Məhkəmə qərarları › İş №2(008)-125/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-125/2024

03.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-125/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Rəcəbəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 qarşı “cavabdehlərin öz vəsaitləri hesabına əşyaları ilə birlikdə mülkiyyətində olan torpaq və yaşayış sahəsindən məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rəcəbəli oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 qarşı “cavabdehlərin öz vəsaitləri hesabına əşyaları ilə birlikdə mülkiyyətində olan torpaq və yaşayış sahəsindən məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 öz vəsaitləri hesabına əşyaları ilə birlikdə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 493 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsinin zəbt edilmiş hissəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsindən məcburi çıxarılması, ödədiyi 100 manat dövlət rüsumunun və 110 manat vəkil xərcinin cavabdehlərdən tutularaq ona verilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi atası X1 vəfatından bir müddət sonra M.A.Əliyev küçəsində yerləşən 38 saylı evin söküntüsündən özünə çatan payı alan Cavabdeh1 artıq onun mülkiyyətində olan torpaq sahəsinin yarısını özbaşına ayırıb hasarlayaraq zəbt etmişdir. Daha sonra Cavabdeh1 zəbt etdiyi torpaq sahəsinə görə məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(008)-1494/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiasını təmin edərək Bakı şəhəri, Albalılıq (Vişnyovka ) qəsəbəsi, Bağ evi 493 ünvanında yerləşən bağ sahəsinin 1250 kv.m-lik hissəsinin Cavabdeh1 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsini və cavabdeh İddiaçı adına verilmiş ünvan 2 ünvanına dair çıxarışın ləğv edilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(103)-1992/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-1494/2020 saylı qətnaməsini ləğv etmiş, iddiaçı Cavabdeh1 iddiasını rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021- ci il tarixli, 2(102)-4291/2021 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayətini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci ci il tarixli, 2(103)-1992/2021 saylı qətnaməsini dəyişdirilmədən saxlamışdır. Qərar qəbul edildiyi gündən qüvvəyə minmişdir. Sübuta yetirilmiş bütün bu hallar məhkəmə qətnamələrində və qərarında öz əksini tapmışdır və onların yenidən araşdırılmasına ehtiyac yoxdur. Hal-hazırda mülkiyyətində olan 493 saylı bağ sahəsinin zəbt edilmiş hissəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 yaşayırlar. Məhkəmə qərarı qüvvəyə minəndən sonra bir neçə dəfə cavabdehlərə zəbt etdikləri torpaq və yaşayış sahəsini tərk etməyi təklif etsə də, heç bir nəticə hasil olmayıb. Cavabdehlərin qanunsuz hərəkətlərinə görə mülkiyyətində olan torpaq sahəsinin yarısından istifadə edə bilmədiyini və mülkiyyət hüququnun pozulduğunu nəzərə alıb məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışının elektron imza ilə təsdiq edilmiş surətinə əsasən ünvan 4 ünvanında yerləşən 0.25 kv m sahədən ibarət olan torpaq sahəsi və 117 kv.m sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Rəcəbəli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1494/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək ünvan 5 ünvanında yerləşən bağ sahəsinin 1250 kv.m-lik hissəsinin Cavabdeh1 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmiş, cavabdeh İddiaçı RƏcəb Əli oğlunun adına verilmiş ünvan 6 ünvanına dair RX ******* nömrəli Çıxarış ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1992/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Rəcəbəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 03 iyun 2020-ci il tarixli, 2(008)-1494/2020 saylı qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnaə qəbul edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı Rəcəbəli oğlu və Daşınmaz Əmlakın Dövlət Reyestrio Xİdmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsələr tərəfindən mirasın qəbul faktının müəyyən edilməsi, daşınmaz əşyaya dair verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4291/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1992/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3365/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6655/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh4 cavabdeh İddiaçı Rəcəbəli oğluna qarşı Sabunçu rayonu, Vişnyovka 493 nömrəli bağ evinin iddiaçılara məxsus hissəsində yerləşən evin tikinti təmir xərclərinə sərf olunmuş 50.000 manat pulun qaytarılması tələbinə dair iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3365/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6655/2022 saylı işi üzrə 15 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Cavabdeh1 və X2 cavabdeh İddiaçı Rəcəbəli oğluna qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Sabunçu rayonu, Vişnyovka 493 saylı bağ evinin iddiaçılara məxsus hissəsində yerləşən evin tikinti təmir xəclərinə sərf olunmuş 15272(on beş min iki yüz yetmiş iki)manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı Rəcəbəli oğlundan tutularaq iddiaçılar Cavabdeh1 və X3 ödənilməsi, iş üzrə aparılmış ekspert tədqiqatının dəyəri olan 100(yüz) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı Rəcəbəli oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-692/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh İddiaçı Rəcəbəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2023-cü il tarixli 2(103)-3365/2023 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka Bağ sahəsi 493 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi və onun üzərinədə olan ümumi sahəsi 117 kv.m olan fərdi yaşayış evi tam pay hüququ ilə iddiaçının mülkiyətindədəir. Həmçinin mülki iş matriallarında əlavə edilmiş qətnamələrdən də görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 iddiaçının qnunu sahibliyində olan torpaq sahəsində və üzərində yerləşən tikilidə heç bir qanuni əsas olmadan yaşayırlar. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 iddiaçının mülkiyyətində olan torpaq sahəsində və onun üzərində olan tikilidə yaşaması iddiaçının mülkiyyətindən sərbəst istifadəsinə maneə olduğundan, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 493 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsinin zəbt edilmiş hissəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsindən öz vəsaitləri hesabına əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar