Məhkəmə qərarları › İş №2(007)-945/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-945/2024

06.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-945/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Mahmudbəyova Xalı̇ də Rafı̇ qovnanın, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh Azərbaycan Respublı̇ kasi Gənclər və İdman Nazı̇ rliyi Baki şəhər Tı̇ bbi Bədən Tərbı̇ yəsi Dı̇ spanserinin nümayəndəsi X9, vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X2rşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X17 Dispascrinin direktoru Məmmədova A.N qızının 05 dekabr 2023-cü il tarixli, 068 saylı əmrinin ləğv edilməsi və onun işinə bərpa olunması, işləmədiyi müddətdə əmək haqqısının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, orta məktəbi bitirdikdən sonra C.M.Kirov adına Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun “Bədən Tərbiyəsi və İdman” fakültəsinə daxil olmuş, 1989-cu ildə həmin institutu bitirərək Bədən Tərbiyəsi müəllimi ixtisası almışdır. O, ali təhsilini bitirdikdən sonra 1989-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X3 bədən tərbiyəsi üzrə həkim - metodist vəzifəsinə işə qəbul edilmiş, uzun müddət həmin vəzifədə çalışdıqdan sonra öz ərizəsi ilə xx.xx.2006-cı ildə işdən azad olunmuşdur. Bundan sonra xx.xx.2006-ci il tarixində Bakı şəhər Tibbi- X7 X14 həkim vəzifəsinə təyin olunmuş və 17 il fasiləsiz olaraq həmin vəzifədə çalışmışdır. 17 il fasiləsiz olaraq həmin vəzifədə çalışdıqdan sonra xx.xx.2023-cü ildə baş həkimin otağına çağrılaraq ərizəni yazaraq öz xahişi ilə işdən azad olunması ondan tələb olunmuşdur. Lakin buna etraz etdikdən sonra xx.xx.2023-cü ildə ona bildirmişlər ki, Əmək Məcəlləsinin qeyd olunan maddəsi ilə işdən azad olunmuş və onunla bağlanmış müqavilə ləğv olunmuşdur. xx.xx.2023-cü ildə cavabdeh tərəfindən heç bir əsas olmadan direktorun qərəzli davranışı nəticəsində Əmək Məcələsinin 70 “c” maddəsi ilə işdən azad olunmuş və onunla bağlanmış müqavilə əsasız olaraq ləğv edilmişdir. O, istər birinci iş yerində, istərsə də sonrakı iş yerində qüsursuz çalışmış, həmişə kollektivə nümunəvi işçi olmuş, rəhbərliyin təşəkkürnamələri və pul mükafatları ilə təltif olunmuşdur. Bir həkim kimi kollektivi tərəfindən və rəhbərlik tərəfindən nümunəvi fəaliyəti həmişə dəyərləndirilmişdir. Bu səbəbdəndə birinci işində 17 il işlədikdən sonra öz ərizəsi ilə işdən azad olunmuş, hazırki işində də 17 ildir qüsursuz işləmişdir. O, işlədiyi müddətdə heç vaxt əmək müqaviləsinin tələblərini pozmamış, ona işdən azad olunacağı barədə məlumat verilməmişdir. O, qanunsuz olaraq işdən azad olunduğu barədə aidiyyəti orqanlara müraciət etmiş, ona işə bərpa olunmağı üçün məhkəməyə müraciət etməsini bildirmişlər. Bu səbəbdəndə hazırda məcbur olub məhkəməyə müraciət edir. O hesab edir ki, cavabdeh qanunsuz olaraq Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozaraq onu işdən azad etmişdir. Məhkəmə qətnaməsi ilə işimə bərpa olunmalı, işləmədiyi müddətdə əmək haqqısı cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbinə etiraz: Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X17 Dispanseri tərəfindən xx.xx.2024-cü il tarixdə iddia tələbinə münasibətdə etiraz verilərək bildirilmişdir ki, Mahmudbəyova Xalı̇ də Rafı̇ qovnanın iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən yox, həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdehə ünvanladığı 06 oktyabr 2023-cü il tarxixli, 3-28/2-6958/2023 nömrəli məktuba əsasən ləğv edilmişdir. Əvvəlki baş həkim Qasımova N.A. tərəfindən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, “X5 haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, tələbi ilə xx.xx.2006-cı il tarixində Bakı şəhər X17 Dispanserdə həkim MBT vəzifəsində işə götrülən İddiaçı sertifikasiya imtahanında iştirak etməsinə şərait yaradılması barədə 25 sentyabr 2023-cü il tarixində 56 saylı məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilmişdir. Həmin məktuba cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ünvanladığı 06 oktyabr 2023-cü il tarixli 3-28/2-6958/2023 nömrəli məktubla qeyd edilən Qanuna əsasən iddiaçının tibb təhsili olmadığına görə sertifikasiya prosesində iştirakının qeyri-mümkün olduğu bildirilmişdir. 1989-cu ildə o dövr S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun “Bədən Tərbiyəsi və İdman” fakültəsini (Diplom: PB№ 028196) bitirmiş, 2004-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmiləşdirmə İnstitutunda “Müalicəvi bədən tərbiyəsi” kursunu (PB№ 028196) keçmişdir. “X5 haqqında” 360-İQ saylı Azərbaycan Respublikası Qanunun 46-cı maddəsinə əsasən, Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən, əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifıkasiyaya cəlb edilirlər. Sertifıkasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifıkasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifıkasiyası” Qaydasının 2-ci bəndində qeyd edilmişdir: Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Tibb mütəxəssislərinin sertifıkasiyası prosesinin təşkili məqsədi ilə Nazirlik tərəfindən X1 Şurası yaradılır və Əsasnaməsi təsdiq edilir. Göründüyü kimi, iddiaçının aldığı təhsil barədə sənədlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həkim kimi işləməsi üçün uyğun görülməmişdir. Bu səbəblə, sertifikasiya prosesində iştirak etmək üçün cəlb edilməmişdir. Həkim kimi işləmək hüququ olmayan iddiaçınının həkim vəzifəsində işləməsinin mümkün olmadığını anlayaraq və bununla bağlı gələcəkdə məsuliyyət daşımamaları üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Qeyd olunanalara əsasən, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı Mahmudbəyova Xalı̇ də Rafı̇ qovna iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, ambulator müalicə üzrə fəaliyyət göstərmişdir. O, cavabdeh müəssisədə işləməyə gələndə baş həkim Sənan müəllim olmuş, Sənan müəllim onu tanıdığını bildimiş, ona fəaliyyətini izah etmiş, kabinetini göstərərək orada işləyəcəyini demişdir. Ona lazer cərrahiyyəsində, akademik Cavadzadə ilə işlədiyini bildirmişdir. Sənan müəllim işləyən vaxtı o, 3 il müddətinə analıq məzuniyyətinə getmiş, analıq məzuniyyətindən qayıdandan sonra baş həkim Nərminə xanım olmuş, Nərminə xanım ona 1,5 akladla işləmək üçün qol çəkməsini bildirmiş, o da elə belə işləyəcəyəyini düşünmüşdür. Lakin onun əmək kitabçasında 0,5 aklad üzrə işlədiyi qeyd edimişdir. O, işləmək istədiyini bildirəndə baş həkim iddia edirdi ki, guya onun arxasında nazir dayanmışdır. Daha sonra məzuniyyət götürmüş, uşaqla dincəldiyi vaxt baş həkim ona zəng edib harada olduğunu soruşmuşdur. Xəstə olduğu üçün 21 noyabr 2023-cü il tarixində bülletendə olmuş, ona görə işə gəlməmişdir. Müəssisədə onun üstünə çox gəliblər. O, ikinci növbə olaraq işləmiş, həmin vaxtlar ola bilsin ki, cavabdehin nümayəndəsi Aysel xanım həkim-laborant olmuş deyə onu görməmişdir. Aysel xanım baş həkim olanda ona demişlər ki, Aysel indi ona nələr edəcəkdir. O da problemin nə olduğunu soruşanda ona baş hakimin onun işdən çıxmalı olduğunu bildirdiyini, kurator Azər müəllimin ondan qorxduğu deyilmişdir. Onun heç nədən xəbəri olmaya-olmaya işə getmiş və ona sertifikatı olmadığına görə işdən çıxamlı olduğu bildirilmişdir. O, sertifikasiyadan keçmək üçün sertikasiyanın harada, necə keçiriləcəyi ilə bağlı müraciət etmişdir. Həmin müraciət də işəgötürəndədir. Ona sertifikasiyadan gedib özünün keçməsi lazım olduğunu deməmişlər. Əgər sertifikasiya lazım olsa, ona keçiriləcək gün və yer barədə məlumat deyilsin və o da gedib sertifikasiyada iştirak etsin. Yeni baş həkim Aysel xanım ona əvvəlki baş həkim sertifikasiya təklif etdiyini bildirsə də, belə bir məsələ olmamışdır. Ona əvvəlki baş həkim attestasiyadan keçməli olmasını demişdir. Diplom məsələsi də ona əvvəlcədən deyilməmişdir. Onu iş yerində sıxışdırırmışlar. Aysel xanımın baş həkim kimi gəlməyi 10 gün olmamış onu işdən çıxardılar. Aysel xanımla danışdığı gün öyrənmişdir ki, işdən çıxmışdır. Ona heç instruktor vəzifəsi də təklif edilməmişdir. Sadəcə, Nazirlik tərəfindən onun işdən çıxmalı olmasını, burada işləyə bilməyəcəyini demişlər. 30 il bir işdə işləmək az deyil. Dispanserdə işlədiyi 17 il ərzində heç bir problem, barəsində töhmət və xəbərdarlıq olmamışdır. O əlavə olaraq qeyd etdi ki, Baş həkim ona dərhal işdən çıxmalı olduğunu bildirmiş, lakin əmri sonradan verilmişdir. Aysel xanım ona tez-tez imza çəkmək üçün israr etmişdir. O da bu mərhələdə video çəkəcəyini, həmin videoda hansı sənədləri ona verdiyini əks edilməsini bildirmişdir. O, Aysel xanımdan kim olduğunu soruşanda ona baş həkim olduğunu demiş, o da qarşılığında Aysel xanıma baş həkim olmadığını, hələ köhnə baş həkimin olduğnu bildirmişdir. O, videonu çəkən zaman Aysel xanımın çağırdığı və onun qardaşı olan polis gəlib onun əlindən telefonu götürmüşdür. Bundan sonra Səhiyyə Nazirliyinə baş həkimin polis çağırması, polisin vurması və əlindən telefonu tutması barədə müraciət etmişdir. Hələ şikayət etməmiş, bu barədə yazmamışdır. Lakin qeyd etdikləri videoda əks etdirilmiş, baş həkimin qardaşı gəlib videonu silməsinə baxmayaraq videonu göndərmişdir. Onda bütün müəssisədə həkimlər nə danışıblarsa bununla bağlı bütün videogörüntülər vardır. Bir dəfə, övladı xəstə olan zaman saat 5-də işdən çıxmış, Aysel xanım ona zəng edib gözləməyini demişdir. Aysel xanım zəng edib ona onu gözləməsini bildirmiş, o da səbrlə telefonda ona cavab vermişdir ki, olar ki sabah gəlsin? Lakin Aysel xanım bu gün görüşmək istədiyini söyləmişdir. Bundan sonra evə getmiş, Aysel xanım zəng edib onu niyə gözləmədiyini soruşmuş, o da ona telefonda rəfiqəsi olmadığını, kimdir ki, ona bunları dediyini demiş və telefonu söndürmüşdür. Bundan sonra əsəb keçirdiyi üçün təcili tibbi yardım gəlmiş, vəziyyəti çox ağır olmuşdur. O, əsəbdən bülletene getmişdir. Onda əsəbdən zob xəstəliyi yaranmışdır. O, Aysel xanımın yerinə çoxdan baş həkim olardı, lakin gərək insanlıq olsun. Ona şərait yaradıblar, o da bütün qohumlarını Dispanserə toplayıb. Lakin bu dediyi məsələyə dair sübutu yoxdur. Onu işlədiyi yerdən çıxartmaq lazım deyildi, nə lazımdırsa edib burada işləyəcəkdir. Bunları Azər müəllimə də demişdir. O, kurs keçməli idi, 10 ildir ki, orada işləyirdi, niyə Səhiyyə Nazirliyi ona bu vəzifədə işləyə bilməyəcəyini bildirməmişdir. Dispanserdə onun vəziyyətində olub işləyən çox adam var. Nəyə görə o, Aysel xanıma görə vəzifəsindən azad olunmalıdır. Hətta, ona bülleten pulu da ödənilməmişdir. Aysel xanım tərəfindən 450 manat ödəniş edilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, İddiaçı xx.xx.2006-cı il tarixində Bakı şəhər Tibbi X7 X14 həkim vəzifəsinə təyin edilmiş və 17 il fasiləsiz olaraq həmin vəzifədə çalışmışdır. İddiaçı uzun müddət orada yarım ştat işləmişdir. iddiaçıya işdən çıxması barədə ərizə yazılması bildirilmiş, iddiaçı da ərizə yazmaqdan imtina etmişdir. xx.xx.2023-cü ildə cavabdeh tərəfindən heç bir əsas olmadan iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndi ilə işdən azad edilmişdir. İşdən çıxarılması səbəbi olaraq istinad edilir ki, yalnız həmin vəzifədə ali təhsilli həkim olmalıdır. İddiaçı tərəfindən bununla bağlı müəyyən təşkilatlara müraciət edilmiş və cavab da əldə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti qeyd edir ki, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinin tələbləri gözlənilmədən xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Gənclər və İdman Nazirliyinə də müraciət edilmiş və müraciətə cavab olaraq bildirilmişdir ki, İddiaçı tutduğu vəzifədə ali təhsilli həkim fəaliyyət göstərməlidir, İddiaçı ali təhsilli həkim olmadığından bu vəzifədə işləyə bilməz. Əgər işdən azad olunma səbəbləri belə qeyd edilirsə belə olan halda niyə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə azad olunur? İddiaçıya sertifikasiya barədə cavabdeh tərəfindən xəbər verilmişdirmi? Xalidə xanım haradan bilsin ki, registr kodu olmalıdır, ömür boyu başını aşağı salıb işləmişdir. Xalidə xanımın xəstə övladı var, tək qadındır, uşağına baxır. Məsələyə vətəndaş mövqeyindən yanaşmaq lazımdır, Xalidə xanımı belə hay-küy ilə işdən çıxarmaq düzgü deyildir. Xalidə xanıma 3 ay işləməsi, sonra özünə çarə qılması deyilə bilərdi. Xalidə xanımın əmək kitabçasını vermirdilər, o, əmək kitabçasını güclə gedib almışdır. Xalidə xanıma deyiblər ki, işə gəlməsə onu işdən çıxaracaqlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məktubundan, qərarından üstündür. Burada Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməlidir. İddiaçının işdən çıxarılması Əmək Məcəlləsinə ziddir. İşdən çıxan şəxsə təkliflər edilməlidir. Heç olmasa Xalidə xanımın çəkdiyi əziyyəti, oraya qoyduğu illəri nəzərə alıb başqa bir iş təklif edərdilər. Qarşı tərəf instruktor vəzifəsi təklif edildiyini qeyd etsə də, iddiaçıya başqa vəzifə təklif edilməmişdir. İddiaçı hər zaman işləyib, əziyyət çəkib, işinin öhdəsindən gəlib, heç bir problem olmayıb. Araşdırılan zaman iddiaçı kimi işçilər yenə vardır. Sadəcə iddiaçıya sertifikasiyanı bildirəndə konkret olaraq harada gedib sertifikasiyadan keçməsini deyərdilər. Baş həkim vurğulayır ki, Xalidə xanım işə gəlməmiş, lakin iddiaçı xəstə olduğu üçün bülletendə olmuşdur. Qarşı tərəfin məhkəmə iclaslarında qeyd etdikləri vəzifələr onlara təklif edilməmiş, məhkəmənin əvvəlki iclasında təklif ediləndə bu vəzifələrdən xəbərləri olmuşdur. Məhkəmə icraatı dövründə iddiaçıya təklif edilən vəzifələr gülməlidir və onlar bu vəzifələri qəbul etmirlər. İddiaçı qanunsuz olaraq işdən azad edilmişdir və onlar iddiaçının əvvəlki işinə bərpa edilməsini istəyirlər. Halhazırda həkim diplomunun olub-olmaması maraqlı deyildir. Diplomun olmamasından asılı olmayaraq iddiaçı burada işləmişdir. Təklif edilən vəzifələrin yüksək maaşı olsa idi, bəlkə bu barədə fikirləşərdilər. Xalidə xanım tam ştat işləyərkən 500 manat maaş almışdır, burda isə 1 ştat vahidi üzrə 346 manat təklif edirlər. Həmçinin, onların Əmək Müfəttişliyinin qərarının ləğv edilməs barədə Nizami Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərarından xəbərləri yoxdur və həmin qərar onlara təqdim edilməmişdir. Müfəttişliyin çıxardığı qərar və digər qərarların məhkəmənin gəldiyi yekun nəticəyə təsiri olmamalıdır. Qarşı tərəfin Müfəttişliyin qərarının ləğv edilməsinə dair məhkəmə proseslərində dindirilən şahidlər cavabdeh tərəfin öz tabeliyində olan işçilərdir. Onların dindirilərkən verdiyi ifadə də aydın məsələdir. Onlar vətəndaş hüquqlarından istifadə edirlər. Xalidə xanımı işdən biabırçı vəziyyətdə, qeyri-insani şəkildə polis vasitəsilə çıxarmış və onların işçisi olmadığını bildirmişlər. O, cavabdehin nümayəndəsinin telefonla video çəkməsi barədə dediklərinə münasibət bildirərək qeyd etdi ki, cavabdehin nümayəndəsi vəzifəli şəxs olduğu üçün iddiaçının onu videoya çəkməyə ixtiyarı vardır. Xalidə xanım neçə ildir ki, canın qoyub işləmiş, barəsində töhmət və digər pozuntular olmamışdır. Birdən birə qanun dəyişib. Qanunun ağırlaşdırıcı halda geriyə qüvvəsi yoxdur, yalnız yüngülləşdirici halda geriyə qüvvəsi vardır. Xalidə xanım illərlə orada çalışıb, sadəcə elə etmək lazım idi ki, o buradan razı qalsın. Xalidə xanıma hüquqlarını başa salmaq lazım idi. Xalidə xanıma vaxtında desə idilər ki, əlavə təhsil alsın, o gedib təhsili alardı. Burada söhbət əsas insan hüquqlarından gedir, hüquq, ədalət bərpa edilsin. Avropa İnsan Hüquqlarının Konvensiyasının müddəaları var. Həmin müddəalarda şəxsin məhkəməyə müraciət etmək hüququ, pozulmuş qanunların bərpası qeyd edilir. Ola bilər ki, tərəflər arasında narazılıq olmuşdur. Qarşı tərəf vəzifəli şəxsdirsə, işçini işdən çıxarırsa, işçinin emosiyasını da başa düşməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Xalidə xanım 17 ildir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X17 Dispanserində işləyir. O isə 5 aydır ki, xx.xx.2023-cü il tarixdən həmin Dispanserə baş həkim kimi təyin edilmişdir. Onun tibbi təhsili vardır və baş həkim vəzifəsindən əvvəl birinci növbə üzrə həkim-laborant kimi işləmişdir. Onun registr kodu da vardır və keçən il sertifikasiyadan da keçmişdir. O, həkim-laborant vəzifəsində çalışdığı müddət Xalidə xanım ikinci növbə işləyirdi, onunla həmin vaxtda rastlaşamamış, Xalidə xanımı cəmi 2-3 dəfədən artıq görməmişdir. Gənclər və İdman Nazirliyi tərəfindən müəssisədə yoxlama keçirilmiş, keçmiş baş həkim işdən azad olunmuşdur. Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilmiş Komissiya tərəfindən akt tərtib edilmiş, Xalidə Xanımın və digər bir işçinin də diplomları həkim kimi fəaliyyət göstərməyə uyğun olmamışdır. Həmin aktda qeyd edilmişdir ki, Xalidə xanımın diplomu həkim kimi fəaliyyət göstərməyə uyğun deyildir, belə ki, onun diplomunda bədən tərbiyəsi müəllimi ixtisası qeyd edilimişdir. Digər işçi isə biologiya fakültəsini bitirdiyindən onun ixtisası laborant olmuşdur. Bundan sonra işçilərin sertifikasiyada iştirak etməsini təmin etmiş, tibb bacıları da sertifikasiyadan keçmişlər O da məsuliyyətlə işinə davam etmək üçün Gənclər və İdman Nazirliyinin tərtib etdiyi akta əsasən Xalidə xanım həkim fəaliyyəti ilə məşğul ola bilməyəcəyini hesab etmişdir. Çünki onun ixtisası bədən tərbiyəsi müəllimliyidir. Onların pasientləri idmançılarıdır və onların sağlamlığını peşəkar olmayan birinə etibar edə bilməzdi. Onlarda tibbi və qeyri-tibbi iş yerləri olduğu üçün Xalidə xanıma uyğun vəzifə olmadığına görə bir vəzifə təklif edə bilməmişlər, çünki onlarda digər işlər xadimə və fəhlədir. Hal-hazırda instruktor vəzifəsi üzrə yer boş olsa idi həmin vəzifəni təklif edə bilərdi. Ondan əvvəl edilən hərəkətlərə görə o məsuliyyət daşımır. Yanlışlıq olsa belə, onun həmin yalnışlığı davam etdirməyi nə qədər düzgün olardı? O, fəaliyyətini şəffaf şəkildə təşkil edir. Həmin şəffaf fəaliyyətinə və düzgün iş rejimi ilə getdiyinə görə Cənab Nazir onu mükafatlandırmışdır. Xalidə xanımın dedikləri isə sadəcə iddiadır. Xalidə xanımın vəziyyətində olan işçilər əlbəttə ki, vardır. Bununla yanaşı, Xalidə xanım bülletendə olanda onlara məlumat verməmiş, ona görə də onun gəlmədiyi günləri aktlaşdırmışlar. Xalidə xanımın bülletendə olduğu müddəti qeydə alınmış və bülleten pulu ona ödənilmişdir. Dəfələrlə Xalidə xanımı zəng və teleqram vasitəsilə işə dəvət etmiş, işə gəlməməsinin səbəblərini soruşmuş, vəziyyəti bir yerdə müzakirə etməyi təklif etmişdir.Onun barəsində 2-3 dəfə tədbir görmüş, danışıqlar aparmış, lakin barəsində tənbeh tədbiri tətbiq etməmişlər. Hətta Xalidə xanım ona zəng edib zəng etmə səbəbini soruşmuş, sonra telefonunu da söndürmüşdür. Bundan sonra Xalidə xanım gəlmiş, tərəflərindən ona bir şans verilmiş, ona təklif edilmişdir ki, öz ərizəsini yazıb işdən çıxsın, lakin o razılaşmamış, onlar da məcbur olub onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxartmışlar. İddiaçı əlində telefon gəlib hamını çəkir, iddiaçının onun icazəsi olmadan onu çəkməyə ixtiyarı yoxdur. Xalidə xanımla nəsə söhbət edilən zaman camaatı götürüb videoya çəkir. O, Xalidə xanımın dediyi polis sahə müvəkkilini Xalidə xanımla bacara bilmədiyi üçün müəssisəyə çağırmışdır. Onlar Xalidə xanımı işdən çıxartmalarına baxmayaraq Xalidə xanım orada oturacağını deyirdi. O, Xalidə xanıma əmək kitabçasını gəlib götürməyi bildirsə də, dəfələrlə əmək kitabçasını götürməkdən imtina etmişdir. Əmək kitabçasını Xalidə xanımın ünvanına göndərməyi isə doğru hesab etməmişdir. Xalidə xanım imza etməlidir ki, əmək kitabçasını götürsün. Ondan əvvəl olan baş həkim Səhiyyə Nazirliyinə işçilərin sertifikasiyadan keçməsi ilə bağlı müraciət etmiş, Səhiyyə Nazirliyinin isə cavab verərək Xalidə xanım və digər bir başqa xanım işçilərinin ixtisasının uyğun olmadığını, sertifikasiyadan keçə bilməyəcəklərini bildirmiş, hansı işçilərin registr kodu olubsa, onlar sertifikasiya cəlb edilmiş, registr kodu olmayan şəxslər isə işdən azad edilmişdir. Onlar sadəcə işçiləri sertifikasiya barədə məlumatlandırlar. İşçilər özləri kursa qəbul edilməlidirlər. Onlara registr kodu verilir, həmin registr kodu tibb ixtisasını bitirinlərə və tibb bacılarına şamil olunur. Bu registr koduna əsasən həkimlər və tibb işçiləri kursa müraciət edir, qəbul olunurlar və sertifikasiya idarəsinə gedirlər. Lakin Xalidə xanımda registr kodu mövcud deyildir. Bundan əlavə bildirdi ki, onlar Əmək Məcəlləsinin 67-1-ci maddəsinə görə 6 ay gözləməlidirlər. Xalidə xanımın diplomu gözlədikləri halda həmin müddət ərzində ya da daha sonra dəyişiləcəkdir mi? Belə olan halda o, necə sertifikasiya idarəsinə müraciət edəcəkdir? Onlar Səhiyyə Nazirliyinin hüquqşünası ilə danışmışlar və nazirlik tərəfindən Respublika Olimpiya İdman Liseyində 0,5 ştat vahidi üzrə laborant vəzifəsi və Respublika Yüksək İdman Ustalığı məktəbində 1 ştat vahidi üzrə laborant vəzifəsi təklif edilmişdir. Respublika Olimpiya İdman Liseyində laborant vəzifəsi üzrə əmək haqqı vergilər çıxandan sonra təxmini 215 manat təşkil edir. Respublika Yüksək İdman Ustalığı məktəbində isə laborant vəzifəsinə görə bir ştat vahidi üzrə ələ alınan məbləğ 346,71 manat təşkil edir. Qeyd olunan vəzifələr üzrə olan əmək haqqıların Xalidə xanımın əvvəlki əmək haqqısından fərqi yoxdur. Səhiyyə Nazirliyinin qərarına görə verilən bu vəzifələri Xalidə xanıma təklif etmişlər. Həmçinin, Xalidə xanımın yerinə artıq işçi götürülmüşdür. 450 manat son haqq hesab və bülleten puludur. Onlarda büdcə təşkilatı olduğu üçün 16 manat neçəsə qəpik qalmış, onu da Xalidə xanımın kartına köçürmüşlər. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, əgər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tələb edirsə, “X5 haqqında” Qanunda ali-orta ixtisas tibb təhsili olmayan şəxslərin tibbi fəaliyyətlə məşğul ola bilmədiyi qeyd edilirsə belə olan halda Dispanserin baş həkimi iddiaçını başqa şəkildə necə işdən azad etməli idi? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti də öz məktubunda bu halı əsaslandırmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidməti öz qərarını əsaslandırmadan necə Dispanseri inzibati məsuliyyətə cəlb edə bilər? Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsində hallar açıq şəkildə göstərilmişdir. “X5 haqqında” Qanuna əsasən, sertifikasiya keçirilir və sertifikasiyadan keçməyən tibb işçiləri tibbi fəaliyyətlə məşğul ola bilməzlər. 2011-ci il tarixdən Tibb işçiləri 5 ildən bir sertifikasiyadan keçməlidirlər və şəhadətnamə almalıdırlar. Sertifikasikasiyadan keçməyən tibb işçiləri tibbi fəaliyyət üçün buraxılmırlar. Qanuna əsasən Səhiyyə Nazirliyinin tələbi odur ki, mülkiyyət formasından asılı olmayaraq bütün dövlət və qeyri-dövlət tibb müəssisələrində çalışan tibb işçiləri sertifikasiyadan keçməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 108 nömrəli qərarında sertifikasiyanın keçirilməsi qaydası əks edilir, sertifikasiyanı Səhiyyə Nazirliyi keçirir. Səhiyyə Nazirliyi tərəfindən akt tərtib edilmişdir. Görünür ki, rəsmi tələb olmayıb deyə Xalidə xanım həkim vəzifəsində işləmişdir. Məqsəd onun işdən xaric edilməsi deyil, məqsəd onun sənədinin uyğun olub-olmasıdır. Ona görə də Səhiyyə Nazirliyinə müraciət edilib ki, sertifikasiyadan keçməyə şərait yaradılsın və iddiaçı tərəfindən iştirak edilsin. Bundan sonra Səhiyyə Nazirliyinin cavab məktubu var ki, Xalidə xanım sertifikasiyada iştirak edə bilməz. Yəni, Səhiyyə Nazirliyinin verdiyi məktuba əsasən iddiaçı işdən azad edilmişdir. Əgər iddiaçı işdən azad edilməsə idi, cavabdeh təşkilat və ya vəzifəli şəxs inzibati məsuliyyətə cəlb ediləcəkdi. Əmək Məcəlləsinin 74-cü maddəsinin “f” bəndinə əsasən qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə müqaviləyə xitam verilməlidir. Xalidə xanım Prokurorluğa şikayət etmiş, onun müraciəti Səhiyyə Nazirliyinə göndərilmiş, Səhiyyə Nazirliyindən Xalidə xanımın özünün müraciətinə məktubla cavab verilmiş və orada qeyd edilmişdir ki, həkim kimi işləmək üçün sertifikasiyadan keçmək lazımdır. Buna görə də orta ixtisas təhsili yox, ali tibb təhsili lazımdır. Qeyd edilir ki, bu vəzifədə ali tibb təhsilinə malik olan həkimlər işləyə bilər. Baş həkim heç kəsi işdən çıxara bilməz. Baş həkimin işçini saxlamaq hüququ yoxdur. Bakı şəhər X17 Dispanseri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərkibində olan qurumdur. Buradan da görünür ki, qanunun və Səhiyyə Nazirliyinin tələbi sertifikasiyanın keçirilməsidir. Xalidə xanım bildirir ki, kurs keçməlidir. Səhiyyə Nazirliyi buna birbaşa münasibət bildirərək qeyd edib ki, bu vəzifədə ancaq ali tibb təhsili olan həkimlər fəaliyyət göstərə bilərlər. Heç bir qərəz yoxdur. Əvvəlki baş həkim Qasımova 25 sentyabr 2023-cü il tarixdən sertifikasiya üçün şərait yaradılması barədə müraciət etmiş, müraciətinə 06 oktyabr 2023-cü il tarixində cavab olaraq əlavə olunan diplomlar əsasında iddiaçının həkim kimi fəaliyyət göstərə bilməməsi qeyd olunmuşdur. Əvvəlki baş həkim müraciəti göndərəndə iddiaçıya instruktor vəzifəsi boş olduğundan həmin vəzifəni təklif etmiş, lakin iddiaçı instruktor vəzifəsini qəbul etməmişdir. Xalidə xanım hələ təşəkkür etməlidir ki, həkim olmadığı halda Nazirlik ona 17 il işləmək üçün şərait yaratmışdır. Həmçinin, Xalidə xanım işə gəlməmiş və gəlməməsi barədə məlumat verməmişdir. Bunu hər gün aktlaşdırıblar. İddiaçı bülletendə olmuşdursa, bununla bağlı məlumat verməli idi. İddiaçı sonradan bülleten təqdim etdiyi üçün bülletendə olduğu günləri çıxmışlar. O, həmçinin qeyd etdi ki, tərəflərindən Əmək Müfəttişliyi Xidmətinin qərarından şikayət verilmiş,Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərarı ilə şikayət təmin edilərək Əmək Müfəttişliyi Xidmətinin qərarı ləğv edilmişdir. İnzibati iş üzrə məhkəmə prosesi zamanı özü şəxsən Səhiyyə Nazirliyi ilə danışmış və Xalidə xanıma necə kömək edə biləcəklərini soruşmuşdur. Səhiyyə Nazirliyi də dərhal boş vakansiyaları müəyyənləşdirib, təklif etdikləri vakansiyaları bildirdilər. Xalidə xanım da təklif edilən vəzifələri qəbul etmədi. Səhiyyə Nazirliyi tərəfindən Respublika Olimpiya İdman Liseyində 0,5 ştat vahidi üzrə laborant vəzifəsi və Respublika Yüksək İdman Ustalığı məktəbində 1 ştat vahidi üzrə laborant vəzifəsi Xalidə xanıma təklif edilmişdir. Respublika Olimpiya İdman Liseyində laborant vəzifəsi üzrə əmək haqqı vergilər çıxandan sonra təxmini 215 manat təşkil edir. Respublika Yüksək İdman Ustalığı məktəbində isə laborant vəzifəsinə görə bir ştat vahidi üzrə ələ alınan məbləğ 346,71 manat təşkil edir. Xalidə xanımın polis çağırmaqla bağlı dedikləri isə bu məsələnin predmetindən kənardır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxsün nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hazırki mübahisə ilə bağlı yaranmış sualların izah edilməsi və sertifikasiya keçirilməsi məsələsinə aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən rəsmi qaydada dəvət edilmiş və Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X12 bildirmişdir ki, iddiaçını tanımır, onun işdən azad edilmə prosedurundan məlumatlı olmasa da, ümumi prosesdən xəbəri vardır. Xalidə xanım sertifikasiyaya buraxıla bilməzdi. Sertifikasiya ilə bağlı qanunvericilik 2010-cu ildə qəbul edilmişdir. Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiya qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 saylı qərarında təsdiq edilir. “X5 Haqqında” Qanuna əsasən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər hər 5 ildən bir sertifikasiyadan keçməli və sertifikasiyadan keçməsinə dair şəhadətnamə almalıdırlar. Nazirlər Kabinetinin qərarında göstərilənlərə görə bu praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir. Əgər şəxs tibb təhsilini bitiribsə, bitirdiyi müddətdən 5 il ərzində sertifikasiyadan azaddır. 5 il keçdikdən sonra həmin şəxslər, tibb təhsili olan, lakin işləməyən şəxslər sertifikasiyadan keçmək üçün fərdi qaydada müraciət edir, Səhiyyə Nazirliyi şəxsin diplomunda problem görmürsə, ona registr kodu verilir, bundan sonra Sertifikasiya Komissiyasına göndərilir. Tibb işçilərinin registrı aparılır. İşləyən şəxslər üçün isə sertifikasiya ilə bağlı işəgötürən müraciət edir, Səhiyyə Nazirliyi razılıq versə, şəxs kursa yazılır və ona registr kodu verilir. Xalidə xanımın isə registr kodu yoxdur. İşin halları ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edilmiş və məlum olunmuşdur ki, Xalidə xanım 1985-ci ildə X19 X10 tərbiyəsi və İdman fakültəsini bitirmişdir. Bədən Tərbiyəsi və İdman Fakültəsini bitirən şəxslər həkim hesab edilmirlər. Keçmiş dövrlərdə onun həkim kimi işə qəbul edilməsi, həkim kimi işləməsi və stajının olması ona həkim statusunu vermir, bu Səhiyyə Nazirliyinin birmənalı mövqeyidir. Xalidə xanımın müalicəvi idman həkimi, fizioterapevt kimi çalışması üçün tibb təhsili olmalıdır. 30 dekabr 2023-cü il tarixli məktubda da qeyd edilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində müalicəvi bədən tərbiyyəsi üzrə həkim vəzifəsində fizioterapiya və tibb bərpa ixtisası üzrə internaturada, rezidenturada hazırlıq keçən ali tibb təhsilli şəxslər işləyə bilərlər və onlar mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb edilirlər. Hazırki situasiya üzrə həkim olmayan şəxsi işə götürüblər, onun işə götürülməsi düzgün deyildir. İddiaçı 2006-cı ildən orada işləyir. İddiaçı orada əvvəldən qanunsuz olaraq çalışmışdır. O, həmin vəzifəyə qəbul edilə bilməzdi, çünki onun tutduğu vəzifə tibb təhsili tələb edən vəzifədir. İxtisası tutduğu vəzifəyə uyğun olmadığı üçün Xalidə xanım işdən azad edilmiş, bunu Səhiyyə Nazirliyinin cavab məktubunda da görmək mümkündür. Həkim laborant həkim hesab edilir. Laborant isə orta tibb işçisidir. Xalidə xanıma 10 il ərzində ixtisasının uyğunsuz olduğunun bildirilməməsinin səbəbi yəqin ki, müəssisədə Səhiyyə Nazirliyi tərəfindən yoxlanışın aparılmamasıdır. Tərəflərindən əgər yoxlanış aparılsa idi, müəssisəni cərimələyəcəkdirlər. Azərbaycan Respublikası İXM 215.4-cü maddəsinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Əgər şəxsin sertifikatı yoxdursa, o praktik tibb fəaliyyətinə buraxılmamalıdır. Onlar öz müəssisələrində və özəl klinikaları yoxlayarkən sertifikatsız praktiki tibb fəaliyyəti göstərən şəxslərin işləməsinə görə ildə 400 müəssisəni cərimə edirlər. İşəgötürənin marağı olmalıdır ki, işçinin sertifikatı olsun və əməkdaşları tibb fəaliyyətinə cəlb edilsin. Əgər şəxs tibb təhsilini bitiribsə, bitirdiyi müddətdən 5 il ərzində sertifikasiyadan azaddır. 5 il keçdikdən sonra fərdi qaydada Səhiyyə Nazirliyinə müraciət edir, Səhiyyə Nazirliyi şəxsin diplomunda problem görmürsə, ona registr kodu verilir, bundan sonra Sertifikasiya Komissiyasına göndərilir. Tibb işçilərinin registrı aparılır. Xalidə xanımın isə registr kodu yoxdur. İşin mübahisəsiz halları: İddiaçı 1989-cu il tarixdə C.M.Kirov adına Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun “Bədən Tərbiyəsi və İdman” fakültəsini bitirərək Bədən Tərbiyəsi müəllimi ixtisası almışdır. O, 2004-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmiləşdirmə İnstitutunda iki ay müddətində “Müalicəvi bədən tərbiyəsi” kursu üzrə təkmilləşmə keçmişdir. xx.xx.2006-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər Tibbi X7 X14 həkim MBT vəzifəsinə təyin olunmuşdur. 12 sentyabr 2023-cü il tarixli aktla Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müvafiq vəzifəli və səlahiyyətli şəxsləri tərəfindən Bakı şəhər X17 Dispanserində araşdırma apararkən Dispanserdə fəaliyyət göstərən həkim və orta tibb personalının sertifikasiyadan keçməmələri ilə bağlı faktlar müəyyən edilmiş və aydın olmuşdur ki, ümumilikdə dispanserdə fəaliyyət göstərən 18 həkimdən yalnız 4 həkimin, 16 nəfərlik orta tibb personalından isə yalnız 2 nəfərin sertifikasiya şəhadətnaməsi mövcuddur. Dispanserdə MBT üzrə həkim olaraq çalışan İddiaçı Rafikovnanın müvafiq tibbi təhsili yoxdur, o, 1985-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bədən tərbiyəsi müəllimliyi ixtisası üzrə bitirmişdir. Bakı şəhər X17 Dispanserində qeyd edilən pozuntu hallarının aradan qaldırılması məqsədi ilə qısa zaman ərzində dispanserin işində dönüş yaradılması vəzifə olaraq qoyulmuş, Dispanserdə çalışan həkim və orta tibb personalına Azərbaycan Respublikasının “X5” haqqında Qanununa əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmədiyi və həmin işçilərin beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməsinin zəruriliyi bildirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər Tibbi X7 baş həkimi Qasımova N.A. tərəfindən xx.xx.2023-cü il tarixində 56 saylı məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilərək, İddiaçı dispanserdə çalışdığı illər ərzində təkmilləşdirmə kurslarını keçmədiyi, səbəb olaraq həmin kursları keçmək üçün onun registr kodu olmadığı, müvafiq sertifikat almaq üçün imtahandan keçə bilmədiyi qeyd edilərək, İddiaçı həkim MBT vəzifəsində çalışması və sertifikasiya imtahanı verməsi barədə rəsmi məlumat verilməsi xahiş edilmişdir. Həmin məktuba Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ünvanladığı xx.xx.2023-cü il tarixli 3-28/2-6958/2023 saylı məktubla cavab olaraq bildirilmişdir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunları yalnız qeyri-tibb ali təhsilli mütəxəssis vəzifələrində çalışa bilərlər. Həkim və orta tibb heyəti vəzifələrində müvafiq olaraq ali və orta ixtisas tibb təhsilli mütəxəssislər fəaliyyət göstərə bilər və onlar mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb edilirlər. Bununla bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun “Bədən Tərbiyəsi və İdman” fakültəsinin məzunu İddiaçı tibb işçiləri üçün nəzərdə tutulan sertifikasiya prosesində iştirakı qeyri-mümkündür. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər Tibbi X7 05 dekabr 2023-cü il tarixli, 068 saylı əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarxixli məktubunu əsas götürülərək İddiaçı Əmək Məcələsinin 70 “c” bəndinə əsasən tutduğu həkim MBT vəzifəsindən azad olunmuş və onunla olan əmək müqaviləsinə 05 dekabr 2023-cü il tarixdə ləğv verilmişdir. Bundan sonra İddiaçı tərəfindən müxtəlif təşkilatlara müraciət edilmişdir. onun müraciəti əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi xx.xx.2023-cü il tarixdə cavab məktubu ünvanlayaraq, müraciətlərində ona qarşı qərəzli və qanunsuz münasibətlərin göstərilməsilə bağlı iddialarının öz təsdiqini tapmadığını, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunlarının yalnız qeyri-tibb ali təhsilli mütəxəssis vəzifələrində çalışa bildiklərini qeyd etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ünvanladığı xx.xx.2023cü il tarixli məktubda iddiaçının Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış sertifikasiyadan keçmədiyi üçün işdən azad olunmağı barədə rizəsinə baxılaraq qeyd edilmişdir ki, “X5 haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli Qərarı ilə təsdiq olunmuş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na uyğun olaraq 2011-ci ilin yanvar ayından başlayaraq Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Eyni zamanda, Azerbaycan Respublikasının Səhiyyə Nazirliyinin müəssisələrində Müalicə bədən tərbiyyəsi üzrə həkim vəzifəsində fizioterapiya və tibbi bərpa ixtisası internaturada, rezidenturada hazırlıq keçən ali tibb təhsilli şəxslər işləyə bilərlər və onlar mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb edilirlər. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müraciətlərinə dair xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, təqdim olunmuş sənədlərdən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, bu Məcəllənin 67-1-ci maddəsinin 5-ci hissəsinin tələbləri gözlənilmədən xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər Tibbi X7 işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq 30 gün ərzində onun əmək müqaviləsinə xitam verilməsi barədə 05 dekabr 2023-cü il tarixli, 068 saylı əmrin ləğv edilərək törədilmiş hüquq pozuntusunu aradan qaldırılmasını təmin edib nəticəsi barəsində X13 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. Aysel Məmmədova inzibati xəta haqqında iş üzrə həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə şikayət vermiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/1-4022/2024 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Tibbi X7 baş həkimi X11 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qüvvədə saxlanılmışdır. Daha sonra, X4 Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/1-4022/2024 nömrəli qərarından məhkəməyə şikayət vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)- 1559/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 21 fevral 2024-cü il tarixli, 3-17-5/1-4022/2024 nömrəli qərarı və həmin Xidmətin Bakı şəhər İdarəsinin işəgötürəni Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tibbi X7 baş həkimi X9 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinməsinə dair xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bu qərar Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1051/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X13 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bunlarla yanaşı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X17 Dispanseri xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə iddiaçının həmin tarixlərdə heç bir səbəb olmadan və xəbərdarlıq etmədən işə gəlməyərək nizam-intizam qaydalarını kobud şəkildə pozduğu üçün işçinin iş yerində olmaması haqqında, Mahmudbəyova Xalı̇ də Rafı̇ qovnanın iş satı bitmədən, baş həkimə məlumat vermədən iş yerini tərk edərək nizam-intizam qaydalarını kobud şəkildə pozduğu üçün işçinin iş vaxtında iş yerində olmaması haqqında, xx.xx.2023-cü il tarixdə, iddiaçı işdən çıxdıqdan sonra onun imza çəkməkdən və əmək kitabçasını götürməkdən imtina etməsi barədə xx.xx.2023-cü il tarixdə aktlar tərtib edilmiş və işçilər tərəfindən imzalanmışdır. Daha sonra Mahmudbəyova Xalı̇ də Rafı̇ qovnanın əmək kitabçasının baş həkim Aysel Məmmədova tərəfindən təhvil verilməsi barədə xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər Tibbi X7 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli arayış Dispanserin ştat cədvəlində ilə iddiaçının ixtisasına uyğun vakant yeri olmadığı müəyyən olunmuşdur. İşə əlavə olunmuş sənədlər ilə iddiaçıya son haqq-hesabının və bülleten pulunun ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Respublika Olimpiya İdman Liseyində 0,5 ştat vahidi üzrə laborant vəzifəsi və Respublika Yüksək İdman Ustalığı məktəbində 1 ştat vahidi üzrə laborant vəzifəsi təklif edilsə də, iddiaçı tərəfindən həmin vəzifələr qəbul edilməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin, onların vəkil və nümayəndələrinin, mütəxəssis qismində dəvət edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsinin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə, 67-1-ci maddəsinə, “X5 haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı, 49-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 1-ci, 2.1-ci, 2.11-ci, 2.12-ci, 6.1-ci bəndlərinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının müddəaları və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsinin bildirdikləri ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Bundan əlavə, sertifikasiyadan keçmək üçün müəyyən olunmuş sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğunu Səhiyyə Nazirliyi yoxlayır və ərizələrin qəbulu jurnalında qeydiyyata alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının tələblərinə uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar (bu Qaydanın 2.10-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) barədə rəsmi qaydada cavab verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər yenidən təqdim edilə bilər. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Beləliklə, məhkəmə qeyd edir ki, tibb işçiləri tibbi fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun olaraq sertifikasiyadan keçməklə davam etdirə bilərlər. İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X17 Dispanserində həkim MBT vəzifəsində çalışdığından İddiaçı həkim MBT vəzifəsində çalışması və sertifikasiya imtahanı verməsi üçün işəgötürən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X17 Dispanseri sertifikasiyanı həyata keçirən orqan olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etmiş, lakin, iddiaçının ixtisası Bədən Tərbiyəsi müəllimliyi olduğu və Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunu olduğu, İnstitutun məzunları yalnız qeyri-tibb ali təhsilli mütəxəssis vəzifələrində çalışa bildiyi üçün İddiaçı tibb işçiləri üçün nəzərdə tutulan sertifikasiya prosesində iştirakı qeyrimümkün olmuşdur. Göründüyü kimi, iddiaçının ixtisası tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən cavabdeh işəgötürənə müvafiq cavab verildikdən sonra, xx.xx.2023-cü il tarixdə praktik tibb fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-28/2-6958/2023 saylı rəsmi, hüquqi mövqeyini əsas götürməkdə haqlı olaraq onun əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən iddiaçını tutduğu vəzifədən azad etmişdir. Hansı ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, Əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Maddənin qeyd hissəsində qeyd edilmişdir ki, bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli əmr qəbul edilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “Qeyd”ində göstərilən tələblər pozulmamış, mövcud şəraitdə iddiaçının müvafiq tibbi təhsili olmadığına görə onun ümumiyyətlə sertifikasiyadan keçirilməsinə, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması əsası ilə onun tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən ayrıca qərar qəbul edilməsinə zərurət yoxdur. Əmək Məcəlləsinin 67-1-ci maddəsində nəzərdə tutulan tələb məhz Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilərin “X5 haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilmələri ilə bağlıdır. 12 sentyabr 2023-cü il tarixli aktla da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müvafiq vəzifəli və səlahiyyətli şəxsləri tərəfindən Bakı şəhər X17 Dispanserində araşdırma apararkən Dispanserdə fəaliyyət göstərən həkim və orta tibb personalının sertifikasiyadan keçməmələri ilə bağlı faktlar müəyyən edilmiş və Dispanserdə MBT üzrə həkim olaraq çalışan İddiaçı Rafikovnanın müvafiq tibbi təhsili olmaması, onun S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bədən tərbiyəsi müəllimliyi ixtisası üzrə bitirməsi bildirilmiş, Dispanserdə çalışan həkim və orta tibb personalına Azərbaycan Respublikasının “X5” haqqında Qanununa əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmədiyi və həmin işçilərin beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməsinin zəruriliyi bildirilmiş və Dispanserdə qeyd edilən pozuntu hallarının aradan qaldırılması məqsədi ilə qısa zaman ərzində dispanserin işində dönüş yaradılması üzərinə vəzifə olaraq qoyulmuşdur. Hansı ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Bundan başqa, iddiaçının sertifikasiya ilə bağlı müraciət etdiyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən də ona tibbi təhsili almadığı üçün sertifikasiyadan keçə bilməyəcəyi bildirilmişdir. Eyni zamanda, məhkəmə iddiaçının və onun vəkili-nümayəndəsinin izahatlarında sertifikasiya barədə cavabdeh tərəfindən iddiaçıya xəbər verilməməsi, sertifikasiyadan keçməsi lazım olduğunun ona bildirilməməsi dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müraciətlərinə xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı işdən çıxarıldığı gündən, yəni xx.xx.2023-cü il tarixdən öncəki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müraciətləri ilə əmək hüquqlarının pozulması ilə bağlı müraciətlər etmişdir. Bu hallar isə özlüyündə iddiaçının tibbi fəaliyyətinin davam etdirilməsi ilə bağlı tibb işçilərinin sertifikasiya prosessindən keçməli olması barədə məlumatlı olmasına dəlalət edir. Həmçinin, iddiaçı cavabdeh təşkilatda tibb işçisi kimi işlədiyi üçün onun sertifikasiyadan keçməsi ilə bağlı işəgötürən tərəfindən səlahiyyətli orqan Səhiyyə Nazirliyinə işdən azad olunma tarixindən iki aydan artıq müddət öncə, yəni xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. Belə olan halda, məhkəmə yuxarıda qeyd qanunvericiliyin tələblərinə, təqdim edilən sübutlara, işin hallarına uyğun olaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X2rşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda iddia tələbi rədd edildiyi üçün məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X2rşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti cəlb edilməklə “cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X17 Dispascrinin direktoru Məmmədova A.N qızının 05 dekabr 2023-cü il tarixli, 068 saylı əmrinin ləğv edilməsi və onun işinə bərpa olunması, işləmədiyi müddətdə əmək haqqısının cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar