin (tərəflərin bildirdiyinə görə 6 ailə) mənafelərinə uyğun gəlmir.Belə ki, MTK tərəfindən vaxtında öz üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi həmin binada yaşayan və iddiaçı ilə razılaşmış sakinlərin hüquqlarının vaxtında təmin olunmasına maneələr yaradır. Göründüyü kimi sərəncamı icra edən iddiaçı MTK tərəfindən cavabdehlərin mülkiyyət hüququ məhdudlaşdırılmır, əksinə onların mülkiyyət hüququ tanınır,qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırkı halda müəyyən edilir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Cavabdehlər öz hüquqlarından MTK-ya ziyan vuran şəkildə suiistifadə edir.Ona görə də cavabdehlərin hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki,iddia əsaslıdır. Beləliklə,məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalı, İddiaçı MTK tərəfindən Cavabdeh1 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 55,0 kv.m sahəsi olan iki otaqlı 1 saylı mənzilin, Cavabdeh2 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 56,56 kv.m sahəsi olan iki otaqlı 4 saylı mənzilin, Cavabdeh3 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 54,0 kv.m sahəsi olan iki otaqlı 7 saylı mənzilin, Cavabdeh4 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 56,1 kv.m sahəsi olan iki otaqlı 8 saylı mənzilin, Cavabdeh6 Muhiddin oğlunun mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 53,6 kv.m sahəsi olan iki otaqlı 10 saylı mənzilin, Cavabdeh5 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 58,0 kv.m sahəsi olan iki otaqlı 12 saylı mənzilin əvəzinə İddiaçı MTK tərəfindən həmin ünvanda yeni inşa ediləcək binada qeyd olunan mənzillərin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzillər tikilib təhvil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərə hər ay 400 manat kirayə haqqı ödənilməklə cavabdehlər həmin mənzillərdən çıxarılmalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MTK tərəfindən Cavabdeh1 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 55,0 kv.m sahəsi olan iki otaqlı 1 saylı mənzilin, Cavabdeh2 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 56,56 kv.m sahəsi olan iki otaqlı 4 saylı mənzilin, Cavabdeh3 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 54,0 kv.m sahəsi olan iki otaqlı 7 saylı mənzilin, Cavabdeh4 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 56,1 kv.m sahəsi olan iki otaqlı 8 saylı mənzilin, Cavabdeh6 Muhiddin oğlunun mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 53,6 kv.m sahəsi olan iki otaqlı 10 saylı mənzilin, Cavabdeh5 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 58,0 kv.m sahəsi olan iki otaqlı 12 saylı mənzilin əvəzinə İddiaçı MTK tərəfindən həmin ünvanda yeni inşa ediləcək binada qeyd olunan mənzillərin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzillər tikilib təhvil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərə hər ay 400 manat kirayə haqqı ödənilməklə cavabdehlər həmin mənzillərdən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar