Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1163/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (əri) Karayol Zahitin, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Sirac qızının Cavabdeh ASC-yə qarşı aktın ləğv edilməsi, borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Sirac qızı Cavabdeh ASC-nin Sabunçu rayon Su Kanalına qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, **********002 №li abonent kodundan 377,63 manat borcun silinməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə əsl olmayan cavabdehi əsl olan Cavabdeh ASC ilə əvəz etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017- ci ildə oğlu ilə birgə yaşadığı və onun adına olan ünvan 1 ünvanındaki həyət əvimə görə abonəntlik yaradıb su və kanalizasya xidmətlərindən istifadə etmək istəmişqdir. İdarədə nümayəndə məlumat vərərərk bildirmişdir ki, sayğaça görə və ya əvdə yaşayan əhali sayına görə aylıq standart ödənişlə sudan limitsiz istifadə edə bilər. İddiaçı da ikinci variantı seçmişdir. Lakin ona iki nəfər əvəzinə dörd nəfər ailə tərkibi üçün hesablamalar aparılmış və 377,63 manat borc hesablanmışdır. Cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “ Sudan istifadə qaydaları” nın 7.4-cü bəndinə əsasən ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq 4 nəfər olmaqla aparrılır. Qeyd olunan fərdi yaşayış evinin su xəttinə sayğacın quraşdırılması məqsədəuyğundur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) Karayol Zahit izahat verərək iddianın təmin edilməsini zahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı Sirac qızı xx.xx.2011-ci il tarixli 29121575 №-li müqavilə əsasında ünvan 1 ünvanında abonent kimi (abonent kodu **********002) Cavabdeh ASC kimi qeydiyyata alınmşıdır. Onun ailə tərkibi 4 nəfər kimi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının ailə tərkibinin 2 nəfər olduğu müəyyən edilmişdir. Abonent kartından iddia verilən dövrdə iddiaçının qalıq borcun isə 377,63 manat olduğu görünür. Həmin borcun 137,43 manat olan hissəsi 2016-cı ilə hesablanmış borcdur. Hazırda iddiaçı 377,63 manat borcun silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011 -ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62ci maddəsindən göründüyü kimi, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “ Sudan istifadə qaydaları” nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır, 7.11. İstehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 (on) iş günü müddətində hesabı təqdim etmiş STKM-ə yazılı şəkildə müraciət edə bilər. Qeyd edildiyi kimi, 137,43 manat olan hissəsi 2016-cı ilə hesablanmış borcdur. Məhkəmə hesab edir ki, həmin borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2, 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Odur ki, məhkəmə hesab edir ki, 2016-cı ildən artıq 6 ildən çox keçdiyinə görə həmin tələb qüvvəsini itirmişdir. Məhkəmə hesab edir ki, qalan 240,20 manat (377,63 manat - 137,43 manat) borcun yarısı, yəni 120,10 manat da silinməlidir. Belə ki, qeyd edildiyi kimi, iddiaçının ailə tərkibi iki nəfərdən ibarət olduğu halda, ona 4 nəfər ailə tərkibi ilə hesablamalar aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, 257,53 manat (377,63 - 137,43 - 120,10) silinməli, iddia 120,10 manatın silinməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. 257,53 manat borc İddiaçı Sirac qızının **********002 №-li abonent kodundan silinsin. İddia 120,10 manatın silinməsi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1163/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1163/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver