Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1147/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan 4404,32 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, məcburi köçkündür, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən “Təmir-tikinti İdarəsi”nin həyətində məskunlaşmışdır. Məskunlaşdığı otağa qaz sayğac quraşıdırılmış və **********01060 abonent kodu verilmişdir. 2016-cı ildə həmin qaz sayğacı giriş borusunun çatlaması səbəbindən dəyişdirilmiş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Bu hadisədən bir müddət sonra müəyyən edilmişdir ki, onun abonent hesabına 560,89 manat və 3843,43 manat borc məbləğləri yazılmışdır. 2019-cu ildə həmin borc məbləğlərinin silinməsi barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin abonent hesabından borc məbləğləri silindiyi üçün o məhkəmə iclasına getməmişdir. xx.xx.2023-cü il tarixdə qaz sayğacı yenisi ilə əvəz edilmiş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Həmin qaz sayğacına aid kartı əldə etmək üçün Cavabdehnə müraciət edən zaman ona bildirilmişdir ki, abonent hesabında 4404,32 manat borc məbləği vardır və həmin borcu ödədikdən sonra qaz kartı aktiv ediləcəkdir. O həmin borc məbləğlərinin silindiyini, əsassız olaraq yenidən həmin borcun onun hesabına yazılmasını və bu səbəbdən də borcun silinməsini xahiş etsə də, Cavabdeh əməkdaşları bunun mümkünsüz olduğunu bildirmişlər. Yaranan mübahisənin məhkəmə qaydasında həll olunması məqsədilə məhkəməyə müraciət etmək istədiyini və ona sözügedən borcun yazılması ilə bağlı aktların verilməsini xahiş etsə də, Cavabdeh əməkdaşı ona bildirmişdir ki, onlarda heç bir sənəd yoxdur. Göründüyü kimi Cavabdeh əməkdaşları ona heç bir məlumat vermədən, qaz sayğacını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə onun təqsirini sübut etmədən, qaz itkisi hesablamış və onun hesabına ümumilikdə 4404,32 manat borc yazılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan abonent saldosundan görünür ki, **********01060 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 4404,32 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, sayğac yeni ilə əvəz edilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli 5917/2019 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh İB qarşı məhkəməyə müraciət edərək, əsassız hesablanmış 560,89 manat və 3843,43 manat cəmi 4404,32 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılana kimi, ünvan 1 ünvanında yerləşən evə abonent kodu **********01060 olan ünvana təbi qazın verilməsinin bərpa edilməsi və smart karta köçürülən puldan tutmaların aparılmasının qadağan edilməsi barədə ərizəsi təmin edilmişdir. xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində iddiaçının onun qonşusu olduğunu, Cəbrayıl Rayonundan 14 ailə məcburi köçkün kimi Bakıxanov qəsəbəsində məskunlaşdığını, onların məskunlaşdığı ünvana Cavabdeh İB tərfindən böyük mexaniki sayğac qoyulduğunu, daha sonra onu dəyişərək hər kəs üçün ayrıca sayğac quraşdırıldığını, bir müddət sonra isə hər kəsin adına müxtəlif məbləğdə borc yazılmasını gördüklərini və bu bardə Cavabdeh İB baş idarəsinə müraciət etdikdən sonra silindiyini bildirdi. X1 ifadəsində iddiaçının onların qonşusu olduğunu, bir ərazidə məskunlaşdığını və yaşadıqları ünvanda olan sayğaca borc yazılması ilə bağlı birlikdə müraciət etdikdən sonra bütün hər kəsin borcunun silindiyini bildirdi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********01060 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın yenisə ilə əvəz edildi və bunnan bağlı akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın klapanı işlək olmaması iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən **********01060 nömrəli abonent İddiaçı qanunsuz olaraq hesablanmış 4404,32 (dörd min dörd yüz dörd manat, otuz iki qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abonent kodu **********01060 olan İddiaçı hesablanmış 4404.32 (dörd min dörd yüz dörd manat, otuz iki qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-1147/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1147/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver