Məhkəmə qərarları › İş №2(007)-926/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-926/2024

26.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-926/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdeh Nizami Rayon 201 X3 Məktəbinə qarşı “intizam tənbehi barədə əmrin ləğv edilməsi, üzr istənilməsi, dərs yükünün bərpa edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi və inzibati məsuliyyətə cəlb edilmə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Nizami Rayon 201 X3 Məktəbinə qarşı “intizam tənbehi barədə əmrin ləğv edilməsi, üzr istənilməsi, dərs yükünün bərpa edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi və inzibati məsuliyyətə cəlb edilmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müvafiq prosessual pozuntulara yol verməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Belə ki, İddiaçı cavabdeh Nizami Rayon 201 X3 Məktəbinə qarşı iddia tələbi ilə müraciət edərək, 201 X3 məktəbin direktoru Afaq Əliyevanın xx.xx.2023-cü il tarixli intizam tənbehi barəsindəki əmrinin ləğv edilməsi və bu qərarı növbədən kənar pedaqoji şurada elan etməklə ondan üzr istəməsi, qanunsuz azaltdığı 6 saat dərs yükünün bərpa edilməsi, dərs yükünün bərpa edilən günədək ona vurulmuş maddi ziyanın X1 tutularaq ona ödənilməsi və X2 inzibati məsuliyyətə cəlb olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki, inzibati məsuliyyətə cəlb edilmə məsələsi mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Hansı ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni zamanda, məhkəmə bildirir ki, iddiaçı iddia tələbini Nizami Rayon 201 X3 Məktəbinə yönəltdiyi halda özünün mənafeyi naminə həmin təşkilatın rəhbərindən onun xeyrinə müəyyən hərəkətlər etməsini, vurulmuş zərərin ödənilməsini tələb etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsəsən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 27-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn fərdi əmək mübahisələri və kollektiv əmək mübahisələri bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə eyni zamanda bildirir ki, İddiaçı intizam tənbeh barədə əmrin ləğv edilməsi, ondan üzr istənilməsi, dərs yükünün bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərkən, vurulmuş maddi ziyanın ödənilməsi və dərs yükünün bərpa edilməsi ilə bağlı iddia tələbi üzrə mediasiya prosesindən keçərək mediasiya arayışı alsa da, inzibati tənbeh barədə əmrin ləğv edilməsi və ondan üzr istənilməsi barədə iddia tələbi üzrə mediasiya təşkilatına müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 151-152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Nizami Rayon 201 X3 Məktəbinə qarşı “intizam tənbehi barədə əmrin ləğv edilməsi, üzr istənilməsi, dərs yükünün bərpa edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi və inzibati məsuliyyətə cəlb edilmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar