Məhkəmə qərarları › İş №2(008)-1093/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1093/2023

30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1093/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi olmaqla hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kənd ərazisində yerləşən 0.1 ha torpaq sahəsinin Ərizəçi istifadəsində olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Məmmədli Bələdiyyəsi tərəfindən 17 fevral 2003-cü il tarixdə X4 0.10 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı 26 avqust 2021-ci il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə aparılan araşdırmalar zamanı 0.10 ha torpaq sahəsinin 17 fevral 2003-cü il tarixli 7121 nömrəli qərarla ayrıldığı halda, alqı satqı aktının, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin və ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəyinin, həmçinin torpaq sahəsinə dair texniki sənədlərin hazırki ərazidə əlavə edilmədiyi müəyyən edilməsi qeyd olunmuş və bu səbəbdən də torpaq sahəsinin satışının qanuna müvafiq qaydada aparılmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə olunan 4 saylı Abşeron Ərazi İdarəsi Arxivdə saxlanılan nüsxə ilə eynidir arxiv müdiri tərəfindən möhürlənən xx.xx.2022-ci il tarixli torpaq sahəsi barədə məlumat qeydindən göründüyü kimi 0.12 ha torpaq sahəsi hal-hazırda ərizəçinin mülkiyyətində olan yaşayış evinin ərazisidir. Bundan başqa TİB-in rəisi tərəfindən təsdiq olunan texniki pasportdan göründüyü kimi torpaq sahəsinin şərh bölməsində 1260. 0 ha torpaq sahəsi qeyd olunmuşdur. Fərdi yaşayış evi özəlləşdirilərkən təqdim olunan və 4 saylı Ərazi İdarəsi tərəfindən rəsmi təqdim olunan və işə əlavə olunan sənədlərdən göründüyü kimi torpaq sahəsi üzərində fərdi yaşayış evi özələşdirilmiş və qeyd olunan torpaq sahəsi uzun müddətdir mülkiyyətdədir. Hal-hazırda mülkiyyətçi olaraq torpaq sahəsi ərizəçinin istifadəsində olduğu üçün xx.xx.2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və hal- hazırki müddətə qədər məktuba cavab vermədikləri üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, şifahi şəkildə onlardan imtina cavabını almışdır. Ərizəçi rəsmi müraciət edilməsi barədə poçt qəbzinin surətini ərizəyə əlavə etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirdi ki, uzun müddətdir ki, Məmmədli kənd ərazi dairəsində yaşayır. Ərizəçini çoxdan tanıyır. Həftə sonları onu tez-tez görürdü. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirdi ki, ərizəçinin qonşusudur, Abşeron rayonunda yaşayır və 2012-ci ildən bəri təxminən 10 ildir ki ərizəçini tanıyır və orada yaşadığının şahididir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 və X6 onlara məxsus Abşeron rayonu, Məmmədli kəndində istifadədə olan 0.00187 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 15.3 kv/m, yaşayış sahəsi 15.3 kv/m olan 1 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini Ərizəçi satmışdır; - xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvi barədə razılaşmadan görünür ki, Bakı şəhəri 16 saylı notariat ofisinin notariusu X1 tərəflər X8, X6 və Ərizəçi müqavilənin ləğv etmək iradəsinə və tapşırığına əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat ofisində təsdiq olunmuş reyestr nömrəsi 4Ə-649 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsini ləğv etmişdir. - xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 və X6 onlara məxsus Abşeron rayonu, Məmmədli kəndində istifadədə olan 0.00187 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 15.3 kv/m, yaşayış sahəsi 15.3 kv/m olan 1 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini Ərizəçi satmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.00187 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə X5 adına qeydə alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********7-10301 nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.00187 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Ərizəçi adına qeydə alınmışdır; - Abşeron rayonu Məmmədli kənd bələdiyyəsi tərəfindən verilmiş 17 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ********** qeydiyyat, **********57-10301 reyestr nömrəli Çıxarış ilə mülkiyyətində olan 15.3 kv metr sahəli tikili və ümumi hasarda olan 0.13 ha torpaq sahəsi Ərizəçi istifadəsindədir və 0508.2021-ci ildən bu vaxtadək, yerli vergi və ödənişlər Ərizəçi tərəfindən ödənilir. İşin hallarından görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.00187 ha torpaq sahəsinə dair ərizəçinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Ərizəçi həmin torpaq sahəsi üzərində tikili inşa etmiş, lakin tikintini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirməmiş, yəni müvafiq icra hakimiyyəti oqanı ilə layihəsini razılaşdırmamış, lazimi icazələri almamışdır. Beləliklə, evin statusu özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə, MPM-in 308-ci maddəsinin müddəlarını, yəni ərizəçinin sözügedən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsi faktını aşkar etmədiyinə görə idda tələbini təmin edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Qərarda məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, xüsusi icraat qaydasında daşınmaz əmlakdan istifadə etmək faktının müəyyən olunması zamanı əsas meyar mübahisəli əmlakın qeydiyyata alınması şərtidir ki, bu hal hazırki işdə mövcud deyil və daşınmaz əmlak dövlət qeydiyyatın alınmayıb. Belə olan halda iddia tələbi təmin ouna bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Abşeron rayonu Məmmədli kənd ərazisində yerləşən 0.1 ha torpaq sahəsinin Ərizəçi istifadəsində olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar