Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-906/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə köçürülmə” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddaçı İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilərək, X8, İddiaçı2, uşaqları X4 və X3 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, giriş 32A; M14, m1) mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddiaçılar iddia tələbi onunla əsaslandırılmışlar ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzilin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 məxsusdur. Sözügedən mənzil onun tərəfindən alınmasına baxmayaraq Cavabdeh onu mənzilə buraxmır və ciddi maeələr yaradır. Qeyd edir ki, mübahisəli mənzilə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmaqla (reyestr nömrəsi: **********53-05301-093135) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində Çıxarışla rəsmiləşdirilib. Ona məxsus olan mənzilinə sərbəst giriş-çıxışına cavabdeh tərəfindən maneələrin yaradıldığı üçün öz mənzilində yaşaya bilmir. Bu səbəbdən, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzilə ailəsiylə birlikdə köçürülməyini məhkəmədən xahiş edir. Əlavə olaraq qeyd edir ki, arvadı və övladları Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzildə qeydiyyatdadırlar və uzun müddət həmin mənzildə yaşayıblar.
İş materialları:
3. AZ-İ seriyalı 969242 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X1 arasında olan nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 oktyabr 2013-cü il tarixdə 967 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abiyev, arvada Abiyeva soyadı verilmişdir;
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 98,70 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, mənzil 199; Yeni qaydalarla: AZ 1060, ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi Anar Abıyevin, ½ hissəsi isə X2 adına qeydiyyata alınmışdır.
5. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı1, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X9, X5 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.
Tərəflərin izahatları:
6. Məhkəmə iclasında iddaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş üzrə qəbul edilmiş müvəqqəti təminat tədbirinə əsasən İddiaçı1 mənzilə giriş çıxışına yaradılan manelər aradan qaldırılıb və o, mənzilə sərbəst girib-çıxır. Həmçinin, keçən məhkəmə iclasına cavabdehin nümayəndəsi də iddianı etiraf etmişdir.
7. İddiaçı2 və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat bildirməmişlər. Belə olan halda, məhkəmə işə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir. X8, İddiaçı2, uşaqları X4 və X3 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, giriş 32A; M14, m1) mənzilə köçürülmələrinə razıdır. Etirafın nəticələri ona məlumdur.
Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinə əsasə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindənmüdafiə olunur (İ hissə). 29-cü maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (İ-İV hissələr).
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
İşin faktiki halı:
13. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Anar Abıyev ilə İddiaçı2 19 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Cavabdeh isə iddiaçı Anar Abıyevin anasıdır. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, mənzil 199; Yeni qaydalarla: AZ 1060, ünvan 1 ünvanında yerləşən mənzil cavabdehlə iddiaçı Anar Abıyevin hər birinin ½ hissədə paylı mülkiyyətlərindədir. Hazırda isə iddiaçı, onun arvadı övladları xx.xx.2014cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə həmin mənzilə köçürülmələri barədə məhkəməyə müraciət etmişlər.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddaçı İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
15. Belə ki, iddiaçı Anar Abıyev ilə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, mənzil 199; Yeni qaydalarla: AZ 1060, ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyətçiləridir və onların hər birinin həmin əmlak üzərində istifadə, sahiblik etmək və sərəncam vermək hüquqları vardır. Digər iddiaçı isə Anar Abıyevin arvadıdır və o, mənzildən əri ilə bərabər istifadə etmək hüququna malikdir. İddiaçılar cavabdeh tərəfindən yaradılan maneələr səbəbindən mübahisəli mənzildə yaşaya bilmir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
16. MM-in: 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.
17. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X3 yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Hazırda uşaqlar valideynlərinin, yəni iddiaçıların himayəsindədir.
18. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, mənzil 199; Yeni qaydalarla: AZ 1060, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir.
20. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddianın etirafı barədə ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə tərəfindən cavabdeh tərəfindən ona verilmiş xx.xx.2025-ci il tarixli AR-İİİ № 620726 saylı etibarnamə nəzərdən keçirilərkən Emil Abıyeva iddianın etiraf edilməsi ilə bağlı müvafiq səlahiyyət verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə həmin ərizəni iddianın etirafı kimi qəbul etməmişdir.
Nəticə:
21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, mənzil 199; Yeni qaydalarla: AZ 1060, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir.
22. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçı tərəfə aid edilməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, mənzil 199; Yeni qaydalarla: AZ 1060, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün. Məhkəmə xərcləri iddiaçı tərəfə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva