Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-919/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlunun Bakı şəhəri, ünvan 1 ünvanda istifadə hüququnun olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 155, 5 saylı mənzildəki yaşayış sahəsi 27 oktyabr 2004-cü il tarixli orderə əsasən beş nəfər ailə tərkibi ilə onun ailəsinə daimi orderlə yaşamaq üçün verilmişdir. Həmin vaxtdan indiyədək qeyd olunan yaşayış sahəsində daimi pasport qeydiyyatında olmaqla yaşayırlar, özlərinə məxsus bütün əşyaları da həmin ünvanda yerləşir. Cavabdeh kimi işə cəlb etdiyi Cavabdeh oğlu onun icarədarı olduğu ünvan 2 ünvanındakı yaşayış sahəsinə ailə üzvü kimi deyil, onun razılığı ilə qohum kimi qeydiyyata düşmüşdür. Sonralar o, Azərbaycan Respublikasını 15 sentyabr 2016-cı il tarixdə tərk etmiş və daimi yaşamaq üçün xarici ölkəyə getmişdir. Artıq cavabdehin özü onların mənzilindən istifadə etmir və mənzillərində cavabdehə aid olan heç bir əşya yoxdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə rəsmi müraciət edərək Cavabdeh oğlunun nə vaxt ölkəni tərk etməsi barədə müraciət edib cavabdehin 15 sentyabr 2016-cı ildə Azərbavcan Respublikasını tərk etməsi barədə rəsmi məlumat almışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Nizami rayonu icra hakimiyyəti məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin və3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesabedirki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 000986 nömrəli, 27 oktyabr 2004-cü il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 155, 5 saylı mənzil İddiaçı verilmişdir. İş materiallarında olan DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 17 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh oğlu Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 155, 5 saylı mənzildə 28.01.2016-cı il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 30 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh oğlu 15 sentyabr 2016-cı il tarixdə ölkədən çıxış etmişdir. İş materiallarında olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 155, 5 saylı mənzildə yaşayan, İddiaçı qonşuları R.Bağırov, A.Əmiraslanov, Y.İbrahimov, V.Mahmudov, M.Mikayılov, E.Babayev, V.Abdullayev və A.Məmmədov tərəfindən 15 oktyabr 2020-ci il traixdə tərtib olunmuş aktdan görünür ki, onlar təqsdiq etmişlər ki, Cavabdeh oğlu Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 155, 5 saylı mənzildə yaşamır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının vəqanunlarınauyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci maddəsinə əsasənmülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Belə ki, Cavabdeh oğlu həmin məznilə qeydiyyata düşsə də, mübahisəli mənzilidən 2016-cı il tarixdə yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 30 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh oğlu 15 sentyabr 2016-cı il tarixdə ölkədən çıxış etmişdir. Cavabdehin harda yaşaması barədə iddiaçıda məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 155, 5 saylı mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etməsədə mülkiyyətçi hüquqları anologiya üzrə ona da şamil edilməlidir. Cavabdeh mənzilə qeydiyyata düşsə də, 2016-cı il tarixdən həmin mənzildə yaşamamış, həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi təmin edilməli, Cavabdeh oğlunun Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 155, 5 saylı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə Cavabdeh oğlunun sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlunun Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 155, 5 saylı mənzildən istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamə Cavabdeh oğlunun Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 155, 5 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-919/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-919/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver