Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1178/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə doğum faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə ərizə ilə (dəqiqləşdirilmiş tələblə) barədə ərizə ilə məhkəməyə müraciət edərək atası Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistanın Əzizbəyov rayonunda doğulması, atasının X2, anasının X5, hər ikisinin milliyyətcə azərbaycanlı olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdə Ermənistanın Əzizbəyov rayonunda doğulmuş, doğum haqqında şəhadətnaməni Ermənistanda almış, həmin şəhadətnamədə atasının X2, anasının X5, hər ikisinin milliyyətcə azərbaycanlı olması qeyd olunmuş, həmin şəhadətnamə əsasında SSR pasportu almış, 80-ci illərdə qaçqın düşdükdən sonra Xocalı rayonu Malıbəyli kəndində yaşamış, orada qeydiyyat düşərək Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almış, lakin 1992-ci ildə Xocalı rayonundan məcburi köçkün kimi Bakı şəhəri Sabunçu rayonunda məskunlaşmışdır. Onun özündən başqa beş qardaş-bacısı var:
1. xx.xx.1966-cı il təvəllüdlü X7,
2. xx.xx.1973-cii il təvəllüdlü Behbudova (Murtuzayeva) Gülbəniz İbrahim qızı,
3. 15.03.1961 -ci il təvəllüdlü X12,
4. 25.08.1968-ci il təvəllüdlü X8,
5. X9. Hazırda əmlak işi ilə bağlı doğum haqqında şəhadətnamə tələb olunur, lakin həmin şəhadətnamə Xocalı rayonunda itmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistanın Əzizbəyov rayonunda doğulmuşdur, Xocalı rayonunda qeydiyyatdadır, Bakı şəhəri Sabunçu rayonunda məcburi köçkün kimi məskunlaşmışdır (AA1829127 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, elektron məhkəmə sistemindən əldə edilmiş məlumat, arayış). Məhkəməyə teleqram vurmuş Behbudova (Murtuzayeva) Gülbəniz İbrahim qızı ərizəçinin onun doğma bacısı olduğunu təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş Ermənistan Respublikaıs Əzizbəyov rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.1973-cü il tarixdə verilmiş İ-SL seriyalı 340146 №-li doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1973-cü il tarixdə Ermənistan Respublikaıs Əzizbəyov rayonunda doğulmuş X1 atası X2, anası X5, hər ikisinin milliyyətcə azərbaycanlıdır. X3 xx.xx.2011-ci il tarixdə X13 ilə nikahını bağladıqdan sonra “Behbudova» soyadını qəbul etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X7 ərizəçinin onun doğma bacısı olduğunu təsdiq etdi. Ermənistan SSR, Əzizbəyov VVAQ börosu tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş İ-ZJ seriyalı ******* №-li doğum haqqında şəhadətnamədən jörünür ki, xx.xx.1966-cı il tarixdə doğulmuş X4 atası X2, anası X5, hər ikisinin milliyyətcə azərbaycanlıdır. X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür (AZ-İ seriyalı 943267 №-li ölüm haqqında şəhadətnamə). X2 xx.xx.2019-cu il tarixdə ölmüşdür (AZ-İ seriyalı 699541 №-li ölüm haqqında şəhadətnamə). Hazırda ərizəçi özünün doğum faktının müəyyən edilməsini istəyir. Bakı şəhəri 4 saylı Bakı “ASAN xidmət” X18 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi faktın müəyyən edilməsi ilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşliq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə …doğumun… qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyrimümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin 6-cı hissəsinə əsasən insan hüquqlarının həyata keçirtməsinə dövlət nəzarət edir. Yuxarıda qeyd olunan hallardan görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistanın Əzizbəyov rayonunda doğulmuşdur, atası X2, anası X5, hər ikisinin milliyyətcə azərbaycanlıdılar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistanın Əzizbəyov rayonunda doğulması, atasının X2, anasının X5, hər ikisinin milliyyətcə azərbaycanlı olması müəyyən edilsin. Məhkəmə qətnaməsi Ərizəçi barəsində doğum akt qeydinin açılması və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən 1 ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova