Məhkəmə qərarları › İş №2(007)-992/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-992/2022

04.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-992/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın tanınması” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın tanınması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 01 aprel 2010-cu il tarixdə vəfat etmiş X5 onun, yəni xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş Ərizəçi atası olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuşdur. X3r. Ona doğum haqqında şəhadətnamə Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş və doğum haqqında şəhadətnamədə ata qrafasında ata haqqında məlumatlar anasının dediklərinə uyğun olaraq X7 qeyd edilmişdir. Atası ilə anasının arasında rəsmi nikah olmadığından, ata qrafasında atasının soyadı olaraq anasının soyadına uyğun Əzizov qeyd edilmişdir. X4 01 aprel 2010-cu il tarixdə vəfat etmişdir. Lakin hal-hazırda qanunvericiliyə əsasən əyani təhsil alan təhsilini bitirənədək, 23 yaşdan çox olmamaqla sosisal müavinət almaq hüququna malikdir. O, özü də hal-hazırda Azərbaycan Milli Konservatoriyasında 1-ci kurs tələbəsidir, əyani təhsil alır. Təhsil aldığı müddətdə sosial müavinət almağı ilə bağlı DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına müracit etmişdir. Lakin ona imtina məktubu ilə bildirilmişdir ki, atalığın müəyyən edilməsi barədə məhkəməyə müraciət etməlidir. Lakin atası vəfat etdiyindən, atalığın tanınmasını başqa qaydada almaq mümkün olmadığından, hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X5 onun atası olmasını birgə çəkdirdikləri fotoşəkillər və uşağın ad gününün videodiski də təsdiq edir. Onun atasının X11 olmasını bütün qohumları təsdiq edə bilərlər. Buna görə də, hesab edir ki, 01 aprel 2010-cu il tarixdə vəfat etmiş X5 onun, yəni xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş Ərizəçiı atası olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri müdafiə edib, eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 05 avqust 2005-ci il tarixdə Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 645556 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 2003-cü il tarixdə doğulmuşdur. Atası, X14, X3r; -Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi X1 ünvanladığı 28.12.2021-ci il tarixli **********2 saylı məktubundan görünür ki, təqdim edilmiş doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.2003-ci il tarixində anadan olmuşdur. Lakin onun mərhum əri X6 nikah şəhadətnaməsi olmamışdır. Bildirilir ki, atalıq faktı könüllü və ya məhkəmə qaydasında müəyyən olunmuş uşaqlar da rəsmi nikahdan doğulmuş uşaqlarla bərabər hüquqlu hesab olunur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və ya anasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərinin birinin, uşağın qəyyumunun (himayəçinin), uşağı saxlayanın, habelə yetkinlik yaşına çatdıqda isə onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən edilə bilər. Qeyd olunanlara nəzarən alaraq bildirilir ki, onun övladının atalığının müəyyən edilməsi haqqında şəhadətnaməsini təqdim etdikdən sonra ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsinə baxıla bilər. İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 416286 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 01 aprel 2010-cu il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 aprel 2010-cu il tarixdə 390 nömrə ilə qeyd edilmişdir; - Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanladığı 14.01.2022-ci il tarixli 05Q-103/15 nömrəli məktubunun məzmunundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” atalığın müəyyən edilməsinin qeydə alınmasının 6.6-cı bəndinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda qeydiyyat şöbəsi atalığın müəyyən edilməsini uşağın valideynlərindən birinin.uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra məhkəmə qətnaməsinə əsasən qeyd olunur. Sənədləri nəzərdən keçirərkən, müəyyən olundu ki, valideynlərin arasında nikah olmadığından doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. Eyni zamanda bildirilir ki, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının qanunveriliciyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Məhkəmə iclasında müəyyən olundu ki, 01 aprel 2010-cu il tarixdə ölmüş X2 Elnarə Rafiq qızı ilə faktiki ailə münasibətində olmaqla yaşamışlar, onların birgə yaşadıqları müddətdə, xx xxxxxx 2003-cü il tarixdə Ərizəçi doğulmuşdur. X5 X12 ilə nikahları rəsmi olaraq qeyd edilmədiyindən və X5 həmin ərizəçi üzərində atalığı müəyyən olunmadığından ərizəçinin adına doğum haqqında şəhadətnaməsinin verilməsi zamanı atanın soyadı ananın soyadı ilə, Əzizova qeyd edilməklə, Ərizəçi kimi yazılmışdır. X5 xx xxxxxx 2003-cü il tarixdə doğulmuş ərizəçinin atası olması faktı məhkəmə iclasında müəyyən edilərək tədqiq edilən iş materialları ilə tam olaraq öz əksini tapdı, həmin fakt mübahisələndirilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar; 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hazırkı halda müəyyən edildi ki, ərizəçinin anası X12 ilə nikaha daxil olmayan, lakin özünü həmin uşağın atası hesab edən X11 öldüyündən, atalığın müəyyən edilməsi üçün ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, 01 aprel 2010-cu il tarixdə vəfat etmiş X5 xx xxxxxx 2003-cü il təvəllüdlü Ərizəçi atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bununla bağlı hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 aprel 2010-cu il tarixdə vəfat etmiş X5 xx xxxxxx 2003-cü il təvəllüdlü Ərizəçi atası olması faktı müəyyən edilsin. Hazırkı qətnamə qeyd edilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar