Məhkəmə qərarları › İş №2(008)-1246/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1246/2023

24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1246/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “doğum akt qeydinin bərpası” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “doğum akt qeydinin bərpası” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il tarixdə anadan olan Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Təzəkənd kəndində doğulması barədə akt qeydinin bərpa olunması və həmin akt qeydində ata qrafasında “X5”, atanın miliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X2”, ananın miliyyəti olaraq ”azərbaycanlı” qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1967-ci il tarixində Ermənistan SSR-nin Amasiya rayonunun Quzukənd kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsini də Ermənistan SSR-nin Amasiya rayonunun Quzukənd kənd sovetindən xx.xx.1967-ci il tarixində almışdır. Həmin İ-ZJ N ******* doğum haqqında şəhadətnamə əsasında xx.xx.1985-ci il tarixində SSR Posportu almışdır. Ərizəçi 90-cı illərdə Ermənistandan qaçqın düşmüş və Azərbaycana gələrək burada, Bakı şəhəri Sabunçu rayonu ərazisində yaşamışdır. O, xx.xx.1989-cu il tarixində X1 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Həmin birgə nikahdan 3 övladı doğulmuşdur. Hal-hazırda Ərizəçi özünə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini ala bilmir. Buna səbəb kimi doğum haqqında şəhadətnaməmin Ermənistan SSR-dən alınmasıdır. Bu səbəbdən də Ərizəçi Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpasını xahiş etmişdir. Lakin Maraqlı şəxs imtina məktubu verərək, məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. -SSRİ-nin 506562 saylı pasportunun surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 3006-05/15 saylı məktubu ilə Ərizəçi bildirilmişdir ki, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyil. Doğum haqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə bərpa olunacaq. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1967-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş, doğumu xx.xx.1967-ci ildə verilmiş, ******* saylı doğum haqqında şəhadətnamə ilə qeydə alınmışdır. Bunu təsdiq edən doğum haqqında şəhadətnaməsi mvcuddur. İddiaçı tərəfindən həmin doğum haqqında şəhadətnamə mövcud olduğu halda onun əsasında şəxsiyyət vəsiqəsi alması mümkün olmamışdır. Buna səbəb isə doğum haqqında şəhadətnamənin Ermənistan SSRİ-dən alınması olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını və işə əlavə olunan sənədləri nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi həqiqətən də Ermənistanın Amasiya rayonunda doğulmuş və bu barədə doğum akt qeydi tərtib olunmuşdur. Həmin doğum haqqında şəhadətnamə hal-hazırda mövcud olduğundan doğumun qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən oluna bilməz. Qeydiyyat Şöbəsi ərizəçiyə imtina cavabında doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığını göstərsə də, «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»ların 13-14-cü bəndlərini nəzərə almamışdır. Belə ki, həmin normada bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilməsinin nəzərdə tutulduğu halda Maraqlı şəxs ərizəçinin doğum haqqında şəhadətnaməsinin mövcud olduğunu, itirilmədiyini nəzərə almamış və yenə də mövcud sənədin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Məhkəmə isə öz növbəsində MPM-in 308-ci maddəsinin müddəlarını, yəni ərizəçinin sözügedən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması faktını aşkar etmədiyinə görə idda tələbini təmin edə bilməz. Bundan başqa, məhkəmə ərizəçiyə izah edir ki, inzibati orqanın hərəkətlərindən və ya hərəkətsizliyindən inzibati qaydada məhkəməyə müraciət etmək hüququ var. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “doğum akt qeydinin bərpası” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar