Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1025/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1959-cu il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X15 xx.xx.1959-cu ildə doğulmuşdur. O, "xxxx" Mənzil Tikinti Kooperativinin X14 göl Yasamal Park-2 ərazisində yeni tikilən binalarda rəngsaz işləri görürdü. Atası son vaxtlar qan təzyiqindən əziyyət çəkirdi və son 6 ayda onun qan təzyiqi daha da yüksəlmişdi, güclü baş ağrıları olurdu. xx.xx.2023-cü il tarixdə saat 10:20 radələrində atasına məxsus ***-***-**-** nömrəli mobil telefondan onun ***-***-**-** nömrəli mobil telefonuna zəng gəldi. O, telefonunu açarkən zəng edən şəxs ona bildirdi ki, danışan atasının iş yoldaşı Rövşəndir və atası Fazil İsmayılov bir qədər əvvəl iş yerində qəflətən vəfat edib. Həmin zəngdən təxminən 30 dəqiqə sonra o, yenidən Rövşənlə əlaqə saxlayanda Rövşən ona bildirdi ki, atasının meyitini xəstəxanaya aparıblar. Bundan sonra o, Məhkəmə-Tibbi Ekspertiza və X5 Yasamal rayon şöbəsinə getmiş və orada həmin Şöbənin rəisi Tahir Əhmədovla görüşmüşdür. O, atasının ölümünün səbəbi yüksək qan təzyiqi ilə bağlı olduğundan onun meyitinin məhkəmə-tibb müayinəsindən imtina etmişdir. Sonra Məhkəmə-Tibbi Ekspertiza və X5 Yasamal rayon şöbəsindən meyitin daşınması və qəbirstanlığa təqdim edilməsi üçün ona arayış verdilər. Həmin gün atasının meyitini evə gətirib qohumları ilə birgə aparıb Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. X2 ölümü və ölümün səbəbi ilə bağlı nə təcili tibbi yardım həkimindən, nə Məhkəmə-Tibbi Ekspertiza və X5 Yasamal rayon şöbəsindən, nə də atasının qeydiyyatda olduğu poliklinikadan müvafiq sənəd və tibbi arayış verilməyib. O, bundan sonra mərhum X2 ölümünün qeydə alınması ilə bağlı atasının qeydiyyatda olduğu Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-16t saylı məktubu ilə bildirilib ki, ölümün qeydə alınması üçün zəruri sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, belə olan halda hesab edir ki, mərhum X2 ölümünün qeyd ediməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Mərhum X2 ölümünün qeydə alınması faktının müəyyən edilməsi mərhum atası ilə bağlı ölüm haqqında şəhadətnaməni ala bilməsi və miras əmlakla bağlı vərəsəlik şəhadətnaməsinin alınması məqsədləri üçün lazımdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, mərhumu tanıyır, lakin oğlu Nicatı tanımır. Mərhum ilə birlikdə X7 rəngsaz olaraq çalışıb. Mərhum ölən günü onlar işə gedirmiş. Mərhum qabaqda getdiyi vaxtda qəflətən yıxılmış və dünyasını dəyişmişdir. Təcili tibbi yardım çağırılmış, təcili tibbi yardım gələndə ölüm səbəbi kimi beyinə qansızma göstərmişdir. Polis gəldikdə morq maşını çağırıldı. Ölüm tarixini dəqiq bilmir, təxminən 2023-cü ildə oktyabr ayında rəhmətə getmişdir. Yasda və dəfndə iştirak etməyib. Məhkəmə iclasında şahid X16 ifadəsində bildirmişdir ki, mərhumun oğlunu yaxşı tanımır, özü ilə iş yoldaşı olub. X7 malyar olaraq çalışıbdır. Mərhum ölən günü onlar səhər işə gedirmiş, mərhum qabaqda gedirdi, qəflətən yıxıldı və dünyasını dəyişdi. Təcili yardım gəldi, lakin mərhumu götürmədi və polisə zəng etdilər. Təqribən 2023-cü ilin oktyabr ayının əvvəlləri ölmüşdür. Yasda və dəfndə iştirak etməyib. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, ərizəçi ilə Maştağada M.Hüseynzadə küçəsində qonşu olub. Mərhum şəhərdə usta işləyib. Nicatın qardaşı Rəşad ona xəbər verdi ki, atası rəhmətə gedib. O, Rəşadla onkoloji xəstaxananın yanında görüşmüş və daha sonra Binəqədi qəbiristanlığına gedərək dəfn olunması üçün yer götürmüşdür. Kəndə qayıdandan sonra mərhumu Binəqədi qəbiristanlığında dəfn etmişlər. Mərhum 2 oktyabr 2023-cü il tarixdə ürəktutmasından rəhmətə gedib. O, dəfn və yas mərasimlərində iştirak edib. Məhkəmə, ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X21 tərəfindən verilmiş arayışdan görünür ki, 1959-cu il təvəllüdlü X10 meyiti xx.xx.2023-cü il tarixdə “MTE və PA” Birliyinin Yasamal rayon şöbəsində məhkəmə-tibbi müayinə olunmadan qohumlarına təhvil verilmişdir. - AZ-İİ seriyalı 251090 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AZE seriyalı 13097856 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1959-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. - Xİİ-ЖГ seriyalı 398237 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X15, anası X1r. - Bakı şəhər Təcili və X9 Stansiyasının 4 saylı bölməsi tərəfindən verilmiş 79 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:17-də X10 adına çağırış daxil olmuş, həkim gələnə qədər ölüm müəyyən edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi nümayəndəsi Vəkil ünvanlanmış 3-16- 5/8-15-1666/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən, ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. - Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Binəqədi qəsəbəsinin kənd qəbirstanlığında X10 dəfni icra olunmuşdur. - qəbir daşının fotoşəkillərindən görünür ki, X15 xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixdə ölmüşdür. - 21 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 884 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X10 poliklinikaya müraciəti olmadığı üçün “ölüm haqqında tibbi şəhadətnamə” yazılması mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X10 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X10 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-1025/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1025/2024
18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver