Məhkəmə qərarları › İş №2(008)-1001/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1001/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1001/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən **********00000 nömrəli abonent hesabına yazımış ümumilikdə 7794,35 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X2 onun əridir. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacı mərhum ərinin adınadır. Bir müddət əvvəl müəyyən etmişdir ki, Haciyev Tahirin adına olan abonent hesabına 7794,35 manat borc məbləği yazılmışdır. İddiaçı borcun yazılma səbəbini dəqiqləşdirmək üçün Cavabdehnə müraciət etmiş, ona bəzi aktlar və abonent saldosu təqdim edilmişdir. Həmin aktlara əsasən müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixlərdə yuxarıda qeyd etdiyi ünvanda olan qaz sayğacı dəyişdirilmişdir. xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən, sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edilmə halı aşkar edilmiş və 787 kubmetr qaz itkisi dəymiş zərər kimi hesablanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli ******* nömrəli aktla razı deyil çünki heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Hesab edir ki, Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, akt tərtib etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini, sayğacın əvvəl kartla olduğunu, daha sonra dəyişib mexaniki sayğac qoyulduğunu, sayğacın ərinin adına olduğunu bildirmişdir. İddiaçı karta pul ödəyən zaman borcun olduğunu bildikdən sonra bununla bağlı cavabdeh təşkilata müraciət edərək, əsassız olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək, iddiaçıya məxsus sayğacda əlavə xətt aşkar edildiyini, bununla bağlı akt tərtib edildiyini, aktı xx.xx.2020-ci il tarixində tərtib edildiyini, akt üzrə iddiaçıya 4887 manat ziyan hesablandığını, bundan başqa iddia qaldırılan tarixə iddiaçının 3193,40 manat debitor borcu olduğunu və kənar qoşulmaya dair sübutları məhkəmə təqdim etdiyini bildirmişdir. İddianın rədd olunmasını məhkəmədən xahit etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş X2 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarında olan Abonent saldosundan görünür ki, **********00000 abonent kodu olan Tahir Hacıyevə qazdan istifadə nəticəsində 8081,10 manat məbləğində borc hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh əməkdaşları tərəfindən ünvan 2 ünvanına 2018-ci ildən-2023-cü ilədək abonentə aktlar üzrə borc məbləğləri yazılmışdır. Həmin aktlar: xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəl akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt. İş materiallarına əlavə edilmiş Abonent saldosuna əsasən iddiaçının 2023-cü ilin dekabır ayına olan ümumi borcu 8081,10 manat təşkil edir. Qalıq və aktlar üzrə 2018-ci il-2634,60 manat, 2019-cu il 1288,80 manat və 2020-ci il üçün 964,30 manat ümumilkdə 4887 mant dəymiş ziyan hesablanmışdır. Cavabdehin debitor borcu hazırda 3194,10 (üç min yüz doxsan dörd manat, on qəpik) manat təşkil edir. Məhkəmə hesab edir ki, 3194,10 (üç min yüz doxsan dörd manat, on qəpik) manat debitor borcu olması işin mübahisəsiz halıdır. Abonent saldosuna əsasən cavabdeh İddiaçı 8081.10 manat ümumi borc, 4887 manat 2018-ci ildən aktlar üzrə hesablanmış dəymiş ziyan, 3194,10 manat debitor borcu olması qeyd olunmuşdur. Məhkəmə 2018-ci ilin yanvar ayında 5801 m3 sərfiyat uyğun olaraq yazılan aktı qəbul edərək, 5801 x 0.12 = 696,12 (altı yüz doxsan altı manat, on iki qəpik) manat dəymiş ziyan hesablanmasını əsaslı hesab edir. 2018-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda eyni ünvana yazılmış digər aktları qanuni və əsaslı hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qanunun maddəsindən də göründüyü kimi cavabdeh təşkilat tərəfindən qanunsuz qoşulma ilə bağlı iddiaçıya heç bir xəbərdarlıq və ya inzibati qaydada tədbir görülməsi ilə bağlı iş materiallarında sübut təqdim olunmamışdır. Belə olduqda iddiaçının Cavabdeh İB olan borc dəymiş ziyana görə 696,12 manat, debitor borcu olaraq 3194,10 manat olmaqla ümumilikdə 3890, 22 manat təşkil etdiyi müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin İddiaçı qanunsuz olaraq tərtib edilmiş təbii qazdan istifadəyə görə əsassız hesablanmış 4190,88 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı qanunsuz olaraq tərtib edilmiş təbii qazdan istifadəyə görə əsassız hesablanmış 4190,88 (dörd min yüz doxsan manat, səksən səkkiz qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar