Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-91/2020 10.03.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddiası üzrə və iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satıcı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı İddiaçı arasında 16 dekabr 2018-ci il tarixində bağlanmış 00421185 saylı müqavilənin ləğv edilməsi və onun tərəfindən ödənilmiş 270 (iki yüz yetmiş) manat pulun, cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ona vurulmuş 500 (beş yüz) manat məbləğində mənəvi zərərin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında 16.12.2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, ilkin ödəniş daxil olmaqla 1931 (min doqquz yüz otuz bir) manat dəyərində qiymətləndirilən LG LED 55UJ634V model, 803RALL2Q648 seriyalı televizor 11 (on bir) ay ərzində dəyəri ödəmək şərtilə ona satılmışdır. Onun tərəfindən ilkin ödəniş olaraq 270 (iki yüz yetmiş) manat ödənilmişdir. Lakin mağazadan aldığı televizor evə gətirilib elektrik şəbəkəsinə qoşulduqda, televizorun ekranı işə salınmamışdan əvvəl ekranında parlaq işıq yanmış, televizorun ekranı göstərməyə başladıqda isə həmin işıq itmişdir. Televizoru söndürüb işə saldıqda eyni hal təkrarlanmışdır. Televizorda defektin olduğunu gördükdə televozoru həmin gün aldıqları mağazaya aparmış və texniki defektin olması baradə mağaza müdriyyətini məlumatlandırmışdır. Lakin müştərinin şikayətini dinləyib problemin aradan qaldılmasını təmin etmək əvəzinə “get hara şikayət edirsən et, mal mağazadan çıxıbsa bizlik deyil” sözünü deyib, mağazadan uzaqlaşdırılmışlar. Baxmayaraq ki, mağaza ona texniki cəhətdən saz məhsulu verməli idi. Uzun isrardan sonra 19.01.2019-cu il tarixində 102010 saylı aktla televizor mağazanın əməkdaşı X1 tərəfindən servisə göndərilməsi üçün təhvil alınmışdır. Televizor təhvil alınan zaman komplektasiyası tam, xarici görünüşü isə yaxşı olmuşdur. Televizorun üzərində heç bir zərbə və zədənin təsiri aşkar edilməmişdir. Lakin qeyd edilən vaxtdan 45 (qırx beş) gün keçməsinə baxmayaraq nə televizor yenisi ilə əvəz edilir, nə də ilkin ödəniş olaraq ödədiyi 270 (iki yüz yetmiş) manat pul geri qaytarılır. Çətinliklə də olsa onların arasında bağlanmış müqavilənin surətini ala bilmişdir. Eyni zamanda qanunla müəyyən edilmiş prosessual müddətlər daxilində (15 gün) televizorun geri qaytarılmasını təmin etmişdir. Lakin satıcı-Cavabdeh yaranmış mübahisə ilə bağlı heç bir addım atmır. Onun tərəfindən cavabdehə rəsmi müraciət edilmiş, müqavilənin ləğv edilməsi və onun tərəfindən ödənilmiş pulun geri qaytarılması təklif edilmişdir. Müraciətin cavabdehə çatdırılmış, lakin alındığı tarixdən 1 (bir) ay müddətində müraciətinə münasibət bildirilməmişdir. İddia ərizəsinə əlavə etdiyi fotoşəkildən də görünür ki, ona nasaz vəziyyətdə satılmış televizorun ekranında problem var. Bu problem televizor işlək vəziyyətdə olan zaman bilinmir və ancaq televizor işə salındıqda, ekran açıldıqda 1 saniyə ərzində itir. Televizor vitrindən götürülüb ona verilən zaman söndürüldükdən sonra yenidən işə salınsaydı bu deffekt dərhal bilinəcəkdi. Lakin satıcı televizoru elektrik şəbəkəsindən ayrılıb dərhal qutulaşdırdığından bu nasazlığı görə bilməmələri qeyri-mümkün olmuşdur. Eyni zamanda AR iqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də müraciət etmiş və qeyd edilən dövlət xidməti 07.02.2019-cu il tarixli cavabı ilə müraciətini cavablandırmış, mahiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğunu bildilmişdir. Nəticə etibarilə hesab edir ki, satıcı tərəfindən ona keyfiyyətsiz mal təqdim edilldiyindən, bu halın onun istehlakçı hüquqlarını pozması nəzərə alınaraq, alıcı və satıcı arasında bağlanmış müqavilə ləğv edilməli və onun tərəfindən ödənilmiş 270 (iki yüz yetmiş) manat pul geri qaytarılması barədə qətnamə qət edilməlidir. Cavabdehin təqsirli hərəkətinin nəticəsi olaraq, eyni zamanda onda mənfi psixoloji reaksiyaya səbəb olmuş, stress keçirməsinə səbəb olmuşdur. Mənəvi zərərin vurulması maddi sübut, sənədlə sübut oluna bilən bir kateqoriya deyil. Bəllidir ki, ona keyfiyyətsiz malın satılması və həmin malın geri götürlməsi onun stress keçirməsinə səbəb olmuşdur. İddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LG LED markalı televizor üçün 1661 manat ödənilməmiş hissə, 226 manat cərimə, ümumilikdə 1887 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1917 manat cavabdeh İddiaçı Nııroddin qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 16.12.2018-ci il tarixli müqaviləsinə əsasən, LG LED markalı televizor almış və nəticədə 1887 (min səkkiz yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1931 manat LG LED markalı televizor üçün ümumilikdə 1887 (min səkkiz yüz səksən yeddi) manat olmaqla, ondan, 1661 (min altı yüz altmış yeddi) manat ödənilməmiş hissə, 226 (iki yüz iyirmi altı) manat cərimə pulu, (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 270 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. “Müştəri” “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və cərimənin ödənilinəsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2357/2019 nömrəli, 19 iyun 2019-cu il tarixli qərardadı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair 2(007)-2357/2019 saylı sadələşdirilmiş icraat üzrə işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2357/2019 nömrəli, 18 iyul 2019-cu il tarixli qərardadı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair iddia üzrə 2(007)- 2357/2019 nömrəli mülki iş, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddiası üzrə 2(007)-1651/2019 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X3 cəmiyyətin iddiasının təmin olunması, İddiaçı cəmiyyətə qarşı iddiasının isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddiası təmin edilməməli, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 16 dekabr 2018-ci il tarixli 00421185 nömrəli müqavilədən, ona əlavələrdən görünür ki, İddiaçı "xxxx" MMC-dən aylıq ödəniş 151 manat olmaqla, 12 ay müddətinə, 1931 manat dəyərində olan LG LED markalı televizor almışdır. İddiaçı həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 16 dekabr 2018-ci il tarixli, 102010 nömrəli aktdan görünür ki, LG LED markalı televizor servisə göndərilməsi üçün "xxxx" MMC tərəfindən təhvil alınmışdır. - 25 dekabr 2018-ci il tarixli 000015 nömrəli texniki rəyin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, LCD TV-yə texniki baxış keçirilmiş və ekran üzərindəki qüsurun fiziki təsir nəticəsində yarandığı müəyyən olunmuşdur. - 03 iyun 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - "xxxx" MMC-nin 03 iyun 2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 16 dekabr 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 1661 manat, cərimə borcu 226 manat olmaqla ümumilikdə 1187 manat borcu vardır. - Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 07 fevral 2020-ci il tarixli 30271 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş LG LED markalı televizorun ekran hissəsində olan zədə hər hansıkənar predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterikdir, yəni zədə ekrana kənar predmetin dəyməsi nəticəsində yaranmışdır. Zədənin üzərində zədə yaradan predmetin xüsusi əlamətləri olmadığından, onun hansı predmetlə, həmçinin vaxt yaranmasını müəyyn etmək mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 16 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən, İddiaçı "xxxx" MMC-dən aylıq ödəniş 151 manat olmaqla, 12 ay müddətinə, 1931 manat dəyərində olan LG LED markalı televizor almışdır. İddiaçı aldığı televizorda qüsurlar olduğunu bildirərək televizoru servisə göndərilməsi üçün "xxxx" MMC-yə təhvil vermiş, bundan sonra sözügedən müqavilənin ləğv olunması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC isə İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etmədiyini və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcu yarandığını bildirərək, pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı “satıcı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı İddiaçı arasında 16 dekabr 2018-ci il tarixində bağlanmış 00421185 saylı müqavilənin ləğv edilməsi və tərəfindən ödənilmiş 270 (iki yüz yetmiş) manat pulun cavabdehdən alınaraq öna ödənilməsi” tələbi ilə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, mağazadan aldığı televizor evə gətirilib elektrik şəbəkəsinə qoşulduqda, televizorun ekranı işə salınmamışdan əvvəl ekranında parlaq işıq yanmış, televizorun ekranı göstərməyə başladıqda isə həmin işıq itmişdir. Televizoru söndürüb işə saldıqda eyni hal təkrarlanmışdır. Televizorda defektin olduğunu gördükdə televozoru həmin gün aldıqları mağazaya aparmış və texniki defektin olması baradə mağaza müdriyyətini məlumatlandırmışdır. Lakin sözügedən problem cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı öz tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut növü, o cümlədən sözügedən qüsurun istehsal qüsuru olmasını təsdiq edəcək sübut növü əlavə etməmişdir. Əksinə olaraq, 25 dekabr 2018-ci il tarixli texniki rəyə əsasən, LCD TV-yə texniki baxış keçirilmiş və ekran üzərindəki qüsurun fiziki təsir nəticəsində yarandığı müəyyən olunmuşdur. Bundan başqa Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 07 fevral 2020-ci il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş LG LED markalı televizorun ekran hissəsində olan zədə hər hansıkənar predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterikdir, yəni zədə ekrana kənar predmetin dəyməsi nəticəsində yaranmışdır. Zədənin üzərində zədə yaradan predmetin xüsusi əlamətləri olmadığından, onun hansı predmetlə, həmçinin nə vaxt yaranmasını müəyyn etmək mümkün olmamışdır. Mülki Məcəllənin 571.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən alınmış televizorda olan qüsurun istehsal qüsuru olması barədə heç bir mötəbər sübut növü təqdim edilmədiyindən, iş materiallarında olan texniki rəy və ekspert rəyi ilə sözügedən qüsurun kənar müdaxilə nəticəsində yaranmış olduğu müəyyən olunduğundan, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ona vurulmuş 500 (beş yüz) manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi “satıcı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı İddiaçı arasında 16 dekabr 2018-ci il tarixində bağlanmış 00421185 saylı müqavilənin ləğv edilməsi və tərəfindən ödənilmiş 270 (iki yüz yetmiş) manat pulun cavabdehdən alınara öna ödənilməsi” hissəsində təmin olunmadığından, yəni cavabdeh "xxxx" MMC-nin hər hansı təqsirli hərəkətləri öz təsdiqini tapmadığından, iddia tələbi “cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ona vurulmuş 500 (beş yüz) manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması” hissəsində də təmin edilməməlidir. Məhkəmə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “LG LED markalı televizor üçün 1661 manat ödənilməmiş hissə, 226 manat cərimə, ümumilikdə 1887 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1917 manat cavabdeh İddiaçı alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi” tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh İddiaçı 16 dekabr 2018-ci il tarixli alqı-satqı müqavilələri əsasında iddiaçı "xxxx" MMC-dən LG LED markalı televizor almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh İddiaçı alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında 16 dekabr 2018-ci il tarixdə bağlanmış 00421185 saylı müqavilənin ləğv edilməsi və onun tərəfindən ödənilmiş 270 (iki yüz yetmiş) manat pulun, cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ona vurulmuş 500 (beş yüz) manat məbləğində mənəvi zərərin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməli, "xxxx" MMC–nin İddiaçı qarşı İddiaçı 16 dekabr 2018-ci il tarixli müqavilə üzrə 1661 manat ödənilməmiş hissə, 20 manat məbləğində cərimə pulu olmaqla, ümumilikdə 1681 manat məbləğində vəsait və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi ABC-TELECOM" MMC-nin xeyrinə tutulmalı, "xxxx" MMC-nin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş məbləğ İddiaçı tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında 16 dekabr 2018-ci il tarixdə bağlanmış 00421185 saylı müqavilənin ləğv edilməsi və onun tərəfindən ödənilmiş 270 (iki yüz yetmiş) manat pulun, cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ona vurulmuş 500 (beş yüz) manat məbləğində mənəvi zərərin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. "xxxx" MMC-nin İddiaçı qarşı İddiaçı 16 dekabr 2018-ci il tarixli müqavilə üzrə 1661 manat ödənilməmiş hissə, 20 manat məbləğində cərimə pulu olmaqla, ümumilikdə 1681 manat məbləğində vəsait və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi ABC-TELECOM" MMCnin xeyrinə tutulsun. "xxxx" MMC iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Ekspertiza xərci olaraq 56 (əlli altı) manat məbləğində vəsait dövlət büdcəsinin (SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertizası mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-91/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-91/2020
10.03.2020 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver