Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-12/2025 17.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh3 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh3 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin, ona məxsus olan 4/6 pay hissəsinə mütənasib olaraq, faktiki aparılmış real bölgüyə uyğun olmaqla naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq paylı mülkiyyət hüququ üzrə mərhum babası X9 və onun anası X3 mülkiyyətində olmuşdur. Vərəsəliyin rəsmiləşdirilməsi qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş, bundan sonra miras payının bağışlanması haqda müqavilə ilə bibisi X23, anası X6, bacısı X19 öz miras pay hissələrini iddiaçıya bağışlamışdır. İddiaçıya dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və miras payının bağışlanması müqavilələrini daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyat aparılması üçün təqdim edərək hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. xx.xx.2019-cu il tarixində aparılmış qeydiyyata əsasən iddiaçıya ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Həmin Çıxarışa əsasən, ünvan 2 ünvanında, mülkiyyətdə olan 0,19145 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 158.0 kv.m. olan fərdi yaşayış evinin 4/6 hissəsinə iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mərhum babası X9 məxsus olmuş hissədən 1/6 hissə, mərhum babasının anası X4 məxsus olmuş hissədən 1/6 hissə açıq saxlanılmışdır. Həmin hissələri vərəsəliyin rəsmiləşdirilməsi üçün ərizə vermiş digər vərəsə - iddia tələbləri üzrə Cavabdeh1 faktiki qəbul etmiş olduğundan onun adına rəsmiləşdiriməlidir. Bu günə qədər iddiaçıda olan məlumata əsasən, cavabdeh tərəfindən qanun üzrə vərəsəlik hüququ haqında Şəhadətnamə alınmamışdır. Onun yaxın zamanlarda hüquqlarını qeydiyyata aldıracağına əmin deyil. Bu hal da iddiaçının hüquqlarının məhdudlaşmasına səbəb olur. Belə ki, paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmış fərdi yaşayış evi faktiki olaraq iki təcrid olunmuş hissədən ibarətdir. “A” tikilisi iddiaçının, “B” tikilisi cavabdehin istifadəsindədir. Torpaq sahəsi də müvafiq qaydada, paylara mütənasib şəkildə bölünmüşdür. Aralarında daşınmaz hasar mövcuddur və həmin hasar evin Texniki Pasportunda da əks olunmuşdur. Cavabdehlə münasibətləri kəskindir və ümumiyyətlə ünsiyyət saxlamırlar. Bu səbəbdən faktiki bölgüyə uyğun notarial qaydada bölgü sxeminin imzalanması mümkün deyil. Digər tərəfdən, vərəsəliyin rəsmiləşdirilməsi onun tərəfindən başa çatdırılmadığından, hətta belə bir bölgü sxemi olsa belə hal-hazırki vəziyyətdə onun həmin bölgü sxemini imzalamaq səlahiyyəti olmayacaq. Belə olan halda iddia tələbləri üzrə cavadehdən asılı vəziyyətdə qalmamaq üçün, mübahisəli fərdi yaşayış evinin faktiki bölgü ölçülərinə uyğun olaraq naturada bölgüsünün aparılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericilikdə paylı mülkiyyətdə olan əşyanın naturada ayrılması ilə bağlı normalar mövcuddur və bu normalar iddia tələblərinin haqlı olduğunu deməyə əsas verir. Bu əsaslarla hesab edir ki, ünvan 3 ünvanında yeləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin, ona məxsus olan 4/6 pay hissəsinə mütənasib olaraq, faktiki aparılmış real bölgüyə uyğun olmaqla naturada bölünməsi məhkəmə qaydasında həyata keçirilməlidir. Cavabdeh1 öldüyündən məhkəmə cavabdehi onun vərəsəsi Cavabdeh3 ilə əvəz etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianın məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 və onun nümayəndəsi (vəkili) Vəkil2 verilmiş ekspert rəyi ilə razı olmadığını, payların düzgün bölünmədiyini bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmiş, iddia ərizəsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, tərəflərin barışığa gələ bilmədiklərini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, xx.xx.1964; Cavabdeh3, xx.xx.1999; X23, xx.xx.1955; Мəмmədova Mailəxanim Tərlan qızı, xx.xx.2013; X20, xx.xx.2016; X21, xx.xx.2012; X6, xx.xx.1962; X16, xx.xx.1965; X19, xx.xx.1983; X1, xx.xx.1968; İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında, mülkiyyətdə olan 0,19145 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 158.0 kv.m. olan fərdi yaşayış evinin 4/6 hissəsinə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. X9 məxsus olmuş 1/6 hissə, X4 məxsus olmuş 1/6 hissə açıq saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli texniki pasport (reyestr nömrəsi: **********28- 10301) verilmişdir. Həmin sənədə əsasən daşınmaz əmlakın hüquq subyekti X17 və başqaları göstərilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il Tarixli şəhadətnamədən görünür ki, xx.xx.1959-cu il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh1 və X2r və onların hər birinə miras əmlakdan 1/6 pay düşür. Həmin şəhadətnaməyə əsasən miras əmlaka ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 158 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsi və ümumi sahəsi 0.19145 ha olan torpaq sahəsinin 1/2 hissəsi daxildir. Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış miras payının bağışlanması müqaviləsindən görünür ki, X5 qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli, 2V-13 reyestr nömrəli şəhadətnaməyə əsasən ona düşən miras payını-ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 158 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsindən və ümumi sahəsi 0.19145 ha olan torpaq sahəsinin 1/2 hissəsini, Cavabdeh1 bağışlamışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.1988-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh1 və X2r və onların hər birinə miras əmlakdan 1/6 pay düşür. Həmin şəhadətnaməyə əsasən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2018 tarixdə X9 verilmiş **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 158 kv/m olan fərdi yaşayış evinin 1/2 hissəsindən; ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2018 tarixdə X9 verilmiş **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.19145 ha olan torpaq sahəsinin 1/2 hissəsindən ibarətdir. Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış miras payının bağışlanması müqaviləsindən görünür ki, X5 qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli, 2V-12 reyestr nömrəli şəhadətnaməyə əsasən ona düşən miras payını-ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 158 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsindən və ümumi sahəsi 0.19145 ha olan torpaq sahəsinin 1/2 hissəsini Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası əhalisinin Dövlət Reyestr Xidməti tərəfindən verilən çıxarışlardan məlum olur ki, mülki iş üzrə cavabdeh X14 xx.xx.2021-ci il tarixdə ölmüş, onun hüquqi varisləri xx.xx.1965-ci il təvəllüdlü X16 (Ş/V AZE 15528518, qeydiyyat ünvanı Bakı şəhəri,Sabunçu rayonu, Maştağa qəsəbəsi M.Mirəliyev küçəsi 67) və xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh3dur (Ş/V AZE 15569602, qeydiyyat ünvanı ünvan 8lik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 vərəsələri Cavabdeh3dur və o, xx.xx.2022 tarixda X10 verilmiş **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahasi 158 kv/m olan fərdi yaşayış evinin ona məxsus olan 2/6 hissəsi miras əmlakdan tam pay almışdır. Əmlak Məsələlri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri PHŞ-nın ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, ünvan 1, Yeni qaydalarla: ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi və 0,191450 ha torpaq sahəsi 2/6 hissədə pay üzrə Cavabdeh3, 6/4 hissədə İddiaçı məxsusdur. Məhkəmə tərəfindən ekspertizalar təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4943 №-li ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin 1/6, 1/6 və 4/6 payına uyğun olaraq təcrid mənzillər şəklində üç hissəyə bölünməsi, İnşaat Norma və qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin 1/6, 1/6 və 4/6 payına uyğun olaraq təcrid mənzillər şəklində üç hissəyə bölünməsi mümkün olmadığından həyətyanı torpaq sahəsinin bölgüsü üzrə tədqiqat aparılmadı. Ekspertiza xərci 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2026-cı il tarixli 10/7582 №-li ekspert rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********28-10301 reyestr nömrəli Çıxarışda qeyd olunan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 158 kv.m yaşayış evi və 1914,5 kv.m torpaq sahəsi üzrə 4/6 hissə paya uyğun fərdi yaşayış evi 105,3 m², torpaq sahəsi 1276,3 m², 2/6 hissə paya uyğun fərdi yaşayış evi 52,7 m², torpaq sahəsi 638,2 m² təşkil edir. Faktiki bölgü zamanı "A" literli tikili (ümumi sahəsi 88,2m²) və 1294,5 kv.m torpaq sahəsi İddiaçı Əlirza oğlunun istifadəsində, "B" literli tikili (ümumi sahəsi 69,8) ve 620 kv.m torpaq sahəsi, cavabdehin istifadəsində qalmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki bölgüsü zamanı İddiaçı Əlirza oğlunun istifadə fərdi yaşayış evi üzrə 17,1 kv.m az (105,3-88,2) sahə qaldığını łakin torpaq sahəsi üzrə 18,2 kv.m çox (1294,5-1276,3) sahə qaldığını, eyni zamanda cavabdehin istifadəsində fərdi yaşayış evi üzrə 17.1 kv.m çox (105,3-88.2) sahə qaldığını, lakin torpaq sahəsi üzrə 18,2 kv.m çox (638,2-620) sahə qaldığını nəzərə alaraq faktiki bölgünün paylara uyğun olduğu müəyyən edilmişdir. Ekspertiza xərci 50 manat təşkil edir. Hazırda iddiaçı mübahisəli fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun bölünməsini istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarından görünür ki, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə məhkəmə tərübəsinin vahidliyini təyin edən 06 dekabr 2024-cü il tarixli 02/2024 saylı qərardadında göstərilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Məhkəmə yuxarıdakı hüquqi əsaslara görə iddianin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, iş üzrə keçirilmiş əvvəlki ekspertizanın verdiyi rəydə mübahisə predmeti olan fərdi yaşayış evinin üç hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı və buna görə torpaq sahəsinin bölgüsü üzrə tədqiqatın aparılmadığı müəyyən edilmişdir. Lakin, sonradan daşınmaz əmlakın digər iki paylı mülkiyyətçisi öz paylarını hazırki iş üzrə cavabdehə bağışlamışlar və nəticədə fərdi yaşayış evi və altında yerləşən torpaq sahəsi olan daşınmaz əmlakın iki payçısı olmuşdur. Beləliklə, payların miqdarı dəyişdiyindən yenidən ekspertiza təyin edilərək daşınmaz əmlakın tərəflərin paylarına uyğun bölgüsünün mümkünlüyü ekspert qarşısında sual şəklində qoyulmuşdur. Xüsusilə iddiaçı tərəf iş üzrə mübahisə predmeti olan ünvan 1 Yeni qaydalarla: ünvan 9 ünvanında yerləşən daşınmaz əmlakın faktiki bölgüsünün tərəflərin paylarına uyğun olduğunu qeyd etmiş, bu hal sonuncu ekspert rəyi ilə sübut olunmuşdur. Cavabdeh tərəf də bu halı təkzib etməyərək tərəflərin faktiki bölgü əsasında həmin vəziyyətdə uzun illər yaşadığını qeyd etmiş, lakin buna baxmayaraq həmin bölgünün düzgün olmadığını bildirmişdir. Göründüyü kimi hər iki tərəf faktiki bölgü əsasında uzun illər həmin əmlakda yaşayaraq naturada bölgünü qəbullanmışlar. Məhkəmə iclasında cavabdeh tərəfin sonuncu rəydə qeyd edilmiş faktiki bölgünün tərəflərin paylarına uyğun naturada bölgüyə uyğun olmadığını qeyd etməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəf bu halı təkzib edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, sonuncu rəyin mötəbərliyini şübhə altına alacaq və sübut qismində nəzərə alınmasına maneə törədən heç bir sübut və dəlil məhkəmə tərəfindən müəyyən və aşkar edilmədiyindən və bu halı yerində vizual baxış keçirməklə müəyyən etmək mümkün olmadığından (çünki naturada bölgü xüsusi bilik tələb edir və xüsusi hesablama ilə aparılır) məhkəmə iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 09 yanvar 2026-cı il tarixli 10/7582 saylı rəyini sübut qismində nəzərə alaraq tərəflərin hazırki vəziyyətini əks etdirdiyi, buna görə iddianın əsaslı olduğunu və təmin edilərək mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsi, ev 67 Yeni qaydalarla: ünvan 9 ünvanında yerləşən daşınmaz əmlakın: fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin İddiaçı məxsus 4/6 pay hissəsinə mütənasib olaraq faktiki aparılmış real bölgüyə uyğun olaraq naturada bölünməli olması qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə məhkəmə tərəfindən kifayət qədər araşdırma aparılmış və işin aparılmasına uzun illər vaxt sərf edilmişdir. Buna görə əlavə araşdırmanın aparılmasına hər hansı zərurət yoxdur və bu hal süründürməçiliyə səbəb olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 manat Cavabdeh3 tutulub X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, cavabdehdən tələb edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsi, ev 67 Yeni qaydalarla: ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi İddiaçı məxsus 4/6 pay hissəsinə və Cavabdeh3 məxsus 2/6 pay hissəsinə mütənasib olaraq faktiki aparılmış real bölgüyə uyğun olaraq naturada bölünsün. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manat Cavabdeh3 tutulub X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 ay sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №2(008)-12/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-12/2025
17.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver