Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-115/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh2 qarşı «torpaq sahəsinin qanunsuz sahiblik və istifadədən alınaraq iddiaçıya qaytarılması və iddiaçı tərəfindən hasarın çəkilməsi və giriş qapısının qoyulması zamanı maneçilik törədilməsinin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı «torpaq sahəsinin qanunsuz sahiblik və istifadədən alınaraq iddiaçıya qaytarılması və iddiaçı tərəfindən hasarın çəkilməsi və giriş qapısının qoyulması zamanı maneçilik törədilməsinin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 tərəfindən özbaşına tutulmuş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957a saylı 0,14 ha torpaq sahəsininin cavabdehin qanunsuz sahiblik və istifadəsindən alınaraq İddiaçı qaytarılması və həmin ərazidə cavabdeh tərəfindən inşa edilmiş hasar və tikililərin cavabdehin hesabına və onun tərəfindən sökülüb ərazinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X8 (bundan sonra cavabdeh) Azərbaycan Respublikasının qanunlarına tamamilə zidd olaraq, heç bir qanuni əsas olmadan İddiaçı (bundan sonra iddiaçı) qanuni mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957a saylı 0,14 ha torpaq sahəsi olan bağ sahəsini zəbt edərək üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməkdədir. Qeyd olunan torpaq sahəsi xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının adına qeydə alınmışdır. Lakin qeyd olunmalıdır ki, cavabdehin sözügedən torpaq sahəsindən istifadə və sahiblik hüququnun olması üçün yuxarıda qeyd olunan qanun normasındakı əsaslardan heç biri mövcud deyil. Beləliklə, bu hal da cavabdehin başqasının mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə etdiyini sübut edir. xx.xx.2023-cü il tarixli iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və başqa cavabdehin cəlb edilməsinə dair vəsatət verərək bildirmişdir ki, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini, cavabdehlər tərəfindən özbaşına tutulmuş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957 a saylı 0.14 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz sahiblik və istifadəsindən alınaraq İddiaçı qaytarılması və həmin torpaq sahəsinin cavabdehlərin torpaq sahəsindən ayrılması üçün iddiaçı tərəfindən hasarın çəkilməsi və giriş qapısının qoyulması zamanı maneçilik törədilməsinin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə Mülki Prosesual Məcəllənin tələblərinə uyğun olduğundan, yəni qeyd edilmiş hal məhkəmə ekspertiza mərkəzinin vermiş olduğu rəydən sonra tərəflərə məlum olduğundan, məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müadfiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbii qəbul edərək bildirmişdir ki, onun hüquqlarını müdafiə etdiyi Zeynalova Fidan mülki iş üzrə cavabddeh ola bilməz. Belə ki, qeyd edilən torpaq sahəsi Fidanını bibisi olan Cavabdeh2 xüsusui mülkiyyətindədir. Eyni zamanda o bilirmişdir ki, Zeynalova Fidan sadecə qeyd edilən mübahisəli torpaq sahəsində yaşayır, lakin hər bir halda onlar qeyd edilən torpaq sahəsinə hasar çəkilməsinə və giriş qapısının qoyulmasına razılıq vermir. xx.xx.2023-cü il tarixdə cavabdeh etiraz ərizəsi ilə müraciət edərək, iddiaçı X2 ona qarşı “torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsinə dair” iddia ərizəsini qəbul etmir. İddiaçı X2 nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, guya Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindəki 957a saylı torpaq sahəsi tərəfindən zəbt edilmişdir. İzzətxanım Əliyevanın həmin tələbləri əsassızdır və hər hansı faktla təsdiq olunmur. Etirazını aşağıdakı faktlarla əsaslandırır: 1. Mübahisəli bağ sahəsi heç vaxt onun istifadəsində və sahibliyində olmamışdır, həmin bağ sahəsinin ona hər hansı aidiyyatı yoxdur və olmamışdır, heç vaxt həmin bağdan istifadə etməmiş və hər hansı tikili inşa etməmişdir. İddia tələbinin guya tərəfindən həmin bağ sahəsinin zəbt edilməsi və tikililər aparılması barədə dəlilləri əsassızdır. 2. İzzətxanım Cavadovanın həmin bağ sahəsinə hüquqları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin dövrədək mübahisəli bağ sahəsinin kimin mülkiyyətində olması iddiaçıya məlumdur. Hesab edir ki, mübahisəli bağ sahəsinin onun tərəfindən zəbt edilməsi barədə iddia ərizəsinin dəlilləri əsassızdır və hər hansı sübutla təsdiq olunmur. 3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. O, həmin iddia tələbi üzrə cavabdeh ola bilməz, ona görə də cavabdeh əsl cavabdehlə əvəzlənməlidir. Hesab edir ki, iddia tələbi ona münasibətdə əsassız olduğu üçün rədd edilməlidir. 4. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə vəsatəti də əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəzlənməsi barədə yazılı razılıq ərizəsi verilməmişdir, iş artıq məhkəmə baxışı mərhələsindədir, bu mərhələdə cavabdehin dəyişdirilməsi nəzərdə tutulmamışdır. 5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 saylı Bakı Ərazi İdarəsinin 03 fevral 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,19 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,24 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş 28 oktyabr 2022-ci il tarixli 10/6065 saylı ekspert rəyindən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 956 a saylı, 0,14 ha ölçülü bağ sahəsinin sxematik planına uyğun olaraq künc koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Lakin həmin torpaq sahəsinin plan-ölçü sənədinin koordinatlarına əsasən 957 a saylı, 0,14 ha ölçülü bağ sahəsinin naturada yerini müəyyən etmək mümkündür. Mübahisləndirilən torpaq sahələri bir hasarın içərisində olduğu üçün naturada sərhədləri nişanlanmamışdır. Torpaq sahələri bir hasarın içərisindədir. Hesab edir ki, mübahisəli torpaq sahələrinin ölçüləri yerində (naturada) müəyyən edilmədiyindən və iddiaçıya məxsus 957 a saylı, 0,14 ha ölçülü bağ sahəsinin koordinatları bəlli olmadığından iddianın təmini mümkünsüzdür, iddiaçının tələb etdiyi bağ sahəsinin ölçüləri yerindən müəyyən edildikdən sonra iş üzrə yekun qərara gəlmək olar. İddiaçı tərəfindən ona məxsus torpaq sahəsinin konkret olaraq kim tərəfindən zəbt olunması barədə dəqiq qeyd yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 154-cü maddəsini rəhbər tutaraq iddiaçı X2 ona qarşı “torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsinə dair” iddia ərizəsinin ona münasibətdə qanunsuz və əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0.14 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957 a saylı bağ sahəsi xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin AN seriyalı, 416293 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957 a saylı bağ sahəsinin hüquqi sahibi İddiaçıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957 a saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə X7 mülkiyyətindədir. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********69 nömrəli, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli, 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X11nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X11 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 957 a saylı, 0,14 ha ölçülü bağ sahəsinin sxematik planına uyğun olaraq künc koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən torpaq sahəsininin xx.xx.2019-cu il tarixdə verilmiş, Hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəli çıxarışın əlavəsi olan plan-ölçü sənədinin (və çıxarışın elektron bazada yerləşmə mövqeyinin) koordinatlarına əsasən 957 a saylı, 0,14 ha ölçülü bağ sahəsinin naturada yerini müəyyən etmək mümkündür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, Hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957 a saylı 0.14 ha torpaq sahəsində tikili yoxdur. Mübahisələndirilən torpaq sahəsi bir hasarın içərisidə (bir həyətyanı sahə kimi) istifadə edilir sxemdə qeyd edilən çıxarışlara əsasən naturada sərhədləri nişanlanmamışdır. Mübahisələndirilən ölçülmüş torpaq sahəsi bir hasarın içərisidə (bir həyətyanı sahə kimi) istifadə edilir. Ölçülmüş ərazidə mövcud olan tikililərin tikinti norma və qaydalarına uyğun olub-olmaması, tikililərin ölçüləri və təyinatının müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aiddir. - Qeyd edilmiş mütəxəssis rətinə əlavə edilmiş sexmdən müəyyən edilir ki, 1, 2 və 3 nömrələri ilə qeyd edilmiş torpaq sahələri bir hasarın içərisində yerləşir. 1 nömrə ilə qeyd edilmiş torpaq sahəsinin ölçüsü 0.19 ha olmaqla reystr nömrəsi **********41 reystr tarixi xx.xx.2011 olmaqla Cavabdeh2, 2 nömrə ilə qeyd edilmiş torpaq sahəsinin ölçüsü 0.24 ha olmaqla reystr nömrəsi **********46, reystr tarixi xx.xx.2011 olmaqla Cavabdeh2, 3 nömrə ilə qeyd edilmiş torpaq sahəsi isə X1 adına xx.xx.2011-ci il tarixindən qeydiyyat alınmış ərazisi 0.14 ha ola olan torpaq sahasi **********44 reystr nömrəli çıxarış xx.xx.2019-cu il tarixli ********** nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixindən X3 adına keçmişdir. Qeyd edilən sixmdən müəyyən edilir ki, 3 nömrəli torpaq 1 və 2 nömrəli torpaq sahəsinin orta hissəsində yerləşir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.20223-cü il tarixli, **********15 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.19 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatli torpaq sahəsi və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.24 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmış və hal-hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6065 nömrəli ekpert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********69 nömrəli, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı və Bakı ətrafı bağ sahələrinə dair Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində heç bir məlumatın olmaması və bağ sahələrinin ilkin sənədlərinin müarciətə əlavə edilməməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 957 a saylı, 0,14 ha ölçülü bağ sahəsinin sxematik planına uyğun olaraq künc koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən torpaq sahəsininin xx.xx.2019-cu il tarixdə verilmiş, Hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəli çıxarışın əlavəsi olan plan-ölçü sənədinin (və çıxarışın elektron bazada yerləşmə mövqeyinin) koordinatlarına əsasən 957 a saylı, 0,14 ha ölçülü bağ sahəsinin naturada yerini müəyyən etmək mümkündür.Mütəxəssi rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957 a saylı 0.14 ha torpaq sahəsində tikili yoxdur, mütəxəssis rəyinə əsasən mübahisələndirilən torpaq sahəsi bir hasarın içərisində istifadə edilir, sxemdə qeyd edilən çıxarışlara əsasən naturada sərhədləri nişanlanmışdır. Mütəxəssis rəyinə əsasən Mübahisələndirilən ölçülmüş torpaq sahəsi bir hasarın içərisində istifadə edilir. Qərardadın beşinci sualına ərazidə mövcud olan tikililərə dair hər hansı bir sənəd olmadığından həmin tikililərin tikinti norma və qaydalarına uyğun olubolmaması barədə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə, mülki iş matriallarına əlavə olunmuş mütəxəssis rəyindən məlum olur ki, iddiaçıya məxsus ümumi sahəsi 0.12 ha olan Bakı şəhəri Sabunçu Rayonu Nardaran qəsəbəsi 957a saylı torpaq sahəsi Cavabdeh2 məxsus olan ümumi sahəsi 0.19 ha və 0.24 ha olan Bakı şəhəri Sabunçu Rayonu Nardaran qəsəbəsində yerləşən 956, 954 və 954A torpaq sahələri daxilində vahid hasara alınmışdır. İddiaçıya məxsus torpaq sahəsi mütəxəssis rəyində göstərilmiş sxemə uyğun olaraq 956 və 954, 954a torpaq sahələrinin orta hissəsində yerləşir. Məhkəmə icalsı zamanı cavabdeh X5 nümayəndəsi və vəkilinin vermiş olduğu izahatından məlum olur ki, hazırda Cavabdeh2 məxsus olan Bakı şəhəri Sabunçu Rayonu Nardaran qəsəbəsində yerləşən 956, 954 və 954A torpaq sahələri X5 istifadəsindədir və o, bir hasarın içində yerləşən torpaq sahəsindən iddiaçıya məxsus olan torpaq sahəsinin ayrılaraq, ona hasar çəkilməsinə və qapı qoyulmasına narazı olaraq buna maneələr yaradır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin hərəkəti iddiaçının konistitusiyon hüququ ilə müdafiə olan mülkiyyətin hüququna maneə olduğundan, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957 a saylı 0.14 ha torpaq sahəsi cavabdehlər X5 və Cavabdeh2 qanunsuz sahiblik və istifadəsindən alınaraq iddiaçıya qaytarılmalı, Cavabdehlər X6 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957 a saylı 0.14 ha torpaq sahəsinə hasar çəkilməsi və giriş qapısının qoyulmasına maneçilik törədilməsi cavabdehlərə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 50 (əlli) manat ekspertiza xərci cavabdehlər X4, Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ümumi sahəsi 0.14 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957A nömrəli ünvanında yerləşən torpaq sahəsi cavabdehlər X5 və Cavabdeh2 qanunsuz sahiblik və istifadəsindən alınaraq iddiaçıya qaytarılsın. Cavabdehlər X6 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ümumi sahəsi 0.14 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957A nömrəli torpaq sahəsinə hasar çəkilməsi və giriş qapısının qoyulmasına maneçilik törədilməsi qadağan edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər X4, Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. 50 (əlli) manat ekspertiza xərci cavabdehlər X4, Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyya Nazirliyi Məhkəmə Eksperiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-115/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-115/2023
03.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver