Məhkəmə qərarları › İş №2(007)-91/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-91/2024

17.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-91/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq fərdi yaşayış evinə dair verilmiş ********** nömrəli, 26 iyul 2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahə 276,2 kv.m olan fərdi yaşayış evinin 2/4 hissəsi İddiaçı payının naturada Cavabdeh1 və Cavabdeh2 payından ayrılaraq, payına uyğun Cavabdeh1 və Cavabdeh2 adları göstərilmədən ayrıca çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-16/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin rəyi məhkəməyə təqdim edilənədək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5228 saylı rəyinə əsasən ünvan 1 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki vəziyyətini, yaşayış və yardımçı otaqların planlı yerləşməsni, bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq həmin fərdi yaşayış evinin tərəflər (mülkiyyətçilər) arasında ideal paylar üzrə naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Lakin, tədqiq olunan fərdi yaşayış evinin tərəflər arasındakı faktiki bölgüsünün paylardan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X2 Meodlaırnın tələblərinə müvafiq olaaq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Lakin tətqiq olunan dərfi yaşayış evinin tərəflər arasındakı faktiki bölgüsünün paylardan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, iş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəməyə təqdim edilmiş barışıq razılaşmasına əsasən tərəflər aralarında olan mülki mübahisəni barışıq razılaşmasında qeyd etdikləri qaydada həll etməklə hazırkı işin icraatına xitam verilməsini xahiş edirlər. Həmin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata həmin hissədə xitam verilməlidir. O cümlədən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair iddiasına dair 2(007)-91/2024 saylı mülki iş üzrə tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin:

1. İddiaçı, Cavabdeh1 və Cavabdeh2- hər üç tərəf paylı mülkiyyətdə olan və hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evininə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Xidməti Bakı şəhəri Ərazi İdarəsi Publik Hüquqi şəxsin arxivində saxlanılan Texniki Pasportunda göstərilən eskiz üzrə otaq sahələrinin aşağıdakı kimi bölügüsünün keçirilməsini bəyan edirlər: - 1-ci tərəf olan Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1-otaq sahəsi (sanitar qovşağı) 16.6 kv.m, 2-otaq sahəsi (mətbəx) 20 kv.m, 3-cü otaq sahəsi (yaşayış otağı) 37.3 kv.m, 4-cü otaq sahəsi (yaşayış otağı) 17.02 kv.m, 7-ci otaq sahəsi (yaşayış otağı) 13.1 kv.m, 11-cı otaq sahəsi (yaşayış otağı) 15.6 kv.m; - 2-ci tərəf olan İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 5-ci otaq sahəsi (yaşayış otağı) 30.7 kv.m, 6-cı otaq sahəsi (yaşayış otağı) 14.3 kv.m, 8-ci otaq sahəsi (yaşayış otağı) 12.2 kv.m, 9-cu otaq sahəsi (dəhliz) 6.7 kv.m, 12-ci otaq sahəsi (mətbəx ) 23.2 kv.m, 14-cü otaq sahəsi (sanitar qovşağı) 9 kv.m; - 3-cü tərəf olan Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 10-cu otaq sahəsi (yaşayış otağı) 13.4 kv.m, 13-cü otaq sahəsi (yaşayış otağı) 27 kv.m, 15-ci otaq sahəsi (yaşayış otağı) 7.3 kv.m, 16-cı otaq sahəsi (dəhliz) 3.4 kv.m, 18-ci otaq sahəsi (hamam) 3.2 kv.m, 17-ci otaq sahəsi (mətbəx) 6 kv.m.

2. Bu sazişi qüvvəyə mindikdən sonra hər üç tərəf öhdəsinə götürür ki, barışıq sazişinin şərtlərinə əməl edəcəklər. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildildikdən və hazırki mülki iş üzrə tərəflər iş üzrə icraata xitam verildikdən sonra, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət etməyəcəklərini bəyan edirlər. Qeyd olunan həmin barışıq sazişləri təsdiq edilsin və 2(007)-91/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar