Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1192/2025 07.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X11 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il tarixdə doğulmuş X3 xx.xx.2024-cü il tarixdə, Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il tarixdə doğulmuş X7 onun həyat yoldaşıdır. Ərizəçinin həyat yoldaşı ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkirdi. Uzun illər idi ki, xəstəliyi ilə əlaqədar olaraq müalicələr alırdı. xx.xx.2024-cü il tarixdə həyat yoldaşı sükan arxasında olarkən yolda halı qəfil pisləşmişdir. “Təcili Yardım” gələnə kimi həyat yoldaşı - X7 vəfat etmişdir. X1 - Balakən rayon qəbirstanlığında dəfn olunmuşdur. Ondan müəyyən sənədləşmə işləri görmək üçün mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də X3 ölüm haqqında şəhadətnaməsini almaq üçün 7 nömrəli Şəhər Poliklinikasına və 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etmişdir. 7 nömrəli şəhər Poliklinikası “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən, 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi isə “ölüm haqqında şəhadətnamə”nin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-1269/2024 nömrəli məktubunda Ərizəçi sorğuya cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 7 nömrəli Şəhər Poliklinikasının 20 noyabr 2024-cü il tarixli 18-1-1-42/2-Q-34-xx-xx/2024 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Ərizəçi yoldaşının ölüm arayışının verilməsi məqsədilə 7 nömrəli şəhər poliklinikasına müraciət etmişdir. Poliklinika ancaq evdə ölüm hadisəsi baş verdiyi halda, Forma № 106 təqdim edə bilir. Bu səbəbdən X6 ölüm haqqında tibbi şəhadətnamənin (Forma N106) 7 nömrəli şəhər poliklinikası tərəfindən verilməsi mümkün olmamışdır. İş materiallarında olan “Respublika Təcili və X5 Mərkəzi” X8 04 noyabr 2024-cü il tarixli 18-1-88/2-M-42-100/2024 nömrəli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində 1146 radələrində “Respublika Təcili və X2 Mərkəzi" X14in Mərkəzi Çağrı Xidmətinə (103) ünvan 1 ünvanına (051) ***-**-** mobil nömrəsindən çağırış daxil olmuşdur.Çağırışı icra edən təcili və X2 üzrə həkim Kərimova Validə ünvana çatdıqda kişi cinsli meyit ilə rastlaşmış və vətəndaş X6 (təvəllüd: xx.xx.1957) “R-99 Həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Balakən Rayon Qabaqçöl Bələdiyyəsinin 15 noyabr 2024-cü il tarixli, 33 nömrəli arayışından görünür ki, X1 həqiqətən də Balakən rayon Qabaqçöl qəbristanlıqında dəfn olunmusdur. Yas mərasimini yoldası Ərizəçi Rəsul qızı tərəfindən yola salınmısdır. Dəfn xərclərini Ərizəçi Rəsul qızı çəkmişdir. İş materiallarına X3 qəbir daşının foto-şəkili də əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində Qurbaçov Abbas ilə qohum olduqlarını, anaları xalaqızı olduqlarını, birlikdə Bakı şəhərinə gəlib burada işləməyə başladıqlarını, Qurbaçov Abbas 01 noyabr 2024-cü il tarixində vəfat etdiyini, Balakən rayonunda dəfn edildiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində ərizəçi ilə qonşu olduqlarını, 01 noyabr 2024-cü il tarixdə vəfat etdiyini, Balakən rayonunda dəfn edildiyini, Qurbaçov Abbasın yoldaşı ürək çatışmamazlığı və təyziq xəstəliyindən əziyyət çəkdiyini bildirdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-1192/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1192/2025
07.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver