Məhkəmə qərarları › İş №2(008)-1120/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1120/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1120/2021 26.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə İddiaçı oğlunun Cavabdehnə qarşı əsassız hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona (abonent kodu **********10011) itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün əsassız yazılmış 885,60 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Akt tərtib edilmiş yaşayış evi yaşayış üçün tam hazır olmadığından hələlik orada yaşamaq qeyri-mümkündür. Cavabdeh əməkdaşları 17.04.2021-ci il tarixdə onun yeni inşa etdiyi Məhəmmədli qəsəbəsindəki fərdi yaşayış evinə qaz sayğacı quraşdırmışlar. Qaz sayğacının çıxarılması, quraşdırılması, istismara qəbulu haqqında akt tərtib edilərkən, şifahi olaraq ona cərimə olunacağını bildirmişlər. O, həmin əməkdaşların tərtib etdiyi aktın düzgün olmadığını bildirərək həmin əməkdaşlar tərəfindən yeni quraşdırıldığı sayğaca hər hansı kənar müdaxilənin olmadığını bildirmişdir. Onunla «Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti arasında eyni tarixli müqaviləyə əsasən yaşadığı fərdi yaşayış evinə NATEK tipli, G-4 markalı, 40010423 nömrəli mexanki qaz sayğacı quraşdırılmışdır. O, yeni quraşdırılmış sayğaca ödəniş üçün müəyyən məbləğdə pul ödəyərkən məlum olmuşdur ki, onun abonent koduna cərimə yazılıb. Bu barədə «Azəriqaz” İB ilə əlaqə yaratmış və ona şifahi olaraq bildirilmişdir ki, 885 manat cərimə ödəməlidir. Hesab edir ki, yazılmış cərimə əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etdi ki, cavabdehin əməkdaşları, eyni zamanda, ekspert kənar xətti aşkar edərkən, ona məxsus evə deyil, başqa bir evə getmişdilər. O, özü Cavabdeh əməkdaşıdır, heç bir vaxt kənar xətdən istifadə etməz. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Hüseynov X2 iddianı qəbul etmədi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 17.04.2020-ci il tarixli ******* saylı akta əsasən İddiaçı oğluna məxsus Məhəmmədi qəsəbəsində olan fərdi yaşayış evinə NATEK tipli, G-4 markalı, 40010423 nömrəli mexanki qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30.04.2020-ci il tarixli ******* nömrəli akta əsasən İddiaçı oğlu sayğac quraşdırılana qədər təbii qazdan sayğacsız istifadə etmişdir. İş materiallarında olan saldodan görünür ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən akt üzrə qazın sərfi 8876 m3, dəyəri 885,60 manat hesablanmışdır. Məhkəmə tərəfindən iş üzrə texniki ekspertiza təyin edilmişdir. Ekspertiza qarşısında İddiaçı Sabunçu rayonu, Məhəmmədi kəndində yaşadığı evə Cavabdeh İB tərəfindən təbii qazdan istifadə edilməsi üçün quraşdırlmış sayğacadan kənar qaz xəttinə qoşulması mövcuddurmu?» sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti R.Talıbov tərəfindən 24.08.2021-ci il tarixli, 10/3563 №-li məktubla ekspetizanın keçirilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, tədqiqat obyektinə 23.08.2021-ci il tarixə təyin edilmiş baxışda iddiaçı iştirak etmədiyindən, cavabdehin əməkdaşlarının iştirakı ilə tədqiqat obyektinin yerləşdiyi ünvana gedilmiş, təqdim olunan ünvan iş materiallarına əlavə edilmiş fotoşəkillərlə üst-üstə düşsə də, iş üzrə İddiaçı həmin ünvanda yaşamadığı, evin başqa şəxsə aid olması müəyyən edilmiş, bu səbəbdən də ekspert qarşısında qoyulan sualların həll edilməsi mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında 02.08.2021-ci il tarixdən 31.08.2021-ci il tarixədək 30 gün müddətinə Goranboy rayonunda ezamiyyətdə olması barədə Cavabdeh Təmir-Tikinti İdarəsi tərəfindən verilmiş arayışı təqdim etmişdir. Yəni, iddiaçı ekspertiza tədqiqatında üzürlü səbəbdən iştirak edə bilməmişdir. Məhkəmə tərəfindən də tədqiqat obyektinə baxış keçirilmişdir. Baxışh zamanı iddiaçıya məxsus evdə kənar xəttin olmaması, iş materiallarındakı fotoşəkillərin başqa evə aid olması müəyyən edilmiqşdir. Hazırda iddiaçı 885,60 manat pulun silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənatinə gəlmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli № 80 nömrəli qərarının 3.1. maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin əməkdaşları mübahisə predmeti olan aktı tərtib edərkən, idiaçıya məxsus olmayan evə baxış keçirmişlər. İddiaçının kənar xətdən istifadə etməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Odur ki, iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı oğluna təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 885,60 manat dəymiş ziyan silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı oğluna (abonent kodu **********10011) itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün əsassız yazılmış 885,60 manat cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh tərəfindən İddiaçı oğluna (abonent kodu **********10011) itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün əsassız yazılmış 885,60 manat silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar