Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-999/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğumun müəyyən olunması barədə hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğumun müəyyən olunmasl barədə hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, o, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 16 iyun 2007-ci il tarixdə Şahid2 ilə rəsmi nikaha daxil olmuş və nikah Bakı şəhəri Xizami rayon VAADQ şöbəsində rəsmləşdirmişdir. Birgə nikahlarından 31 iyul 2020-ci il tarixdə Yüzbaşov Musa Fuad oğlu adlı uşaqları dünyaya gəlib. Maddi cəhətdən imkanı olmadığı üçün uşaq ev şəraitində dünyaya gəlib. Uşağın evdə doğulmasını şahidlər də təsdiq edirlər. Yüzbaşov Musa Fuad oğlu Azərbaycan Respublikası Səhiyyə Xazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 19 saylı Uşaq Poliklinikasında tibbi qeydiyyatdadır və hal-hazırda sağlamdır. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət elmişdir. Lakin Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən ona 11 yanvar 2022-ci il tarixli, 05Q-66/15 nömrəli imtina məktubu verilərək göstərilmişdir ki, Azərbaycan Respublikasının Nаzirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarına əsasən təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası»-nın doğumun qeydə alınması bölməsinin 2.5.4 bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərən və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmadığına görə doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. O da məcburiyyət qarşısında qalaraq uşağın hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli oldu. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, uşağın evdə doğulmasını şahidlər təsdiq edəcəklər.Ərizəyə əlavə olunmuş 28.01.2022-ci il tarixli 17 nömrəli arayışdan görünür ki,o Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi, 2383- 2387-ci məhəllə, 66 “a” saylı evin 8 saylı mənzilində yaşayır. Odur ki, qeyd olunanlara əsqasən 31 iyul 2020-ci il tarixində Musa adlı övladının Bakı şəhərində ev şəraitində doğulması faktının müəyyən olunması və ona verilən doğum haqqında şəhadətnamənin ata qrafasında Yüzbaşov Fuad Tofiq oğlu, ana qrafasında isə Ərizəçi qeydə olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 28.01.2022-ci il tarixli 17 nömrəli arayışdan görünür ki, Ərizəçi və həyat yoldaşı Yüzbaşov Fuad Tofiq oğlu Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi, 2383-2387-ci məhəllə, 66 “a” saylı evin 8 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs Ərizəçi ünvanladığı 11.01.2022-ci il tarixli 05Q-66/15 saylı məktubunda qeyd olunur ki, ona 11 yanvar 2022-ci il tarixli, 05Q-66/15 nömrəli imtina məktubu verilərək göstərilmişdir ki, Azərbaycan Respublikasının Nаzirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarına əsasən təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası»-nın doğumun qeydə alınması bölməsinin 2.5.4 bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərən və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmadığına görə doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət olunmalıdır AZ-İ seriyalı,299382 Nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 16.06.2007-ci il tarixdə Şahid2 oğlu ilə Ərizəçi arasında nikah Bakı şəhəri Nizami Rayon VVADQ şöbəsində nikah bağlanmış və 438 nömrəli qeydlə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 saylı Baş səhiyyə İdarəsinin 19 nömrəli uşaq poliklnikası tərəfindən verilmiş arayışdan görünür ki, həqiqətən də Yüzbaşov Musa Fuad oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 saylı Baş səhiyyə İdarəsinin 19 nömrəli uşaq poliklnikasınsda qyediyyatdadır və sağlamdlr. Məhkəmə iclasında iştirak edən şahid Yüzbaşova Böyükxanım Dəmir qızı ifadə verərək göstərdi ki, ərizəçi Gülnar Feyziyeva onun gəlinidir. O, oğlu Fuadla 2007-ci ildə ailə həyatı qurub. 2020-ci ilin iyul ayının 31 onların övladları ev şəraitində dünyaya gəlib. Həm pandemiya olduğu üçün, həm də ki, maddi çətinliklə bağlı doğum evinə müraciət edə bilməmişlər. Bu səbəbdən doğuş evdə həyata keçirildi. Uşağa Musa adı verildi o, sağlamdır və poliklinikada qeydiyyatdadır Məhkəmə iclasında iştirak edən şahid Yüzbaşova Aygün İmran qızı ifadə verərək göstərdi ki, onun eltisi Gülnarla qaynı Fuad 2007-ci ildə ailə həyatı qurublar. 2020-ci ildə pandemiya dövründə onların ev şəraitində bir övladları dünyaya gəlib. Düzdü o doğuş zamanı Gülnarın yanında olmasa da, həmin vaxt o evdə digər otaqda olmuşdur. Uşaq sağlam doğuldu, onu Musa adı verildi. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun qeyd edilmə faktı məhkəmədə müəyyən edilir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, şahid ifadələrini, eləcə də, məhkəməyə təqdim edilmiş digər sənədlərlə müəyyən olundu ki, həqiqətən Ərizəçi 31 iyul 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi, 2383-2387-ci məhəllə, 66 “a” saylı evin 8 saylı mənzilində 1 oğlan uşağı doğmuş,sonradan həmin uşağı Musa adlandırmışlar. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi 31 iyul 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi, 2383-2387-ci məhəllə, 66 “a” saylı evin 8 saylı mənzilində Musa adlı 1 oğlan uşağı doğmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən olunmalı, uşağa doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamənin ata qrafasında « Şahid2 », ana qrafasında « Ərizəçi» qeydləri aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 31 iyul 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi, 2383-2387-ci məhəllə, 66 “a” saylı evin 8 saylı mənzilində Musa adlı 1 oğlan uşağı doğmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Uşağa doğum haqqında şəhadətnamə verilməklə doğum haqqında şəhadətnamənin ata qrafasında «Şahid2», ana qrafasında «Ərizəçi» qeydləri aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-999/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-999/2022
05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver