Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1212/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi ƏƏSMN yanında Sosial Xİdmətlər Agentliyi nəzdində «X1 şəxslər üçün Sığıncaq və Sosial Reablitasiya Müəssisəsinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi ƏƏSMN yanında Sosial Xİdmətlər Agentliyi nəzdində «X1 şəxslər üçün Sığıncaq və Sosial Reablitasiya Müəssisəsinin maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ƏƏSMN yanında Sosial Xİdmətlər Agentliyi nəzdində «X1 şəxslər üçün Sığıncaq və Sosial Reablitasiya Müəssisəsi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəfiqə Məmmədovanın, Əli Məmmədovun, Əkbər Məmmədovun və Yusif Məmmədovun Azərbaycan Respublikası Bakı şəhərində (şərti olaraq) doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Uşaqları İctimai Biriliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin “X1 şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində xx.xx.2021-ci il tarixində azyaşlılar Məmmədova Şəfiqə, Məmmədov Əli, Məmmədov Əkbər və Məmmədov Yusif müvəqqəti yerləşdirilmişdir (ad soyad şərti olaraq qeyd edilmişdir.) Doğum faktının müəyyən olunması ilə bağlı hüquqi yönümlü işlər aparılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə doğum faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət edilmişdir. 2(008)-4925/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnamə ilə ərizə təmin edilmişdir. Həmin qətnamə əsasında Bakı şəhəri Maraqlı şəxs2 doğum faktını müəyyən edərək doğum haqqında şəhadətnamə vermişdir. Qətnamədə azyaşlıların Azərbaycan Respublikası Bakı şəhərində anadan olması faktı (şərti olaraq) qeyd olunmadığından doğum haqqında şəhadətnamələrdə doğum yeri qeyd olunmamışdır. Aşağıda göstərilən hüquqi faktlara əsasən Məmmədova Şəfiqə, Məmmədov Əli, Məmmədov Əkbər və X5 yerinin müəyyən edilməsi ilə bağlı qərar qəbul edilməlidir. Ərizəçi xx.xx.2023-cü il tarixli dəqiqləşdirilmə barədə ərizədən görünür ki, yetkinlik yaşına çatmayanlar Şəfiqə Məmmədovanın, Əli Məmmədovun, Əkbər Məmmədovun və Yusif Məmmədovun Azərbaycan Respublikası ərazisində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir və eyni zamanda bildirmişdir ki, azyaşlıların Azərbaycan Respublikası ərazisində olması faktı müəyyən edilmədiyindən, onlara şəxsiyyət vəsiqəsinin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ƏƏSMN yanında Sosial Xİdmətlər Agentliyi nəzdində «X1 şəxslər üçün Sığıncaq və Sosial Reablitasiya Müəssisəsinin nümayəndəsi X4 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4925/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, Şəfiqə Məmmədovanın doğum tarixi şərti olaraq xx.xx.2014-cü il, Əli Məmmədovun xx.xx.2016-cı il, Əkbər Məmmədovun xx.xx.2017-ci il və Yusif Məmmədovun xx.xx.2018-ci il qeyd edilməklə, eyni zamanda valideynlərin naməlum olması faktı göstərilməklə doğum faktı müəyyən edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, tərəflərindən yetkinlik yaşına çatmayan Məmmədova Şəfiqə, Məmmədov Əli, Məmmədov Əkbər və Məmmədov Yusifin valideynlərini müəyyən etmək mümkün olmamışdır. xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, uşaqlar Məmmədova Şəfiqə, Məmmədov Əli, Məmmədov Əkbər və Məmmədov Yusif tibbi olaraq sağlam və heç bir xəsarətləri yoxdur. Bakı şəhəri Maraqlı şəxs2 tərəfindən verilmiş AZ-İV seriyalı, 777873 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Əli xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Bakı şəhəri Maraqlı şəxs2 tərəfindən verilmiş AZ-İV seriyalı, 777874 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Əkbər xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Bakı şəhəri Maraqlı şəxs2 tərəfindən verilmiş AZ-İV seriyalı, 777875 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Yusif xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Bakı şəhəri Maraqlı şəxs2 tərəfindən verilmiş AZ-İV seriyalı, 777872 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Şəfiqə xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Bakı şəhəri Maraqlı şəxs2 xx/xx-2748 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4925/2022 saylı, xx.xx.2022-ci il tarixli Şəfiqə Məmmədov, Əli Məmmədov, Əkbər Məmmədov və Yusif Məmmədovun doğumunun qeydə alınması barədə qətnaməsində doğum yeri qeyd edilmədiyindən müvafiq olaraq doğum haqqında akt qeydləri və doğum haqqında şəhadətnamələrdə də doğum yeri qeyd edilməmişdir. Müraciətin qeydiyyat şöbəsində icra edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Uşaqları İctimai Biriliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin “X1 şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində xx.xx.2021-ci il tarixində azyaşlılar Məmmədova Şəfiqə, Məmmədov Əli, Məmmədov Əkbər və Məmmədov Yusif müvəqqəti yerləşdirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə 2(008)-4925/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnamə ilə Şəfiqə Məmmədovanın doğum tarixi şərti olaraq xx.xx.2014-cü il, Əli Məmmədovun xx.xx.2016-cı il, Əkbər Məmmədovun xx.xx.2017-ci il və Yusif Məmmədovun xx.xx.2018-ci il qeyd edilməklə, eyni zamanda valideynlərin naməlum olması faktı göstərilməklə doğum faktı müəyyən edilməsi qərara alınmışdır. Bakı şəhəri Maraqlı şəxs2 doğum faktını müəyyən edərək doğum haqqında şəhadətnamə vermişdir. Bundan sonra ərizəçi azyaşlılara şəxsiyyət vəsiqəsi alamq üçün müraciət etsə də, azyaşlıların doxum yeri va hazırda Azərbayan Respublikası ərazsində olması halı müəyyən edilmədiyindən onlara şəxsiyyət vəsiqəsinin verilməsi mümkün olmamışdır. Bu səbəbdəndə ərizəçi belə bir faktın müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciə etmişdir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Beləliklə mülki işin matriallarına əlavə edilmiş sənədlərdən də görünür ki, xx.xx.2014-cü il təvəllüdle Şəfiqə Məmmədova, xx.xx.2016-cı il təvəllüdlü Əli Məmmədov, xx.xx.2017-ci il təvəllüdlü Əkbər Məmmədov və xx.xx.2018-ci il təvəllüdlü Yusif Məmmədov hazırda Respublika ərazisində olduğundan, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2014-ci il təvəllüdlü Şəfiqə Məmmədovanın, xx.xx.2016-cı il təvəllüdlü Əli Məmmədovun, xx.xx.2017-ci il təvəllüdlü Əkbər Məmmədovun və xx.xx.2018-ci il təvəllüdlü Yusif Məmmədovun Azərbaycan Respublikası ərazisidə olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1212/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1212/2023
15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver