Məhkəmə qərarları › İş №2(008)-1021/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1021/2024

15.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1021/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququnun müdafiəsi, yaşayış evinə köçürülməyi, yaşayış evinə daxil olması ilə bağlı maneələrin aradan qaldırılması Cavabdeh Hümmət qızına qadağan edilməsi, yaşayış sahəsinə qapının acılması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qətnaməsi ilə Zeynalova Uİduzə Hümmət qızının İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair ilk iddiası və İddiaçı X5ma qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, əmlaka sahiblik hüququnun tanınması tələbi barədə qarşılıqlı iddiasının qismən təmin olunması, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 26 №-li evin 1/4 hissəsi X1 payı hesab edilməsi, 1/2 hissəsi İddiaçı mülkiyyətində saxlanılması, evin 2-ci mərtəbəsi X1, 3-cü mərətəbəsi isə İddiaçı istifadəsinə verilməsi, evin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2011-ci il tarixli 14010 №-li rəyinin tədqiqat hissəsində 1/2 paylarına uyğun olaraq bölünməsinin mümkün variantı nəzərə alınmaqla, həyətyanı torpaq sahəsindən tərəflərin ayrı-ayrılıqda istifadələri üçün evin qərb tərəfinin küncündən şimal tərəfdə yerləşən küçə divarına qədər bir hasarın çəkilməsi və İddiaçı istifadəsində olan torpaq sahəsinə girişin təmin olunması üçün bir darvazanın quraşdırılması, evin bölünəndən sonrakı vəziyyətdə 1/2 hissəsinin X1, qalan hissəsinin isə İddiaçı adına qeydiyyat aparılması və həmin evin 1/2 hissəsinə X1 adına, qalan 1/2 hissəsinə isə Əliyev Mahır ismayıl oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı həmin evin 1/2 hissəsinin mülkiyyətçisidir. Hal-hazırda iddiaçı evin 1/2 hissəsinə daxil ola bilmir, cünki cavabdeh X4 onun yaşayış evinə daxil olması ilə bağlı maneələr törədir, yaşayış evinə giriş qapısının açılmasını qoymur. Cavabdeh aşağıdakı məzmunda iddia ərizəsinə etiraz vermişdir. Bu gün hüquqlarının pozulduğunu hesab edən hazırkı iş üzrə İddiaçı mübahisə predmeti olan əmlaka dair bütün məhkəmə instansiyalarını keçmişdir. Cavabdehə ayrılan paya uyğun olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 03 sentyabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çxarış əldə etməklə mülkiyyətə dair hüququ tanınmışdır. Qətnamə və ekspert rəyinə uyğun olaraq, ev naturada bölündükdən sonra hasarın çəkilməsi, tikinti işlərinin aparılması, giriş qapısının qoyulması, hətta mülkiyyətində olan ərazidən keçməsi üçün uzun zaman İddiaçı cavabdeh tərəfindən şərait və bütün imkanlar yaradılmışdır. Lakin, bu humanist addımdan kobudcasına sui-istifadə edən iddiaçı tikdirdiyi hasar və digər tikililəri sökərək cavabdehə maddi ziyan vurmuş, hətta onun mülkiyyətində olan əmlaka müdaxilə edərək söküntü və tikinti işləri aparmışdır. Bununla bağlı polisə də müraciət etmişdir. İddiaçı özü dəfələrlə cavabdehə məxsus olan əraziyə köçüb yaşamağına daima süni əngəllər yaratmış, onu sağlamlığıyla təhdid etmişdir. Bundan başqa AR ƏN MEM-nin evə məxsus olan plan sxemdə iddiaçı və cavabdehə məxsus olan sahələr açıq-aydın təsvir edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəməyə gəlməmişdir. Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini tələb etdilər. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə cavabdehin nikahları xx.xx.2009-cu il tarixdə pozulmuşdur (məhkəmə qətnaməsi). Sabunçu rayon məhkəməsinin 2(008)-997/2011 №-li xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 26 №-li evin 1/2 hissəsi X1 payı hesab edilməsi, 1/2 hissəsi İddiaçı mülkiyyətində saxlanılması, evin 2-ci mərtəbəsi X1, 3-cü mərətəbəsi isə İddiaçı istifadəsinə verilməsi, evin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2011-ci il tarixli 14010 №-li rəyinin tədqiqat hissəsində 1/2 paylarına uyğun olaraq bölünməsinin mümkün variantı nəzərə alınmaqla, həyətyanı torpaq sahəsindən tərəflərin ayrı-ayrılıqda istifadələri üçün evin qərb tərəfinin küncündən şimal tərəfdə yerləşən küçə divarına qədər bir hasarın çəkilməsi və İddiaçı istifadəsində olan torpaq sahəsinə girişin təmin olunması üçün bir darvazanın quraşdırılması, evin bölünəndən sonrakı vəziyyətdə 1/2 hissəsinin X1, qalan hissəsinin isə İddiaçı adına qeydiyyat aparılması və həmin evin 1/2 hissəsinə X1 adına, qalan 1/2 hissəsinə isə Əliyev Mahır ismayıl oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə icra edilmiş, əmlak naturada bölünmüş, tərəflərin giriş-çıxışları müəyyən edilmiş, tərəflərin payların uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir (reyestr nömrəsi **********157-10301, qeydiyyat tarixi xx.xx.2013). Məhkəmə tərəflərin iştirakı ilə evə baxış keçirmiş, baxış zamanı əslində iddiaçının cavabdehin payına ayrılmış qaraj hissəsindən evinə girişin təmin edilməsini istədiyi, cavabdehin isə buna razı olmadığı müəyyən edilmişdir. Hazırda iddiaçı yaşayış evinə köçürülməyi, yaşayış evinə daxil olması ilə bağlı maneələrin aradan qaldırılmasının cavabdehə qadağan edilməsi, yaşayış sahəsinə qapının acılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız və qanunsuz olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 №-li Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı öz evində yaşayır, sadəcə evinə girişin cavabdehə məxsus qarajdan açılmasını istəyir. Məhkəmə hesab edir ki, bu yalnız cavabdehin razılığı əsasında ola bilər, cavabdeh isə buna razı deyil. İddiaçı öz mövqeyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar