Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-115/2025 17.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk verilmiş iddia üzrə iddiaçı və mülki işə birləşdirilmiş iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı, İlk verilmiş iddia üzrə iddiaçı və mülki işə birləşdirilmiş iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk verilmiş iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili, eyni zamanda birləşdirilmiş mülki iş üzrə X15 nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22 və Bakı şəhəri Sabunçu rayon Ramana Bələdiyyəsi olmaqla “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə, iddiaçı X15 cavabdeh “İri Şəhərlərin X28 Xidməti” X26rşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı olmaqla “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, Bakı şəhəri Sabunçu rayon Ramana Bələdiyyəsi olmaqla “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdiyi ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Xankəndi küçəsi, 2-ci döngədə yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X22 cavabdeh “İri Şəhərlərin X28 Xidməti” X26rşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı olmaqla “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X28 Xidməti” X33 ilə İddiaçı arasında bağlanan “Su təchizarı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” xx.xx.2023-cü il tarixli, 47605607 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında olan həmin mənzilə dair müqavilənin yenidən onun adına bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X28 Xidməti” X29 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan baş vermiş avtomobil qəzası nətizəsində ömürlük İ dərəcəli əlil olmuşdur. Əlil olduqdan sonra o, tanışı X22 ilə iş birliyi quraraq müxtəlif sahələrdə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Bir müddət birlikdə çalışdıqdan sonra İsmayılov Elşənin pis vərdişlərə qurşandığını bilmiş və onunla haqq-hesab etmək qərarına gəlmiş və nəticədə Elşənin ona külli miqdarda borcu olduğu məlum oldu. Aparılan danışıqlardan sonra Elşən hal-hazırda pulu olmadığını, pulun əvəzinə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Xankəndi küçəsi, 2-ci döngədə yerləşən özünə məxsus fərdi yaşayış evinin onun adına keçirilməsi barədə razılığa gəlmişlər. Bundan sonra Elşən ərazi üzrə Sabunçu rayonu, Ramana Bələdiyyəsinə gələrək Sabunçu rayonu, Ramana qəsəbəsi, Xankəndi küçəsi, 2-ci döngədə inşa edilmiş və ona məxsus sahəsi 132 kv. metr olan tikilinin və 200 kv.metrə yaxın torpaq sahəsinin onun adına keçirilməsi və Bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmağına razılıq verməsi ilə bağlı ərizə vermişdir. Elşən İsmayılovun ərizəsi əsasında qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi Sabunçu rayonu Ramana Bələdiyyəsində onun adına dəyişdirildi və o vergi ödəyicisi kimi qeydiyyata alımışdır. Bundan sonra onun həmin fərdi yaşayış evinə aid bütün kommunal (işıq, qaz və su) sahələr üzrə abonent kimi müqavilələr bağladı. Bütün bunlardan sonra o, ailəsi ilə birlikdə həmin ünvana köçmüşlər. Lakin yuxarıda qeyd etdiyi kimi o, birinci dərəcəli əlildir. Həmin fərdi yaşayəş evində müəyyən işlərin görülməsi zərurəti (təmir baxımından) yarandığından onlar oradan hal-hazırda yaşadığı mənzilə köçmüşlər. Bu məqələ (təmir işlərinin aparılması) o, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Xankəndi küçəsi, 2-ci döngədə yerləşən fərdi yaşayış evində təmir işlərinə başlamışlar. Ustalar cəlb olundu, təmir üçün lazım olan materiallar alındı. Təmir işləri aparan ustalar təmir işləri yekunlaşan ərəfədə səhər həyətə daxil olmaq istədikdə həyət darvazasının kilidinin dəyişdirildiyindən oraya girə bilməyiblər. Onunla telefonla əlaqə saxlayaraq bu bərədə məlumat verdilər. Onlar həmin fərdi yaşayış evinə gələrək məsələni aydınlaşdırmaq istədikdə məlum oldu ki, mənə evi vermiş X15 həyat yoldaşı və hazırkı iş üzrə cavabdeh-Cavabdeh1, onun qardaşı və bu iş üzrə cavabdeh-Cavabdeh2 ona məxsus fərdi yaşayış evinin giriş qapısının kilidini qıraraq (sonradan kilidi dəyşmişlər) oraya daxil olmuşlar. Onlar onlarla (cavabdehlərlə) yaranmış vəziyyəti aydınlaşdırmaq istədikdə onlar onu təhqir edərək ona məxsus həyətdən zorla çıxardılar. O, (həyat yoldaşı) bu barədə ərazi üzrə Sabunçu RPİ- nin 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdim. Uzun müddətdən sonra, yenidən ərizə yazmış və nəhayət ərzəsinə cavab verərək, məsələnin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, birinci dərəcəli əlildir. Onun başqa yaşayış yeri yoxdur. Cavabdehlərin ona məxsus fərdi yaşayış evini zəbt etmələri səbəbindən o, kirayənişin kimi yaşamaq məcburiyyətində qalmışdır. Bunları göstərməkdə məqsəd Sabunçu rayonu, Ramana qəsəbəsi, Xankəndi küçəsi, 2-ci dalanda yerləşən fərdi yaşayış evinin ona aid olmasına aydınlıq gətirməkdən ibarətdir. Cavabdehlər-Cavabdeh1 və onun qardaşı Cavabdeh2 ona məxsus yaşayış sahəsini zəbt etməsi onun hüqularını pozmuşdur. Bunun nəticəsində o, həmin yaşayış sahəsində yaşamaq, orada təmir işləri aparmaq, yaşayəş sahəsi ilə bağlı bu və ya digər formada sərəncam vermək hüququndan məhrum olmuşdur. Birləşdirilmiş iş üzə iddiaçı X22 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 fərdi yaşayış evi o, İddiaçı təzyiqləri və hədə-qorxusu nəticəsində vermişdir. Ona görə də həmin ərizəni verdiyi Bakı şəhəri 24 saylı notariat ofisinə gedərək ləğv etdirmişdir. Bundan sonra o, həmin abonent müqaviləsinin ləğv edilərək yenidən onun adına keçirilməsi barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X28 Xidməti” X33 müraciət etmişdir. Lakin əfsuslar olsun ki, o, 2 dəfə cavabdehə müraciət etsə də, həmin müraciətlərindən 5 aydan çox müddət keçməsinə baxmayaraq, bu günə kimi ona rəsmi cavab verilməmişdir. Bu isə qanunvericiliyin tələblərinin pozulması deməkdir. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2014-ci il tarixli 262 nömrəli “Sudan istifadə Qaydalan”nın tələblərinə görə hər hansı bir yaşayış evinə təbii suyun verilməsi tələb olunarsa, ondan həmin evə dair müvafiq sənədlər tələb olunur. Lakin işin hallarından da görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X28 Xidməti” X36 ilə İddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli, 47605607 saylı müqavilə tərtib olunan zaman İddiaçı tərəfindən təbi suyun istifadə olunduğu mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Bu müqavilə yalnız onun notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən tərtib edilmiş, onun adına olan abonent kodu həmin ərizə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. Qeyd etmişdir ki, onunla İddiaçı arasında borc münasibətləri olduğu üçün o, ona hədə-qorxu gəlmiş, təzyiqlər göstərmiş və yalnız rəsmiyyət xatirinə bu müqavilənin bağlanmasını bildirmişdir. Ona görə də o, məcbur olub həmin ərizəni imzalamışdır. Lakin sonradan İddiaçı onun evinə hücum edərək zor gücünə onu yaşadığı evdən çıxarmağa cəhd etmişdir. Ona görə də o aldandığını bilərək yenidən notariat ofisinə müraciət edərək həmin razılıq ərizəsini ləğv etdirmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı və birləşdirlmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı öz iddiasını müdafiə edərək təmin olunmasını, X15 iddiasının rədd olunmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı və birləşdirlmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İddiaçı iddiasını müdafiə edərək təmin olunmasını, X15 iddiasının rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 və birləşdirilmiş mülki iş üzrə X15 nümayəndəsi və vəkili X4 Elxan İbrahim oğlunun iddiasının isə rədd olunmasını xahiş etmiş, eyni zamanda bildirmişdir ki, sözügedən fərdi yaşayış evi Elşən İsmayılova məxsus olmamış, Tovuz adlı qadına məxsus olmuşdur. Həmin evi lakin müvəqqəti yaşayış üçün X17 və onun ailəsi vermişdir. Nə qədər ki, sözügedən fərdi yaşayış evi Tovuz adlı qadına məxsusdur, həmin evi Elşən İsmayılov onu öz borcu üçün iddiaçıya vermək hüququ olmamışdır. İlk verilmiş iddia tələbinin rədd edilməsini, birləşdirilmiş mülki iş üzrə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak ilk iddia üzrə Cavabdeh1 və birləşdirilmiş mülki iş üzrə X15 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, İddiaçı İsmayılova Elşənə təxminən 75.000 manat faizə borc vermiş, Elşən İsmayılov isə həmin pulun qarşılığında 95000 manat pul qaytarmışdır. Lakin pulu qaytarmasına dair qəbz yoxdur. Lakin onun Elxana olan borcundan 2-3 min manat borcu qalmış, həmin borca görə aralarında söz-zöhbət yaranmış, söz-söhbət olmasın deyə o hazırki mübahisə predmenti olan evi İddiaçı vermişdir. Lakin həm torpaq sahəsi və ev Elşənə məxsus olmamış, Tovuz adlı qadına məxsus olmuşdur. Elşəngilinin ailəsinin vəziyyəti ağır olduğundan Tovuz adlı qadın Nurlanə və Elşənə müvəqqəti istifadə üçün sözügedən evi vermişdir. Cavabdeh2 Elşənin arvadının qardaşıdır və Tovuz adlı qadında məhz onun arvadının qohumudur. X23 ilə İsmayılov Elşən arasında nikah münasibətləri davam edir. İlk iddia üzrə digər Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon Ramana Bələdiyyəsinə, birləşdirilmiş iş üzrə cavabdeh “İri Şəhərlərin X28 Xidməti” X35 nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, digər proses iştirakçıları iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştiark edən “İri Şəhərlərin X28 Xidməti” X35 nümayəndəsi iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilmə, birləşdirilmiş iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan X15 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Xankəndi küçəsi, 2-ci döngədə yerləşən 132 kv.m əmlak və 150 km torpaq sahəsi İddiaçı Ramana Bələdiyyəsində vergi ödəyicisi kimi adına keçməsinə heç bir etirazı yoxdur. Ramana Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yerli büdcənin vergi ödəyicisi olan şəhadətnamədən görünür ki, İddiaçı ünvan 3 ünvanının vergi ödəyicisidir (YVÖK-18081xxxxxxx). Azəriqaz İB ilə İddiaçı arasında bağlanmış qaz paylayıcısı iləməoşət qaz qurğusu arasında qazın alqı-satqsı barədə xx.xx.2023-cü il tarixli AKX-05591xx/xx-2023 nömrəli müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bünyatzadə küçəsi ünvanında yerləşən fərdi yaşayış evi üzrə qaz istehlakçısı kimi qeydiyyatdan keçmişdir. Azərsu ASC ilə İddiaçı arasında bağlanmış su təchizatı və tullantı sularının axıdılması barədə xx.xx.2023-cü il tarixli 47605607 nömrəli müqavilədən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzrə su istehlakçısı kimi qeydiyyatdan keçmişdir. Azərişıq ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 642590 nömrəli müqavilədən görünür ki İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bünyatzadə küçəsi ünvanında yerləşən fərdi yaşayış evi üzrə elektrik enerjisinin istehlakçısı kimi qeydiyyatdan keçmişdir X15 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2023-cü ildə Bİ-2198 reyestr nömrəsi ilə Bakı şəhəri 24 saylı Notariat Ofisinə təqdim etdiyi ərizədən imtina etdiyini və abonent kodunun öz adına qaytarılmasını bildirmişdir. İş materiallarında olan X15 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2023-cü ildə Bİ-2197 reyestr nömrəsi ilə Bakı şəhəri 24 saylı Notariat Ofisinə təqdim etdiyi ərizədən imtina etdiyini və abonent kodunun öz adına qaytarılmasını bildirmişdir. İş materiallarında olan X15 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2023-cü ildə Bİ-2196 reyestr nömrəsi ilə Bakı şəhəri 24 saylı Notariat Ofisinə təqdim etdiyi ərizədən imtina etdiyini və abonent kodunun öz adına qaytarılmasını bildirmişdir. Naxçıvan MR Şərur rayon Tənənəm kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2007-ci ildə verilmiş AZ-İ seriyalı 257012 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X22 ilə X18 xx.xx.2007-ci ildə nikaha daxil olaraq bu barədə 09 nömrə ilə nikah akt qeydində qeyd edilmişdir. Nikahdan sonra ərə İsmayılov, arvada İsmayılov soyadı verilmişdir. xx.xx.2023-cü il tarixli 112 nömrəli Sabunçu rayon Ramana Bələdiyyəsinin məktubundan görünür ki, X22 və Cavabdeh1 bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyatdan keçməyib, onların qəsəbə ərazisində yaşayıb yaşamamaları barədə heç bir məlumat yoxdur. Bakı şəhəri Sabunçu İcra Hakimiyyətinin xx.xx.2006-ci il tarixli 1/444 nömrəli məktubundan görünür ki, X3 X30 küçəsində fərdi yaşayış evinin tikintisi üçün 300 kv metr torpaq sahəsinin orada mühəndis qurğularının (elektrik, qaz, su, kanalizasiya, telefon və.s) mövcudluğunu rayonun müvafiq təsərrüfatları ilə razılaşdırılaraq “Bələdiyyələr haqqındaı ” ki, mövcud qanunun tələblərinə riayət etməklə sənədləşdirilməsinə etiraz etmirlər. Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli alqısatqı müqaviləsindən görünür ki, Ramana Bələdiyəsinin 31 nömrəli qərarına əsasən X2 rayonu, Bünyatzadə küçəsində yerləşən 300 kv metr torpaq sahəsini fərdi yaşayış evi tikmək üçün satılmışdır. xx.xx.2006-cı il tarixli, 32 nömrəli sərəncamdan görünür ki, Bakı şəhəri Yeni Ramana qəsəbəsi Bünyatzadə küçəsində yerləşən 300 kv metr torpaq sahəsinin X6 mülkiyyətinə ayrılmışdır. xx.xx.2024-cü il tarixli 09 nömrəli Sabunçu rayon Ramana Bələdiyyəsinin məktubundan görünür ki, X22 2010-2012-ci illərdə Ramana Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. xx.xx.2023-cü il tarixdən etbarən X15 şəxsi razılıq ərizəsi əsasında İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Xankəndi küçəsi döngə 2 olan əmlak və torpaq Ramana Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 13 nömrəli Sabunçu rayon Ramana Bələdiyyəsinin məktubundan görünür ki, Sabunçu rayon Ramana Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 32 saylı sərəncamı əsasında vətəndaş X8 mülkiyyətinə verilmiş 300 kv metr torpaq sahəsinin Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Xankəndi küçəsi İİ döngədəki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstı düşməsi müəyyən edilmədi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 12 nömrəli Sabunçu rayon Ramana Bələdiyyəsinin məktubundan görünür ki, X22 2010-cu ildə Ramana Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. xx.xx.2023-cü il tarixdən etbarən X15 şəxsi razılıq ərizəsi əsasında Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Xankəndi küçəsi 2 döngədə istifadə olunan 132 kv çetr əmlak və 150 kv metr torpaq sahəsi İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-5781/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, 1. Sabunçu rayon Ramana Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 32 saylı sərəncamı əsasında X6 mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsinin və Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, Xankəndi küçəsi İİ döngədəki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhədi və koordinatları müəyyən edilsin. Cavab: Bildiririk ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.02 ha təşkil edir. Torpaq sahəsi ümumi daş hasar daxilində olmaqla üzərində 9.0x12.0 ölçülərdə yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 0.02 ha torpaq sahəsinin koordinatları əlavə olunur. 2. Göstərilən Sabunçu rayon Ramana Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 32 saylı sərəncamı əsasında X6 mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsinin Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, Xankəndi küçəsi İİ döngədəki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhədieri üst-üstə düşürmü, əgər düşürsə, hansı hissədə düşməsi və koordinatları müəyyən edilsin.Cavab: Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə 200.0 kv.m təşkil edir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sahədən 103-140 metr aralıda göl-gölməçə yerləşir. Torpaq sahəsinə dair bələdiyyə qərarı və ya cizgi (sxem) təqdim edilməyib. X15 "xxxx" ASC-nə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ünvan 5 ünvanındakı mənzilə xidmət edən təbii su xətdindən istıfadəyə dair müqavilənin İddiaçı adına dəyişdirilməsini barədə notarial ərizə vermişdir. Qeyd etmişdir ki, həmin ərizəni İddiaçı təzyiqləri və hədə-qorxusu nəticəsində vermişdir. Ona görə həmin ərizəni Bakı şəhəri 24 saylı Notariat ofisində ləğv etdirmişdir. Bu halları nəzərə alıb həmin mənzilə dair abonent kodunun təkrar onun adına rəsmilışdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli 3-21-3-30/2-5924/2026 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçı ilə ünvana baxış keçirilməsi üçün əlaqə saxlanılsa da, cavabdeh tərəfindən daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaradılmadı. Əvvəlki müraciət zamanı göstərilən torpaq sahəsi faktiki olaraq 0.02 ha təşkil edir. Torpaq sahəsi ümumi daş hasar daxilində olmaqla üzərində 9.0x12.0 ölçülərdə yaşayış evi mövcuddur. Faktiki c araq göstərilən 0.02 ha torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə 200.0 kv.m təşkil edir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sahə Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Sahədən 103-140 metr aralıda göl-gölməçə yerləşir. Bundan əlavə sahəyə dair təqdim edilmiş cizgidə dəqiq istinadlar və məsafələr olmadığında sahənin yerini təyin etmək mümkün olmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 337.1ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Beləliklə məhkəmə ilk öncə qeyd edir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, X15 İddiaçı borcu olduğunu, bu səbəbdən özünə məxsus olduğunu iddia etdiyi özbaşına tikili olan fərdi yaşayış evini İddiaçı borcunun qarşılığında vermiş, bundan sonra İsmayılov Elşən və onun ailə üzvüləri olan hazırki iş üzrə cavabdeh olan Cavabdeh1 ilə birlikdə evi tərk etmiş, iddiaçı isə həmin evdə təmir işləri görməyə başlamlışdır. Lakin müəyyən müddətdən sonra cavabdeh İsmayılova Nuralənə və Cavabdeh2 həmin evə daxil olaraq iddiaçını evə buraxmamışdır. Hazırda İddiaçı məhkəmyə müraciət edərək evə daxil olan şəxslərin evdən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili sözügedən fərdi yaşayış evinin cavabdehlər olan Cavabdeh1 və onun qardaşı olan Cavabdeh2 qohumu olan Tovuz adlı qadına məxsus olduğunu və buna dair torpaq sahəsinin X7 ayrılmasına dair sərəncamını və torpaq sahəsnin yerləşməsinə dair çizgi-sxemi məhkəməyə təqdim etmişdir. Bundan sonra məhkəmə hazırki mübahisə edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə İsmayılova Tovuza ayrılmış torpaq sahəsinin üt-üstə düşüb düşməməsini müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin etmiş, lakin cavabdeh tərəf evin yerləşdiyi torpaq sahəsinə baxış keçirilməsinə şərait yaratmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfin irəli sürmüş olduğu hal əsaslı hesab edilmir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, hazırda Cavabdeh1 vəkili sözügedən evin ona məxsus olmadığını bildirsədə, məhz həmin vəkilin hüquqlarını müdafiəy etdiyi hazırki mülki işə birləşdirilmiş iddiaçı X16 iddia ərizəsində sözügedən fərdi yaşayış evinin ona məxsus olduğunu etiraf etmişdir. Beləliklə məhkəmə hesab edir ki, nə qədərki sözügedən fərdi yaşayış evi İddiaçı X20 tərəfindən ona olan borcu qarşılığında verilmişdir və həmin evi iddiaçıya verilən zaman X14 həyat yoldaşı olan Cavabdeh1 buna razılığ verərək sözügedən evi boşaldaraq təhvil vermişdir, cavabdehlərin həmin evə yenidən daxil olaraq iddiaçının özbaşına tikilidən məhrum etməsi qanunsuz hesab edilməli və İddiaçı iddia tələbi təmin edilərək cavabdehlər sözügedən fərdi yaşayış evindən çıxarılmalıdır. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə iştirak edən ilk verilmiş iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili, eyni zamanda birləşdirilmiş mülki iş üzrə X15 nümayəndəsi və vəkili X1 Elşən Şükür oğlunun İddiaçı 75000 manat borcun qarşılığında 95000 manat pul ödəmiş olduğunu bildirsədə, burcun ödənməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan sonra məhkəmə iddiaçı X15 cavabdeh “İri Şəhərlərin X28 Xidməti” X26rşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı olmaqla “müqavilənin etibarsız hesab edilməsi” tələbinə münasibət bildirərək qeyd edir ki, işin hallarından görünür ki, “İri Şəhərlərin X28 Xidməti” X33 ilə İddiaçı arasında bağlanan “Su təchizarı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” xx.xx.2023-cü il tarixli, 47605607 saylı müqavilə məhz iddiaçının özünün yazılı razılığı əsasında bağlanmışdır və yazılı razılığın verilməsi üçün hər hansı bir məcbur etmə halı mülki işdən müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Xankəndi küçəsi, 2-ci döngədə yerləşən özbaşına tikili olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın və özbaşına tikil olan fərdi yaşayış evi İddiaçı təhvil verilsin. İş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilsin. İddiaçı X15 cavabdeh “İri Şəhərlərin X28 Xidməti” X26rşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı olmaqla “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-115/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-115/2025
17.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver