Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1101/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş zərər kimi müəyyən olunan 2073,60 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən həyət evi ona məxsusdur. Həmin evdə 1 ildir ki, yaşamır. Bir müddət əvvəl müəyyən edib ki, adına olan **********00001 nömrəli abonent hesabında 2073,60 manat borc yazılmışdır. Cavabdehə müraciət edəndə orada sənədlər təqdim edildi. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan və ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən aydın olmuşdur ki, xx.xx.2023cü ildə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə akt tərtib edilmiş və 17280 kubmetr qaz itkisi müəyyən edilmişdir. Həmin aktla razı deyil, çünki heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Həmin evdə qazla işləyən 4 gözlü qaz plitəsi var. Plitənin qaz sərfiyyatı bir saat ərzində 4 m³, orta günlük iş rejimi 12 saat deyildir. Sayğacdan kənar qazdan istifadə etməsinə heç bir əsas, səbəb yoxdur. Göründüyü kimi tələbnamədə dəymiz ziyanın məbləği evdə olan qaz qurğusunun sərfiyyatına uyğun hesablanmamış, eləcə də evin sahəsi nəzərə alınmamışdır. Tələbnamədən görünür ki, günlük qaz sarfiyyatı 48 m³ müəyyən edilmişdir ki, bu da həddən artıq yüksək və həqiqətə uyğun olmayan bir göstəricidir. Evində heç vaxt bu həcmdə qaz sarfiyyatı olmayıb və olması da mümkün deyildir. Bundan əlavə, dəymiş ziyanın məbləği hesablanarkən bir illik müddət götürülmüşdür ki, bu da düzgün hesablanma sayıla bilməz. Çünki təlimata uyğun olaraq, Cavabdeh əməkdaşları ən azından 6 aydan bir qaz sayğaclarına nəzarət etməlidir. Bilgəh kəndində də qaz sayğaclarına və qaz xəttlərinə ən azından 2-3 aydan bir cavabdehin əməkdaşları tərəfindən nəzarət edilir. Belə olan halda dəymiş ziyan məbləği hesablanarkən ən çoxu 3 ay müddət müəyyən edilə bilər. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, kənar xəttin ona aidiyyəti yoxdur, əvvəllər də qoşulma olmayıb. Cavabdehin əməkdaşları anası ilə birlikdə baxış keçirildikdə evə gedən xəttin qanuni xəttin olmasını, yəni qanunsuz qoşulmanın olmadığını müəyyən etmişlər. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, kənar xətlə bağlı akt tərtib edilmişdir. Həmin xətt artıq ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli "Abonent saldosu"ndan görünür ki, **********00001 abonent kodu olan İddiaçı 09.2023-cü il tarixə 2073,60 manat məbləğində borcu mövcuddur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. - xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 17280 m³ hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh tərəfindən sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edilməsi əsası ilə akt tərtib edilmişdir. Tərtib edilmiş akt üzrə 2073,60 manat ziyan hesablanmışdır. Cavabdeh kənar xətdən istifadə etdiyinə görə ona akt tərtib olunması ilə razı deyil, çünki onu kənar xətdən istifadə etdiyini inkar edir. Həmçinin akt üzrə hsablanmış məbləği də şişirdilmiş hesab edir. Məhkəmə tərəfindən xx.xx.2024-cü ildə cavabdehdən tərəfindən təqdim edilmiş video-audioya baxış keçirilərkən müəyyən olunmuşdur ki, videodakı ev iddiaçıya məxsusdur. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Qaz təchizatı haqqında" Qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci maddəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmə yuxarıda göstərilənləri, işin hallarını və toplanmış sübutlar üzrə tərəflərin izahatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, qazdan qanunsuz istifadə faktı cavabdeh tərəfindən inkar edilsə də, təqdim edilmiş video bu faktı təsdiq edir. Digər tərəfdən isə məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə müəyyən etdiyi ziyan məbləği şişirdilmiş və əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"də ziyanın həcminin hesablanması qaz sayğacının nominal qaz sərfi 4 m³, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin hesabatın hansı səbəbdən maksimal olaraq 24 saat aparılması göstərilməmişdir. Cavabdeh tərəfindən mütəmadi olaraq yay və qış aylarında, fasiləsiz olaraq qaz plitəsinin, kombinin və digər qızdırıcılarının evdə 6 saat istifadəsi real deyil. Bu səbəbdən məhkəmə yay aylarında ümumiyyətlə qızdırıcılardan istifadə olunmamasını və yemək hazırlanmasına görə maksimum gündə 2-4 saat 4 gözlü qaz plitəsinin istifadə olunduğunu nəzərə alaraq 6 saat orta günlük iş rejiminini götürülməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, qaz sərfinin iş rejimi 24 saat yox, 6 saat qəbul edilməklə aşağıdakı formada hesablanaraq tutulmalıdır. 1.4x6x360=8640 m³ 8640x0.12=1036,80 manat Beləliklə orta qazdan istifadənin günlük iş rejimi 6 saat hesablanmaqla ziyanın həcmi 8640 m³, yəni 1036,80 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı (abonent kodu **********00001) Cavabdeh xeyrinə 1036 (bir min otuz altı) manat, 80 (səksən) qəpik məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-1101/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1101/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver