Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-96/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdeh1 hüquqi varisi X2, Cavabdeh1 hüquqi varisi X2 və onun nümayəndəsi və vəkili Vəkil1 ilə, İddiaçı cavabdehlər Cavabdeh1 hüquqi varisi X5, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddia tələbi təmin edilmiş, Vəkilova Bəyim Mirzə qızı ilə İddiaçı arasında Bakı şəhəri, Az.Keşlə qəsəbəsi, Q.Sadıx küçəsi 18-də yerləşən, yaşayış sahəsi 21,02 kv.m olan bir otaqlı hissəsinin alqısatqısı barədə 03 mart 2004-cü il tarixdə Bakı şəhəri 15 saylı DNK-da Reyestrdə 4Əİ №143 ilə qeydiyyata alınmaqla bağlanmış AN-1 ******* nömrəli müqavilənin etibarsız hesab edilməsi, Vəkilova Bəyim Mirzə qızının miras qalmış 1/4 hissəsinə qanun üzrə vərəsəlik hüququ əsasında 2/6 hissədə Cavabdeh1, 1/6 hissədə İddiaçı, 1/6 hissədə X8, 1/6 hissədə Cavabdeh2 və 1/6 hissədə Cavabdeh3 pay hüququ müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mərhum xalası Vəkilova Bəyim Mirzə qızı ilə aralarında Bakı şəhəri, Az.Keşlə qəsəbəsi, Q.Sadıx küçəsi 18-də yerləşən, yaşayış sahəsi 21,02 kv.m olan bir otaqlı hissəsinin alqı-satqısı barədə 03 mart 2004-cü il tarixdə Bakı şəhəri, 15 saylı DNK-da Reyestrdə 4Əİ №143 ilə qeydiyyata alınmaqla bağlanmış AN-İ ******* nömrəli müqavilənin 4-cü bəndinə əsasən satıcı daşınmaz əmlakı 150.000.000 (yüz əlli milyon manat) AZM satmış, alıcı, yəni o isə həmin qiymətə almışdır. Həmin müqavilənin 5-ci maddəsinə əsasən alıcı bu müqavilənin 4-cü bəndində nəzərədə tutulan qiymətini nəğd şəkildə Satıcıya tam ödəmiş, Satıcı isə həmin məbləği bütünlüklə qəbul etmişdir. Həmin müqavilənin 8-ci maddəsinə əsasən Satıcı Alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə ğötürür. 03 mart 2004-cü il tarixdə Bakı şəhəri 15 saylı DNK-da Reyestrdə 4Ə1 №143 ilə qeydiyyata alınmaqla bağlanmış AN-İ ******* nömrəli müqavilənin məzmunundan göründüyü kimi o, Satıcı Vəkilova Bəyim Mirzə qızının Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 30/648 saylı arayışa əsasən Bakı şəhəri, Az.Keşlə qəsəbəsi, Q.Sadıx küçəsi 18-də yerləşən, yaşayış sahəsi 21,02 kv.m olan bir otaqlı və 2939,45 k.m torpaq sahəsində yerləşən mənzili alıcının mülkiyyətinə verir. Satılan Bakı şəhəri İcra Hakimiyyəti Texniki invertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən reyestr kitabı 05 səh.605 qeyd 30/1144 xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında Satıcıya məxsusdur. Qanunun mənasından göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddia tələbi təmin edilmiş, Vəkilova Bəyim Mirzə qızı ilə aralarında Bakı şəhəri, Az.Keşlə qəsəbəsi, Q.Sadıx küçəsi 18-də yerləşən, yaşayış sahəsi 21,02 kv.m olan bir otaqlı hissəsinin alqısatqısı barədə 03 mart 2004-cü il tarixdə Bakı şəhəri 15 saylı DNK-da Reyestrdə 4Əİ №143 ilə qeydiyyata alınmaqla bağlanmış AN-İ ******* nömrəli müqavilənin etibarsız hesab edilmişdir. Bu səbəbdən alıcı kimi satıcı Vəkilova Bəyim Mirzə qızına nəqd ödədiyi 150.000.000 AZM pul və bu günə qədər əldən çıxmış fayda və məhkəmə xərcləri cavabdehlər miras qoyanın hüquq varislərindən alınaraq ona qaytarılmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi, cavabdeh Vəkilova Bəyim Mİrzə qızının prosesual hüquq varisləri Cavabdeh1 150.000.000 AZM-nin 2/4 hissəsinin, Cavabdeh2 1/4 və Cavabdeh3 1/4 hissəsinin, ödənilmiş 31 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 510 manat pulun alınıb verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, satıcı mərhum B.M.Vəkilovadan miras qalmış əsasən Bakı şəhəri, Az.Keşlə qəsəbəsi, Q.Sadıx küçəsi 18-də yerləşən, yaşayış sahəsi 21,02 kv.m olan bir otaqlı və 2939,45 k.m torpaq sahəsində yerləşən mənzilin 1/6 hissəsi ona, 1/6 hissəsi qardaşı X10 çatdığından müqavilənin etirabsızlığı nəticəsində qaytarılmalı olan 30000 AZN pulun 10000 manat çıxıldıqdan sonra yerdə qalan 20000 AZN pul digər vərəsələr, Cavabdeh1 10000 manat, Cavabdeh2 5000 manat, Cavabdeh3 5000 manat alınaraq ona verilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi, cavabdeh Vəkilova Bəyim Mirzə qızının prosesual hüquq varisləri Cavabdeh1 10000 AZN, Cavabdeh2 5000 AZN və Cavabdeh3 5000 AZN, etibarnamə üçün ödənilmiş 11,50 manat və 31 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 110 manat pulun alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı, yəni xx.xx.2021-ci il tarixdə Cavabdeh1 vəfat etmiş və onun hüquqi varisi X7 cavabdeh kimi məhkəmə prosesinə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X11 iddianı müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mərhum Vəkilova Bəyim Mirzə qızı ilə iddiaçı arasında bağlanan müqavilədə mirasla bağlı heç bir məqam öz əksini tapmamışdır. Hesab edir ki, müqavilə ləğv olunduğundan, əvvəlki vəziyyət bərpa olunmalıdır. Miras qoyanın öhdəliyinin icrası üçün onun hüquqi varisi öhdəlik daşıyır. Müqavilənin etibarsızlığı ilə bağlı yekun məhkəmə qərarı qəbul edildikdən sonra nağd şəkildə mərhuma ödənilmiş pulun onun vərəsələrindən tələb edilməsi qərarına gəldilər. Varislər də onlara çatmış pay həcmində pulu iddiaçıya qaytarmağa borcludurlar. Məhkəmə iclasında Cavabdeh1 hüquqi varisi X7 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, Vəkilova Bəyimdən ona miras qalmış əmlakdakı payından imtina edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 hüquqi varisi X2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı əmlaka görə indiki pulla 30000 manat ödəniş etmişdir. Cavabdeh1 birinci dərəcəli vərəsədir. Cavabdeh1 2/6 hissədə, Cavabdeh2 1/6 hissədə, Cavabdeh3 1/6 hissədə pay düşmüşdür. Rafiqin payı vərəsəliklə Sona xanıma keçmişdir. Vəkilova Bəyimin payının 1/6 hissəsi Əliyev Zaura aiddir. Bundan başqa, Cavabdeh1 həmin əraziyə 2016-ci il tarixində köçürülməsi ilə bağlı məhkəmə qətnaməsi var. Cavabdeh1 ailəsi ilə birlikdə orada yaşamışdır. İndi həmin evdə Rəşadətin qardaşı Zaur yaşayır. Rafiqin ailəsini orada yaşamağa imkan vermirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Hazırkı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 izahatından bildirmişdir ki, 2004-cü ildə alqı-satqı müqaviləsi bağlanmışdır. Vəkilova Bəyim Mirzə qızı işdən qovulduğu üçün xeyli müddət işləməmişdir və onun əqli qüsurlu olması barədə xəstəlik sənədi var. Vəkilova Bəyim Mirzə qızı 2006-cı ildə rəhmətə getmişdir. Alqı-satqını onlara xəbər vermədən etmişlər. Vəkilova Bəyim Mirzə qızının ölümündən əvvəlki beş il müddətində onunla heç bir ünsiyyəti olmamışdır. Vəkilova Bəyim Mirzə qızının öz payını satması barədə məlumatı olmamışdır. 2019-cu ildə olan məhkəmə proseslərində maraqlı tərəf olaraq iştirak etmişdir. Mərhum Vəkilova Bəyim Mirzə qızı sağ olduğu vaxt ona 7500 manat pul təklif edildi. Notariusda isə ona 5500 manat pul təklif edildi. Lakin həmin pul ona verilmədi. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh3 izahatından bildirmişdir ki, onların hər birnin öz evləri var. Bu mübahisə 1992-ci il tarixindən bügünkü günə qədər davam edir. Əvvəlcə ev satılmış, sonra onun atası evlənmiş, tərəflərin öz evi olmuşdur. Tikilən evlərdən iki otaq iki bacıya verilmiş, bacılardan biri vəfat etmişdir. Bəyim bibiyə 26, 24 kv.m torpaq sahəsi payı düşmüşdür. İddiaçı tərəfin bildirdiyi 30000 manat iddiaçıdan başqa heç kim görməmiş və qeyd edilən sənəd saxtadır. Əmlakın 1/6 hissəsi üçün 5000 manat təklif edirlər. 12 mart 2021-ci il tarixli məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır. Alqı-satqı zamanı Nizami rayonu ərazisində yerləşən notariusa qardaşı İddiaçılə birlikdə getmişdi. Qardaşı təqribən 150.000.000 pulu Vəkilova Bəyim Mirzə qızına verdi. O, pulu verəndə gördü. Qardaşı notariusda qeyd edilən məbləği onun yanında verdi. Müqavilə imzalanmadan öncə pulu xalası Vəkilova Bəyim Mirzə qızına verdi, sonra müqavilə imzalandı. Vəkilova Bəyim Mirzə qızının pulu nəyə və necə xərcləməsi barədə məlumatı yoxdur. O, öz payından imtina etməsinə dair heç nə deməmişdir. Evin “A” hissəsində o, “B” hissəsində isə qardaşı yaşayır. 12 mart 2021-ci il tarixli məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, Vəkilova Bəyim Mirzə qızının öz payını satması barədə məlumatı olmamışdır. Vəkilova Bəyim Mirzə qızı vəfat etməmişdən bir ilə əvvələ kimi onunla əlaqələri var idi . Vəkilova Bəyim Mirzə qızının öz payını hansı məbləğə satması barədə məlumatı yoxdur. “A” və “B” hissələrində onlardan heç kim yaşamır. İddiaçı işləməyib, onun o qədər pulu olması mümkün deyil. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli 2-1711/2005 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər Vəkilova Bəyim Mirzə qızı, İddiaçı, X12, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 15-ci Dövlət Notariat Kontoru və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı iddiası təmin edilərək, Cavabdeh1 ilə X.M.Vəkilov arasında 02 iyun 1993cü il tarixdə Bakı şəhəri 15-ci Dövlət Notariat Kontorunda bağlanmış Bakı şəhəri, Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsindəki 18 saylı evin sahəsi 21,2 kv.m olan bir otağının 1/2 hissəsinin bağışlanmasına dair müqavilə və Bakı şəhəri Tİ və MHQ İdarəsində həmin müqavilə əsasında X.M.Vəkilovun adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, evin həmin hissəsinə Cavabdeh1 mülkiyyət hüququnun bərpa edilməsi, Bakı şəhəri 15-ci dövlət notariat kontorunda 09 iyul 2004-cü il tarixdə 2V-116 reyestr nömrəsi ilə qeydə alınmış Vəkilova Əminə Mirzə qızının ölümündən sonra miras qalmış Bakı şəhəri, Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsindəki 18 saylı evin yaşayış sahəsi 38,84 kv.m olan 2 otaqdan ibarət əmlak payına İddiaçı adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Bakı şəhəri Tİ və MHQ İdarəsində həmin şəhadətnamə əsasında İddiaçı verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, 06 yanvar 2003-cü il tarixdə vəfat etmiş Vəkilova Əminə Mirzə qızının ölümündən sonra Bakı şəhəri, Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsindəki 18 saylı evin miras qalmış evin 1/5 hissəsinə Cavabdeh1, Vəkilova Bəyim Mirzə qızının, X1, İddiaçı vərəsəlik hüquqlarının tanınması və həmin evin 2/40 hissəsinə Cavabdeh1, 2/40 hissəsinə B.M.Vəkilovanın, 2/40 hissəsinə F.M.Məmmədovanın, 2/40 hissəsinə İddiaçı mülkiyyət hüquqlarının tanınması, həmin bölgüyə uyğun olaraq onlara qeydiyyat vəsiqəsinin verilməsinin Bakı şəhəri, Tİ və MHQİyə həvalə edilməsi qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1513/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Vəkilоvа Bəyim Mirzə qızı ilə Əliyеv Rəşаdət Хаnəli оğlu аrаsındа 03 mart 2004-cü il tarixdə Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunda Reyestrdə 4Ə1 № 143 nömrəsi ilə qeydiyyata alınmaqla bağlanmış AN-İ ******* nömrəli аlqı-sаtqı müqаviləsinin еtibаrsız hеsаb еdilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış еvinin Vəkilоvа Bəyim Mirzə qızındаn mirаs qаlmış ¼ hissəsinə qаnun üzrə vərəsəlik hüququ əsаsındа 2/6 hissədə Mirzəyеv Rаfiq Mirzə оğlunun 1/6 hissədə Əliyеv Rəşadət Cаnəli оğlunun, 1/6 hissədə Əliyеv Zaur Хаnəli оğlunun, 1/6 hissədə Vəkilоv Rasimağa Хаlıq оğlunun və 1/6 hissədə Vəkilоv Qаsım Хаlıq оğlunun pаy hüququnun müəyyən еdilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12864/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1513/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Vəkilova Bəyim Mirzə qızı ilə İddiaçı arasında 03 mart 2004-cü il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində bağlanaraq reyestrdə 4 Ə 1 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, Vəkilova Bəyim Mirzə qızı Bakı şəhəri, Az. Keşlə qəsəbəsi, Q.Sadıx, ev 18-də yerləşən yaşayış sahəsi 21,02 kv.m olan mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 150.000.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. -AZ-İİ Seriyalı 166571 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 22 mart 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 mart 2021-ci il tarixdə 369 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri 15 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 1612 saylı məlumatından görünür ki, Cavabdeh1 ölümü ilə bağlı açılmış vərəsəlik işinin təsdiq edilmiş kserosurəti məhkəməyə göndərilir. Əlavə olaraq nəzərə çatdırırlar ki, ilkin olaraq Bakı şəhəri 15 saylı notariat ofisinə təqdim olunan xx.xx.2012-ci il tarixli çıxarışa əsasən xx.xx.2021-ci il tarixli, 2V-199 reyestrlə miras əmlakın 12/24 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, daha sonra isə miras qoyanın payının artması ilə bağlı DƏDRX-də qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli çıxarışa əsasən miras əmlakın 14/24 hissəsinə xx.xx.2021-ci il tarixli, 2V-243 reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - xx.xx.2021-ci il tarixli, 2V-243 reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsəsi X3. O, miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 verilmiş **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 88,40 kv.m dərdi yaşayış evinin miras qoyana məxsus olan 14/24 hissədən ibarətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1513/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, ümumi sahəsi 88,4 kv.m, yaşayış sahəsi 80,0 kv.m olan 4 otaqlı, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə hаl-hаzırdа 2/4 hissədə Cavabdeh1, 1/4 hissədə İddiaçı, 1/4 hissədə Vəkilova Bəyim Mirzə qızının payları оlmаqlа оnlаrın ümumi pаylı mülkiyyətindədir. Hüquq sahiblərindən Vəkilova Bəyim Mirzə qızı 19 avqust 2006-cı il tarixdə ölmüşdür, onun ölümü müvafiq olaraq Qeydiyyat şöbəsində qeydə alınmışdır. Qеyd еdilən ünvаnа dаir Bаkı şəhəri Tехniki İnvеntаrlаşdırmа və mülkiyyət hüquqlаrının qеydiyyаtı İdаrəsi tərəfindən vеrilmiş xx.xx.1993-cü il tаriхli sеriyа FM 024989 №-li Qеydiyyаt vəsiqəsi əsаsındа Vəkilоvа Bəyim Mirzə qızı xx.xx.2004-cü il tаriхdə Bаkı şəhəri 15 sаylı nоtаriаt kоntоrundа bаğlаnmış аlqı-sаtqı müqаviləsinə əsаsən həmin mülkdə оlаn 21,02 kv.mеtr ölçülü bir оtаğı Əliyеv Rəşаdət Хаnəli оğlunа sаtmışdır. Lаkin Аli Məhkəmənin 24 dеkаbr 1992-ci il tаriхli qətnаməsi və xx.xx.1993-cü il tаriхli sеriyа FM 024989 №-li Qеydiyyаt vəsiqəsi ilə müəyyən еdilir ki, mübаhisəli еvin mülkiyyətçiləri аrаsındа hələ 1992-ci il tаriхdə pаylаr müəyyən еdilməklə nаturаdа bölgü аpаrılmış, sаhəsi 21,02 kv.mеtr оlаn bir оtаq Vəkilоv Хаlıq Mirzə оğlu ilə Mirzəyеv Rаfiq Mirzə оğlunа vеrilmişdir. Bununlа bаğlı məhkəmə qеyd еdir ki, hаzırkı iş üzrə mübаhisələndirilən xx.xx.2004-cü il tаriхli аlqı-sаtqı müqаviləsi bаğlаnаrkən аrtıq mübаhisəli əmlаkın mülkiyyətçiləri аrаsındа pаylаr müəyyən еdilməklə əmlаkın nаturаdа bölgüsü аpаrıldığındаn, həmin müqаvilədə аlıcı kimi çıхış еdən Vəkilоvа Bəyim Mirzə qızı özünə аid оlmаyаn 21,02 kv.mеtr bir оtаğı Əliyеv Rəşаdət Хаnəli оğlunа sаtmаqdа hаqlı оlmаmışdır. Bеləliklə, müəyyən еdilmişdir ki, 03 mart 2004-cü il tarixdə Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunda Reyestrdə 4Ə1 № 143 nömrəsi ilə qeydiyyata alınmaqla bağlanmış AN-İ ******* nömrəli müqavilə bаğlаnаrkən sаtıcı Mirzəyеvа Əminə Mirzə qızının müqаvilənin prеdmеti оlаn əmlаkа dаir hüquqlаrı оlmаmış, Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin 21,02 kv.m sаhəsi оlаn bir оtаğı müqаvilə bаğlаnаn zаmаn Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsinin 24 dеkаbr 1992-ci il tаriхli qətnаməsi əsаsındа аpаrılmış ümumi mülkiyyətin pаy bölgüsü əsаsındа iddiаçı Mirzəyеv Rаfiq Mirzə оğlunа və Vəkilоv Хаlıq Mirzə оğlunа məхsus оlmuşdur. Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Vəkilоvа Bəyim Mirzə qızı ilə Əliyеv Rəşаdət Хаnəli оğlu аrаsındа 03 mart 2004-cü il tarixdə Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunda Reyestrdə 4Ə1 № 143 nömrəsi ilə qeydiyyata alınmaqla bağlanmış AN-İ ******* nömrəli аlqı-sаtqı müqаviləsi еtibаrsız hеsаb еdilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış еvinin Vəkilоvа Bəyim Mirzə qızındаn mirаs qаlmış ¼ hissəsinə qаnun üzrə vərəsəlik hüququ əsаsındа 2/6 hissədə Mirzəyеv Rаfiq Mirzə оğlunun 1/6 hissədə Əliyеv Rəşadət Xаnəli оğlunun, 1/6 hissədə Əliyеv Zaur Хаnəli оğlunun, 1/6 hissədə Vəkilоv Rasimağa Хаlıq оğlunun və 1/6 hissədə Vəkilоv Qаsım Хаlıq оğlunun pаy hüququ müəyyən еdilmişdir. Hazırda isə iddiaçı onunla Vəkilоvа Bəyim Mirzə qızı аrаsındа 03 mart 2004-cü il tarixdə Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunda Reyestrdə 4Ə1 № 143 nömrəsi ilə qeydiyyata alınmaqla bağlanmış AN-İ ******* nömrəli аlqı-sаtqı müqаviləsi еtibаrsız edilməsi nəticəsində satıcıya ödənilmiş 150.000.000 köhnə Azərbaycan manat (30.000 Azərbaycan manatı) məbləğində pulun onun vərəsələri, hazırkı iş üzrə cavabdehlərdən paylarına uyğun olaraq tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, Vəkilova Bəyim Mirzə qızı ilə İddiaçı arasında 03 mart 2004cü il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində bağlanaraq reyestrdə 4 Ə 1 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, Vəkilova Bəyim Mirzə qızı Bakı şəhəri, Az. Keşlə qəsəbəsi, Q.Sadıx, ev 18-də yerləşən yaşayış sahəsi 21,02 kv.m olan mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 150.000.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. Müqavilənin 5-ci bəndində göstərilmişdir ki, 150.000.000 manat nağd şəkildə satıcıya tam ödənilmiş, satıcı isə həmçin məbləği bütüvlükdə qəbul etmişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsinin səbəbi isə sаtıcının müqаvilənin prеdmеti оlаn əmlаkа dаir hüquqlаrı оlmаması, Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin 21,02 kv.m sаhəsi оlаn bir оtаğı müqаvilə bаğlаnаn zаmаn Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsinin 24 dеkаbr 1992-ci il tаriхli qətnаməsi əsаsındа аpаrılmış ümumi mülkiyyətin pаy bölgüsü əsаsındа iddiаçı Mirzəyеv Rаfiq Mirzə оğlunа və Vəkilоv Хаlıq Mirzə оğlunа məхsus olması оlmuşdur. Göstərilən səbəbə görə məhkəmə qətnaməsi ilə həmin müqavilə etibarsız hesab edilmişdir. Lakin alqı-satqı müqaviləsi qanunvericiklə müəyyən edilmiş formada bağlanılmış və alıcı əldə etdiyi əmlakın dəyəri kimi müəyyənləşdirilmiş məbləği satıcıya ödəmişdir. Qeyd edilməlidir ki, Vəkilova Bəyim Mirzə qızı ilə İddiaçı arasında 03 mart 2004-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1513/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə etibarsız hesab edilsə də, müqavilə üzrə alıcı, yəni hazırkı iş üzrə İddiaçı tərəfindən əmlakın dəyəri kimi ödənilmiş 150.000.000 köhnə Azərbaycan manatı (30.000 Azərbaycan manatı) məbləğində pulun ona qaytarılması ilə bağlı mübahisəli məqam həmin qətnamə ilə öz həllini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 hüquqi varisi X7 Bakı şəhəri, Az. Keşlə qəsəbəsi, Q.Sadıx, ev 18-də yerləşən evdə Vəkilova Bəyim Mirzə qızının 1/5 hissədə payının qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən həmin vəsatət təmin edilərək əmlakın qiymətləndirilməsi aparılmışdır. İş materialları ilə müəyyən edilir ki, qiymətləndirmə aparılan zaman iddiaçı ekpertizanın keçirilməsinə etiraz etmiş, cavabdehlər isə şərait yaratmamışlar. Ona görə də, məhkəmə iş üzrə toplanmış sübutlar əsasında mübahisəni həll etmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçı əmlakın dəyəri kimi ödənilmiş 150.000.000 köhnə Azərbaycan manatı (30.000 Azərbaycan manatı) məbləğində pulun Vəkilova Bəyim Mirzə qızının vərəsələrindən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış еvinin Vəkilоvа Bəyim Mirzə qızındаn mirаs qаlmış ¼ hissəsinə qаnun üzrə vərəsəlik hüququ əsаsındа 2/6 hissədə Mirzəyеv Rаfiq Mirzə оğlunun 1/6 hissədə Əliyеv Rəşadət Xаnəli оğlunun, 1/6 hissədə Əliyеv Zaur Хаnəli оğlunun, 1/6 hissədə Vəkilоv Rasimağa Хаlıq оğlunun və 1/6 hissədə Vəkilоv Qаsım Хаlıq оğlunun pаy hüququ müəyyən еdilmişdir. Hazırda iddiaçı cavabdehəhlər Mirzəyеv Rаfiq Mirzə оğlundan, Vəkilоv Rasimağa Хаlıq оğlundan və Vəkilоv Qаsım Хаlıq оğlundan paylarına uyğun olaraq onun xeyrinə pulun tutulmasını xahiş edir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 hüquqi varisi X4 10000 manat, Cavabdeh2 5000 manat və Cavabdeh3 5000 manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı hüquqi yardım göstərilməsi üçün Abşeron Rayon Vəkil Bürosunun hesabına 110 manat və etibarnamə üçün ödənilmiş 11,50 manat xidmət haqqı ödəmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan vəkilə ödənilmiş 110 manat və etibarnamə üçün ödənilmiş 11,50 manat xidmət haqqı cavabdehlərə aid edilməli və onun əvəzi iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 hüquqi varisi X4 10000 manat, Cavabdeh2 5000 manat və Cavabdeh3 5000 manat məbləğində pul və ödənilmiş 31 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 110 manat pulun və etibarnamə üçün ödənilmiş 11,50 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh1 hüquqi varisi X4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 hüquqi varisi X4 10000 manat, Cavabdeh2 5000 manat və Cavabdeh3 5000 manat məbləğində pul və ödənilmiş 31 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 110 manat pulun və etibarnamə üçün ödənilmiş 11,50 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh1 hüquqi varisi X4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-96/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-96/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver