Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-115/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş evin və tikililərin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş evin və tikililərin sökülməsi vəmaneələrin aradan qaldırılması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən icarə hüququ əsasında ona məxsus olan 0,078 ha və 0,05 ha torpaq sahələri daxilində tikilmiş qanunsuz fərdi yaşayış evləri və digər tikintiləri həyata keçirən müvafiq cavabdehlərin şəxsi vəsaiti hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və yaranmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə X3 alqı satqı müqaviləsinə əsasən 39 000 manata Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisindən 0,05 ha və 0,078 ha torpaq sahələri almışdır. Maddi vəziyyəti çətin olduğundan həmin torpaq sahəsində ev tikdirə bilməmişdir. Lakin, 0,05 ha torpaq sahəsini 4 daş hündürlüyündə daş hasara almışdır. 0,078 ha torpaq sahəsini isə maddi vəziyyəti ilə əlaqədar hasara aldıra bilməmişdir. 2018-ci ilin əvvəllərində Rəşid Həsənovdan aldığı torpaq sahəsində ev tikdirmək istəyərkən torpaq sahəsinə başqa şəxslər tərəfindən daş töküldüyünü aşkar etmişdir. Sonradan torpaq sahəsinə daş tökdürən şəxslə görüşmüş, həmin şəxs torpağın sənədlərini ona göstərərək torağın sənədlərinin ona məxsus olduğunu bildirmişdir. O, sənədlərə baxdıqdan sonra Abşeron rayon topaq sahəsinə müraciət etmiş, həmin qurumun əməkdaşları torpaq sahəsinə gələrək kordinatları müəyyən etdikdən sonra ona məxsus olan 0,078 ha torpaq sahəsinin başqa şəxslər tərəfindən zəbt edildiyini bildirmişlər. O, həmin şəxsləri tapmağa cəhd etsə də, əvvəlcə onları tapa bilməmişdir. Məcbur olub topaq sahəsiniona satan şəxsə zəng etmişdir. Rəşid Həsənovun mobil telefonuna zəng çatmadığından yenidən ona məxsus torpaq sahəsində qanunsuz evlər və tikililər tikən şəxsləri axtararaq həmin şəxslərin hazırkı iş üzrə cavabdehlər Zaur, İlqar, Rövşən və Nicat adlı şəxslərin olduğunu müəyyən etmişdir. Həmin şəxslərə vəziyyəti izah etdikdə onlar torpaq sahəsini Rəşid Həsənovdan etibarnamə əsasında aldıqlarını bildirmişlər. Bununla əlaqədar o, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis Şöbəsinə müraciət etmiş və iş materialları araşdırılması üçün Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. İstintaq Şöbəsində aparılan araşdırmaların nəticəsi olaraq 21.12.2018-ci il tarixli HK/1-3480 saylı cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərarın 4cü vərəqəsinin 3-cü abzasından qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.1ё2.2018-ci il tarixli **********74 saylı məktubundan görünür ki, «İddiaçı istifadəsində olan 0,078 ha topaq sahəsində kənar şəxslər tərəfindən müxtəlif ölçüdə 4 ədəd fərdi yaşayış evi inşa edilmiş, 0,5 ha topraq sahəsinin isə şimal qərbində 0,01 ha hissəsi başqa şəxslər tərəfindən zəbt olunmuş, həmçinin həmin şəxslər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin 25 kv.m hissəsi sözügedən torpaq sahəsinin üzərində yerləşməsi müəyyən edilmişdir». Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən 11.12.2013cü il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 0,078 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 10.12.2013-cü il tarixdə İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən 30.10.2013-cü il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 29.10.2013-cü il tarixdə İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin 21.12.2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd olunması barədə qərarında qeyd edilmişdir ki, materiala əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.12.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı istifadəsində olan 0,078 ha torpaq sahəsində kənar şəxslər tərəfindən müxtəlif ölçüdə 4 ədəd fərdi yaşayış evi inşa edilmiş, 0,05 ha torpaq sahəsinin isə şimal qərbində 0,01 ha hissəsi başqa şəxslər tərəfindən zəbt olunmuş, həmçinin həmin şəxslər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin 25 kv.m hissəsi sözügedən torpaq sahəsinin üzərində yerləşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 11.09.2019-cu il tarixli 11895 №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və ÜNvan Reyestr Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 31.07.2019-cu il tarixli **********54 saylı mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən 11.12.2013-cü il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı istifadəsində olan Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 0,078 ha torpaq sahəsində tikililərin mövcud olduğu müəyyən edilmiş, lakin şərait yaradılmadığından tikililərin dəqiq ölçülməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 23.12.2020-ci il tarixli 10/2278 №-li rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastr və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən mübahisələndirilən torpaq sahələrinə İddiaçı adına (icarəsində olan) reyestr nömrəsi **********40, sahzəsi 0,78 hektar və reyestr nömrəsi **********05, sahzəsi 0,05 hektar olan çıxarışlar və plan-ölçü sənədləri verilmiş, mübahisələndirilən ərazinin koordinatları ilə ilə qeyd edilən çıxarış və plan-ölçü sənədlərinin koordinatları üst-üstə düşür, kənd təsərrüfatı təyinatlı Dövlət mülkiyyət torpağıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən 11.12.2013-cü il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı istifadəsində olan Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 0,078 ha torpaq sahəsində tikililər mövcuddur. Həmin tikililərə dair mülki iş materiallarında hər hansısa bir layihə sənədi olmadığından, həmin tikililərin tikinti-norma və qaydalarına uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Hazırda iddiaçı cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş evin və tikililərin sökülməsi və maneələrin aradan qaldırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsindəəldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, torpaq sahələrinin özbaşına tutulmasında, torpaq sahələrində qanunsuz tikintinin aparılmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (TM-nin 110-111-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, iddiaçının izahatından, ekspert rəyindən müəyyən olunur ki, İddiaçı istifadəsində olan Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən torpaq sahələrində tikililər mövcuddur və həmin torpaq sahələrinə və orada inşa edilmiş tikililərə cavabdehlərin hüquqlarını təsdiq edən hər hansı sübut yoxdur. Məhkəmə yuxarıda qeyd olunanları və MM-nin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq bu qənaətə gəlir ki, cavabdehlərin heç bir hüquqi sənədi olmadan zəbt etdiyi torpaq sahəsinin üzərində inşa etdiyi tikintilər özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən icarə hüququ əsasında İddiaçı məxsus olan 0,078 ha və 0,05 ha torpaq sahələri daxilində tikilmiş qanunsuz fərdi yaşayış evləri və digər tikintiləri həyata keçirən müvafiq cavabdehlərin şəxsi vəsaiti hesabına sökülməli, zəbt edilmiş torpaq sahəsi boşaldılmalı və yaranmış maneələr aradan qaldırılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən icarə hüququ əsasında İddiaçı məxsus olan 0,078 ha və 0,05 ha torpaq sahələri daxilində tikilmiş qanunsuz fərdi yaşayış evləri və digər tikintiləri həyata keçirən müvafiq cavabdehlərin şəxsi vəsaiti hesabına sökülsün, zəbt edilmiş torpaq sahəsi boşaldılsını və yaranmış maneələr aradan qaldırılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-115/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-115/2021
19.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver