Məhkəmə qərarları › İş №2(008)-1193/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1193/2025

11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1193/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X3, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı «ASAN xidmət» X10 qeyd edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs 5 saylı Bakı «ASAN xidmət» X10 qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1990-cı il tarixdə doğulmuş X5 xx.xx.2003-cü il tarixdə, Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1990-cı il tarixdə doğulmuş X9 onun oğludur. Oğlu ağ ciyərində olan limfa vəzlərinin şişməsindən əziyyət çəkirdi. Uzun illər idi ki, xəstəliyi ilə əlaqədar olaraq müalicələr alırdı. xx.xx.2003-cü il tarixdə oğlunun halı qəfil pisləşdi. Dərhal “Təcili YardırrT’a zəng vursalar da, həkim gələnə kimi oğlu - X9 vəfat etdi. Oğlum vəfat edərkən - ərizəçi, onun həyat yoldaşı - X4 onun yanında olmuşlar. Oğlunu İsmayıllı rayonunun Topçu kənd qəbirstanlığında dəfn etmişlər. Müəyyən sənədləşmə işləri görmək üçün mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də o, mərhum oğlu - X5 ölüm haqqında şəhadətnaməsini almaq üçün 21 saylı Şəhər Poliklinikasına və 5 saylı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin 21 saylı Şəhər Poliklinikası “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən, 5 Saylı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi isə “ölüm haqqında şəhadətnamə”nin verilməsindən imtina etmişlər. Maraqlı şəxs 5 saylı Bakı «ASAN xidmət» X10 məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərk, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda, qeyd etdi ki, hazırki faktın müəyyən edilməsi İsmayıllı rayonunda 1,99 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından aşağıdakılar görünür. Ərizəçi xx.xx.1961-ci il tarixdə İsmayıllı rayonunda doğulmuşdur, Sabunçu rayonunda qeydiyyatdadır (AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Məmmədov X2 (nikahdan sonra Məmmədova) Cövhər Fərzalı qızı ilə xx.xx.1988-ci il tarixdə nikahlarını bağlamışlar (İV-JQ seriyalı 479590 №-li nigahın bağlanması haqqında şəhadətnamə). Onların xx.xx.1990-cı il tarixdə uşaqları - X9 doğulmuşdur (XV-JQ seriyalı 262984 №-li doğum haqqında şəhadətnamə). xx.xx.1990-cı il tarixdə doğulmuş X5 xx.xx.2003-cü il tarixdə öldüyü yazısı ilə qəbir daşının fotoşəkili məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası «TƏBİB» «X16» X17 21 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. İş materiallarında olan 5 saylı Bakı «ASAN xidmət» X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 qeydiyyat şöbəsində ölüm faktının qeydə alınması mümkün deyil. X1 (ərizəçinin arvadı, AA0088118 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi), X7 (ərizəçinin qızı, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. XVİİ-JQ seriyalı 291796 №-li doğum haqqında şəhadətnamə, AZ-İİ seriyalı 527274 №-li nikah haqqında şahədnamə) X5 xx.xx.2003-cü il tarixdə öldüyü faktını təsdiq etmişdilər. Hazırda ərizəçi oğlu X5 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini istəyir. JN-103 kod 40727018 «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»na əsasən İsmayıllı rayonunda 1,99 ha torpaq sahəsi ərizəçinin arvadı X4, qızı X6 və oğlu X5 mülkiyyətinə verilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarlarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qanunun 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar, eyni zamanda adıçəkilən fakt daşınmaz əmlaka dair sənəd üçün tələb olunur. Qeyd olunanlara əsasən məhkəmə ərizənin təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X5 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar