Məhkəmə qərarları › İş №2(008)-1070/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1070/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1070/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edimiş ******* №-li və ******* №-li aktların ləğv edilməsi, həmin aktlardan irəli gələn 1702.30 manat məbləğin onun hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. xx.xx.2011-ci il tarixdə Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına 1105AQ**********4 №-li sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana **********00190 №-li abonent kodu verilmiş, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" akt tərtib edilməmiş və Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında qaz sayğacına, 6 ildən sonra (istismar müddəti 5 ildir) baxış keçirilmişdir. Abonentin iştirakı ilə 1105AQ**********4 №-li sayğac çıxarılmış və sayğacın istismar müddəti bitdiyi üçün yeni 1702AZ**********4 №-li sayğacla əvəz edilmiş, plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” akt tərtib edilsə də, abonentə təqdim edilməmiş və onunla cavabdeh "Azəriqaz" İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini və qaz xətlərini yoxlamaq məqsədi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq "Azəriqaz" İB tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan xx.xx.2018-ci ildə, (istismar müddəti 5 ildir) abonentin iştirakı ilə 1702AZ**********4 №-li sayğaca baxış keçirilmiş, heç bir qüsur aşkar edilməmiş və yenidən plomb vurulmuş, lakin onunla cavabdeh "Azəriqaz" İB arasında arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2021-ci il tarixdə 1702AZ**********4 №-li sayğac əvəzetmə adı ilə yeni tipli, ZENNER G4T mexaniki, **********3 №-li sayğac ilə əvəz edilmiş, plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” akt tərtib edilsə də, abonentə təqdim edilməmiş və onunla cavabdeh "Azəriqaz" İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2022-ci il tarixdə ZENNER G4T mexaniki tipli, **********3 №-li sayğac əvəzetmə adı ilə yeni, ZENNER G4T smart tipli, **********742 №-li sayğac ilə əvəz edilmiş, plomb vurulmuş və nəhayət "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" ******* №-li akt tərtib edilmiş, amma onunla cavabdeh "Azəriqaz" İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı barədə» yenə də müqavilə bağlanmamışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh İB tərəfindən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Nizami küçəsi 11 №-li evin yaxınlığında yerləşən qaz paylayıcı qutunun içinə baxış keçirilmiş və rezin boru ilə qaz sayğacından kənar təbii qazdan istifadə olunması faktı aşkar olunmuş, foto-video çəkilmişdir. Təqdim olunmuş foto-şəkildə kənar xəttin ləğv olunması öz əksini tapmış, lakin rezin borunun hansı abonentin həyətinə daxil olması müəyyən edilmədən Cavabdeh İB "mənzilə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə faktı"nın aşkar edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi barədə ******* №-li akt tərtib edərək, onun hesab koduna 1188 manat məbləğində borc yazmışdır. xx.xx.2021-ci il tarixdə eyni foto-şəkilləri təqdim edən Cavabdeh İB “mənzilə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə faktı”nın aşkar edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi barədə ******* №-li akt tərtib etmiş, onun hesab koduna 396 manat məbləğində borc yazmışdır. Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etməli idi, lakin cavabdeh "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №-li qərarını nəzərə almamışdır. Həmin qərarın 6.5-ci bəndinə görə qazpaylayıcı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsini qoymuşdur. Onun tərəfindən nə sayğaca, nə də ki, küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir və sayğaclarda elektron tablodakı göstəricilər Cavabdeh İB-nin bazasına ötürülür. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Ümumiyyətlə onun, nə də ki, ailə üzvlərinin həmin aktlardan xəbərləri olmayıb. Aktlar birtərəfli qavdada tərtib edilmiş, o, həmin aktları imzalamamışdır. Onun imzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı ücün həmin aktlar ləğv edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Cavabdeh İB onun iştirakı və imzası olmadan 2 ədəd - ******* №-li və ******* №-li, "təbii qazdan istifadə qaydalarının pozulması haqqında" aktlar tərtib etmiş, həmin aktlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən xx.xx.2022-ci il tarixə qədər onun hesab koduna 1702.30 manat borc yazmışdır. Qanunsuz tərtib edilmiş aktlar barədə abonentə heç bir məlumat verilməmişdir. Cavabdeh İB-nin tərtib etdiyi ******* №-li və ******* №-li aktlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz xəttinə məhz onun tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları belə ona təqdim etmir. Onun imzası olmayan həmin aktlar isə qaz xəttinə müdaxilənin məhz onun tərəfindən edildiyini təsdiq etmir. O, heç vaxt cavabdeh "Azəriqaz" İB-nin küçədəki qaz xəttinə özbaşına qoşulmamışdır. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Ümumiyyətlə nə iddiaçının, nə onun ailə üzvlərinin və nə də ki, digər qonşuların həmin aktlardan xəbərləri olmayıb. Aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə təqdim olunmamış və abonent həmin aktları imzalamamışdır. Abonentin imzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı ücün həmin aktlar hav edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində qaynaq izləri qalır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxıs keçirilməsi zərurəti yaranır. Cavabdeh İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq öz abonentlərinə kənar xətdən istifadə etmək üçün şərait yaratmaqla, aktlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Hazırkı halda o, cavabdehdən məhz onun tərəfindən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı sübut edən faktları tələb edir. Qazpaylayıcı qutu küçədə yerləşdiyindən hər bir qonşu həmin qutudan, küçə boyu rezin borunu gizlədərək təbii qazdan qeyri-qanuni istifadə edə bilər. Cavabdeh İB-nin əməkdaşları rezin borunun çıxışını aşkar etsələr də, girişini aşkar etməmişlər və ya aşkar etmək istəməmişlər. Çünki 2017-ci ildə yazılmış borca görə aktlar 2021-ci il tarixdə tərtib edilmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş 2 ədəd - ******* №-li və ******* №-li aktdan görünür ki, həmin aktlar birtərəfli qaydada tərtib edilmiş və iddiaçı həmin aktları imzalamamışdır. Onun tərəfindən imzalanmamış həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməlidir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli abonentin saldosu ilə xx.xx.2022-ci il tarixli GASREPdə uyğunsuzluq aşkar edilmişdir. Abonentin saldosunda 2017-ci ilin yanvar ayına 1188 manat, fevral ayına isə 396 manat məbləğində borc yazılmışdır. Lakin xx.xx.2022- ci il tarixli GASREPdən məlum olur ki, o, xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilə qədər 20360 m3 qaz sərfiyyatına görə 2059.94 manat sərfiyyata uyğun ödəniş etmiş və borca görə tutulma olmamışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 3138 m3 qaz sərfiyyatına görə 549.60 manat ödəniş etmiş və sayğac üzrə ödənilməmiş 119.80 manat borcu qalmışdır. SOCAR Şurasının xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları» normativ hüquqi akt deyil. Cavabdeh İB vurulmuş ziyanı SOCAR-ın Şurasının xx.xx.2011- ci il tarixli, 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən hesablanmışdır. Bu hesablanma qanuni olmadığı üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dövlət orqanı olmadığından onun qəbul etdiyi aktlar da normativ hüquqi aktlar ola bilməz. Fiziki şəxslərin evinə quraşdırılmış qaz sayğaclarının qorunmasına, işçi vəziyyətdə saxlanılmasına və qaz kəmərlərinin təhlükəsizliyinə görə qaz paylayıcısı cavabdehlik daşıyır. Eyni zamanda, qanunvericilikdə qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi, quraşdırılması və qaz xəttinə nəzarət edilməsi qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh "Azəriqaz" İB-nin məhz abonent tərəfindən küçədəki qazpaylayıcı qutuya müdaxilə etməsinə dair heç bir sübutu yoxdur və imzasız, qeyri-qanuni tərtib etdikləri aktlarla abonentdən dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. İmzasız və qeyri-qanuni tərtib edilmiş aktlar isə abonentə məxsus fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktının sübut edilməsi demək deyildir. Bundan əlavə nəzərə alınmalıdır ki, sayğac, qaz xətti və qazpaylayıcı qutu abonentin yaşadığı evin həyətində deyil, küçədə yerləşir. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən hesablanmış 1584 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, iddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə “elektron kabinet” vasitəsi ilə iddia ərizəsinə etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan qaz sayğacı Cavabdeh əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən iddiaçının təbii qazdan qeyriqanuni istifadə etməsi halı müəyyən edilmişdir. Qeyd olunan faktlar barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən 1188 manat, xx.xx.2021-ci il tarixli akta əsasən 396 manat, cəmi 1584 manat dəymiş ziyan hesablanmışdır. Bundan əlavə, iddia qaldırılan tarixə qədər iddiaçının 118.30 manat da debitor borcu (sayğac vasitəsilə istifadə edilmiş təbii qaza görə yaranmış borc) olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat məbləğində zərər hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən sonrakı tarixdə qaz xəttinə qanunsuz qoşulma halı aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi iddiaçıdan tələb edilməmiş, əksinə qeyd olunan halla bağlı növbəti ay da müvafiq akt tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında iddiaçıya 396 manat borcun hesablanması əsassız olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında iddiaçının abunə koduna hesablanmış 396 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00190 saylı abunə koduna hesablanmış 396 manat məbləğində borc silinsin. Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar