Məhkəmə qərarları › İş №2(008)-1110/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1110/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1110/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasınının Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2010-cu il tarixdə Bakı şəhərində qız uşağı doğması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, Rüfət adlı şəxslə faktiki nikahda olmuş və bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü Aişə adlı qızları dünyaya gəlmişdir. Qızı ev şəraitində doğulmuşdur, buna görə də, he bir sənədi yoxdur. Uşağın doğum haqqında şəhadətnaməsi olmadığı üçün təhsil, müayinə, müalicə hüquqlarından istifadə edə bilmir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs qismində Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. -“Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsi 22 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi uşağı X2 xx.xx.2010-cu il təvəllüdlü xx.xx.2022-ci ildən 22 saylı uşaq poliklinikasında tibbi müşahidəyə götürülüb, uşaq bütün tibbi müayinələrdən keçirilib. -Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, doğum faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində doğumun qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə uşağın doğulması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. -xx.xx.2023-cü il tarixli, 9/87 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, təyin edilmiş gün ərzində Ərizəçi uşaqla birlikdə şöbəyə gəlməmiş, lakin ata tərəfi ekspertizada iştirak etmədiyi üçün tədqiqatın bioloji səviyyədə keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü bəndlərinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəyə və işin məhkəmə iclasında müəyyənləşdirilən hallarına əsasən Ərizəçi xx.xx.2010-cu il tarixdə bir qız uşağı doğmasını bildirərək həmin faktın müəyyən edilməsini tələb etmiş, lakin məhkəmə yuxarıda qeyd olunan sənədləri tədqiq edib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, dəlillərinin əsaslı olmasını təsdiq edən tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, işin məhkəmə iclasında araşdırılması zamanı Ərizəçi hamiləliyi dövründə hakim müayinələri, qadın konsultasiyalarına getməyinə dair hər hansısa sənədləri məhkəməyə təqdim etməmiş, ümumiyyətlə demək olar ki, həkim müayinəsində olmadığını qeyd etsə də, bunun səbəbini açıqlaya bilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı onun hamilə olduğu zaman fotoşəkillərinin və ya uşağın körpə olduğu dövrləri əhatə etdiyi fotoşəkillləri məhkəməyə təqdim etməyi ona təklif olunsa da, ərizəçi yenə də, belə şəkillərinin olmadığını qeyd etmişdir. Beləliklə, məhkəmə iş materiallarında sübut kimi təqdim olunmuş xx.xx.2022-ci il tarixli akta və 22 nömrəli uşaq poliklinikasının xx.xx.2022-ci il tarixli arayışına münasibət bildirərək qeyd edir ki, xx.xx.2022-ci il tarixli akta məhkəmə tərərindən mötəbər sübut kimi qəbul oluna bilməz. Həmin aktda imza edən şəxslərin kim olduğu, ərizəçi ilə münasibətləri müəyyən olunmamış, ərizə də notarial qaydada təsdiq edilməmişdir. Digər sübut kimi nəzərdən keçirilən 22 nömrəli uşaq poliklinikasının xx.xx.2022-ci il tarixli arayışın məzmunundan da müəyyən olunur ki, həmin arayış məhkəməyə müraciət olunmazdan bir neçə gün əvvəl ərizəçi 2010-cu il təvəllüdlü Aişəni poliklinikada qeydiyyata aldırmışdır. Beləliklə, ərizəçinin xx.xx.2010-cu il tarixdə Bakı şəhərində qız uşağı doğması faktı məhkəmədə öz təsdiqini tapmadığı üçün ərizə təmin edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “xx.xx.2010-cu il tarixdə Bakı şəhərində qız uşağı doğması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar