Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-929/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus əmək kitabçası 2011-ci ildə itirilmişdir. Nəticədə onun 1988-2010-cu illərdə həyata keçirdiyi əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədi qalmamışdır. Belə ki, o, 1988-1990-cı illərdə Bakı şəhəri, Həsən Əliyev 82 ünvanında yerləşən Bahar Kombinatında bərbər kimi əmək fəaliyyətini həyata keçirmişdir. Daha sonra 1990-1995-ci illərdə eyni ünvanda yerləşən Nərimanov rayon Əhaliyə Məişət Xidmətində bərbər kimi əmək fəaliyyətini davam etdirmişdir. 1995-2010-cu illər tarixində isə eyni ünvan – Bakı şəhəri, Həsən Əliyev 82 ünvanında yerləşən fərdi sahibkar X3 məxsus bərbərxanada bərbər kimi əmək fəaliyyətini həyata keçirmişdir. Halhazırda əmək kitabçası itdiyi üçün 1988-2010-cu illərdə həyata keçirdiyi əmək fəaliyyətini sübut edəcək hər hansı sənəd yoxdur və bu onun yaşa görə əmək pensiyası alması üçün ciddi maneə təşkil edir. Buna görə, onun 1988-2010-cu illərdə əmək fəaliyyəti həyata keçirdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 1988-2006-cı illərdə əmək fəaliyyəti həyata keçirdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ərizəyə etiraz verərək, etirazında göstərmişdir ki, ərizəçi xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi 1988-2010-cu il tarixlərdə işlədiyini, lakin əmək kitabçasını 2011-ci il tarixdə itirdiyini iddia edir. Ərizəçi ərizədə əmək fəaliyyətini sübut edəcək hər hansı sənədin olmaması və yaşa görə əmək pensiyasını alması üçün maneə yarandığını qeyd edir. Bu səbəbdən Ərizəçi əmək kitabçasının ona məxsus olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 104.3-cü tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Hazırki iş üzrə ərizəçinin 1988-2010-cu il tarixlərdə işləməsi faktının təsdiqlənməsi Ərizəçi ilə eyni illərdə işləmiş və əmək kitabçası olan iki şahidin iştirakı ilə mümkündür. Lakin Ərizəçi ərizəsində 1988-1990-cı il tarixlərdə “Bahar” Kombinatında, 1990-1995-ci il tarixlərdə Nərimanov rayon Əhaliyə Məişət Xidmətində, 1995-2010-cu il tarixlərdə fərdi sahibkar X3 məxsus bərbarxanada bərbər kimi işlədiyini iddia etdiyi dövrlərə münasibətdə aşağıdakıları qeyd etmək lazımdır: 1) 1988-1990-cı il illərdə işlədiyini iddia etdiyi “Bahar” Kombinatı: müvafiq Kombinat barədə məlumat aşkarlanmamışdır. 2)1990-1995-ci il tarixlərdə işlədiyini iddia etdiyi Əhaliyə Məişət Xidməti: Dövlət Statistika Komitəsinin Əhaliyə göstərilən məişət xidmətlərinin strukturuna daxil olan bu xidmətləri (o cümlədən bərbərxana xidmətinin) 1995-ci il tarixdən etibarən fəaliyyət göstərir. 3)1995-2010-cu il tarixlərdə işlədiyini iddia etdiyi fərdi sahibkar X3 məxsus bərbərxana: sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Normada qeyd olunduğu kimi, məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə müvafiq dövrlər sosial sığorta stajına daxıl edilir. xx.xx.2006-cı il tarixdən etibarən bu ödənişlər elektron qaydada aparılır və sığortaolunan hər bir şəxsin fərdi hesabı mövcud olur. Lakin Sığorta Alt Sistemində sığortaolunanların fərdi hesabına baxış keçirilən zaman Ərizəçi adına məlumat aşkarlanmamışdır. 2010-cu il tarixədək işlədiyini iddia etsə də, 2006-2010-cu il tarixlərdə hər hansı məlumatın olmaması, 1995-2006-cı il tarixlərdə işlədiyi dövrlərin əsassız olduğuna dəlalət edir. Ərizəçi 2(007)-929/2022 nömrəli iş üzrə ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, əlavə olaraq göstərdi ki, onun işlədiyi müəssisə və həmin müəssisədə işləməsinə dair sənədlər arxivdə mövcud deyil. Onun işlədiyi dövrdə bütün bərbərxanalar “Bahar” kombinatının tərkibində olmuşdur. Ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 etirazda göstərilənlərlə eyni məzmunlu izahat verdi və ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, o, Knyazla bir yerdə işləmişdir. Azərbaycana 1988-ci ildə gəlmişdir. Bir yerdə 15 il işləmişlər. 13 iyun 1989-cu ildə “Bahar” Kombinatında kişi bərbəri kimi işə düzəlmişlər. Ondan sonra da Knyaz gəlib. 1990-cı ilin avqust ayından başlayaraq Nərimanov rayon Əhaliyə Məişət Xidməti sahəsində işləmişlər. Daha sonra 12 nömrəli, 103 nömrəli və “Mehman Firması”nın nəzdində olan 58 nömrəli bərbərxanalarda bir yerdə işləmişlər. O, Knyazla ilk gündən birlikdə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, o, Knyazı 1991-ci ildən tanıyır. Digər şahidlər ondan öncə Knyazla bir yerdə işləyiblər. 2006-cı il tarixədək birlikdə işləmişlər. 12 nömrəli bərbərxanada, daha sonra Mehman Firmasının nəzdində olan 58 nömrəli bərbəxanada da birlikdə işləmişlər. Onlar işçilər arasında olan müqavilə əsasında işləmişlər. Gəray həmin obyekti alqı-satqı etmişdi. Knyazla 15 il bir yerdə işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, o, Knyazı 1990-cı ildən tanıyır, birlikdə 2006-cı ilə qədər işləmişlər. O, 1990-cı ildə işə düzəlmişdir, o gələndə Knyaz artıq orada işləyirdi. Özəlləşdirmə başlayan müddətdə o, həmin yeri özəlləşdirmişdir. Onlarda əvvəl kassa sistemi olmamışdır, vergini oranın əməkdaşlarına əlbəəl ödəmişlər. Özəlləşdirməni 1998-2000-ci illərdə etmişdir, Knyaz 2006-cı ilədək orada müqavilə ilə işləyib. O, 12 nömrəli bərbərxanaya “perevodla” getmişdir. Daha sonra tikintidə işə düzəlmişdir bərbərxanada işləməmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. - 029378 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi xx.xx.2019-cu il tarixdə xx.xx.2024-cü ilədək 2-ci qrup əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin Ərizəçi ünvanlanmış 17 aprel 2019-cu il tarixli 15/**********7 nömrəli məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən 12ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə. Bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Pensiya kapitalı minumum əmək pensiyasının məbləğindən az olduğundan ona əlilliyə görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 28 avqust 2021-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilmiş xx.xx.1978-ci il tarixində tərtib edilmiş ПT-l № ******* saylı əmək kitabçasının, təhsil haqqında attestatın, hərbi biletin və arayışların surətlərinə əsasən sığorta stajı 15 il 6 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 11812,08 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlarla bağlı ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.3-cü maddəsinə uyğun olaraq ona xx.xx.2019-cu il tarixindən 130 manat məbləğində İİ dərəcə əlilliyinə görə sosial müavinət təyin edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, DA-00446-2022 nömrəli məktubundan görünür ki, Əhaliyə Məişət Xidməti Nazirliyinin nəzdində “Bahar” kombinatı və 12 nömrəli bərbərxananın sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və mülki işin materialları ilə müəyyən olundu ki, Ərizəçi 1990-cı ildən 1998-ci ilədək Bahar kombinatında və Nərimanov rayon Əhaliyə Məişət Xidmətində işləmişdir. Ərizəçi müvafiq sənədlərini, o cümlədən, əmək kitabçasını itirmişdir. K. Ələkbərov hazırda Bakı şəhəri, Nizami rayonu ərazisində yaşayır. Ərizəçi ona yaşa görə əmək pensiyası təyin edilməsi haqqında ərizə ilə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən aparılan araşdırma ilə müəyyən edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63.6 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatında imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək hüququ vardır. Ərizəçinin pensiya kapitalı minimum əmək pensiyasının məbləğindən az olduğuna görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün olmamışdır. Ona görə ərizəçi işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə dindirilən şahidlərin ifadələri, tədqiq edilmiş sənədlərlə ərizənin qismən əsaslı olması təsdiq olunur. Belə ki, şahidlərin ifadələrindən və təqdim etdikləri əmək kitabçalarından müəyyən olundu ki ərizəçi 1990-cı ildən-1998-ci ilədək kişi bərbəri kimi fəaliyyət göstərmişdir. Eyni zamanda Dövlət Statistika Komitəsinin Əhaliyə göstərilən məişət xidmətlərinin strukturuna daxil olan bərbərxana xidmətinin 1995-ci il tarixdən etibarən fəaliyyət göstərdiyi müəyyən olundu. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə iclasında dindirilən şahidlərin ifadələrini, o cümlədən digər sənədləri mötəbər sübut növü, məlumat kimi qəbul edir və hesab edir ki, bu məlumatlar işin faktiki halları ilə uyğun gəlir və təsdiq olunur, qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. Ərizəçinin ərizəsindən, məhkəmədə verdiyi izahatından görünür ki, ərizəçinin işləməsi faktının müəyyən edilməsi ona pensiya təyin edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla qismən təsdiq edilir, ona görə həmin ərizə qismən təmin edilməli, Ərizəçi 1990-1998-ci illərdə əmək fəaliyyəti ilə məşğul olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçi məcburi köçkün olduğundan, maraqlı şəxs isə büdcə təşkilatı olduğundan, onlar məhkəməyə verilən iddia ərizələri üzrə dövlət rüsumunu ödəməkdən azaddırlar, ona görə də iş üzrə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi 1990-1998-ci illərdə əmək fəaliyyəti ilə məşğul olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-929/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-929/2022
06.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver