Məhkəmə qərarları › İş №2(008)-1086/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1086/2023

09.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1086/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X13, Ərizəçi X15 nümayəndəsi (vəkili) Nümayəndə, Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 iştirakları ilə, Ərizəçi X15 Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 maraqlı şəxs qismində qeyd edilməklə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Babyeva Elmira Viktorovna Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək nənəsi X9 məxsus olan ünvan 1 ev 23-ün atası X22 (Matveyeviç) tərəfindən, atası X12 (Matveyeviçdən) qalmış mirasın isə tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası - X22 (Matveyeviç), anası X11 olmuşdur. Atası X22 xx.xx.2004-cü ildə, anası Səkinə Məhərrəm qızı xx.xx.2006-cı ildə ölmüşdülər. Ərizəçinin atasının anası (nənəsi) X7 adına V- 124/2022 saylı vərəsəlik işi açılmışdır. Lakin bu səbəblərdən mərhum atasının doğum haqqında şəhadətnaməsində (X23) kimi qeyd edildiyindən, ərizəçinin doğum haqqında şəhadətnaməsində ata qrfasmda X22 kimi qeyd edildiyindən, mərhum atasının ölüm haqqında şəhadətnaməsində vətəndaş qrafasında X22 kimi qeyd edildiyindən ərizəçi nənəsindən qalan mirası qəbul edə bilməmişdir. Bundan sonra məcbur qalaraq qohumluq faktının müəyyən edilməsi ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin olunmuşdur. X29 X1mış mirası qəbul etməsi ilə bağlı, nə də ərizəçi atası X6mış mirası qəbul etməyi ilə bağlı notariusa vaxtında müraciət etməmişdilər. Atası da, ərizəçi də də hüquqi bilikləri olmadığından mirasın qəbulu üçün notariusa vaxtında müraciət edə bilməmişdilər. X22 nənələrinin ölümündən sonra anasından qalmış mirası faktiki olaraq orada yaşayaraq qəbul etmişdir, ərizəçi də atasının vəfatından sonra qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Bununla belə ünvan 1 ev 23-ü qəbul etmək üçün 4 Saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə rəsmi müraciət etmişdir, nənəsindən qalmış mirası atasının, ondan qalmış mirası isə ərizəçinin qəbul etməyi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Atası həmin ünvanda doğulmuş, vəfat edənədək həmin ünvanda yaşamış və bununla da mirası qəbul etdiyini hər kəsə şəksiz qaydada nümayiş etdirmişdir. Qeyd edilən halı qonşular da təsdiq edə bilərlər. Hesab edir ki, atası X22 (Matveyeviç) tərəfindən miras qəbul edilmişdir, buna görə də ünvan 1 ev 23 qəbulu faktı, eyni zamanda isə ondan qalmış mirası ərizəçinin qəbul etməyi faktı müəyyən edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ərizəçi X15 nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs4 izahat verərək qeyd etdi ki, o, ərizəçinin qardaşıdır. Onların ataları X22 ölən günədək ünvan 1 ev 23-də yaşamışdır. O, özü miras əmlakdan pay istəmir. Tək vərəsə baçıcı X8masını istəyir. Məhkəmə iclasında iştirak edən ərizəçinin bacıları olan maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 eyni izahat verdilər. Maraqlı şəxslər eyni zamanda məhkəməyə razılıq ərizələri də təqdim etdilər. Məhkəmə ərizəçinin, maraqlı şəxslərin izahatlarını dinləyib, iş materiallarının arşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). X20 xx.xx.1991-ci il tarixdə X14 ilə nikahlarını bağlamış və Babayeva soyadını qəbul etmişdir. Nikah 24.03.2***-ci il tarixdə pozulmuş, lakin ərizəçi Babayeva soyadında qalmışdır (Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış, Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 144788 №-li nikahın pozulması haqqında şəhadətnamə). Babayeva (Bulqakova) Elmira Viktorovna xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, onun atası X22, anası X11 olmuşdur. X23 xx.xx.1924-cü il tarixdə doğulmuşdur, onun anası X16, atası X19muşdur (Azərbaycan Respubliksının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli DA- 01779-2021 №-li arxiv arayışı). X16 xx.xx.1980-ci il tarixdə ölmüşdür (Bakı şəhəri Lenin rayon VVAQD tərəfindən verilmiş 270958 №-li ölüm haqqında şəhadətnamə). X7 sahibliyində ünvan 1 ev 23 olmuşdur (ev sahibinin qiyməti Kartoçka). X22 xx.xx.2004-cü il tarixdə ölmüşdür (Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 101769 №-li ölüm haqqında şəhadətnamə). Səkinə Məhərrəm qızı xx.xx.2006-cı ildə ölmüşdür (Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 210436 №-li ölüm haqqında şəhadətnamə). Göründüyü kimi, ərizəçinin doğum haqqında şəhadətnaməsində və onun atasının ölüm haqqında şəhadətnaməsində Bulqakov Viktor «Mixayloviç» kimi, arxiv arayışında isə «Matveyeviç» kimi qeyd edilmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X17 Ərizəçi atası, X7 isə onun nənəsi faktı müəyyən edilmişdir. Maraqlı şəxs1 tərəfindən əizəçi X21 ünvanlanmış xx.xx.2022-ci il tarixli 436 №-li məktubdan görünür ki, X7 adına V- 124/2022 saylı vərəsəlik işi açılmış, arxiv arayışında X23, ölüm haqqında şəhadətnaməsində X22 kimi qeyd edildiyindən X7 ərizəçinin atasının anası, yəni nənəsi, olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda ondan qalmış mirası ərizəçinin qəbul etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. X17 Azərbaycan Respublikası ərizisində qeydiyyatı barədə məlumat müəyyən edilməmiş, ərizəçi isə xx.xx.1978-ci il tarixdən ünvan 1 ev 23 olmuşdur (Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktub). Ərizəçinin bir qardaşı və iki bacısı var: xx.xx.1949-cu il tarixdə doğulmuş Maraqlı şəxs4 (457783 №-li doğum haqqında şəhadətnamə); xx.xx.1953-cü il tarixdə doğulmuş Maraqlı şəxs2 (101330 №-li doğum haqqında, 261319 №-li nikah haqqında şəhadətnamələr); xx.xx.1956-cı il tarixdə doğulmuş Maraqlı şəxs3 (091961 №-li doğum haqqında, 272319 №-li nikah haqqında şəhadətnamələr). Onların heç biri miras əmlaka iddilı deyillər. Hazırda ərizəçi X9 məxsus olan ünvan 1 ev 23-ün atası X22 tərəfindən, atası X6mış mirasın isə onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminat verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, habelə miras qoyanın əmlakının istər qanun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlakı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmazsa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1145 maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdərmənin səbəbini üzrlü sayarsa uzada bilər. Beləliklə, iş materialları ilə sübut edilmişdir ki, Ərizəçi miras qoyan X2 Viktor Mixayloviçin (Matveyeviçin) qızıdır, Bulqakov Viktor anasından sonra ölmüş, o, öldüyü günədək miras əmlakın yerləşdiyi ünvanda yaşamış və bununla da miras onun tərəfindən qəbul edilmiş, Ərizəçi isə xx.xx.1978-ci il tarixdən, yəni nənəsinin ölümündən də əvvəl, həmin ünvanda qeydiyyatdadır və o, da atsından qalan mirası qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X9 məxsus olan ünvan 1 ev 23-ün X22 (Matveyeviç) tərəfindən, X12 (Matveyeviçdən) qalmış mirasın isə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar