Məhkəmə qərarları › İş №2(008)-1251/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1251/2023

24.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1251/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı «Yelo Bank” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Yelo Bank” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 qızının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov Xəlilbəy küçəsində yerləşən 5 nömrəli evin 55 nömrəli mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (İddiaçı ASC) ilə Cavabdeh2 arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 40000 manat məbləğində kredit verilmiş, kreditin təminatı olaraq X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov Xəlilbəy küçəsində yerləşən 5 nömrəli evin 55 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçı "xxxx" İKB ASC (İddiaçı ASC) borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" İKB ASC (İddiaçı ASC) məhkəməyə müraciət edərək cavabdeh X3 vəfat etdiyindən onun hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2019cu il tarixli, 2(008)-470/2019 saylı qətnaməsinə əsasən borc tutularaq, tutmanın ipoteka predmeti olan X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov Xəlilbəy küçəsində yerləşən 5 nömrəli evin 55 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2021 -ci il tarixli 2(103)-469/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli 2(008)-470/2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2(102)-1670/2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(103)-469/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 18 avqust 2022-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adma çıxarış alınmışdır. Əmlakın İddiaçıASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1670/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı «Nikoyl” İK Bank” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul tələbinı” tələbinə dair iddia ərizəsi üzrə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-469/2021 nömrəli mülki iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1670/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilərək, "xxxx" İKB ASC ilə borclu Cavabdeh2 arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli 2-G1-0-935-14 kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 37586,11 manat əsas borc, 23878,25 manat faiz borcu, 100 manat cərimə, cəmi 61564,36 manat borc, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının tutularaq "xxxx" X5 ASC-nin xeyrinə ödənilməsi, tutmanın X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov Xəlilbəy küçəsində 3 otaqlı 55 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 55 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh2 banka olan borcunun ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışının elektron imza ilə təsdiq edilmiş surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 saylı mənzilin tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdən danışnamz əmlaka mülkiyyət hüququ YeloBank ASC-yə məxsus olmuşdur. Lakin keçmiş mülkiyyətçi Cavabdeh2 və digər Cavabdeh1 iddiaçının müraciəti olmasına baxmayaraq həmin əmlakı boşaldaraq mülkiyyətçiyə təhvil verməmiş və həmin əmlakdan istifadə hüquqlarını qanuni əsas olmadan davam etdirərək mülkiyətçinin hüqualarını pozmuşdur. Yuxarda qeyd edilənləri nəzəra alaraq məhkəmə hesab edirki, iddia tələbi təmin edilməli, cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov Xəlilbəy küçəsində yerləşən 5 nömrəli evin 55 nömrəli mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq, banka təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov Xəlilbəy küçəsində yerləşən 5 nömrəli evin 55 nömrəli mənzildən çıxarılsın, həmin mənzil boşaldılaraq, banka təhvil verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar