Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1168/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, ərizəçi X7, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə ərizəçi X7 "X5nun ölümündən sonra vərəsəsi kimi tanınması və ondan qalan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi ev 1A miras əmlakdan payın ayrılması" barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdim: Ərizəçi Əliyeva Tamilə (əvvəlki adı - Tamilla) Əli qızı "X5nun ölümündən sonra vərəsəsi kimi tanınması və ondan qalan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi ev 1A miras əmlakdan payın ayrılması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, X5, anası isə X2r. Ailə həyatı qurana qədər X5nun mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev (Proletar) küçəsində yerləşən 1A nömrəli fərdi yaşayış evində yaşamışdır. O, xx.xx.1992-ci ildə Nümayəndə ilə ailə qurmuş və ünvan 1 ünvanına gəlin köçmüş, bir müddət sonra həmin ünvan üzrə pasport qeydiyyatına alınmışdır. X5 xx.xx.2013-cü ildə dünyasını dəyişmişdir. Atasının ölümündən sonra Bakı şəhəri 4 saylı dövlət notariat kontoru tərəfindən verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən, mərhumun adına olan daşınmaz əmlakdan vərəsələri X4, X13 və X14 hər biri bərabər payda (hər biri 1/3 hissə) irs almışlar. Vərəsəlik işi açıldığı zaman ona Bakı şəhəri 4 saylı dövlət notariat kontoru və ailə üzvləri bu barədə heç bir məlumat verməmişlər. X1 xx.xx.2023-cü ildə dünyasını dəyişmişdir. Anasının ölümündən sonra 2024-cü ilin əvvəlində Bakı şəhəri 4 saylı dövlət notariat kontoru tərəfindən o, notariat kontoruna dəvət edilmiş, orada ona müvafiq sənədlərə imza etdirilmişdir. Hüquqi savadı olmadığı üçün, imza çəkdiyi sənədlərin nədən ibarət olduğunu bilməmişdir. O, xx.xx.2024-cü ildə 2 saylı Bakı "ASAN xidmət" mərkəzindən "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" almışdır. Sonradan məlum olmuşdur ki, 2013-cü ildə atası vəfat etdikdən sonra anası Firəngiz, bacısı Rəna və qardaşı Eldar arasında hər biri bərabər payda (hər biri 1/3 hissə) miras əmlak olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi ev 1A-ya dair hər biri çıxarış almışlar. Ona isə anasının adına olan mirasdan 1/3 hissə ayrılmışdır. Atasından qalan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi ev 1A miras əmlaka payları bölünəndə Bakı şəhəri 4 saylı notariat kontoru onu nəzərə almamışdır. Bu barədə xx.xx.2024-cü ildə rəsmi qaydada vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 4 saylı notariat ofisinə müraciət etdikdə, notariat ofisinin xx.xx.2024-cü il tarixli 197 nömrəli cavabı ilə X5nun adına Bakı şəhəri 4 saylı notariat ofisində açılmış xx.xx.2013-cü il tarixli vərəsəlik işi üzrə müəyyən edilmiş vərəsələr dairəsinə müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyini, qeyd olunan iş üzrə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciətinin və miras əmlakdan ona payın ayrılması müəyyən edilmədiyi, miras əmlakdan payın ayrılmasına dair müvafiq məhkəməyə müraciət etməyinin zəruri olduğu tövsiyə edilmişdir. Məhkəmə hazırkı işin ərazi aidiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. "Elektron məhkəmə" informasiya sistemində olan məlumatlardan görünür ki, ərizəçi X10 ünvan 2 ünvanında qeydiyyatdadır. Belə olan halda, onun ərizəsinə baxılması Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Göründüyü kimi, hazırkı iş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına aidiyyət qaydalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də iş ərizəçinin yaşadığı yer üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmağa verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, qərara aldım: X7 "X5nun ölümündən sonra vərəsəsi kimi tanınması və ondan qalan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi ev 1A miras əmlakdan payın ayrılması" barədə iddiasına dair mülki iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmağa verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X15.
Məhkəmə qərarları › İş №2(008)-1168/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1168/2025
15.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver