Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1133/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Bakı şəhəri 39 saylı Notariat Ofisi olmaqla “miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Bakı şəhəri 39 saylı Notariat Ofisi qarşı “miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixində vəfat etmiş ataları Nüsrət Gülbala oğlundan miras qalmış Bakı şəhəri, Sabunçu rayon Zabrat qəsəbəsi İslam Səfərli küçəsi döngə 1-də yeləşən miras əmlakın vərəsələr tərəfindən faktiki olaraq qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Nüsrət Gülbala oğlu onların atalarıdır. O, xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Vəfat etdikdən sonra ondan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İslam Səfərli küçəsi, döngə 1-də yerləşən əmlak miras əmlak qalmışdır. Həmin əmlaklar tərəfindən qəbul edilmiş və mirasın qəbul edilməsi şəksiz nümayiş etdirilmişdir. Lakin hazırda həmin mirasla bağlı hüquqlarını bərpa edə bilmir və hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Ailələri ilə birlikdə bu günədək həmin evdə yaşayır. Maraqlı şəxs olan Bakı şəhəri 39 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2020-ci il tarixində vəfat etmiş atam Nüsrət Gülbala oğlundan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İslam Səfərli küçəsi, döngə 1-də yeləşən miras əmlakın tərəfindən qəbul edilmiş hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsini təmin edilməsi zərurəti yaranmışdır. Cavab olaraq bildirmişlər ki, vərəsəliyin qəbulu üçün müəyyən edilmiş müddət keçmişdir. Məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həlli mümkün deyildir. O, qanunun tələblərinə əməl etməklə mirası faktiki qəbul etmiş, ona sahiblik etmiş, əmlakı idarə etmiş və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Həmin məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Bildirir ki, qanunvericiliyə uyğun olaraq miras əmlak mirasın qəbul edilmə qaydalarına uyğun şəkildə qəbul edilməlidir. Çünki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi qaydasında bu barədə heç bir istisna nəzərdə tutulmayıb. Belə ki, mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinin xüsusi qaydalarını və şərtlərini müəyyən edib. Həmin qaydalara əsasən şəxs öldükdən sonra onun əmlakı birbaşa vərəsələrin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Miras əmlakın vərəsənin mülkiyyətinə daxil olması üçün isə vərəsənin notariat kontoruna ərizə verməsi və ya məhkəməyə müraciət etməsi vacibdir. Ərizəçi1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə müraciət edərək, işin iddia icraatına keçirilərək “miras əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş, müddətin bərpa edilməsi tələbinə dair” iddia formasında baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələbinin dəqiqləşdirilməsinə dair ərizə Mülki Prosesual Məcəllənin tələblərinə uyğun olmadığından məhkəmə tərəfindən mümkün hesab edilməmişdir. Məhkəmə iclasına iştirak edən ərizəçilər ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Topağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN 15184D saylı şəhadətnamənin surətindən görünür ki, Nüsrət Gülbala oğluna 4ə/1-102 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0.03 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün verilmişdir. Bakı şəhəri 39 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş atanız Nüsrət Gülbala oğlundan miras qalmış əmlakın faktiki qəbul edilməsi müddəti buraxıldığından, vərəsəliyi dair şəhadətnamə verilməsindən imtina olunmuşdur. AZ İİ 079025 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Nüsrət Gülbala oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçilərin atası Nüsrət Gülbala oğluna Topağın mülkiyyətə verilməsinə dair JN 15184D saylı şəhadətnamə əsasında ev tikmək məqsədi ilə 0.03 ha torpaq sahəsi ayrılmışdır. Nüsrət Gülbala oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda ərizəçilər məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixində vəfat etmiş ataları Nüsrət Gülbala oğlundan miras qalmış Bakı şəhəri, Sabunçu rayon Zabrat qəsəbəsi İslam Səfərli küçəsi döngə 1-də yeləşən miras əmlakın vərəsələr tərəfindən faktiki olaraq qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsələrdə, məhkəmə hesab edir ki, hazırki işə xüsusi icraat formasında deyildə iddia icraatı formasında baxılmalıdır. Belə ki, məhkəmə mülki iş matriallarını araşdıraraq hesab edir ki, ilk növbədə Bakı şəhəri, Sabunçu rayon Zabrat qəsəbəsi İslam Səfərli küçəsi döngə 1-də yerləşən əmlakın Nüsrət Gülbala oğluna Topağın mülkiyyətə verilməsinə dair JN 15184D saylı şəhadətnamə əsasında ev tikmək məqsədi ilə 0.03 ha torpaq sahəsi olub olmaması mübahisə pridmentidir. Bundan əlavə məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən ünvanın həqiqətəndə ərizəçilərin atalarına ayrılmış olduğu torpaq sahəsi olduğunu hesab edilsə belə, məhz həmin torpaq sahəsinin ərizəçilərinin faktiki qəbul edilib edilməməsi mübahisə pridmenti olduğundan mülki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə sözü gedən ərizəyə baxıldığı zaman hüquq haqqında mübahisə olduğu aşkar etdiyindən ərizəni baxılmamış saxlanılmalı, ərizəçiyə sözügedən tələblə bağlı ümumi qaydada iddia icraatı formasında məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Maraqlı şəxs Bakı şəhəri 39 saylı Notariat Ofisi qarşı “miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1133/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1133/2023
06.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver