Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-965/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüquqlarına maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüquqlarına maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tam təmin edilməsini və onun azyaşlı övladı X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, ona, azyaşlı övladı X4 mənzildən istifadə hüquqlarına törədilən qanunsuz maneələrin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 övladı Cavabdeh2 (cavabdeh) ilə 2017-ci ildə ailə həyatı qurub 31.03.2021-ci ildə nikahlarına xitam verilmişdir. O, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanına gəlin köçmüş, ailə təsərrüfatı aparmış və bütün cehiz əşyaları hal-hazırda həmin ünvandadır. Qayınatası və digər cavabdeh X7 tərəfindən məcburi qaydada yaşadığı həmin evdən uzağlaşdırılmışdır. Məlumat üçün bildirir ki, o və övladı X1 ünvan 1 ünvanında qeydiyyatdadır. Hal-hazırda övladı ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyi və ona yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona qarşı iddia tələbini etiraf etmir. İddia tələbinə etirazı ilə bağlı məhkəməyə bildirir ki, İddiaçı pasport qeydiyyatında olduğu Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137 saylı evin, 95 saylı mənzilin mülkiyyətçisidir. Oğlu Cavabdeh2 İddiaçı ilə 22 may 2017-ci il tarixdə nikaha daxil olmuşlar. İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsində oğlu Cavabdeh2 qarşı “nikahın pozulmasına” dair iddia ərizəsi 31 mart 2021-ci il tarixli, 2(007)-1177/2021 saylı qətnaməsi ilə təmin edilmişdir. İddiaçı ilə oğlu Cavabdeh2 arasındakı nikahları az müddət davam etmişdir ki. o, uzun müddətdir atasının mülkiyyətində olan evdə yaşayır. Nizami Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(007)-1177/2021 saylı qətnaməsindən də görünür ki, iddiaçı özünün tələbi ilə nikah pozulmuş və oğlu Cavabdeh2 ilə aralarındakı nikahları formal xarakterli olmuş və onla birgə yaşamamışlar. İddiaçı hazırki iddia tələbində göstərdikləri onun əvvəlki nikahın pozulması barədə məhkəməyə müraciət etdiyi iddia tələbi ilə bağlı göstərdiyi hallarla eynilik təşkil etmir. Çünki, nikahın pozulmasına dair iddia tələbində iddiaçı özünün oğlu Cavabdeh2lə birgə yaşamasını mümkün olmamasını göstərmiş və könüllü olaraq başqa ünvanda yaşamasını və nikahının formal xarakter daşıdığını göstərmişdir. İddiaçı hazırda yaşadığı yer üzrə pasport qeydiyyatına alınmalıdır. Mülkiyyətində olan mənzildə cavabdeh İddiaçı pasport qeydiyyatında olması onun mükiyyət hüququndan sərbəst və müstəqil qərar qəbul etməyinə maneəçilik yaradır. İddiaçı yaşadığı yer üzrə qeydiyyata alınmasını bildirsə də, iddiaçı onun bu tələblərinə əməl etmir. Mülkiyyətində olan mənzildə özü yaşayır, onun hazırki mənzilə köçürülmə tələbi əsassız və qanunsuzdur. İddiaçı nikahda olduğu oğlu Cavabdeh2 ilə birgə yaşaya bilməmiş və mənzildən çıxıb gedərək valideynlərinin yaşadığı mənzildə yaşamışdır. İddiaçının mülkiyyətimdə olan mənzildə onunla birgə yaşaması mümkün deyildir. Çünki gələcəkdə iddiaçı ilə onun arasında mübahisələr yaranması ehtimalı vardır ki, onun mənzilə köçürülmə iddia tələbi formal xarakter daşıyır. İddiaçının onun mənzilində pasport qeydiyyatında olması da hazırda formal xarakter daşıyır. O, yaşadığı yer üzrə pasport qeydiyyatına düşməlidir ki, qanunvericiliyin tələblərini pozmuşdur. Onun yaşadığı yer barədə müvafiq icra hakimiyyətinə məlumat verməməsi qanunvericiliyin tələblərinə əsasən məsuliyyət daşıyır. Əlavə olaraq bildirir ki, o, İddiaçı oğlu Cavabdeh2 ilə nikaha daxil olduqdan sonra pasport qeydiyyatına düşməsinə razılıq vermişdir. Lakin, iddiaçının onun mənzilindən sərbəst istifadə etməsinə notariat qaydada razılıq verməmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Çıxarışında iddiaçının istifadə hüquq qeydə alınmamışdır. Belə olan halda, iddiaçının onun oğlu Cavabdeh2lə nikah və ailə münasibətlərinə xitam verilmişdir. Artıq cavabdehlə qohumluq münasibətlərinə xitam verilmişdir. İddiaçının mülkiyyətimdə olan mənzildə yaşaması və ya köçürülməsi barədə o, notariat qaydada heç bir razılıq verməmişdir. İddiaçının ona qarşı iddia tələbi tamamilə əsassızdır. Qeyd olunanlara əsasən iddiaçının onunla qohumluq münasibətlərinə xitam verilmişdir, oğlunun keçmiş ailə üzvünün mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ saxlamır, iddia tələbi əsassızdır və onun mülkiyyət hüquqlarını, mülkiyyətində olan mənzilindən yaşamaq hüququnu və sərbəst istifadə hüququnu məhdudlaşdırdığından iddia tələbi rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq İddiaçı ona və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında polis əməkdaşlarının da müdaxilə etdiyi münaqişə baş verməmişdir. İddiaçı hazırda Sumqayıt şəhərində kirayədə qalır və Sumqayıt şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir. İddiaçı kirayə yaşadığı yerdə qeydiyyatda düşəməmişdir, çünki iddiaçının özünün qeydiyyat yeri var. İddiaçı Cavabdeh2 ilə birlikdə yaşaya bilər və qanunvericiliyə əsasən yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Cavabdeh1 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, oğlu Cavabdeh2 cavabdehə vaxtlı-vaxtında aliment ödənişi edir. İddiaçı məhkəmədə nikahın pozulmasına dair iddia qaldırdıqdan sonra evin açarlarını iddiaçıdan almışdır. Aralarında polis əməkdaşlarının müdaxilə etdiyi heç bir münaqişə baş verməmişdir. İddiaçı əvvəlcə Balakən rayonunda qeydiyyatda olmuş, sonra Bakı şəhərində qeydiyyatı düşmək istədiyini bildirmiş, o da iddiaçını mülkiyyətində olan mənzilə qeydiyyata salmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının qayınatası Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh1 özü iddiaçını həmin mənzilə qeydiyyata almışdır. Həmin mənzil bölünə bilməz. Belə ki, iddiaçı və cavabdehlərin həmin mənzildə birlikdə yaşaması mümkün deyil. Tərəflərin birlikdə yaşaması nəticəsində bədbəxt hadisə də baş verə bilər. Bundan başqa, cavabdehlər tərəfindən iddiaçıya cehiz əşyalarını gəlib götürməsi ilə bağlı dəfələrlə müraciət edilmişdir. İddiaçı həmin mənzildə bir ildən az müddət yaşamışdır. İddiaçının həmin mənzildə yaşamaması ilə bağlı MKİS-dən arayış var və qonşuların imzasının olduğu aktı da əlavə etmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1177/2021 saylı 31.03.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh2 ilə İddiaçı arasında 23 may 2017-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 60 № ilə qeyd edilmiş nikahın pozulması, 15 iyul 2018-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək anası İddiaçı himayəsində saxlanılması, 15 iyul 2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh2 14 yanvar 2021-ci il tarixdən hesablanmaqla hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı verilməsi, 15 iyul 2018-ci il tarixdə anadan olmuş X7 üç yaşına çatanadək 14 yanvar 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh2 hər ay 50 (əlli) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - AZ-İ seriyalı 392842 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və İddiaçı ilə olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 29 iyul 2021-ci il tarixdə 200 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra kişiyə “Musayev”, qadına “Namazova” soyadı verilmişdir; - ASAN-Balakən tərəfindən verilmiş 19.04.2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı, 2018-ci il təvəllüldü X7 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar; - Kirayə verən X8 ilə kirayəçi İddiaçı arasında bağlanmış Mənzilllərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi haqqında 29.10.2021-ci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 19,6 kv.m olan mənzilini 29.10.2022-ci il tarixinədək hər ay 150 manat ödəmək şərti ilə kirayəçiyə kirayəyə vermişdir. - 12 saylı MKİS-in 20.12.2021-ci il tarixli 2116 saylı arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. Həmin mənzildə 2020-ci ilin mart ayından hal-hazıradək yaşayış olmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı № ******* saylı 28.02.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1586 nömrəli reyestr kitabının 145334 nömrəli vərəqində ********** №-si ilə il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh2 23 may 2017-ci il tarixdə rəsmi nikaha saxil olaraq ailə qurmuşdur. İddiaçı evləndikdən sonra Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. İddiaçı ilə Cavabdeh2 birgə nikahlarından 15 iyul 2018-ci il təvəllüdlü X7 adlı övladları olmuşdur. Onlar arasında olan nikah münasibətləri məhkəmənin 31.03.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladı X7 ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi, ona və övladına mənzildən istifadə hüquqlarına törədilən qanunsuz maneələrin cavabdehlərə qadağan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzil 28.02.2012-ci il tarixdə Cavabdeh1 mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh2 ilə evləndikdən sonra həmin mənzilə gəlin köçmüşdür. Belə ki, iddiaçı mənzilin mülkiyyətçisi olan Cavabdeh1 keçmiş gəlinidir, yəni hazırda onlar arasında heç bir qohumluq əlaqəsi yoxdur. Belə ki, iddiaçı 2017-ci il tarixdə evləndikdən sonra yuxarıda göstərilən mənzilə köçdüyündən tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlər həmin tarixdən yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin müddəaları da tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair" 16.12.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Belə ki, İddiaçı oğlu ilə Cavabdeh1 arasında qohumluq əlaqələri yoxdur. İddiaçı Cavabdeh1 ailə üzvü deyil və hazırda da tərəflər arasında mübahisəli mənzildən istifadə hüququ haqqında razılıq yoxdur. Cavabdeh1 mübahisəli mənzilin mülkiyyətçisidir, iddiaçı isə onun ailə üzvü hesab edilən şəxslər dairəsinə aid olmadığından onun mübahisəli mənzilə istifadə hüququ yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülübköçürülməməsinin bilavasitə fərdi yaşayış evinin hansı şəxsin mülkiyyətində olmasından, onun həmin fərdi yaşayış evinə hər hansı hüququnun, o cümlədən istifadə hüququnun yaranıb-yaranmamasından, fərdi yaşayış evinin hansı şəxsin vəsaiti hesabına alınmasından və iddiaçının həmin evin alınmasında hər hansı vəsait sərf etməsindən asılıdır. Belə ki, iddiaçının həmin evdə daha əvvəl müvəqqəti yaşaması həmin mənzilə köçürülməsi üçün əsas ola bilməz. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olması, həmin evin alınması və ya yaxşılaşdırılması üçün iddiaçının hər hansı məbləğdə vəsait sərf etməsi, habelə iddiaçının həmin evə hər hansı, o cümlədən istifadə hüququnun yaranması müəyyən edilməmişdir. Belə ki, İddiaçı qeyd olunan mənzilin sahibi Cavabdeh1 ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilə köçürülərək, ondan istifadə etmək səlahiyyəti də ola bilməz. İddiaçı (habelə onun azyaşlı övladının) belə hüququ keçmiş qayınatası Cavabdeh1 bilavasitə razılığı ilə şərtləndirilidiyindən, sonuncunun isə belə razılığı olmadığığından iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. MM-in: 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı İddiaçı yetkinlik yaşına çatmayan uşağı X3 yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının azyaşlı övladı X7 ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi, ona və övladına mənzildən istifadə hüquqlarına törədilən qanunsuz maneələrin cavabdehlərə qadağan edilməsini ilə bağlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında’’ Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə pasport qeydiyyatında olması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında’’ Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə pasport qeydiyyatında olması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ yoxdur. O, hal-hazırda həmin mənzildə yaşamır və onun mənzilə qeydiyyatı formal xarakter daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüquqlarına maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüquqlarına maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-965/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-965/2022
20.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver