Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-971/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 16,22 kv.m olan 1 otaqdan ibarət 59 saylı mənzili tam mülkiyyət hüququ üzrə o X6 (etibarnamə üzrə nümayəndəsi Cavabdeh2) ilə 12 oktyabr 2018-cı il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunda alqı-satqı müqaviləsi bağlamaqla əldə etmiş və həmin mənzilə mülkiyyət hüququnu rəsmiləşdirərək bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 19.10.2018-cı il tarixli qeydiyyata alınmaqla Seriya RX, ******* nömrəli Çıxarış verilmişdir. Mənzilin alqı-satqı müqaviləsi bağlandıqdan sonra iş üzrə cavabdehlər X4, Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə mənzilin alqı-satqısına razılıq versə də, lakin həmin ünvanda qeydiyyatda qalmış və mülkiyyətçi kimi mənzil üzərində istədiyi kimi sahiblik, istifadə, sərəncam vermək hüququnu məhdudlaşdırmaqla kobud şəkildə pozmuşdurlar. Qeyd olunanlara əsasən cavabdehlər X1, X3 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 53 saylı evin, 59 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 30.11.2020-ci il tarixdə 4 saylı “Asan Xidmət” tərəfindən verilmiş ******* nömrəli arayışdan görünür ki, X4, X5 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 53 saylı evin, 59 saylı mənzilində qeydiyyatdadırlar. AN-İ seriyalı ******* nömrəli 12.10.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X6 (etibarnamə üzrə nümayəndəsi Cavabdeh2) Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 53 saylı evin 59 nömrəli mənzil İddiaçı 40000 manat satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 53 saylı evin 59 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 19.10.2018-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 53 saylı evin 59 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatına iddiaçının adına 19.10.2018-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. Cavabdehlər həmin mənzildə qeydiyyatda olsalar da orada yaşamırlar. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər X1, X3 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzildən yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. X1, X3 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 53 saylı evin 59 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-971/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-971/2021
06.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver