Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1224/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən ona məxsus Bakı şəh, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni sahə 1 ünvanında yerləşən evin hesab koduna əsassız hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat kod (**********00059) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni sahə 1 ünvanında yerləşən ona məxsus evin küçədə qaz xəttinin üzərində quraşdırımış sayğaca onun iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı "Azəriqaz" İB-yi tərəfindən quraşdırılmış G-4 markalı **********0 zavod nömrəli qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamı ilə aralanması aşkar olunmuşdur. Bu barədə onun imzası olmadan "Azəriqaz’’ İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə, ******* saylı akt yazılmışdır. Həmin akt əsasında onun hesab koduna (**********00059) əsassız olaraq 155,20 (min beş yiiz əlli beş manat iyirmi qəpik) manat dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, "Azəriqaz” İB-nin hesabladığı dəymiş ziyan qanunsuz və əsassıdır. Belə ki, akt tərtib olunarkən "Azəriqaz" İB-yi tərəfindən ona məlumat verilməmiş, onun imzası olmadan tərtib olunmuşdur. Bundan başqa qaz sayğacı dövlət yoxlamasından keçirilərkən onun iştirakı olmadan keçirilmişdir. Qeyd etmək istəyir ki, qaz sayğacı "Azəriqaz” İB-nin nümayəndələri tərəfindən qaz xəttinin üzərindən çıxarılarkən sayğacın üzərində olan plomplar yerində olmuşdur. Bildirmək istəyir ki, "Azəriqaz" İB-nin ərazi üzrə nəzarətçiləri hər ay sayğaca baxış keçirərək orada olan göstəriciləri bazaya işləyirlər. Əgər qaz sayğacının klapanını işləmirdisə nəyə görə bununla bağlı tədbir görülməmişdir? Eyni zamanda qeyd etmək istəyir ki, maliyyə arayışında göründüyü kimi tərəfindən hər ay qaz kartına pul vurmaqla təbii qazdan istifadə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş matriallarına əlavə edilmiş İddiaçı məxsus **********00059 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə istehlakçıya 2023-cü ilin aprel ayı üçün qalıq və aktlar üzrə 1555.20 manat borcu yaranmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt surətindən görünür ki, 14-2-2/3-5-4347-1 saylı rəyə əsasən **********0 nömrəli mexanizmin qoruyucu qapağı gövdədən tamamilə ayrılmışdır. xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair təəbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, 12960 kub metr qar sərfi olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00059 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın mexanizmin qoruyucu qapağı gövdədən tamamilə ayrılması qeyd edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 12960 kub metr hesablanaraq dəymiş zərər 1555.20 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın mexanizmin qoruyucu qapağı gövdədən tamamilə ayrılması məhz iddiaçının təqsiri səbəbindən olması öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehliyinin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən **********00059 saylı abonentə hesablanmış 1555.20 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən **********00059 saylı abonentə qanunsuz olaraq hesablanmış 1555.2 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1224/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1224/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver