Məhkəmə qərarları › İş №2(008)-1184/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1184/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1184/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X19 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “tam maddi məsuliyyət və borc müqaviləsi üzrə pul tələbinə dair” Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16.749 (on altı min yeddi yüz qırx doqquz) manat, iki il doqquz ay müddəti üçün əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla 16.749 x 5:100=837.49 x 3 il =2512,47 manat, 60 manat mediasiya və 88 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutularaq, "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi (satıcı) kimi işə götürülmüşdür. 16 mart 2021-ci il tarixdə isə onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh vəzifə öhdəliyi bazarlarda satış məntəqələrindən qəbul edilmiş sifarişlər əsasında iddiaçıya məxsus anbardan malları götürüb yerlərdə satış məntəqələrinə çatdırmaq və müqabilində ödənilmiş pul vəsaitərini şirkətin xəzinəsinə mədaxil etməkdən ibarət olmuşdur. Cavabdeh işlədiyi müddət ərzində pulun mütənasibliyində satış məntəqələrində vəsaitlərin ödənilməsi hissəsində əsaslı şübhələr yarandığıdan araşdırmalar aparılmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh satış məntəqələrindən verilmiş pul vəsaitlərini mənimsəyərək, şirkətin kassasına mədaxil etməmişdir. Beləliklə aparılmış yoxlamanın nəticəsi olaraq xx.xx.2021-ci il tarixdə X2 barədə aktlar tərtib edilmiş, aktlara əsasən cavabdeh müştərilərdən kassaya ödənilməsi üçün götürülmüş 13749 (on üç min yeddi yüz qırx doqquz) manat məbləğində pulu özündə saxlayaraq mənimsəmişdir. Həmçinin o, iddiaçının etibarından istifadə edərək özünə avtomobil alması üçün şirkətdən 3000 (üç min) manat məbləğində borc götürməsi ilə bağlı xx.xx.2021-ci il tarixində onunla “Borc müqaviləsi” bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən götürülmüş borc məbləği xx.xx.2021-ci il tarixədək qaytarılmalı idi. Lakin, Cavabdeh mənimsədiyi 13749 manat pulu, nə də borc olaraq götürdüyü 3000 (üç min) manat pulu qaytarmadığından, onun 16.749 (on altı min yeddi yüz qırx doqquz) manat borc öhdəliyi yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-3960/2024 nömrəli xx.xx.2024cü il tarixli qərardadına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı tam maddi məsuliyyət müqaviləsi və borc müqaviləsi üzrə pul mübahisələr tələbinə dair tam maddi məsuliyyət müqaviləsi üzrə pul tələbi ayrıca icraata ayrılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5726/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən, "GN PETROL-S LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “tam maddi məsuliyyət müqaviləsi üzrə 13749 manat pul” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə ederək, tərəflər arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlandığını, əmək müqaviləsinə əsasən 16 mart 2021-ci il tarixində cavabdehlə tam maddi məsuliyyət haqqında müqavilə bağlandığını, lakin Cavabdeh işlədiyi müddət ərzində üzərinə götürdüyü öhdəliyi pozduğunu və qanuna zidd olaraq vəzifə səlahiyyətindən istifadə edərək mağazalardan götürdüyü pulları şirkətin kassasına ödəmədiyini, xx.xx.2021-ci il tarixində X2 barədə aktlara əsasən, cavabdehin müştərilərdən iddiaçının kassasına ödənilməsi üçün 13.749 manat götürdüyü pulu özündə saxlayaraq mənimsədiyini, bununla bağlı Polis İdarəsinə tərəflərindən müraciət edildiyini, heç bir qəbz, qaimə və müqavilədə cavabdehin Nazim 1001 şirkətinin işçisi olmasının qeyd olunmadığını deyərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz ederək, 1 ay müddətində "xxxx" MMC-də işlədiyini, əraziyə baxış üçün bir nəfər şəxsin yanında getdiyini, ümumiyyətlə heç kimdən pul almadığını, ona heç bir qaimə verilmədiyini, üzləşmə aktına imza etməsinə səbəb onu bir otağa çəkib zorla, hədələyərək imzalatdıqlarını, təhvil-təslimi öz aralarında etdiklərini, üzləşmə aktına isə şirkətin işçisi olduğu, şirkəti təmsil edən şəxs olduğunu düşündüyü və üzləmə aktını imza edən zaman aktı oxumadığını bildirdi. 31 yanvar 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh Ferhad oğlu izahatında iddia tələbini qəbul etmədiyini, heç bir mağazadan pul götürmədiyini, bununla bağlı heç bir müdiri, işçini şahid kimi gətirə bilmədiklərini, əmək müqaviləsini Nazim 1001 şirkəti ilə bağladığını, AKT imza edən zaman nə olduğunu bilmədiyini, hədələmək və güc tətbiq edilməklə ona AKT imzalatdıqlarını, heç bir qaimədə imzasının olmadığını, 3-4 ay staj müddəti kimi Mehman adlı şəxsin yanında ərazini tanımaq üçün işə çıxdığını, sonra 1 həftə də Elşən adlı şirkətin əməkdaşı ilə çıxdığını bildirmiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan əmrə əsasən Cavabdeh ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müqaviləsinə əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi (satıcı) kimi işə götürülmüşdür. İş materiallarında olan 16 mart 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC ilə, Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixində tərtib edilmiş X2 aktından görünür ki, X9 xx.xx.2021-ci il tarixdə şirkətdən aldığı 6060 manatlıq malların pulundan 4360 manatını şirkətin işçisi Cavabdeh verdiyini bildirmişdir. "xxxx" MMC-də çalışan X5 təsdiq edir ki, xx.xx.2021-ci il tarixdə X9 tərəfindən alınmış 6060 manatlıq malların pulu Cavabdeh tərəfindən kassaya ödəməmişdir. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixində tərtib edilmiş X2 aktından görünür ki, X15 şirkətdən aldığı malların pulunun ödənməsi üçün xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 1512 manat, xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, ümumilikdə 15512 (on beş min beş yüz on iki) manat pulun Cavabdeh verildiyini bildirmiş, "xxxx" MMC-də çalışan X5 təstiq edir ki, 2021-ci ilin mart, aprel aylarında Cavabdeh, X10 ödəməli borcundan 12000 (on iki min) manat pulu kassaya ödəmişdir. Bu aktı tərtib edənlər "xxxx" MMC-də çalışan X5, sahibkarlıq fəalliyəti ilə məşğul olan fiziki şəxs X15 öz imzaları ilə təsdiq edirlər ki, Cavabdeh ödənilməsi üçün verilmiş 15512 manat puldan 3512 manat pulu kassaya ödəməmişdir. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixində tərtib edilmiş X2 aktından görünür ki, X1 xx.xx.2021-ci il tarixində şirkətdən qaimə faktura məbləğli 88,50 manat, xx.xx.2021-ci il tarixində 104 manat, xx.xx.2021-ci il tarixində 59 manat olan yağları nağd olaraq sifariş edərək almış və faktura məbləği olan 210 manatı şirkətin işçisi Cavabdeh verilmişdir. "xxxx" MMC-də çalışan X5 təsdiq edir ki, 210 (iki yüz on) manat pul "xxxx" MMC-də çalışan Cavabdeh tərəfindən kassaya ödənilməmişdir. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixində tərtib edilmiş X2 aktından görünür ki, "xxxx" MMC-də çalışan X5 təsdi edir ki, kassadan xx.xx.2021-ci il tarixində 300, xx.xx.2021-ci il 150 manat ümumilikdə 450 manat pulu X3 çatdırması üçün "xxxx" MMC-də çalışan Nicat Fərhad oğluna verilmişdir. xx.xx.2021-ci il tarixində şirkətdə çalışan Cavabdeh 450 (dörd yüz əlli) manat pulu ona verməli olduğunu demiş, lakin həmin pulu ona verməmişdir. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixində tərtib edilmiş X2 aktından görünür ki, "GN PETROL-S LTD” MMC-də çalışan X13, X6, Cavabdeh, X7 aktı tərtib etmişlər ondan ötrü ki, Cavabdeh şirkətdə işlədiyi müddətdə müştərilərdən şirkətin kassasına və müştərilərə ödənməsi üçün götürdüyü 13749 manat pulu xx.xx.2021-ci il tarixədək ödəməyərək özündə saxlamışdır. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixli, 606667 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair Qaimədən görünür ki, malları təqdim edən "xxxx" MMC, alıcı isə X11r. Ümumi alıcı tərəfindən 177 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixli, 666526 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair Qaimədən görünür ki, malları təqdim edən "xxxx" MMC, alıcı isə "xxxx" MMC-dir. Ümumi alıcı tərəfindən 703,28 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixli, 517393 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair Qaimədən görünür ki, malları təqdim edən "xxxx" MMC, alıcı isə "xxxx" Firmasıdır. Ümumi alıcı tərəfindən 405 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixli, 985219 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair Qaimədən görünür ki, malları təqdim edən "xxxx" MMC, alıcı isə "xxxx" Firmasıdır. Ümumi alıcı tərəfindən 2895,72 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixli, 324624 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair Qaimədən görünür ki, malları təqdim edən "xxxx" MMC, alıcı isə X11r. Ümumi alıcı tərəfindən 495,60 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunan “Petrol Ofisi”, “Satış Fakturası” və “Alış Qaytarma” sözləri yazılmış təhvil-təslim aktlarından görünür ki, “Təhvil verdi” və “Təhvil aldı” qrafasının önü imzasız və qeyd olunmamışdır. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru X21 Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək, həmin MMC-də satış üzrə menecer vəzifəsində işləmiş Cavabdeh şirkətin əmlakını talamasını bildirmişdir. Araşdırma materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli audit rəyindən görünür ki, cəmiyyətin satış üzrə meneceri Cavabdeh ilə cəmiyyət arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Borc Müqaviləsi”-nə əsasən Cavabdeh cəmiyyətin xəzinəsindən şəxsi avtomobil alması üçün 3000 (üç min) manat borc verilmişdir. Cavabdeh müqavilənin şərlərini pozmuş və həmin məbləği cəmiyyətin xəzinəsinə ödəmişdir. Bundan əlavə Cavabdeh müştərilərə paylamış olduğu 13749 (on üç min yeddi yüz qırx doqquz) manat malın dəyərini özündə saxlayaraq, cəmiyyətin xəzinəsinə ödəməmişdir. Bu barədə tərtib olunmuş xx.xx.2021-ci il “X2” aktı audit rəyinə əlavə olunmuşdur. Cavabdeh borc məbləği 16749 manat təşkil etmişdir. Araşdırma zamanı izahatı alınmış "xxxx" MMC-nin nümayəndəsi X8 izahatında göstərmişdir ki, 2021-ci ilin mart ayından "xxxx" MMC-də anbardar vəzifəsində işləyir. "xxxx" MMC avtomobillər üçün yağ filtrləri, akkumulyator, təkərlərin satışı ilə məşğuldur. Cavabdehı iş yoldaşı kimi tanımışdır. Belə ki, Nicat 2021-ci ilin mart ayında "xxxx" MMCdə satış təmsilçisi kimi işə başlamış, onun işi şirkətin məhsulların sifarişlərinin qəbulu, malları çatdırıldıqdan sonra pulun alınıb MMC-nin kassasına təhvil verməsindən ibarət olmuşdur. Cavabdeh ilə heç bir ədavət və düşmənçilikləri olmamışdır. Nicat təxminən 2021-ci ilin mart ayından aprel ayının sonundadək işləmişdir. Belə ki, aprel ayında Nicatın fəaliyyəti ilə bağlı şirkətdə yoxlama keçirilmiş, aşkar olunmuşdur ki, Nicatın balansında 16749 manat çatışmazlıq vardır. Həmin çatışmazlığın 3000 manatı Nicatla şirkət arasında borc müqaviləsi əsasında yaranmışdır. Belə ki, MMC tərəfindən Nicata 3000 manat avtomobil alması üçün verilmişdir. Qalan məbləği yəni 13749 manat məbləği isə o, mənimsəyərək talamışdır. Nicatla MMC arasında maddi məsuliyyət müqaviləsi bağlanmışdır. "xxxx" MMC-də kassa mədaxil və məxaric orderləri, pul qəbzləri, rəsmi mühasibatlıq sənədləri, mağazanın dövrüyyə cədvəlləri olmuşdur. "xxxx" MMC hal-hazırda fəaliyyət göstərir. Audit və edilmiş təhvil təslim aktları və qaimələrdə imzalar yoxdur, bəzi qaimələrdə vardır. Həmin imzaların kimə məxsus olması barədə məlumatlar yoxdur. Araşdırma materiallarına əlavə edilmiş üzərində “Petrol Ofisi” və “Satış Fakturası” sözləri yazılmış təhvil-təslim aktlarından görünür ki, “Təhvil verdi” qrafasının önü imzasız və qeyd olunmamış, “Təhvil aldı”qrafasının önündə isə sadəcə imza vardır, bəzi təhviltəslim aktlarında isə ümumiyyətlə imza yoxdur. Araşdırma zamanı, mənimsənilən və ya israf edilən əmlakın adı, çeşidi, çəkisi, qiyməti göstərilməklə qaimələri, təhvil verən və təslim alan şəxslərin ad-soyadları göstərilməklə imzalı təhvil-təslim aktları, kassa mədaxil və məxaric orderləri, pul qəbzləri, rəsmi mühasibatlıq sənədləri, mağazanın dövriyyə cədvəllərinin olmadığı, audit rəyinin sadəcə üzləşdirmə aktına əsaslandığı müəyyən edilmişdir. Araşdırma zamanı, audit rəyində qeyd olunmuş Cavabdeh hesabında 13749 manat məbləğidə çatışmazlıq isə məniməsənilən və ya israf edilən əmlakın adı, çeşidi, çəkisi, qiyməti göstərilməklə qaimələri, təhvil verən və təslim alan şəxslərin ad-soyadları göstərilməklə imzalı təhvil-təslim aktları, kassa mədaxil və məxaric orderləri, pul qəbzləri, rəsmi mühasibatlıq sənədləri, mağazanın dövriyyə cədvəlləri olmadığı üçün öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması

1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir Maddə 206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri

1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.

İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqdan vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı Əmək məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarının araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələri sadalayır (maddə 203) Məcəllə belə mübahisələrə baxarkən təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təstiq etmək səlahiyyətləri verir (maddə 206) Lakin iş materiallarından da göründüyü kimi işəgötürən tərəfindən hazırki iddia qaldırılanadək yuxarıda istinad olunmuş qanunvericilik normalarına əməl olunmamış, bu barədə hər hansı hüquqi dəyərləndirmə aparılmamış, yalnız iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli aktlar və onlar əsasında verilmiş audit rəyi əsas götürülmüşdür. Halbu ki Əmək məcəlləsinin 191-ci maddəsi işəgötürənin istənilən maddi itkilərə məruz qaldığının belə iddiaların təmin olunması üçün yetərli olmadığını, bununla yanaşı, işçinin qanuna zidd əməlinin mövcud olmasını və bu əməllə zərər arasında səbəbli əlaqənin müəyyən edilməsini zəruri şərt kimi nəzərdə tutur. Qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi üzləşmə aktı əsasında xx.xx.2021-ci il tarixində şirkətdə faktiki məlumatlarla uçot məlumatlarının üzləşməsinin aparıldığını və 13749 manat mənimsənilmə olduğu müəyyən edilmişdir. Halbuki qeyd olunan bu faktın mövcudluğunun müəyyən edilməsi və işçinin bu faktı təstiq etməsi özü-özlüyündə Əmək Məcəlləsinin 191-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu kimi qiymətləndirilə bilməz. Əmək qanunvericiliyinə əsasən bunun üçün işəgötürən tərəfindən həmin məcəllənin 192, 203 və əlaqəli digər maddələrinin tələblərinə cavab verən araşdırma aparılması tələb olunur. Məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən mağazalardan şirkətin kassasına ödənilməsi üçün yığılmış ümumilikdə 13749 manat pulun sonuncu tərəfindən toplanılması və özündə saxlayarq mənimsəməsi yalnız iş materilallarında şirkətin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktlardan başqa heç bir mötəbər sübutla öz təstiqini tapmamışdır. Yəni Cavabdeh mağaza sahiblərindən pulun toplanılması, pulun ona verilməsini təstiq edən hər hası qəbz, qaimə və rəsmi mühasibatlıq sənədləri barədə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən hansı mağazaya hansı malların verilməsi və ona hansı qaimələr əsasında pulların ödənilməsi barədə iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. İş materiallarından və məhkəmə araşdırmasından şirkətdə 13749 manat məbləğində mal çatışmazlığı müəyyən edilsə də, yeganə əsas kimi xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktları əsas götürməklə, yanaşı qiymətləndiriləcək heç bir sübutla öz təstiqini tapmadığından, cavabdehdən 13749 manat pulun tutulması barədə iddia tələbi öz təstiqini tapmadığından təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddiaçı MMC-nin Cavabdeh qarşı “tam maddi məsuliyyət müqaviləsi üzrə pul tələbi” barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar