Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1145/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinə (abonent kodu **********0160) xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanmış 1555,2 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məcburi köçkün kimi ünvan 2 ünvanında ailəsi ilə məskunlaşmışdır. Həmin evə quraşdırılmış qaz sayğacı mərhum əri X2 adına qeydiyyata alınmış və 1**********0160 nömrəli abonent kodu verilmişdir. X10 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Fərdi yaşayış evində istifadə etdiyi qaza görə ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Heç bir zaman borcu qalmamışdır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş, aktda “sayğac mənfiyə işləyir” qeydi yazılmış, aktın sonunda borc 153,9 manat qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə X10 ərizə ilə müraciət edərək hesablanmış 153,9 manat borcu hissə-hissə ödəyəcəyini, ünvana quraşdırılmış smart sayğacın kartının verilməsini xahiş etmiş, bundan sonra evə quraşdırılmış sayğac dəyişdirilmiş, qalıq borcun 153,9 manat hesablanması ərizə ilə təsdiqini tapmışdır. Həmin borc məbləği tərəflərindən ödənilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə “E-manat” ödəniş aparatı vasitəsi ilə abonentin hesabına 11 manat ödəniş edilmiş, karta 11 manat yüklənmiş, borca görə pul tutulmamışdır. Lakin cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş, aktda “göstəricilər arasında fərq mövcuddur, sayğac mənfiyə işləyir, xx.xx.2020-xx.xx.2022-ci illər tarixlərdə” qeyd yazılmış. Akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir. xx.xx.2023cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın həcmi 12960 kub metr müəyyən edilmiş və akt əsasında 1555,2 manat cərimə borcu hesablanmışdır. Qaz sayğacı fərdi yaşayış evinin daxilində deyil, hasarın çöl hissəsində quraşdırılmışdır. Qaz sayğacının mənfiyə işləməsindən məlumatı olmamış, sayğaca ailəsi tərəfindən hər hansı müdaxilə edilməmişdir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə və qaz sayğacının sıradan çıxmasında günahkar deyillər. Hazırki gündə də ödəniş edilərkən cərimə məbləği ödənişdən silinir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı məcburi köçküe kimi Sabunçu rayonunda məskunlaşmışdır (AA seriyalı 372917 №-li məcbur köçkün vəsiqəsi). İddiaçı və X5 xx.xx.1980-ci il tarixdə nikahlarını bağlamışdılar (İİ-JQ seriyalı 297293 №-li nikahın bağlanması haqqında şəhadətnamə). İddiaçının əri X5 ünvan 1 üzrə 1**********0160 nömrə ilə abonent kimi Cavabdehndə qeydiyyat alınmışdır. X3 məxsus çıxarılmış G-4 markalı 1402AZ**********91 №-li sayğaca Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və xx.xx.2023-cü il tarixli 29/1710-04005-1 №-li rəyə əsasən “göstəricilər arasında fərqin mövcud olduğu, sayğacın mənfiyə işlədiyi” aşkar olunmuşdur. Cavabdeh tərəfindən X5 tərtib edilmiş xx.xx.2023-cü il tarixdə ******* №-li akta əsasən sayğacda aşkar edilmiş qüsura görə dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. 28.0023.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, həmin qüsura əsasən 12960 kum metr itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, həmin akta əsasən iddiaçıya 1555,20 manat zərər hesablanmışdır. İddiaçının əri X5 xx.xx.2023-cü il tarixdə ölmüşdür (AZ-İİ seriyalı 329989 №-li ölüm haqqında şəhadətnamə). Hazırda iddiaçı cavabdeh tərəfindən hesablanmış 1555,20 manat məbləğində zərərin silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi, aşkar edilmiş qüsura görə istehlakçının təqsirinə dair cavabdeh tərəfindən sübut təqdim edilmədiyinə görə iddiaçı məsuliyyət daşımır və həmin akt əsasında hesablanmış 1555,20 manat iddiaçıdan tutula bilməz. Yəni, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa səasən istehlakçılar dövlət rüsumu ödəməkdən azddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərini təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə hesab edir ki, 35,50 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinə (abonent kodu **********0160) xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanmış 1555,20 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinə (abonent kodu **********0160) xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanmış 1555,20 manat borc silinsin. 35,50 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1145/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1145/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver