Məhkəmə qərarları › İş №2(008)-1211/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1211/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1211/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı öhdəliyin qoyulması tələbinə dair ilkin iddiası, Cavabdeh, X2 İddiaçı qarşı dəymiş zərərin ödənilməsi və maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı öhdəliyin qoyulması tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh və X1 Naibə Baba qızına qarşı dəymiş zərərin ödənilməsi və maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı məhkəməyə vəsatət təqdim edərək ilkin iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə vəsatət təqdim edərək qarşılıqlı iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin ərizələrini nəzərdən keçirib hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu ilkin və qarşılıqlı iddia ürzə iddiaçılara geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəsatətlər təmin edilsin. İddiaçı Cavabdeh qarşı öhdəliyin qoyulması tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh, X2 İddiaçı qarşı dəymiş zərərin ödənilməsi və maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi və onlara əlavə edilmiş sənədlər geri qaytarılsın. İlkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar