Məhkəmə qərarları › İş №2(008)-1118/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1118/2023

09.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1118/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X15 zəbt etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi 26 dalanda yerləşən torpaq sahəsindən çıxarılaraq, o, İddiaçı təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, zəbt olunmuş torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağ massivi 26 dalanda yerləşir. Həmin torpaq sahəsini rəhmətlik həyatyoldaşı X9 2007-ci il tarixində almışdır. Həmin torpaq sahəsini birgə nikah dövründə əldə etmişdir. Orada hər ikisi maddi vəsaiti hesabına xırda tikililər də tərəflərindən görülmüşdür. Yoldaşı 2019-cu ildə rəhmətə getdikdən sonra həmin torpaq sahəsinə gec gəlib getdiyindən torpaq sahəsinin zəbt olmasını bilməmişdir. Sonradan yaxın qohumunun bu barədə ona bildirdikdə, o onlara məxsus istifadəsində olmuş torpaq sahəsinə gedərək həqiqətən də cavabdeh X20 tərəfindən qanunsuz olaraq zəbt olunduğunu görmüşdür. O dəfələrlə cavabdehə torpaq sahəsindən çıxmasını bildirsə də, lakin o, hələ də öz qanunsuz hərəkətlərindən əl çəkməyərək hələ də torpaq sahəsindədir və onu ora buraxmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasını vaxtı və yeri barədə xəbərdar edilməsinə bxamayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Polis İdarəsinin İstintaq Söbəsinin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarndan görünür ki, İddiaçı Cavabdeh barsində vermiş olduğu şikayət qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinin 1586 nömrəli, 11 dekabr 2007ci il tarixli qərarına əsasən 1974 nömrəli Kürdəxanı qəsəbəsi ərazisində Qərb yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş X9 icarəyəsinə verilməsi, Kürdəxanı bələdiyyəsi ilə vətəndaş X9 arasında icarə müqaviləsi bağlanılması qərara alınmışdır. xx.xx.2007-ci il tarixli, 1586 T nömrəli torpağın icarəyə verilməsinə dair müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bələdiyyəsi xx.xx.2007-ci il tarixli, 20 saylı protokol əsasında Qərb yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini X5 bağçılıq məqsədi ilə icarəsini verimiş icarəçi isə bu Müqavilənin 3.1, 3.1.1-ci bəndində nəzərdə tutulan icarə haqqını ödəməyi öz öhdəsinə götürməklə onu qəbul etmiş, bu müqavilə xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər 10 il müddətinə imzalanmış və Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qeydə alındığı andan qüvvəyə minmişdir. 5 saylı Bakı “ASAN Xidmət” X11 xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı, 059519 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Ağsu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 284985 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X12 arasında olan nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Ağsu Rayon VVADQ Şöbəsinin AZ-İ seriyalı, 494699 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.2001-ci il tarixdə doğulmuşdur. X1, anası isə X8r. Sabunçu rayon X2 Vergilərin qəbulu üçün qəbzdən görünür ki, X13 2008-2009-cu il üçün 14.4 manat torpaq vergisi ödənilmişdir. 000617 nömrəli tədiyyə bildirişindən görünür ki, İddiaçı İsmail qızı 36 manat məbləğində icarə haqqını Kürdəxanı Bələdiyyəsinə ödəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-6516/2023 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 26-cı dalan, bağ 1974 ünvanının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrə iş Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16/2-09/3-38-5473/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, X3 rayonu Kürdəxanı qəsəbəsi 26-cı dalan bağ 1974 ünvanında yerləşən 1200 kv.m olan torpaq sahəsinin X4 mülkiyyətinə verilməsinə dair qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olub-olmadığı və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Eyni zamanda mülki işin araşdırılması zamanı əvvəlcə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və onun məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmaması yoxlanılmalıdır. İrəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya işin faktiki halları tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uyğunluq təşkil etmirsə, məhkəmə üçün hüquqi dəyərləndirmə başa çatmalıdır. Məhkəmə araşdırılması zamanı o cümlədən mülki işin materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi 26 dalan ünvanda yerləşən torpaq sahəsinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ və ya qanuni istifadəsində olmasını təsdiq edən sənədi mövcud deyildir. Beləki, iddiaçının yeganə istinad etdiyi xx.xx.2007-ci il tarixli, 1586 T nömrəli torpağın icarəyə verilməsinə dair müqavilə onunla deyildə onun keçmiş həyat yoldaşı olan X9 arasında bağlanmış, habelə qeyd edilən müqavilə qanunvericiliyin tələblərinə görə bələdiyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Qeyd olunan Qərarda nümayiş olunan hüquqi mövqe Konstitusiya Məhkəməsinin digər Qərarlarında da öz əksini tapmışdır.) Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik olmadığından iddia tələbi təmin edilə bilməz. Şərh olunan hallara əsasən, məhkəmə işin sonrakı araşdırılmasına ehtiyac olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar