Məhkəmə qərarları › İş №2(008)-1221/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1221/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1221/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 17 nömrəli Notariat Kontoruna, “X3 Kredit Təşkilatı” MMC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 17 nömrəli Notariat Kontoruna, “X3 Kredit Təşkilatı” MMC-yə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 nömrəli notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış və reyestrdə “8İ-8577” nömrə ilə qeyd edilmiş ondan "xxxx" MMC-nin xeyrinə cəmi 40584,10 (qırx min beş yüz səksən dörd manat, on qəpik) manat məbləğində pulun tutulmasına dair icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "Kəpəz BOKT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 13 yanvar 2023-cü il tarixdə aralarında bağlanmış borc müqaviləsinə əsasən ona 36 ay müddətinə qaytarmaq şərti ilə 30.000 manat məbləğində pul verilmiş, həmçinin aralarında bağlanmış ipoteka müqaviləsinə əsasən kredit öhdəliyinin təminatı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 35, 45 nömrəli mənzil BOKT qarşısında yüklü edilmişdir. Tərəfindən xeyli məbləğdə pulun ödənilməsinə baxmayaraq BOKT notariat orqanına müraciət etdiyindən, notarius tərəfindən pul vəsaitinin ondan tutulması üçün icra qeydi vermişdir. O, Sabunçu Rayon İcra şöbəsinə çağırıldıqdan sonra barəsində icra qeydinin aparılmasından məlumatlı olmuş və dərhal iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki mübahisə üzrə icra qeydinin ləğv edilməsi üçün qanuni əsaslar mövcud olduğunu hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək, müvafiq sorğuları əldə etmək məqsədilə notariat qurumuna sorğu verdiklərini, həmin sənədlərə baxdıqda notarius tərəfindən icra qeydilə bağlı müəyyən əməliyyatların düzgün aparılmadığını, prosessual müddətlər yoxlanılmalı olduğu halda, notarius tərəfindən bu müddətlərə əməl olunması yoxlanılmamışdır. Qeyd edilənləri nəzərə alaraq icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “X3 Kredit Təşkilatı” MMC ərizə ilə məhkəməyə müraciət edərək, 2(008)- 1221/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixinə saat 15:00 təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 17 nömrəli Notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada xəbərdar edilsə də, iclasda iştirak etməmişdir. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunan 13 yanvar 2023-cü il tarixli 2023/4061 nömrəli kredit müqaviləsinə əsasən, Bank borcalana 36 ay müddətinə qaytarmaq şərtilə 30.000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunan 13 yanvar 2023-cü il tarixli 2023/4061-İP nömrəli ipoteka müqaviləsinə əsasən kredit öhdəliyinn təminatı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 35, 45 nömrəli mənzil BOKT qarşısında yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş notariat işinə əsasən xx.xx.2023-cü il tarixli 2139 nömrəli ipoteka predmetinə məhkəmə və ya icra qeydi əsasında tutmanın yönəldilməsinə dair, İddiaçı kredit öhdəliyinə əməl olunmadığı halda 5 gün ərzində ipoteka predmetinə qanunvericiliyə uyğun qaydada tutma yönəldiləcəyi barədə bildiriş verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2180 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı ərazi İdarəsinə məktubla müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. İş materiallarıda olan xx.xx.2023-cü il tarixli 2339 nömrəli arayışdan görünür ki, İddiaçı ilə “X3 Kredit Təşkilatı” MMC arasında bağlanmış 13 yanvar 2023-cü il tarixli 4061/2023 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə 29080,25 manat əsas, 5323,85 manat faiz, 6180 manat cərimə, cəmi 40584,10 manat borcu vardır. İş materiallarına əlavə olunan 21 sentyabr 2023-cü il tarixli 2340 nömrəli “ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönləndirilməsi barədə” X3 Kredit Təşkilatı MMC Notariat ofisinə ərizə ilə mürcaiət edərək, ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün çəkilən 45 manat məbləğində xərcin və 25 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “X3 Kredit Təşkilatı” MMC-yə ödənilməsinin təmin edilməsi üçün tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 35, mənzil 45 yönəldilməsi, dəyəri 40584,10 manat olmaqla mənzilin hərracda satılması, qeydiyyat hüquqlarının ləğv edilməsi, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə icra qeydinin aparılmasını xahiş etmişdir. İş materiallarıdan görünür ki, Bakı şəhəri 17 nömrəli notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2023-cü il tarixdə reyestrdə “8İ-8577” nömrəli icra qeydi aparılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (AR NK) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 №-li qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması adlanan 1-ci bölməsinə əsasən:

1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli Qanunun maddəsindən də göründüyü kimi icra qeydi təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu halda tətbiq edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin qanunun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir. 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat, 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2139 nömrəli ipoteka predmetinə məhkəmə və ya icra qeydi əsasında tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, bildiriş “İpoteka haqqında” qanunun 36.2-ci maddəsində göstərilən tələblərə uyğun tərtib olunmamışdır. Həmin qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. İş materiallarından göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müraciətin qəbulu və dövlət rüsumunun təstiqetmə bildirişinin elektron məlumatına əsasən təstiqetmə bildirişinin verilmə tarixi xx.xx.2023-cü il ərizənin hazırolma tarixi kimi isə xx.xx.2023-cü il kimi qeyd olunmuşdur. Göründüyü kimi İpoteka haqqında Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalı olduğu halda 5 gün sonra qeydə alınmışdır ki, qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin icra qeydi verilən zaman İddiaçı lazımı qaydada məlumatlandırılmamış və bu barədə ona bildirişin catmasını təstiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, 17 nömrəli Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər icra qeydinin əsaslılığı və qanuniliyi barədə məhkəməyə sübutlar təqdim etmədiyindən həmin icra qeydi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Bakı şəhəri 17 nömrəli Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2023cü il tarixdə aparılmış və reyestrdə “8İ-8577” nömrə ilə qeyd edilmiş icra qeydi ləğv edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh Bakı şəhəri 17 nömrəli Notariat Ofisindən tutularaq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar