Məhkəmə qərarları › İş №2(008)-1041/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1041/2025

12.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1041/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 40/41 ünvanında 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 33,95 kv.m, yaşayış sahəsi 21,75 kv.m olan 1 otaqlı 30 nömrəli mənzildə qanunsuz olaraq məskunlaşmış şəxslər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvləri tərəfindən sözügedən mənzilin qısa müdddət ərzində boşaldaraq ona təhvil verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 40/41 ünvanında 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 33,95 kv.m, yaşayış sahəsi 21,75 kv.m olan 1 otaqlı 30 nömrəli mənzil xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış və bununla bağlı onun adına xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ üzrə onun adına daşınmaz mülkiyyətindədir. Eyni zamanda bildirir ki, o və ailə üzvləri sözügedən mənzildə qeydiyyatdadır. Lakin onun mülkiyyətində olan sözügedən mənzildə müvəqqəti olaraq məcburi köçkün X1 məskunlaşmış, 2017-ci il tarixdə X1 vəfat etmişdir. X1 vəfat etməmişdən qabaq ona mülkiyyət hüququ ilə məxsus olan sözügedən mənzilə Füzuli rayonunun Yağlıvənd kəndində qeydiyyatda olan şəxslər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvlərini onun icazə və razılığı olmadan qanunsuz olaraq məskunlaşdırılmasına şərait yaratmışdır və həmin şəxslər onun mülkiyyətində olan sözügedən mənzildə qanunsuz olaraq məskunlaşmışlar. Qeyd olunan səbəblərə görə o faktiki olaraq mülkiyyət hüququndan məhrum olmuş və sözügedən mənzil üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Adıçəkilən şəxslərə dəfələrlə onun mülkiyyətində olan sözügedən mənzili boşaldaraq ona təhvil vermələrini tələb etsə də, qanunsuz olaraq tələbinə heç bir məhəl qoymamışlar. xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 40/41 ünvanında 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 33,95 kv.m. yaşayış sahəsi 21,75 kv.m olan 1 otaqlı 30 nömrəli mənzildə qanunsuz olaraq məskunlaşmış şəxslər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvləri tərəfindən sözügedən mənzilin qısa müdddət ərzində boşaldaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Nazirlə Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsi istifadəsində olan 0.9 ha torpaq sahəsində yerləşən 40/41 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən 33.95 kv.m ümumi, 21.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 30 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adıa daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 2598 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 39 saylı Mənzil Komunnal İstismar Sahəsinin 521 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, 40/41, 30 saylı evində qeydiyyatdadır. Mənzildə Füzuli rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 məskunlaşmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzili iddiaçının mülkiyyətinə xx.xx.2006-cı il tarixdə verilmiş olsa da, cavabdehlər hər hansı bir qanunu əsas olmadan iddaçının mülkiyyətində olan mənzili zəbt edərək, iddiaçının istefadəsinə verilmiş mənzildən sərbəst şəkildə istifadəsinə maneə yaratmışlardır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli cavabehlər ailə üzvüləri ilə birlikdə iddiaçının qanuni istfadəsinə verilmiş mənzildən çıxardırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzildən ailə üzvüləri ilə birlikdə çıxarılaraq, mənzil qanunu sahibi İddiaçı təhvil verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar