Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1060/2022 09.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiə NAZirliyi yanında Sosial Xidmətlər Agentliyi Nəzdində Həssas əhali qurupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssissəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiə NAZirliyi yanında Sosial Xidmətlər Agentliyi Nəzdində Həssas əhali qurupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssissəsinin maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiə NAZirliyi yanında Sosial Xidmətlər Agentliyi Nəzdində Həssas əhali qurupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssissəsi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Məmmədova Şəfiqə, Məmmədov Əli, Məmmədov Əkbər və Məmmədov Yusifin doğum faktının müəyyən edilərək doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, AZərbaycan Uşaq biriliyi tərəfindən AZərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi NAZirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin nəzdində “Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi”ndə 13.08.2021-ci il tarixində müvəqqəti məskunlaşmış Məmmədova Şəfiqə, Məmmədov Əli, Məmmədov Əkbər və Məmmədov Yusif (ad soyad şərti verilmişdir) hal- hAZırda müəssisənin himayəsindədir.(valideynləri naməlumdur). HAZırda doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə alınması ilə bağlı hüquqi yönümlü işlər aparılır. AZərbaycan Respublikası Səhiyyə NAZirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə verilən sorğuya cavab olaraq bildirilmişdir ki, Şəfiqə Məmmədovanın yaşı 7-8 , Əli Məmmədov 5- 5.5, Əkbər Məmmədov 3.5-4, Yusif Məmmədovun 3-3,5 müəyyən edilmişdir. Bakı şəhəri Maraqlı şəxsnə verilən doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə alınması ilə bağlı sorğuya verilən cavabda qeyd olunan tələbdən imtina edilmişdir. Hüquqi faktlara əsasən Məmmədova Şəfiqə, Məmmədov Əli, Məmmədov Əkbər və Məmmədov Yusifin doğum faktının müəyyən edilməlidir. 11.01.2022-ci il tarixində keçirilən məhkəmənin hAZırlıq iclasında ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə yenidən müraciət edərək “iddiaçı”nın “ərizəçi” kimi nəzərə alınmasını, doğum tarixləri şərti qeyd edilməklə Şəfiqə Məmmədovanın doğum tarixi 2014-cü il, Əli Məmmədovun 2016-cı il, Əkbər Məmmədovun 2017-ci il və Yusif Məmmədovun 2018-ci il, valdeyinlərinin naməlum olduğu göstərməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Əmək və Əhalinin Sosial Müdafiə NAZirliyi yanında Sosial Xidmətlər Agentliyi Nəzdində Həssas əhali qurupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssissəsinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, qeyd olunan uşağların adi və soyadı uşağlar özləri bildirdiklərinə uyğun qeyd edilmişdir, onların deməklərinə görə onların hər biri bacı qardaşlardır, lakin uşağların heç birində ata analarının kim olmasına dair məlumatlar yoxdur. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lAZımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə AZərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZərbaycan Respublikası Səhiyyə NAZirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X3 546 nömrəli ekspert rəyindən görünür ki, Məmmədov Əli məhkəmə-tibbi ekspertiza müayinəsi keçirilmişdir. Rentgen nəticəsində müayinə olunan sümük yaşına görə o, 5-5.5 yaşlarında olmasına uyğun gəlir. AZərbaycan Respublikası Səhiyyə NAZirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X3 548 nömrəli ekspert rəyindən görünür ki, Məmmədov Yusif məhkəmə-tibbi ekspertiza müayinəsi keçirilmişdir. Rentgen nəticəsində müayinə olunan sümük yaşına görə o, 3-3.5 yaşlarında olmasına uyğun gəlir. - AZərbaycan Respublikası Səhiyyə NAZirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X3 547 nömrəli ekspert rəyindən görünür ki, Məmmədov Əkbər məhkəmə-tibbi ekspertiza müayinəsi keçirilmişdir. Rentgen nəticəsində müayinə olunan sümük yaşına görə 3.5-4 yaşlarında olmasına uyğun gəlir. - AZərbaycan Respublikası Səhiyyə NAZirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X3 549 nömrəli ekspert rəyindən görünür ki, Məmmədova Şəfiqə məhkəmə-tibbi ekspertiza müayinəsi keçirilmişdir. Rentgen nəticəsində müayinə olunan sümük yaşına görə 7-8 yaşlarında olmasına uyğun gəlir. - Bakı şəhəri Maraqlı şəxs 05/16-2919 nömrəli, 26.11.2021-ci il tarixli məktubundan görünür ki, 15.11.2021-ci il tarixli, 345 saylı sorğuya əsasən bildirimişdir ki, 13.08.2021-ci il tarixdə Reablitasiya mərkəzinə yerləşdirilmiş Şəfiqə Məmmədova yaşı 7-8, Əli Məmmədov yaşı 5-5.5, Əkbər Məmmədov yaşı 3.5-4, Yusif Məmmədov 3-3.5 yaş, doğumlarının qeydə alınması haqqında müraciətinə cavab olaraq AZərbaycan Respublikası NAZirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5.3-cü bəndinə uyğun olaraq doğum faktı, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənəd təqdim edilməlidir. Bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. - 12 dekabr 2019-cu il tarixli akta əsasən “Xəzər” TV-nin “Səni axtarıram” proqramının prodüseri Fərhad Hacıyev, Xətai RPİ-nin 37 PB-nin əməkdaşı Usubov Zaur, redaktor Səbinə Əlicanova bu aktı ona görə tərtib etmişlər ki, verilişə valideynsiz uşaqlar kimi gətirilmiş, soyadları, ata, ana adları məlum olmayan 8 yaşlı Şəfiqə, 4 yaşlı Əli, 3 yaşlı Əkbər və 1 yaşlı Yusif AZərbaycan Uşaqlar Birliyi –Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzinə yerləşdirilməsi məqsədə uyğun hesab edilmişdir. -13.08.2021-ci il tarixli aktın surətindən görünür ki, Sosial Reablitasiya və Sığınacaq Müəssisəsinin Sosial işçi Gülnar Məmmədova, Şahin İsmayılov öz imzası ilə təsdiq edirlər ki, uşaqlar Məmmədova Şəfiqə, Məmmədov Əli, Məmmədov Əkbər və Məmmədov Yusif həqiqətən də tibbi olaraq tam sağlam və heç bir bədən xəsarətləri olmadığı müəyyən edilmişdir. Ərizəçinin izahatından məlum olur ki, adları şərti olaraq qeyd edilən, Məmmədova Şəfiqə, Məmmədov Əli, Məmmədov Əkbər və Məmmədov Yusif 13.08.2021-ci il tarixdə müvəqqəti olaraq Əmək və Əhalinin Sosial Müdafiə NAZirliyi yanında Sosial Xidmətlər Agentliyi Nəzdində Həssas əhali qurupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssissəsinə yerləşdirilmişlər. Lakin onların adları, soyadları və valideynləri barədə, o cümlədən nə vaxt və harada doğulmaları barədə məlumatlar yoxdur. Bu səbəbdəndə ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək adları şərti qeyd edilən uşağların valideynlərinin naməlum qeyd etməklə doğum faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, ərizədə adları şərti olaraq göstərilmiş uşağların həqiqətən də kimsəsiz (valideynlərinin naməlum olmasını) olmalarını, o cümlədən qeyd edilən uşağların doğum haqqında şəhadətnamələrinin olmadığını, o cümlədən onların kimliyinin naməlum olmasını və qeyd edilənlərə dair bütün zəruri araşdırılmanın aparıldığını təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lAZımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. AZərbaycan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yAZının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası AZərbaycan Respublikası NAZirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərAZidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yAZının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. AZərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. AZərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirAZlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AZərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiə NAZirliyi yanında Sosial Xidmətlər Agentliyi Nəzdində Həssas əhali qurupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssissəsinin maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1060/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1060/2022
09.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver